
Qida Təhlükəsizliyi Agentliyi baytarlıq, aqronomluq və qida məhsulları mühəndisliyi ixtisasları üzrə magistr təhsili almaq üçün Türkiyə Cumhuriyyətinin ali təhsil müəssisələrinə qəbul olunmuş namizədləri müsahibəyə dəvət edir.
Agentlikdən AZƏRTAC-a bildiriblər ki, müsahibə nəticəsinə uyğun olaraq, namizədlə Agentlik arasında müvafiq müqavilə imzalanacaq və namizədin təhsil, o cümlədən digər xərcləri Qida Təhlükəsizliyi Agentliyi tərəfindən ödəniləcək.
Müsahibədə iştirak etmək istəyənlər 2019-cu il iyulun 15-dən avqust ayının 15-dək öz şəxsi məlumatlarını tural.alizada@afsa.gov.az elektron ünvanına göndərə, əlavə məlumat almaq istəyənlər Qida Təhlükəsizliyi Agentliyinə müraciət edə bilərlər.
Əlaqə nömrəsi: (012) 565-12-82 (155, 525)
- Oxunub: 2340 |
- Tarix: 15-07-2019 |
-
Çap et |