Ana səhifə »  Qəzetin pdf formatı »  Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib
A+   Yenilə  A-
Daxili İşlər Nazirliyində geniş kollegiya iclası keçirilib

İyulun 12-də Daxili İşlər Nazirliyində (DİN) 2019-cu ilin altı ayında cinayətkarlıqla mübarizə, ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi üzrə fəaliyyətin yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş geniş kollegiya iclası keçirilib.

DİN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, iclasda çıxış edən Daxili İşlər naziri, general-polkovnik Vilayət Eyvazov Azərbaycan Polisinin yaranmasının 101-ci ildönümü ərəfəsində Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamları ilə bir qrup əməkdaşın dövlət mükafatlarına layiq görülməsini daxili işlər orqanlarına yüksək etimadın növbəti əyani ifadəsi olduğunu vurğulayıb.

Cari ilin birinci yarısında respublikada cinayətkarlıqla mübarizənin və ictimai təhlükəsizliyin təmin olunmasının vəziyyətindən danışan nazir bu sahədə əvvəlki dövrlərdə əldə olunmuş müsbət nəticələrin bir çox istiqamətlər üzrə inkişaf etdiyini, vətəndaşların qanuni mənafelərinin, hüquq və azadlıqlarının etibarlı qorunduğunu, kriminogen durumun nəzarətdə saxlanıldığını, daxili işlər orqanlarının qarşısında duran vəzifələrin bütövlükdə yerinə yetirildiyini bildirib.

Sonra geniş məruzə ilə çıxış edən nazir V.Eyvazov hesabat dövründə daxili işlər və prokurorluq orqanları üzrə 12 min 411 cinayətin qeydə alındığını, bu cinayətlərin 88,5 faizinin böyük ictimai təhlükə törətməyən və az ağır növlərin təşkil etdiyini bildirib. Qəsdən adam öldürməyə cəhd cinayətlərinin 12,2 faiz, qəsdən sağlamlığa ağır zərər vurmaların 4,1 faiz, mülkiyyət əleyhinə cinayətlərin 8,1 faiz, xuliqanlıqların 25,1 faiz, ictimai yerlərdə baş vermiş cinayətlərin 35 faiz azaldığı, cinayətlərin acılmasının yüksək olmaqla 83,1 faiz təşkil etdiyi, məhkəmədən, istintaqdan və təhqiqat orqanlarından yayınan 1852 təqsirləndirilən şəxsin tutulduğu vurğulanıb. Bildirilib ki, ötən ilin altı ayı ilə müqayisədə cari ilin müvafiq dövründə ağır və xüsusilə ağır, şəxsiyyət əleyhinə olan, onlardan qəsdən adam öldürmələrin, adam öldürməyə cəhdlərin, dələduzluqların, soyğunçuluqların açılması xeyli yaxşılaşıb, keçmiş illərdən bağlı qalmış 163 cinayətin açılması təmin edilib.

Məruzəçi ötən altı ayda mütəşəkkil cinayətkarlıqla mübarizə sahəsində həyata keçirilmiş əməliyyat-axtarış tədbirləri ilə 424 kriminal qrupun zərərsizləşdirildiyini, qanunsuz olaraq odlu silah saxlayan və daşıyan 65 nəfərin cinayət məsuliyyətinə cəlb edildiyini, qeyri-leqal dövriyyədən bütövlükdə 810 kiloqram narkotik vasitənin çıxarıldığını və 74 tona yaxın narkotik xassəli bitkinin aşkarlanaraq məhv edildiyini vurğulayıb.

Bununla yanaşı, vətəndaşların qəbulu və müraciətlərinə baxılması sahəsində Azərbaycan Prezidentinin qarşıya qoyduğu proqram vəzifələrin cari ilin birinci yarısında da yerinə yetirildiyini nəzərə çatdıran V.Eyvazov nazirliyin rəhbərliyi tərəfindən 2749, o cümlədən respublikanın ayrı-ayrı şəhər və rayonlarında 680 vətəndaşın qəbulunun həyata keçirildiyini, vətəndaşlar tərəfindən qaldırılan məsələlərin əksəriyyətinin müsbət həllini tapdığını qeyd edib.

Məruzə ətrafında çıxış edən Naxçıvan Muxtar Respublikasının Daxili İşlər naziri, general-leytenant Fazil Ələkbərov, Bakı Şəhər Baş Polis İdarəsinin rəisi, polis general-mayoru Mirqafar Seyidov, DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin rəisi, polis general-mayoru Elşən Kazımov, Gəncə Şəhər Baş Polis İdarəsinin rəisi, polis polkovniki Əkbər İsmayılov və digərləri görülmüş işlər, əldə olunmuş nəticələr, mövcud nöqsanlar və onların aradan qaldırılması üzrə planlaşdırılan tədbirlər barədə məlumat veriblər.

