Ana səhifə »  Qəzetin pdf formatı »  “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu başa çatıb
A+   Yenilə  A-
“İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu başa çatıb

İyulun 11-12-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi və AMEA-nın akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun təşkilatçılığı ilə Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumu öz işini başa vurub.

AZƏRTAC xəbər verir ki, bağlanış mərasimində çıxış edən Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov Simpoziumda Qafqazda İslam sivilizasiyasının yayılması tarixinin elmi şəkildə öyrənildiyini və bu tarixin aktual problemlərinin araşdırıldığını, ölkəmizin uzunəsrlik tarixi keçmişə malik qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühiti haqqında məruzələr dinlənildiyini qeyd edib. O bildirib ki, məruzəçilər, həmçinin müsəlman ölkələri ilə əlaqələrin inkişafında ümummilli lider Heydər Əliyevin misilsiz xidmətləri, bu siyasətin layiqli davamçısı Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ölkəmizdə mövcud olan tolerant və multikultural mühitin dünyada tanıdılması istiqamətində həyata keçirilən tədbirlər barədə geniş çıxış ediblər.

Ceyhun Məmmədov, Simpoziumda İslam sivilizasiyasının inkişafında qafqazlı, xüsusən azərbaycanlı alimlərin özünəməxsus mövqeyindən bəhs edərək, məşhur İslam alimləri haqqında məruzələrin də dinlənildiyini diqqətə çatdırıb. Rektor vurğulayıb ki, Simpoziumun rəmzi mənası da var: “Bildiyiniz kimi, iyulun 14-də ulu öndər Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 ili tamam olur. Bu baxımdan da konfransın təşkili xüsusi əhəmiyyət daşıyır”.

Daha sonra Azərbaycan İlahiyyat İnstitutunun rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Ceyhun Məmmədov “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium iştirakçılarının Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə ünvanlanmış müraciətini oxuyub.

Müraciətdə deyilir:

“Möhtərəm cənab Prezident!

İyulun 11-də və 12-də Azərbaycan İlahiyyat İnstitutu (Aİİ), İslam Tarixi, İncəsənəti və Mədəniyyəti Araşdırma Mərkəzi (IRCICA) və AMEA-nın akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutunun birgə təşkilatçılığı ilə Bakı şəhərində keçirilmiş “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumuna göstərdiyiniz hərtərəfli diqqətə, eləcə də tədbir iştirakçılarına ünvanladığınız müraciətə görə Sizə təşəkkürümüzü və minnətdarlığımızı bildiririk.

İslam dünyasının ayrılmaz hissəsi olan Azərbaycan tarixən müsəlman sivilizasiyasının yaranması və tərəqqisində mühüm rol oynamışdır. Təsadüfi deyildir ki, Bəhmənyar Azərbaycani, Şihabəddin Sührəvərdi, Nizami Gəncəvi, Nəsirəddin Tusi, İmadəddin Nəsimi, Seyid Yəhya Şirvani, Məhəmməd Füzuli və yüzlərlə başqa azərbaycanlı mütəfəkkirlər müsəlman aləmində elmi, fəlsəfi və ədəbi düşüncənin inkişafında müstəsna xidmətlər göstərmişlər. İslam mədəniyyəti Qafqazın digər bölgələrinə məhz Azərbaycandan yayılmışdır.

Ulu öndər Heydər Əliyev “Qafqazda İslamın yayılması və inkişaf etməsi Azərbaycandan başlayır” söyləməklə İslam sivilizasiyasının Qafqazda bərqərar olmasında Azərbaycanın oynadığı əhəmiyyətli rola diqqət çəkmişdir. İslamın Qafqazda yaşayan xalqların həyatındakı tarixi rolu və əhəmiyyətinə dərindən bələd olan Ümummilli Liderin birbaşa təşəbbüsü və iştirakı ilə 1998-ci il dekabrın 9-dan 11-dək Bakıda “İslam sivilizasiyası Qafqazda” Beynəlxalq Simpoziumu keçirilmişdir.

