Ana səhifə »  Qəzetin pdf formatı »  Regionlarda müasir təhsil infrastrukturunun yaradılması ölkəmizdə təhsil sisteminin inkişafında mühüm rol oynayır
A+   Yenilə  A-
Regionlarda müasir təhsil infrastrukturunun yaradılması ölkəmizdə təhsil sisteminin inkişafında mühüm rol oynayır

Cari ildə Azərbaycanın rayonlarında yeni təhsil müəssisələrinin istifadəyə verilməsi və mövcud məktəblərin təmiri intensiv şəkildə davam etdirilir
Məlum olduğu kimi, son 16 il ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Eyni zamanda, bəhs edilən dövrdə ölkəmizdə infrastruktur quruculuğu da geniş vüsət alıb, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilir. Xüsusilə də, Azərbaycanın bütün bölgələrində infrastrukturun yenilənməsi, o cümlədən abadlıq-quruculuq işləri reallaşdırılıb və proses bu gün də uğurla davam etdirilir. Bir sözlə, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində ölkə miqyasında bəhs olunan istiqamətlərdə qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə icra edilir.
Qeyd edək ki, ölkəmizdə təhsilin inkişafı, onun maddi-texniki bazasının möhkəmləndirilməsi də daim dövlətimizin diqqət mərkəzindədir. Təhsil sahəsində aparılan islahatlar, qəbul olunan Dövlət proqramları bunun bariz göstəricisidir. Təsadüfi deyil ki, gələcək nəslin yüksək şəraitə, zəruri infrastruktura malik təhsil müəssisələrində oxuması üçün müasir təhsil sisteminin qurulması dövlətin təhsil siyasətinin prioritet istiqamətlərindən biridir. Dövlətin birbaşa dəstəyi ilə regionlarda hər il yeni məktəblərin istifadəyə verilməsi və mövcud təhsil müəssisələrinin binalarının əsaslı təmir olunması müasir və keyfiyyətli təhsil sisteminin inkişafına öz töhfəsini verməkdədir.
Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev digər sahələrdə olduğu kimi, məktəb tikintisi sahəsində də işlərin davam etdirilməsinin vacibliyinə toxunub, həmçinin 2019-cu ildə dövlətin maliyyə dəstəyi ilə məktəblərin, o cümlədən modul tipli məktəblərin tikintisini, qəzalı vəziyyətdə olan bir çox məktəbin əsaslı təmir edilməsinin planlaşdırılmasını diqqətə çatdırıb: “Sosial infrastrukturla bağlı, - bu da daim diqqət mərkəzində olan məsələdir, - bildirməliyəm ki, bu il 100-ə yaxın məktəb tikiləcək və ya əsaslı təmir ediləcək, o cümlədən modul tipli məktəblər. Bunun da çox böyük faydası var, xüsusilə ucqar kəndlərdə. Bu məktəblər həm tez bir zamanda ərsəyə gəlir, həm də keyfiyyət baxımından çox yüksək standartlara cavab verir. Beləliklə, hesab edirəm ki, biz qəzalı məktəblər problemini bu il, uzaqbaşı gələn il həll edəcəyik. Yəni, Azərbaycanda bir dənə də olsun qəzalı məktəb olmamalıdır. Bu istiqamətdə böyük işlər görülüb və görüləcək”.
Bu məqamda qeyd edək ki, ölkə başçısının Sərəncamı ilə ayrılan vəsait hesabına İmişlidə Aranlı kənd 2 nömrəli tam orta məktəbi üçün inşa olunan 132 yerlik binanın tikinti işlərinin 85 faizi görülüb.
Təhsil Nazirliyinin sifarişi ilə tikilən məktəb binasının inşasına ötən ilin avqust ayında başlanılıb. Artıq binada hörgü işləri başa çatıb, dam örtüyü vurulub, qapı və pəncərələri quraşdırılıb, suvaq işləri görülüb. Hazırda sinif otaqları, fənn kabinetləri, akt və idman zalları və digər yardımçı otaqlarda elektrik və kommunikasiya xətləri çəkilir, divar və tavanlarda rəngləmə işləri aparılır, ərazi abadlaşdırılır. Təhsil ocağının fasiləsiz su, istilik və elektrik enerjisi ilə təmin olunması üçün ərazidə su anbarı və qazanxana tikilib, transformator quraşdırılıb.
Qeyd edək ki, yeni dərs ilində şagirdlərin və pedaqoji kollektivin istifadəsinə veriləcək məktəb binasında 11 sinif otağı, 6 fənn kabineti, idman və akt zalı və digər yardımçı otaqlar var.
Prezident İlham Əliyevin imzaladığı digər Sərəncamla ayrılan vəsait hesabına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəb üçün tikilən binanın inşaat işlərinin 90-95 faizi görülüb. 1176 şagird yerlik dördmərtəbəli binanın tikintisinə bu ilin yanvar ayında başlanılıb və qısa müddətdə əsas inşaat işləri başa çatdırılıb. Hazırda binanın fasadında son rəngləmə işləri görülür. Həmçinin otaqlara yeni inventar yerləşdirilir və texniki avadanlıqlar quraşdırılır. Yaxın günlərdə bu işlər də yekunlaşacaq.
Yeni dərs ilində müəllim və şagirdlərin istifadəsinə verilməsi planlaşdırılan məktəb binasında 54 sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, 218 yerlik yeməkxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək.
Ölkə başçısının Sərəncamına müvafiq olaraq Lənkəran rayonunun Şıxəkəran kəndində isə 432 şagird yerlik yeni məktəb binası tikilir. 3 min nəfərdən çox əhalinin yaşadığı Şıxəkəran kəndində köhnə məktəb 1930-cu ildə tikilmiş binada yerləşirdi.
Dörd korpusdan ibarət olacaq yeni məktəb binasının tikintisinə ötən ilin noyabr ayından başlanılıb. İki korpusun tikintisi, demək olar, başa çatdırılıb. Hazırda damın taxta konstruksiyaları quraşdırılır, kommunikasiya xətləri çəkilir, digər korpuslarda isə beton işləri görülür. Binada müasir su və istilik sistemi quraşdırılıb. Yeni məktəbdə fənn kabinetləri, kimya, fizika, biologiya laboratoriyaları, informatika otaqları yaradılacaq. Bundan başqa, burada 214 nəfərlik akt zalı, 192 nəfərlik mətbəx, idman zalı, kitabxana fəaliyyət göstərəcək. Açıq sahədə məşq-idman meydançası olacaq.
800 kvadratmetr ərazidə inşa olunan yeni məktəb binasının yeni dərs ilində istifadəyə verilməsi nəzərdə tutulub. Onu da qeyd edək ki, uzun illərdən sonra kənddə müasir standartlara cavab verən yeni məktəb binasının tikilməsi nəinki müəllim və şagirdlərin, kənd sakinlərinin də sevincinə səbəb olub.
Ölkə başçısının Sərəncamı ilə ayrılan vəsait hesabına İmişlidə Qızılkənd tam orta məktəbi üçün tikilən 624 şagird yerlik məktəb binasında da inşaat işləri sürətlə aparılır.
Təhsil Nazirliyinin sifarişi ilə tikilən üçmərtəbəli binanın inşasına ötən ilin noyabrında başlanılıb. Binada hörgü işləri yekunlaşıb və dam örtüyü vurulub. Hazırda binanın fasadı və daxilində suvaq işləri görülür, elektrik və kommunikasiya xətləri çəkilir, qapı və pəncərələr quraşdırılır. Məktəb binasında 24 sinif otağı olacaq. Təhsil ocağı müasir istilik və havalandırma sistemi ilə təchiz ediləcək, fənn kabinetləri, yeməkxana, kompüter otaqları, idman və akt zalları fəaliyyət göstərəcək. Binanın tikintisinin yeni dərs ilinədək başa çatdırılması nəzərdə tutulur.
Eyni zamanda Quba rayonunun Birinci Nügədi kəndində 792 şagird yerlik, üçmərtəbəli məktəb binası inşa edilir. Binada 44 sinif, 5 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, 396 yerlik akt zalı, kitabxana və 200 yerlik yeməkxana olacaq. 3500 kvadratmetr sahəni əhatə edən yeni binanın hazırda ikinci mərtəbəsi tikilir.
Verilən məlumata görə, Zəki Kərimov adına Birinci Nügədi kənd tam orta məktəbi üçün yeni binanın tikintisinə iyundan başlanılıb. Hazırda binanın bünövrəsi və zirzəmisi inşa edilir. Beş korpusdan ibarət təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz olunacaq. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək. Məktəb binasının tikintisinin cari ilin sonuna kimi başa çatdırılması nəzərdə tutulub.
Kürdəmir şəhər 1 nömrəli tam orta məktəbdə də əsaslı təmir işlərinə başlanılıb. Təhsil ocağının əsaslı təmiri Təhsil Nazirliyinin sifarişi ilə “İnşaat Servis-X” MMC tərəfindən həyata keçirilir. Məktəb 1962-ci ildə inşa edilmiş 650 yerlik ikimərtəbəli və 2005-ci ildə tikilmiş 300 şagird yerlik üçmərtəbəli iki korpusdan ibarətdir. Hazırda binalarda söküntü işləri aparılır. Əsaslı təmirin gələn ilin sentyabr ayınadək başa çatdırılması nəzərdə tutulur.
Dövlət başçısının Nazirlər Kabinetinin 2019-cu ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində keyfiyyət baxımından çox yüksək standartlara cavab verən modul tipli məktəblərin tikintisinin əhəmiyyəti barədə söylədiklərinə uyğun olaraq, xüsusilə bölgələrdə uşaq sayı az olan təhsil ocaqları üçün modul tipli məktəblərin quraşdırılıb istifadəyə verilməsi gündəmdədir.
Bu istiqamətdə görülən işlərə uyğun olaraq son 2 ildə Cəlilabad rayonunda 15 modul tipli məktəb inşa olunub. Ötən il təhsil infrastrukturunun yenidən qurulması çərçivəsində rayonun 5 kəndində - Abazallı, Kürdlər, Mirzəli, Çinar və Fərzilidə modul tipli məktəblər quraşdırılaraq müəllim və şagirdlərin ixtiyarına verilib.
Rayonda istifadəyə verilən yeni məktəblərdən biri də Fərzili kəndindəki 56 yerlik modul məktəbdir. Burada biri 16 yerlik, qalanı isə 8 yerlik olmaqla 6 sinif otağı var. Məktəbdə şagirdlərin yüksək səviyyədə təhsil ala bilməsi üçün hər cür şərait yaradılıb. Müasir avadanlıqlar və mərkəzləşdirilmiş istilik sistemi ilə təmin edilən məktəbdə 77 şagird təhsil alır. Yeni məktəbin istifadəyə verilməsi başqa kəndlərə və ya şəhərə oxumağa gedən uşaqların geri qayıtmasına səbəb olub. Buna görə də məktəb ikinövbəli fəaliyyət göstərir. Müəllimlər deyir ki, əvvəlki illərdən fərqli olaraq uşaqlar tədris ilində məktəbə daha həvəslə gəlib, dərslərini də uğurla başa vurublar.
Rayonun Suluçeşmə kəndində isə modul tipli məktəbin inşası bu yaxınlarda başa çatıb. 96 yerlik məktəb yeni tədris ilindən şagirdlərin istifadəsinə veriləcək.
Bundan başqa, Cəlilabadın Türkelli, Qarağac, Lallar, Ağusəm, Hacıcavad, Ətcələr, Ləzran, Hacıməmmədli və Oğrubulaq kəndlərində daha 9 modul tipli məktəbin inşası başa çatdırılıb. Şəhərin yeni massivində həmçinin 624 şagird yerlik tam orta məktəb üçün yeni bina tikilib.
Hazırda rayondakı Muğankənd kənd tam orta məktəbi üçün 480 şagird yerlik binanın tikintisinə başlanılıb. Məktəb binaları yeni tədris ilində müəllim və şagirdlərin ixtiyarına veriləcək.
Nurlan QƏLƏNDƏRLİ

 
  • Oxunub:  1050  |  
  • Tarix:  12-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 13 ildə uğurla fəaliyyət göstərən BTC Ulu Öndər Heydər Əliyevin böyük səyləri sayəsində həyata vəsiqə qazanıb

15 İyul 21:17
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
15 İyul 21:13
Diaspor gəncləri ilə görüş olub
15 İyul 21:01
SOCAR-ın “ENOC” şirkəti ilə müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə olunub
15 İyul 21:00
Gürcüstan DİN ölkə ictimaiyyətinə müraciət edib
15 İyul 20:58
Pakistan Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır
15 İyul 20:56
Səudiyyə Ərəbistanı ilə ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
15 İyul 20:53
Təhsil Nazirliyində Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir keçirilib
15 İyul 20:52
Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü uğurlu platformadır
15 İyul 20:47
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
15 İyul 20:45
Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15 İyul 20:41
“Qarabağ” – “Partizani” görüşünü moldovalı hakimlər briqadası idarə edəcək
15 İyul 20:35
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın aktual aspektləri Tuskun səfəri fonunda
15 İyul 20:32
Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir
15 İyul 17:45
Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb
15 İyul 17:41
Silahlı Qüvvələrin Hərbi Akademiyasında ingilis dili kursunun buraxılış mərasimi olub
15 İyul 17:28
"Gənc liderlər üçün yay məktəbləri”nin Oğuz turu uğurla davam edir
15 İyul 17:25
Azərbaycan və İsrail arasında innovasiya layihələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
15 İyul 17:23
Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib
15 İyul 17:12
DSX: Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib
15 İyul 17:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
15 İyul 17:08
Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunlar orta rəis heyəti vəzifələrinə təyin olunublar
15 İyul 17:02
Azərbaycan ilə Əfqanıstan arasında ali təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
15 İyul 16:59
Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
15 İyul 16:40
Lerikdə “Heydər Əliyev gənclərin düşüncəsində – 50 il” mövzusunda müzakirə aparılıb
15 İyul 16:31
Zviad Dzidziguri: Gürcüstan-Azərbaycan parlamentlərarası münasibətləri yüksək səviyyədədir
15 İyul 16:27
Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
15 İyul 16:26
Magistr təhsili almaq üçün qəbul olunanlar Qida Təhlükəziliyi Agentliyinə müsahibəyə dəvət edilirlər
15 İyul 16:18
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilir
15 İyul 16:06
Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Xan Sarayı istisna olmaqla turistlərin üzünə tam açıqdır
15 İyul 15:52
“Beynəlxalq əmək standartları” mövzusunda konfrans keçirilir
15 İyul 15:29
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənib
15 İyul 15:20
Rektor yüksək nəticə göstərmiş məzunlarla görüşüb
15 İyul 15:05
Rusiya-Azərbaycan: Sənaye kooperasiyası genişlənir
15 İyul 14:58
Lerikdə gənclərin sosial şəbəkə təlimi
15 İyul 14:56
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
15 İyul 14:54
Azərbaycanda səhralaşma problemi müzakirə olunub
15 İyul 14:46
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15 İyul 14:12
“Visa” ölkəmizin işğal olunmuş ərazilərində fəaliyyətini tam dayandırıb
15 İyul 14:02
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi vətəndaşlara müraciət edib
15 İyul 13:49
Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq
15 İyul 13:46
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
15 İyul 13:42
İyulun 16-da hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
15 İyul 13:37
Baş Prokurorluq: Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub
15 İyul 13:10
YAP gənclər arasındakı ünsiyyəti və əlaqələri möhkəmləndirən yeganə siyasi təşkilatdır
15 İyul 12:45
Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib
15 İyul 12:25
Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb
15 İyul 12:17
Füzulililər ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə anıblar
15 İyul 12:06
Azərbaycandan 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən isə idxal edilib
15 İyul 11:57
Altı ayda Azərbaycanda ÜDM 2,4 faiz artıb
15 İyul 11:56
BMT İnkişaf Proqramı KOBİA ilə birgə layihələrin reallaşdırılmasında maraqlıdır
15 İyul 11:52
Ulu Öndərin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
15 İyul 11:43
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15 İyul 11:32
Azərbaycan nümayəndə heyəti Vaşinqtonda keçiriləcək konfransda iştirak edəcək
15 İyul 11:30
İbtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verirlər
15 İyul 11:27
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
15 İyul 11:12
Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb
15 İyul 10:54
Gənc liderlər üçün yay məktəblərinin II Lerik turunun iştirakçıları yola salınıb
15 İyul 10:45
Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib
15 İyul 10:38
Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
15 İyul 10:08
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
15 İyul 09:17
Türkiyədə 15 İyul - Demokratiya və Milli Birlik Günüdür
15 İyul 08:54
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib
15 İyul 08:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi Gəncədə konsert təşkil edib
15 İyul 08:43
Özbəkistan portalı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı məqalə yayımlayıb
14 İyul 14:42
Naftalanda 200 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina tikilir
14 İyul 14:32
Pərvin Kərimzadə: Milli elm və təhsilin inkişafı Heydər Əliyev siyasi kursunun uğurudur
14 İyul 14:26
Ölkə ərazisində iyulun 15-nə gözlənilən hava proqnozu açıqlanıb
14 İyul 14:00
AZƏRBAYCANIN MİLLİ MARAQLARINI HƏR ZAMAN UCA TUTAN DAHİ LİDER
14 İyul 12:12
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib
14 İyul 11:34
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+27 +32
gecə+18 +22