Ana səhifə »  Qəzetin pdf formatı »  Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı
A+   Yenilə  A-
Fövqəladə missiya, yaxud tarixin ən böyük Azərbaycanlısı

Yaşadığımız günlər çoxəsrlik tariximizin mühüm hadisələrindən biri ilə əlamətdardır. Xalqımızın böyük oğlu Heydər Əliyevin siyasi hakimiyyətə gəlişinin 50 ili tamam oldu. Bu əlamətdar tarix münasibətilə Ulu Öndərin zəngin həyat yolunu, çoxşaxəli titanik fəaliyyətini, yeritdiyi daxili və xarici siyasəti, dövlət quruculuğunda gördüyü böyük işləri, bütövlükdə xalqımızın və dövlətimizin inkişafında həyata keçirdiyi fövqəladə missiyanı bir daha təhlil etmək zərurəti yaranır. Qəti əminəm ki, Heydər Əliyev kimi nəhəng şəxsiyyətin fəaliyyətini müəyyən zaman kəsiyində qiymətləndirmək doğru deyil.

İctimai elm çoxdan mütləq həqiqəti ortaya qoymuşdur. Böyük dövlət xadimlərinin fəaliyyəti yalnız müqayisəli-tarixi aspektdə qiymətləndirilməli, onların ölkəsinin və xalqının taleyində oynadığı rolu yalnız zaman özü dəyərləndirməlidir. Məşhur bir deyimə görə, dağın əzəmətini duymaq və müşahidə etmək üçün ona uzaqdan baxmaq lazımdır. Tarixi hadisələr də belədir. Ölkəmizdə son 50 ildə baş verən proseslərə və həmin proseslərin mərkəzində dayanan ulu öndər Heydər Əliyevin fövqəladə missiyasına nəzər saldıqda, o dövrün tariximizdə müstəsna yerini və əhəmiyyətini daha dərindən dərk edirik. Öz taleyini yaşayan insanlar olduğu kimi, bütöv toplumun, xalqın taleyində böyük rol oynayan, hətta bir çox cəhətdən onu müəyyənləşdirən şəxsiyyətlər də olur. Xalqımızın tarixində və taleyində artıq 50 il zaman kəsiyində müstəsna təsirə malik olmuş ümummilli lider Heydər Əliyev belə şəxsiyyətlərdəndir.

Bu fikri AZƏRTAC-a müsahibəsində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) akademik Z.Bünyadov adına Şərqşünaslıq İnstitutunun direktoru, Milli Məclisin deputatı, akademik Gövhər Baxşəliyeva söyləyib. O bildirib ki, ilk dəfə Azərbaycanda siyasi hakimiyyətə 1969-cu il iyulun 14-də gələn Heydər Əliyev qısa zamanda ölkəmizin sosial-iqtisadi və mədəni yüksəlişinin əsasını qoydu. Bu illərdə respublikamızın sosial-iqtisadi tərəqqisi yolunda əsl dönüş yarandı: 250-dən çox zavod, fabrik istifadəyə verildi, 630 min nəfərlik yeni iş yeri yaradıldı. Ümummilli lider Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublikada xalq təsərrüfatının inkişafı üçün beş xüsusi qərar qəbul etdi. 1971-1985-ci illərdə iqtisadiyyata sərmayə qoyuluşunun həcmi 32 milyard rubl təşkil edirdi ki, bu da sovet dövrünün əvvəlki 50 ilində istifadə olunan vəsaitdən 2,1 dəfə çox idi. 1985-ci ildə Cənubi Qafqazda ən iri poladəritmə zavodu istifadəyə verildi, Dərin Dəniz Özülləri zavodu tikildi. Sənayedə struktur dəyişiklikləri aparıldı. Bakı Məişət Kondisionerləri zavodu qısa müddətdə tikilib istifadəyə verildi (1975). “Ulduz”, “Azon” cihazqayırma zavodları, Sumqayıt kompressorlar zavodu, Bakı elektrik qaynaq avadanlığı zavodu işə düşdü. Onlarca istehlak malları istehsal edən, o cümlədən Abşeron, Siyəzən broyler fabrikləri, Bakı Şampan şərabları zavodu, Sumqayıt şüşə zavodu, Ələt Ağac Emalı Kombinatı və s. müəssisələr istifadəyə verildi. Araz, Tərtər, Şəmkir su-elektrik stansiyaları, “Azərbaycan” DRES-i işə salındı. Azərbaycanın enerji müstəqilliyi təmin olundu. Böyük meliorasiya proqramı həyata keçirildi. Baş Mil, Abşeron, Lənkəran, Şəmkir kanalları, Araz, Arpaçay, Sərsəng, Yuxarı Xanbulançay, Şəmkir və başqa dəryaçalar istifadəyə verildi. Bərdə, Ağcabədi, Sabirabad, Beyləqan iri pambıqçılıq rayonlarına çevrildi. Lənkəran-Astara, Quba-Xaçmaz zonalarında tərəvəzçilik daha da inkişaf etdirildi. Üzüm plantasiyaları 1970-ci ildəki 121,6 min hektardan 1985-ci ildə 268 min hektara çataraq 2,2 dəfə artdı. İri heyvandarlıq kompleksləri tikildi. Kənd təsərrüfatının ümumi məhsulunun həcmi 1981-1985-ci illərdə 1966-1970-ci illərin səviyyəsinə nisbətən 2,6 dəfə çoxaldı. Geniş iqtisadi quruculuq sayəsində əmək məhsuldarlığı sənayedə 2,1, kənd təsərrüfatında 1,8 dəfə, xalq təsərrüfatında gəlir 335 faiz və ya ümumittifaq göstəricisindən 2 dəfə çox artdı. Həmin illərdə yaradılmış iqtisadi, elmi-texniki və mədəni potensial gələcəkdə respublikanın tam müstəqil dövlət kimi fəaliyyət göstərməsi üçün möhkəm zəmin yaratdı. XX əsrin 70-80-ci illərində SSRİ-də öz iqtisadiyyatını müstəqil idarə etməyə qadir olan 2 respublikadan biri Azərbaycan idi. Respublikada geniş sosial-mədəni quruculuq proqramı həyata keçirilirdi. Bakı, Sumqayıt, Gəncə və digər şəhərlər böyüyür, ətrafında yeni yaşayış massivləri salınırdı. Azərbaycanda 20 milyon kvadratmetr mənzil sahəsi istifadəyə verildi, yüzlərlə müasir bina tikildi, yollar, körpülər, kənd və qəsəbələr salındı. Azərbaycan az vaxt ərzində inkişafın başlıca keyfiyyət ölçülərinə görə müttəfiq respublikalar içərisində önə çıxdı. Sürətli sosial-iqtisadi inkişaf nəticəsində ictimai əmək bölgüsündə istər idxal, istərsə də ixrac edilən məhsulların həcminə görə ittifaq miqyasında Azərbaycanın rolu xeyli artdı.

Akademik qeyd edib ki, respublikada elm, təhsil, ədəbiyyat, incəsənət və memarlığın inkişafına da diqqət artırıldı. Ali, orta ixtisas, ümumtəhsil məktəbləri, teatr, klub, muzey, kitabxanalar şəbəkəsi xeyli genişləndi. 1971-ci ildə ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə milli hərbi kadrlar yetişdirilməsi üçün C.Naxçıvanski adına respublika orta ixtisaslaşdırılmış internat məktəbi yaradıldı. Yüksəkixtisaslı mütəxəssis kadrlar hazırlanmasına diqqət artırıldı. On yeddi mindən çox azərbaycanlı övladı keçmiş SSRİ-nin 170 aparıcı ali təhsil ocağına göndərildi.

Azərbaycanda onlarca yeni elmi-tədqiqat müəssisələri yaradıldı. 1975-ci ildə Azərbaycan SSR Elmlər Akademiyasının nəzdində “Xəzər” Elmi Mərkəzi fəaliyyətə başladı. 1978-ci ildə mərkəzin əsasında Təbii Ehtiyatların Kosmik Tədqiqatları İnstitutu, 1981-ci ildə isə Kosmik Tədqiqatlar Elmi İstehsalat Birliyi təşkil edildi.

Respublikada kitab çapı və mətbuat xeyli inkişaf etdi. 1969-cu ildə “Qobustan” almanaxı nəşr edilməyə başlandı. 1990-cı ildə 168 qəzet, 91 jurnal, 1300-dən çox kitab çap olunurdu. 1976-1987-ci illərdə Azərbaycanda ilk dəfə böyük informasiya tutumlu 10 cildlik “Azərbaycan Sovet Ensiklopediyası” nəşr edildi. Xalqın mədəni və mənəvi dəyərlərinə diqqət artırıldı. Nizami, Əcəmi, Nəsimi, Tusi, Vaqif, Aşıq Ələsgər, Üzeyir Hacıbəyli, Müslüm Maqomayev, Hüseyn Cavid kimi görkəmli elm, ədəbiyyat və incəsənət xadimlərinin yubileyləri, Azərbaycan teatrının 100 illiyi təntənə ilə qeyd olundu. Azərbaycan tarixinə və dilinə aid qiymətli araşdırmalar yüksək dövlət mükafatlarına layiq görüldü. 1974-cü ildən ali məktəblərdə Azərbaycan tarixinin tədrisinə ayrılan saatlar artırıldı. 1977-ci ildə Nizami irsinin yenidən öyrənilməsi haqqında qərar qəbul olundu, bu sahədə səmərəli işlər görüldü. Cənubi Azərbaycanla bağlı mövzuların ədəbiyyatda inikası üçün geniş imkanlar açıldı. 1979-cu ildə Azərbaycan Yazıçılar İttifaqının Cənubi Azərbaycan üzrə katibi seçildi. Vaxtilə “pantürkist” kimi damğalanmış Hüseyn Cavidin cənazəsinin qalıqları 1982-ci ildə İrkutsk vilayətindən gətirilərək Naxçıvanda dəfn edildi.