İyulun 11-də və 12-də Bakıda keçirilən “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpozium da məhz Heydər Əliyevin misilsiz ideyalarının həyata keçirilməsinə xidmət edir. Bu Simpoziumun keçirilməsi Azərbaycan dövlətinin və şəxsən Sizin İslam mədəniyyətinə verdiyiniz qiymətin əyani təzahürüdür.

Müasir dövrdə Sizin rəhbərliyinizlə sosial-iqtisadi baxımdan sürətlə inkişaf edən Azərbaycan elm və mədəniyyət sahəsində də çoxsaylı nailiyyətlərə imza atır. Azərbaycan, artıq multikultural dəyərlərin xalq və dövlət səviyyəsində dəstəkləndiyi və beynəlxalq miqyasda təbliğ olunduğu ölkə kimi tanınır. 2016-cı ili “Multikulturalizm ili” elan etməyiniz Sizin bu ali dəyərlərə yüksək münasibətinizin bariz nümunəsidir. Həqiqətən də qloballaşan dünyada monokultural mədəniyyət anlayışının multikultural düşüncə ilə əvəzlənməsi, mədəniyyətlərin öz “getto”larından çıxması bir zərurətə çevrilmişdir. Bu baxımdan, Azərbaycan dövlətinin sivilizasiyalararası və mədəniyyətlərarası əlaqələrdə multikulturalizmi önə çəkməsi zamanın çağırışları ilə səsləşir.

2017-ci ilin “İslam Həmrəyliyi İli” elan edilməsi haqqında 2017-ci il 10 yanvar tarixli Sərəncamınız İslam dünyasının ən böyük ehtiyacını çox dəqiqliklə müəyyənləşdirdiyinizi göstərir. Bu Sərəncam dünyada getdikcə güclənən ksenofob və islamofob qüvvələrə tutarlı cavabdır, eyni zamanda, 2016-cı ilin “Multikulturalizm ili” elan olunması barədə 2016-cı il 11 yanvar tarixli Sərəncamınızın məntiqi davamıdır. Аzərbаycаn həm multikultural dəyərlərin tətbiqi və təbliği, həm də müsəlman aləmində vəhdət və qardaşlıq ideyalarının yayılması baxımından nümunəvi ölkədir.

Dünyada sülh, əmin-amanlıq və tolerantlığın carçısı olan Azərbaycan, təəssüf ki, bu dəyərləri heçə sayan Ermənistanın təcavüzü ilə üz-üzə qalmış, torpaqlarının 20 faizi işğal edilmiş, bir milyondan çox azərbaycanlı öz doğma yurd-yuvalarından didərgin salınmışdır. İşğal altındakı torpaqlarda yüzlərlə İslam mədəniyyəti nümunəsi məhv edilmiş, məscid və türbələr dağıdılmışdır. Simpozium iştirakçıları olaraq, dünya ictimaiyyətinin bu vandalizmə biganə qalmayacağına, Azərbaycanın haqq səsinə səs verəcəyinə ümidvar olduğumuzu bildiririk. Əminik ki, Sizin rəhbərliyinizlə Azərbaycanın ərazi bütövlüyü təmin ediləcəkdir.

Möhtərəm cənab Prezident!

Biz, “İslam sivilizasiyası Qafqazda” II Beynəlxalq Simpoziumunun iştirakçıları bu beynəlxalq tədbirə göstərdiyiniz qayğı və diqqətə görə bir daha Sizə öz dərin minnətdarlığımızı bildirir, Azərbaycanda və dünyada sülh və əmin-amanlığın qorunması, ölkəmizin inkişafı və çiçəklənməsi naminə fəaliyyətinizdə uğurlar arzulayırıq”.

Simpozium iştirakçılarına sertifikatlar təqdim olunub.

Bağlanış mərasimindən sonra mətbuat konfransı keçirilib, kütləvi informasiya vasitələri nümayəndələrinin sualları cavablandırılıb.

Xatırladaq ki, Simpozium Qafqazda İslam sivilizasiyasının yayılması dövrünün elmi şəkildə öyrənilməsi və bu tarixin aktual problemlərinin obyektiv araşdırılması, eyni zamanda, ölkəmizin uzunəsrlik tarixi keçmişə malik qarşılıqlı hörmətə əsaslanan milli-mədəni müxtəliflik və etnik-dini dözümlülük mühitinin dünyaya tanıtdırılması məqsədilə keçirilib.

Simpoziumda 100-dən çox məruzəçi 11 paneldə – “İslam mədəniyyətinin Qafqazda dini və ictimai-mədəni həyata təsiri”, “Qafqazda İslam elmlərinin inkişafı”, “Qafqazda İslam memarlığı, incəsənəti və ədəbiyyatı”, “Azərbaycanda tolerantlıq və multikultural ənənələrin möhkəmləndirilməsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rolu”, “Qafqazda İslamın yayılması”, “Qafqazda multikulturalizm”, “İslam sivilizasiyası Qafqazda” araşdırma və təlim sahəsi kimi: metodoloji məsələlər, tarixi mənbələr, sənədlər və artefaktlar, mövzu üzrə akademik əməkdaşlıq”, “Qafqazda din təhsilində məscid, mədrəsə və xanəgahların rolu”, “Çar Rusiyasının Qafqazda İslam siyasəti”, “Qafqaz alimlərinin İslam dünyasında dəqiq, təbiət və humanitar elmlərin inkişafında rolu” mövzularında panellərdə çıxış ediblər.

Konfransın materialları kitab şəklində çap olunacaq.

 
  • Oxunub:  1260  |  
  • Tarix:  12-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Ötən 13 ildə uğurla fəaliyyət göstərən BTC Ulu Öndər Heydər Əliyevin böyük səyləri sayəsində həyata vəsiqə qazanıb

15 İyul 21:17
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Azərbaycandakı tolerant mühit barədə məlumatlandırılıb
15 İyul 21:13
Diaspor gəncləri ilə görüş olub
15 İyul 21:01
SOCAR-ın “ENOC” şirkəti ilə müxtəlif layihələrə sərmayə yatırımları imkanları müzakirə olunub
15 İyul 21:00
Gürcüstan DİN ölkə ictimaiyyətinə müraciət edib
15 İyul 20:58
Pakistan Azərbaycanla bütün sahələrdə əlaqələrin daha da inkişafında maraqlıdır
15 İyul 20:56
Səudiyyə Ərəbistanı ilə ədliyyə sahəsində Əməkdaşlıq Proqramı imzalanıb
15 İyul 20:53
Təhsil Nazirliyində Heydər Əliyevin respublika rəhbərliyinə gəlməsinin 50 illiyi ilə bağlı tədbir keçirilib
15 İyul 20:52
Azərbaycan-Gürcüstan-Türkiyə parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli görüşü uğurlu platformadır
15 İyul 20:47
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 illiyinə həsr olunmuş tədbir keçirilib
15 İyul 20:45
Polis Akademiyasında ümummilli lider Heydər Əliyevin hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə tədbir keçirilib
15 İyul 20:41
“Qarabağ” – “Partizani” görüşünü moldovalı hakimlər briqadası idarə edəcək
15 İyul 20:35
Aİ-Azərbaycan: strateji tərəfdaşlığın aktual aspektləri Tuskun səfəri fonunda
15 İyul 20:32
Voleybol üzrə qadınlardan ibarət milli komandamız ölkə xaricində təlim-məşq toplanışını davam etdirir
15 İyul 17:45
Şamaxı Astrofizika Rəsədxanası kosmik hava proqnozunu açıqlayıb
15 İyul 17:41
Silahlı Qüvvələrin Hərbi Akademiyasında ingilis dili kursunun buraxılış mərasimi olub
15 İyul 17:28
"Gənc liderlər üçün yay məktəbləri”nin Oğuz turu uğurla davam edir
15 İyul 17:25
Azərbaycan və İsrail arasında innovasiya layihələri sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
15 İyul 17:23
Xarici İşlər Nazirliyi ADA Universiteti ilə birlikdə “Azərbaycan diplomatiyası–100 il” adlı diplomatiya həftəsi təşkil edib
15 İyul 17:12
DSX: Gürcüstan vətəndaşları tərəfindən Azərbaycan sərhəd naryadına qarşı insident törədilib
15 İyul 17:10
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi İctimai Səhiyyə və İslahatlar Mərkəzi ilə Anlaşma Memorandumu imzalayıb
15 İyul 17:08
Polis Akademiyasının əyani şöbəsini bitirmiş məzunlar orta rəis heyəti vəzifələrinə təyin olunublar
15 İyul 17:02
Azərbaycan ilə Əfqanıstan arasında ali təhsil sahəsində əlaqələrin inkişaf perspektivləri müzakirə edilib
15 İyul 16:59
Gürcüstanın Azərbaycandakı səfiri Xarici İşlər Nazirliyinə çağırılıb
15 İyul 16:40
Lerikdə “Heydər Əliyev gənclərin düşüncəsində – 50 il” mövzusunda müzakirə aparılıb
15 İyul 16:31
Zviad Dzidziguri: Gürcüstan-Azərbaycan parlamentlərarası münasibətləri yüksək səviyyədədir
15 İyul 16:27
Sabirabadda “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
15 İyul 16:26
Magistr təhsili almaq üçün qəbul olunanlar Qida Təhlükəziliyi Agentliyinə müsahibəyə dəvət edilirlər
15 İyul 16:18
Azərbaycan-Türkiyə-Gürcüstan parlamentlərinin xarici əlaqələr komitələrinin üçtərəfli iclası keçirilir
15 İyul 16:06
Şəkinin “Yuxarı Baş” Dövlət Tarix-Memarlıq Qoruğunun ərazisi Xan Sarayı istisna olmaqla turistlərin üzünə tam açıqdır
15 İyul 15:52
“Beynəlxalq əmək standartları” mövzusunda konfrans keçirilir
15 İyul 15:29
Fərdi təhsil üzrə nümunəvi tədris planı təsdiqlənib
15 İyul 15:20
Rektor yüksək nəticə göstərmiş məzunlarla görüşüb
15 İyul 15:05
Rusiya-Azərbaycan: Sənaye kooperasiyası genişlənir
15 İyul 14:58
Lerikdə gənclərin sosial şəbəkə təlimi
15 İyul 14:56
Hesablama Palatasında nəzarət tədbirləri üzrə auditor hesabatları müzakirə olunub