İclasa yekun vuran nazir Vilayət Eyvazov hesabat dövründə əməliyyat-xidməti fəaliyyətin bütövlükdə qənaətbəxş olduğunu, cinayətkarlığa qarşı mübarizədə, ictimai təhlükəsizliyin təmin edilməsi sahəsində əməkdaşların və hərbi qulluqçuların yüksək peşəkarlığı ilə fərqləndiklərini, eləcə də digər hüquq-mühafizə orqanları ilə birlikdə ölkədə daxili sabitliyin və asayişin qorunması işinin uğurla davam etdirildiyini bildirib.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin daxili işlər orqanlarının fəaliyyətini hər zaman yüksək qiymətləndirdiyini qeyd edən Daxili İşlər naziri dövlətimizin başçısının ali etimadının şəxsi heyətin üzərinə böyük məsuliyyət qoyduğunu, bu etimadı doğrultmaq üçün ilk növbədə əldə olunmuş müsbət nəticələrin inkişaf etdirilməsini, hər bir struktur qurumda vətəndaş məmnunluğuna, insanlarla münasibətdə etik davranış qaydalarına ciddi əməl olunmasını, şəxsi heyətin peşəkarlığını artırmasını, yüksək mənəvi keyfiyyətlərə malik olmasını, bu istiqamətlərdə fəaliyyətin məqsədyönlü surətdə davam etdirilməsini tələb edib.

Daxili işlər orqanlarının şəxsi heyətinin digər dövlət strukturları ilə sıx qarşılıqlı əlaqədə ölkəmizdə həyata keçirilən asayişi mühafizə siyasətinin reallaşdırılmasına həmişə layiqli töhfələr verdiyini xatırladan Daxili İşlər naziri V.Eyvazov bütün şəxsi heyət adından əminliklə bildirib ki, bu iş gələcəkdə də böyük əzmlə davam etdiriləcək, aidiyyəti qanunvericilik aktlarından irəli gələn vəzifələr, qarşıya qoyulmuş bütün tapşırıqlar yüksək səviyyədə yerinə yetiriləcək. Əməkdaşlar və hərbi qulluqçular sabitliyin, əmin-amanlığın, dövlətin, vətəndaşların qanuni mənafelərinin hüquqazidd əməllərdən qorunmasında qüvvə və bacarığını əsirgəməyəcək, 2019-cu ili də yüksək göstəricilərlə başa vuracaqlar.

Sonra Azərbaycan Polisinin 101 illik yubileyi münasibətilə təltif olunmuş bir qrup polis əməkdaşına dövlət mükafatları təqdim edilib.

 
  • Oxunub:  4740  |  
  • Tarix:  12-07-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir

27 Fevral 17:44
Çili ilə əməkdaşlıq müzakirə olunub
27 Fevral 17:37
Dövlət Sərhəd Xidmətində istefaya buraxılan generallarla görüş keçirilib
27 Fevral 17:30
Ukrayna mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
27 Fevral 17:17
İlahiyyat İnstitutunda seminar: Bioetika və din
27 Fevral 17:10
Bakıda beynəlxalq tikinti forumu keçirilib
27 Fevral 16:57
Bakı Konqres Mərkəzində Varisin yeni romanı təqdim olunub
27 Fevral 16:50
Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə müzakirələr aparılıb
27 Fevral 16:48
Ov mövsümü martın 7-də bitəcək
27 Fevral 16:42
Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək - Sona Əliyeva
27 Fevral 16:27
Böyük Britaniya qəzeti Xocalı soyqırımından yazıb
27 Fevral 16:22
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib
27 Fevral 16:09
Gündüz İsmayılov: Dini sabitliyin qorunub saxlanılmasında maarifləndirmə faktoru önəmli rol oynayır
27 Fevral 15:56
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq
27 Fevral 15:50
Vüqar Rəhimzadə: İmzalanan mühüm sazişlər Azərbaycana və Türkiyəyə böyük dividentlər gətirəcək
27 Fevral 15:43
Müdafiə naziri Anjey Kaspşiklə görüşüb
27 Fevral 15:38
Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə 2020-ci ildə nəzərdə tutulan tədbirlər
27 Fevral 15:17
Elçin Əhmədov: Azərbaycan-Türkiyə həmrəyliyi regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
27 Fevral 15:12
Dövlət Neft Fondunun aktivləri 43,3 milyard dollara çatıb
27 Fevral 14:54
Bilal Dündar: Azərbaycan-Türkiyə müttəfiqliyi bölgəmizdə sülh və sabitlik üçün əsaslı zəmin rolunu oynayır
27 Fevral 14:43
Azərbaycan Texniki Universitetinin tələbə-rektoru ilin idmançısı seçilib
27 Fevral 14:41
Pərviz Şahbazov: Bu ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq
27 Fevral 14:28
ABŞ Konqresində Xocalı faciəsinin 28-ci ildönümünü ilə bağlı anım tədbiri keçirilib
27 Fevral 14:20
Azad Rəhimov: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb
27 Fevral 14:15
QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilib
27 Fevral 14:14
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası” təsdiqlənib
27 Fevral 14:09
Yol polisi: Hər bir hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmalıdır
27 Fevral 13:19
Almaniyalı tədqiqatçı “nex24.news” saytına müsahibəsində Xocalıda törədilmiş erməni vəhşiliyindən danışıb
27 Fevral 12:51
Bakıda İslam Ölkələri Könüllülərinin Beynəlxalq Forumu keçirilib
27 Fevral 12:44
Novruz bayramı ilə əlaqədar növbəti “DOST xonçası” aksiyası başlayır
27 Fevral 12:40
Xalça Muzeyində “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi” mövzusunda mühazirə dinlənilib
27 Fevral 12:25
Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
27 Fevral 12:15
Azərbaycanda musiqi və incəsənət məktəblərinə şagird qəbulu elektron formada aparılacaq
27 Fevral 12:09
Azərbaycanda ova icazə verilən ərazilər müəyyənləşib
27 Fevral 11:55
ETSN qanunsuz ovlanan heyvanlarla bağlı cərimə məbləğlərini açıqlayıb
27 Fevral 11:53
Rezidenturaya sənəd qəbulu bu gün yekunlaşır
27 Fevral 11:49
Ötən ay ölkəyə 61 milyon dollar dəyərində avtomobil idxal edilib
27 Fevral 11:37
Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
27 Fevral 11:34
Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub
27 Fevral 11:27
Azərbaycan ötən ay ən çox İtaliyaya məhsul göndərib
27 Fevral 11:18
Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb
27 Fevral 10:52
Naqif Həmzəyev Türkiyədə keçirilən “Xocalıya Ədalət həftəsi”ndə iştirak edir
27 Fevral 10:48
Məktəblərdə tədris ilinin müddəti təsdiqlənib
27 Fevral 10:19
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
27 Fevral 09:39
Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir
27 Fevral 09:36
Azərbaycanın regionlarında turizmin inkişafı üçün mühüm tədbirlər görülür
27 Fevral 09:29
Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir
26 Fevral 21:05
BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentində Ermənistan-Azərbaycan münaqişəsindən danışılıb
26 Fevral 20:57
Tehranda Azərbaycan və İran Müdafiə nazirliklərinin birgə işçi qrupunun ikinci iclası keçirilib
26 Fevral 20:07
Moskvada Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
26 Fevral 19:57
DSX: Türkiyədən yük nəqliyyat vasitələrinin Naxçıvan Muxtar Respublikasına buraxılışı bərpa edilib
26 Fevral 19:49
Ombudsman ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb
26 Fevral 17:56
Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır
26 Fevral 17:54
Fəzail İbrahimli: Xocalı faciəsi bütün insanlığa qarşı qətliamdır
26 Fevral 17:53
Pərvin Kərimzadə: Xocalı faciəsi heç vaxt unudulmayacaq qan yaddaşıdır
26 Fevral 17:44
Xocalı faciəsi qurbanlarının xatirəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anılıb
26 Fevral 17:32
Bolqarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb
26 Fevral 17:12
Naxçıvanda Xocalı soyqırımı qurbanlarının xatirəsi yad edilib
26 Fevral 17:06
Xocalı soyqırımı qurbanlarının xatirəsi bir dəqiqəlik sükutla yad edilib
26 Fevral 17:01
Xocalı qətliamı Ermənistanın Azərbaycan xalqına qarşı məqsədyönlü soyqırımı siyasətinin tərkib hissəsidir
26 Fevral 16:58
Xaçmaz KOB İnkişaf Mərkəzində korporativ hüquqla bağlı təlim keçirilib
26 Fevral 16:45
ATƏT-in fəaliyyətdə olan sədri Dağlıq Qarabağ münaqişəsinin sülh yolu ilə həllini dəstəklədiyinə görə Rusiyaya təşəkkür edib
26 Fevral 16:32
Nizami Cəfərov: Xocalı soyqırımı yalnız azərbaycanlılara deyil, bütün insanlığa qarşı törədilmiş cinayətdir
26 Fevral 16:19
Yevlaxda gənclərin iştirakı ilə “Xocalıya ədalət!” yürüşü təşkil edilib
26 Fevral 16:10
Elman Məmmədov: Son illər Xocalı soyqırımının dünyada tanıdılması istiqamətində sistemli iş aparılır
26 Fevral 16:03
YAP Qaradağ rayon təşkilatında Xocalı sakinləri və gənclərlə görüş keçirildi
26 Fevral 15:19
Rusiya qəzeti: Xocalı hadisələri barədə xatirə təkcə Azərbaycan üçün deyil, bütün dünya üçün mühümdür
26 Fevral 14:47
Rusiyanın “Lenta.ru” saytında Xocalı faciəsi barədə xəbər və qurbanların şəkilləri dərc edilib
26 Fevral 14:45
İslam Əməkdaşlıq Təşkilatı Xocalı soyqırımı ilə bağlı bəyanat yayıb
26 Fevral 14:40
Pakistanın KİV-ləri Xocalı soyqırımı ilə bağlı materiallar yayıb
26 Fevral 14:17
MSK parlament seçkiləri ilə bağlı yekun protokolu Konstitusiya Məhkəməsinə təqdim edib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +7