Ana səhifə »  Qəzetin pdf formatı »  Erkan Özoral: FETÖ-yə dəstək verənlər bilməlidirlər ki, gələcəkdə bu terror təşkilatı onlar üçün də ciddi təhlükəyə çevriləcək
A+   Yenilə  A-
Erkan Özoral: FETÖ-yə dəstək verənlər bilməlidirlər ki, gələcəkdə bu terror təşkilatı onlar üçün də ciddi təhlükəyə çevriləcək

Bu gün FETÖ terror təşkilatına dəstək verən ölkələr bilməlidirlər ki, gələcəkdə bu təşkilat həmin dövlətlər üçün də ciddi təhlükəyə çevriləcək. Fətullah Gülən və tərəfdarlarının yalnız bir fəaliyyət üsulu var. Onlar fəaliyyət göstərdikləri ölkələrdə əhatə dairələrini genişləndirərək həmin ölkələrin idarəetmə sisteminə müdaxilə edirlər. FETÖ-nü qoruyan ölkələr bu təhlükəni nəzərə almalıdırlar.

Bu fikirləri Türkiyənin Azərbaycandakı səfiri Erkan Özoral AZƏRTAC-a müsahibəsində deyib. Diplomat qeyd edib ki, Fətullahçı terror təşkilatının (FETÖ) Türkiyədə dövlət çevrilişi cəhdi törətməsindən üç il keçir. Ötən üç il ərzində FETÖ-nün dövlət çevrilişi cəhdləri ilə bağlı xeyli faktlar aşkarlandı, terror təşkilatının dövlətin hansı strateji nöqtələrində yer aldığı müəyyən olundu. FETÖ Türkiyədə hakimiyyəti ələ keçirmək üçün qırx il ərzində gizli fəaliyyətlə məşğul olub. Ancaq terrorçular qarşılarında heç vaxt duruş gətirə bilməyəcək qüvvə ilə - türk xalqı ilə qarşılaşdılar. Öz liderinin – Prezident Rəcəb Tayyib Ərdoğanın çağırışından sonra küçə və meydanlara axışan türk xalqı terror təşkilatının dövlət çevrilişi cəhdinin qarşısını mətanətlə aldı və demokratiyaya sadiqliyini nümayiş etdirdi. Həmin gecə Türkiyə terrorla mübarizədə 251 şəhid verdi. 2016-cı il 15 iyul gecəsində türk xalqı növbəti dəfə qəhrəmanlıq dastanı yazdı. Bu, Türkiyə və dünya tarixində mühüm yeri olan hadisədir.

FETÖ-nün öz niyyətini həyata keçirmək üçün xaricdən də dəstək aldığını vurğulayan səfir diqqətə çatdırıb ki, bu barədə faktlar məhkəmə proseslərində tam sübuta yetirilir: “Terror təşkilatının fəaliyyəti təkcə dövləti ələ keçirmək olmayıb. FETÖ xalqın dini etiqadından sui-istifadə edib, qırx il ərzində təhsil adı altında gənclərə təsir göstərərək özlərinə tərəfdar, mütəxəssis ordusu yetişdirib, onları yüksək vəzifələrə təyin etmək üçün müxtəlif üsullara əl atıb. Belə ki, imtahan suallarını oğurlayıb təşkilatın üzvlərinə verməklə onların müxtəlif dövlət qurumlarında, orduda və polis sistemində vəzifələrdə irəli çəkilmələrinə şərait yaradıblar. Bununla yanaşı, terror təşkilatı ilə əlaqəsi olmayan şəxslərin tutduqları vəzifələrdən və ya imtahanlardan uzaqlaşdırılmalarına da nail olublar. Hazırlanan bu tərəfdarlar Türkiyədə hakimiyyəti ələ keçirmək əmrini icra etməyə başlayıblar. Bütün bu məsələlərlə bağlı hüquqi prosedur bu gün Türkiyədə davam edir, xeyli sayda terrorçu mühakimə edilərək layiqli cəzalarını alıb. Bununla da demək olar ki, terror təşkilatına sarsıdıcı zərbə vurulub.