15 İyul 14:54
Azərbaycanda səhralaşma problemi müzakirə olunub
15 İyul 14:46
İmadəddin Nəsiminin yaradıcılığına həsr olunmuş rəsm müsabiqəsi davam edir
15 İyul 14:12
“Visa” ölkəmizin işğal olunmuş ərazilərində fəaliyyətini tam dayandırıb
15 İyul 14:02
DİN-in Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi vətəndaşlara müraciət edib
15 İyul 13:49
Dövlət Turizm Agentliyi: Şəki Xan Sarayının ərazisinə giriş bir müddət bağlı olacaq
15 İyul 13:46
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbi başlayıb
15 İyul 13:42
İyulun 16-da hava şəraiti meteohəssas insanlar üçün əlverişli olacaq
15 İyul 13:37
Baş Prokurorluq: Şəki Xan Sarayının həyətindəki ağacın budaqlarının qırılmasına əlverişsiz hava şəraiti səbəb olub
15 İyul 13:10
YAP gənclər arasındakı ünsiyyəti və əlaqələri möhkəmləndirən yeganə siyasi təşkilatdır
15 İyul 12:45
Ümumtəhsil məktəblərinin 2019-2020-ci dərs ilinə aid tədris planları təsdiq edilib
15 İyul 12:25
Sumqayıtda Aprel şəhidləri Raquf Orucov və Seymur Baxışovun xatirəsi anılıb
15 İyul 12:17
Füzulililər ulu öndər Heydər Əliyevin xalqımız qarşısındakı xidmətlərini minnətdarlıq hissi ilə anıblar
15 İyul 12:06
Azərbaycandan 102 ölkəyə məhsul ixrac olunub, 163 ölkədən isə idxal edilib
15 İyul 11:57
Altı ayda Azərbaycanda ÜDM 2,4 faiz artıb
15 İyul 11:56
BMT İnkişaf Proqramı KOBİA ilə birgə layihələrin reallaşdırılmasında maraqlıdır
15 İyul 11:52
Ulu Öndərin respublika rəhbərliyinə gəlişinin 50-ci ildönümü ilə əlaqədar Azərbaycan Ordusunda silsilə tədbirlər keçirilib
15 İyul 11:43
Ümummilli lider Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət
15 İyul 11:32
Azərbaycan nümayəndə heyəti Vaşinqtonda keçiriləcək konfransda iştirak edəcək
15 İyul 11:30
İbtidai sinif müəllimi olmaq istəyən namizədlər imtahan verirlər
15 İyul 11:27
IX Beynəlxalq Multikulturalizm Yay Məktəbinin iştirakçıları Ulu Öndərin və şəhidlərin xatirəsini anıblar
15 İyul 11:12
Azərbaycan atleti Serbiyada keçirilən Balkan çempionatında gümüş medal qazanıb
15 İyul 10:54
Gənc liderlər üçün yay məktəblərinin II Lerik turunun iştirakçıları yola salınıb
15 İyul 10:45
Səhiyyə Nazirliyi Şəkidə baş verən hadisə ilə bağlı xəsarət alanların son vəziyyəti barədə açıqlama verib
15 İyul 10:38
Cəbhənin bəzi sahələrində atəşkəs rejimi ara-sıra açılan atəşlə pozulub
15 İyul 10:08
Milli Dram Teatrı mövsümü “Qarabağnamə” ilə bağlayıb
15 İyul 09:17
Türkiyədə 15 İyul - Demokratiya və Milli Birlik Günüdür
15 İyul 08:54
Ümummilli lider Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi münasibətilə konsert keçirilib
15 İyul 08:47
XV Avropa Gənclər Yay Olimpiya Festivalının Əməliyyat Komitəsi Gəncədə konsert təşkil edib
15 İyul 08:43
Özbəkistan portalı ulu öndər Heydər Əliyevin siyasi hakimiyyətə gəlməsinin 50 illiyi ilə bağlı məqalə yayımlayıb
14 İyul 14:42
Naftalanda 200 yerlik körpələr evi-uşaq bağçası üçün yeni bina tikilir
14 İyul 14:32
Pərvin Kərimzadə: Milli elm və təhsilin inkişafı Heydər Əliyev siyasi kursunun uğurudur
14 İyul 14:26
Ölkə ərazisində iyulun 15-nə gözlənilən hava proqnozu açıqlanıb
14 İyul 14:00
AZƏRBAYCANIN MİLLİ MARAQLARINI HƏR ZAMAN UCA TUTAN DAHİ LİDER
14 İyul 12:12
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli lider Heydər Əliyev bütün ömrü boyu xalqına, vətəninə sədaqətlə xidmət edib
14 İyul 11:34
Heydər Əliyev Fondunun təşkilatçılığı ilə Kannda Azərbaycan mədəniyyəti günləri başlayıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+27 +32
gecə+18 +22