Səfirin sözlərinə görə, Türkiyə FETÖ terror təşkilatı ilə mübarizəsini ölkədən xaricdə də aparır. Belə ki, Türkiyə dövləti əleyhinə təbliğat işinin aparılmasının qarşısını almaq üçün dövlətin müvafiq qurumları terror təşkilatının xaricdəki maliyyə hesablarının dondurulması üçün fəaliyyət göstərir. Bundan başqa, təşkilatın yeni kadrların hazırlanması üçün istifadə etdiyi məktəblərin bağlanması işi aparılır. Belə ki, bəzi ölkələrdə FETÖ-yə məxsus təhsil ocaqlarının bir hissəsinin fəaliyyəti dayandırılıb, digərləri isə Türkiyə Maarif Fondunun tərkibinə verilib. Bundan başqa, terror təşkilatına bağlı olan müəyyən şəxslər var ki, onlar iş adamı adı altında xarici ölkələrdə fəaliyyət göstərirlər. Türkiyə dövləti bu təşkilat üzvlərinin qurduğu dərnəklərin bağlanması üçün tədbirlər görür. FETÖ ilə mübarizədə Türkiyəyə ən böyük dəstəyin Azərbaycandan gəldiyini deyən E.Özoral bildirib ki, Azərbaycan FETÖ ilə mübarizədə digər ölkələrə nümunədir. Həmin gecə azərbaycanlı qardaşlarımız Bakıda Türkiyə səfirliyinin qarşısına gələrək bizə dəstəklərini ifadə etdilər. Bu dəstək bu gün də eyni qətiyyətlə davam etdirilir. Səfir bu dəstəyə görə dövləti adından Azərbaycan xalqına və Prezident İlham Əliyevə təşəkkürünü bildirib.

Səfir müsahibəsində Türkiyə-Azərbaycan əlaqələrindən, ölkələrimizin birgə həyata keçirdiyi layihələrdən də danışıb. O, qardaş ölkələrimiz arasında əlaqələrin inkişaf etdiyini vurğulayıb. Bildirib ki, həyata keçirdiyimiz birgə layihələr dünyada böyük rezonans yaradır. Məsələn, ötən dövr ərzində Bakı-Tbilisi-Qars dəmir yolu xətti istifadəyə verildi. Keçən ilin iyununda Türkiyənin Əskişəhər şəhərində TANAP layihəsinin açılışı oldu. Bakı-Tbilisi-Qars dəmir yolu üç ölkəni deyil, eyni zamanda, Şanxay və Londonu birləşdirir. Çindən Avropanın istənilən ölkəsinə daşınan yük gəmi yolu ilə 70 gün ərzində gedib çatır. Ancaq bu dəmir yolu vasitəsilə proses 10-11 gün ərzində mümkün olacaq. Bununla yanaşı, bu dəmir yolu turizmin inkişafına da müsbət təsir edəcək. Artıq Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişinlərin daşınması da həyata keçirilir. Erkan Özoral əlavə edib ki, Türkiyə Azərbaycanın turizm sektorunun inkişaf etdirilməsi üçün göstərdiyi dəstəyi artırır. TİKA da daxil olmaqla Türkiyənin əksər müvafiq qurumları turizm sektoru üçün kadrların hazırlanmasına dəstək göstərdi. Bundan başqa, Türkiyə Azərbaycan turizminə investisiya qoyması üçün türk iş adamlarını bu sahəyə cəlb edir.

Səfir Azərbaycandakı multikulturalizm ənənələrindən də bəhs edib. O qeyd edib ki, bu günlərdə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” mövzusunda beynəlxalq simpozium Azərbaycan dövlətinin tolerantlığa göstərdiyi diqqətin sübutudur. Diplomat əlavə edib ki, Azərbaycan fərqli dinlərin və millətlərin coğrafiyası olsa da, dünyaya sülh və sabitliyin qorunduğu bir məkan kimi nümunədir. Dünya dövlətləri bu təcrübədən istifadə etməlidir.

 
  • Oxunub:  4440  |  
  • Tarix:  12-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır

20 Fevral 20:38
Azərbaycan meşə yanğınlarının fəsadlarının aradan qaldırılması məqsədi ilə Avstraliyaya humanitar yardım edib
20 Fevral 20:28
Azərbaycan-İtaliya sənədləri mübadilə edilib
20 Fevral 20:17
Azərbaycanın birinci xanımı Mehriban Əliyeva İtaliyanın Kuirinale Sarayı ilə tanış olub
20 Fevral 20:00
Azərbaycan Prezidenti İlham Əliyev İtaliya Senatının Sədri ilə görüşüb
20 Fevral 17:46
Prezident İlham Əliyevin İtaliya Nazirlər Şurasının Sədri Cüzeppe Konte ilə görüşü olub
20 Fevral 17:39
Rusiyanın Baş Naziri Azərbaycana yeni ticarət nümayəndəsi təyin edib
20 Fevral 17:36
Dövlət Neft və Sənaye Universiteti ilə “British Council” arasında əməkdaşlıq genişlənir
20 Fevral 16:36
Azərbaycan və İtaliya prezidentləri mətbuata bəyanatlarla çıxış ediblər
20 Fevral 16:31
Azərbaycan Milli Elmlər Akademiyasında Xocalı soyqırımı qurbanlarının xatirəsi anılıb
20 Fevral 16:06
X Beynəlxalq Multikulturalizm Qış Məktəbinin iştirakçıları Azərbaycandakı tolerantlıq barədə məlumatlandırılıb
20 Fevral 16:01
AZAL Daşkənddə keçirilən Beynəlxalq Aviasiya Forumunda təmsil olunub
20 Fevral 15:58
Üzüm bağlarında yaz hazırlıqlarına başlanıb: məqsəd məhsuldarlığı artırmaqdır
20 Fevral 15:38
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Gəncə və Goranboyda vətəndaşları qəbul edib
20 Fevral 15:25
Yevlax rayonunda 2019-cu ilin yekunlarına həsr olunan hesabat yığıncağı keçirilib
20 Fevral 15:20
Harvard Universitetinin saytında Ermənistan-Azərbaycan münaqişəsi ilə bağlı Münxendə keçirilən müzakirələrə dair məqalə yerləşdirilib
20 Fevral 15:14
Azərbaycan Prezidenti İlham Əliyevin və İtaliya Prezidenti Sercio Mattarellanın geniş tərkibdə görüşü olub
20 Fevral 15:06
Azərbaycan və İtaliya prezidentlərinin təkbətək görüşü
20 Fevral 14:57
Prezident İlham Əliyevin Romada rəsmi qarşılanma mərasimi olub
20 Fevral 14:35
Milli Konservatoriyada UNESCO klubunun təqdimatı olub
20 Fevral 14:24
Prezident İlham Əliyevin İtaliyaya dövlət səfəri bu ölkənin mətbuatının diqqətindədir
20 Fevral 13:32
Azərbaycan Respublikası Ali Məhkəməsinin növbəti Plenumu keçirilib
20 Fevral 13:21
Vyanada ATƏT Parlament Assambleyasının 19-cu qış sessiyası işə başlayıb
20 Fevral 13:17
YAP İcra Katibliyində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin İdarə Heyətinin sədri Zaur Əliyev mətbuat konfransı keçirib
20 Fevral 13:10
ATƏT-in 28-ci İqtisadi və Ətraf Mühit Forumunun I Hazırlıq İclasında “ASAN xidmət”in fəaliyyətindən bəhs olunub
20 Fevral 13:04
Zaur Əliyev: Hazırda icbari tibbi sığortanın tətbiqi 5 tibbi ərazi bölməsini əhatə edir
20 Fevral 12:47
Bakı Ali Neft Məktəbində “Qadınlar və mühəndislik” mövzusu müzakirə olunub
20 Fevral 12:43
İranın İRNA agentliyi Münxendə Dağlıq Qarabağ münaqişəsi ilə bağlı keçirilən panel müzakirələrdən yazır
20 Fevral 12:22
Memarlıq və İnşaat Universitetində Karyera sərgisi təşkil olunub
20 Fevral 12:19
İsveçrə saytında Azərbaycanda aparılan islahatlar barədə məqalə dərc olunub
20 Fevral 12:10
Çerniqovda Xocalı soyqırımına dair elmi konfrans keçirilib
20 Fevral 11:53
İcbari tibbi sığortanın tətbiq edildiyi 23 rayondakı tibb müəssisələrinə 381 mindən artıq insan müraciət edib
20 Fevral 11:50
DOST Agentliyi könüllülüklə əlaqədar keçirilən beynəlxalq müsabiqədə birinci yerə layiq görülüb
20 Fevral 11:47
Məqsədimiz məzunlarımıza karyeralarını qurmaqda yardımçı olmaqdır
20 Fevral 11:33
İndoneziyada Xocalı soyqırımına həsr olunmuş poçt markaları buraxılıb
20 Fevral 11:29
Azərbaycan Respublikası Antiqua və Barbudaya yardım edib
20 Fevral 11:23
Naxçıvanda Azərbaycan əsgərinin keçirdiyi taktiki-xüsusi təlimlər erməniləri təşvişə salıb
20 Fevral 11:20
ABŞ-ın San-Dieqo Ştat Universitetində Azərbaycana dair mühazirə keçirilib
20 Fevral 11:16
Sumqayıtda ötən əsrdə tikilmiş, istismar müddəti başa çatmış yaşayış binaları söküləcək
20 Fevral 10:40
“Ana harayı” abidəsinin yerləşdiyi Xocalı parkında hazırlıq və abadlıq işləri aparılır
20 Fevral 10:28
Bu gün UEFA Avropa Liqasının onaltıdabir final mərhələsinə start verilir
20 Fevral 10:16
Şəki Xan Sarayı ilə tanışlıq Qış məktəbinin iştirakçılarında böyük maraq doğurub
20 Fevral 10:05
Tokioda “Imegine One World-Kimono Project” layihəsi çərçivəsində Azərbaycan kimonosunun təqdimatı keçirilib
20 Fevral 09:57
BMT-də keçirilən tədbirdə Dağlıq Qarabağ münaqişəsi barədə danışılıb
20 Fevral 09:52
Münxendə Azərbaycanın alternativ enerji sektorunun inkişafı istiqamətində atdığı addımlar yüksək dəyərləndirilib
20 Fevral 09:50
Ermənistan silahlı qüvvələri iriçaplı pulemyotlardan da istifadə etməklə atəşkəs rejimini 23 dəfə pozub
20 Fevral 09:48
Dağlıq Qarabağ münaqişəsi Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həll edilməlidir
20 Fevral 09:39
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
20 Fevral 09:34
Almaniya Beynəlxalq Əməkdaşlıq Cəmiyyəti ilə işbirliyi davam etdirilir
20 Fevral 09:33
Tarixçi alim Həsən Həsənov Atropatena/Adorbaygan/ Azərbaycan adlı dövlətin yaranması haqqında
20 Fevral 09:30
İstanbulda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
20 Fevral 09:24
Əsas vəzifəmiz yüksək peşəkar musiqiçi kadrlar yetişdirməkdir
20 Fevral 09:12
Ermənistan ordusundakı acınacaqlı vəziyyət sadə erməniləri qəzəbləndirib
20 Fevral 09:09
Xocalı soyqırımı qurbanlarının xatirəsi mədəniyyət ocaqlarında da anılacaq
20 Fevral 08:59
Prezident İlham Əliyev: Hamı bilməlidir ki, şəhər nəqliyyatı həm insanların rahatlığıdır, həm bizim sağlamlığımızdır, həm də havanın təmiz olmasıdır
19 Fevral 20:22
Mərkəzi Seçki Komissiyasının iclası keçirilib
19 Fevral 20:20
SOCAR-la Sumqayıt Texnologiyalar Parkı birgə müəssisə yaradıb
19 Fevral 20:16
Prezident İlham Əliyevin Münxen qələbəsi: erməni baş nazirin növbəti iflası
19 Fevral 20:12
Naxçıvanda inşa olunan yeni uçuş-enmə zolağı sınaqdan keçirilib
19 Fevral 20:10
AMEA-da Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının sədri Famil Mustafayevlə görüş keçirilib
19 Fevral 19:46
Bölgələrdə tikilən Olimpiya kompleksləri idmanın kütləviliyinin təmin edilməsində mühüm rol oynayır
19 Fevral 17:49
Prezident İlham Əliyev Romada dahi Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvinin abidəsini ziyarət edib
19 Fevral 17:48
AzTU Türkiyə universitetləri ilə əlaqələri genişləndirir
19 Fevral 17:36
Azərbaycan Prezidenti İlham Əliyev İtaliyaya dövlət səfərinə gəlib
19 Fevral 17:28
Mədəniyyət naziri Əbülfəs Qarayevin Böyük Britaniyada görüşləri davam edir
19 Fevral 17:25
Ötən ay ölkədən 60 min tonadək neft məhsulları ixrac olunub
19 Fevral 17:08
Qaradağ rayonunda ötən ilin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş hesabat yığıncağı keçirilib
19 Fevral 16:45
Amerikalı ekspert Piter Teys: Ermənistan hökumətinin üzvlərinə qarşı iqtisadi və siyasi sanksiyalar tətbiq edilməlidir
19 Fevral 16:36
Azərbaycan-Latviya əməkdaşlıq əlaqələri yeni inkişaf mərhələsinə qədəm qoyub
19 Fevral 16:33
Vüsal Qasımlı: Son bir ildə Azərbaycanda elektron ticarət rekord həddə çatıb
19 Fevral 16:26
AZTU ilə Rusiya şirkəti arasında əməkdaşlıq məsələləri müzakirə olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+8 +10
gecə+4 +6