Ulu öndər Heydər Əliyevin rəhbərliyi dövründə erməni separatçıları açıq çıxışlardan çəkinirdilər. 1977-ci ilin noyabrında onların Dağlıq Qarabağ məsələsini növbəti dəfə qaldırmaq cəhdinin qarşısı qətiyyətlə alındı. Qısa müddətdə Azərbaycan SSR-in sürətli sosial-iqtisadi və mədəni inkişafı keçmiş SSRİ rəhbərliyində Heydər Əliyevə böyük nüfuz qazandırdı. Ulu Öndər 1976-cı ildə Sov.İKP MK Siyasi Bürosu üzvlüyünə namizəd, 1982-ci ilin dekabrında Büroya üzv seçildi, SSRİ Nazirlər Soveti sədrinin birinci müavini təyin edildi və bu imkanlardan da Azərbaycanın inkişafı naminə istifadə etdi.

Bütövlükdə 1969-1987-ci illər Azərbaycanın quruculuq salnaməsinə parlaq səhifələr kimi daxil olub. Bu dövrdə müasir müstəqil Azərbaycan Respublikasının təməli qoyulub.

Sovet İttifaqının dağılması ərəfəsində SSRİ rəhbərliyi mühüm geostrateji mövqeyi və zəngin təbii sərvətləri ilə fərqlənən Azərbaycana qarşı məkrli siyasət həyata keçirməyə başladı. İlk növbədə bu proseslərin qarşısını ala biləcək, məhz öncəki illərdə Azərbaycan xalqına qarşı hər hansı təxribatın qarşısını cəsarətlə almış bir insan - ulu öndər Heydər Əliyev sovet rəhbərliyindən düşünülmüş şəkildə uzaqlaşdırıldı. Məhz bundan sonra Azərbaycana qarşı istənilən təxribatı həyata keçirmək mümkün oldu. SSRİ-nin dağılması nəticəsində iqtisadi böhran, ərazilərin itirilməsi, qaçqın, köçkün ordusunun yaranması Azərbaycanın inkişafına, iqtisadi-siyasi durumuna mənfi təsir göstərdi. Ölkəyə səriştəsiz insanların rəhbərlik etməsi həm iqtisadi, həm də siyasi böhran şəraitində müstəqilliyimizin, dövlətimizin mövcudluğunu belə sual altında qoymuşdu.

Gövhər Baxşəliyeva deyib: “Ümummilli lider Heydər Əliyev ikinci dəfə Azərbaycanda hakimiyyətə gələndən sonra istər siyasi, istər iqtisadi, istərsə də sosial sferalarda böyük inqilabi dəyişikliklər baş verdi. Azərbaycan xalqı, ilk növbədə lider qazandı - uzun illər respublikamızı idarə etmiş, əməyi sayəsində özünü təsdiqləmiş, daim xalqın uğuruna çalışmış, xalqımızı çox çətin bir dövrdə ağır bəlalardan qurtaran, millətin gələcəyinin, dövlətçiliyin təməlini quran, siyasi sabitliyi, əmin-amanlığı təmin edən, gələcək iqtisadi inkişafın əsasını qoyan bir lider. Ulu öndər Heydər Əliyevin bu amallar uğrunda hələ sovet dövründə böyük xidmətləri olmuşdu. Azərbaycan dilinin dövlət dili kimi qəbul edilməsi, C.Naxçıvanski adına hərbi liseyin yaradılması, ölkədə müstəqil sosial-iqtisadi infrastrukturun yaradılması və inkişafı, istehsal müəssisələrinin artırılması gələcək müstəqilliyin təməlini qoyurdu. Ulu öndər özü də deyirdi ki, dili, ordusu olan bir ölkə, iqtisadiyyatı güclü olan dövlət müstəqil sayılır. Biz tariximizin bütün anlarını yadda saxlamalıyıq. Unutmayaq ki, xalqımızın azadlıq və milli istiqlal uğrunda mübarizə tarixi şanlı və şərəfli olduğu qədər də faciəvi olub. Faciəvi olub ona görə ki, zaman-zaman tarixi şəraitin diktəsi və xalqın azadlıq ruhunun hökmü ilə milli haqlarımız uğrunda gedən mücadilələr son nəticədə məğlubiyyətə uğramış, ata-babalarımızın müstəqillik arzuları yadelli işğalçılar tərəfindən qan içində boğulmuşdur. Ən ibrətamiz və təəssüfləndirici hal odur ki, bu acı məğlubiyyətlərdə obyektiv proseslərlə yanaşı, subyektiv amillərin də rolu olub. Daxili çəkişmələr və münaqişələr, regional və sinfi maraqların milli mənafelərdən üstün tutulması, ən başlıcası xalqın bütün təbəqələrini vahid məqsəd ətrafında birləşdirməyi bacaran ümummilli liderin olmaması məhz bu cür subyektiv amillərdəndir ki, xarici müdaxiləyə meydan açmış, milli müstəqillik üçün yaranmış tarixi şansın gerçəkləşməsinə imkan verməmişdir. Bunu XVIII əsrdə - bütün dünyada milli dövlətlərin formalaşması prosesinin getdiyi bir zamanda Azərbaycanın xanlıqlara parçalanması faktı da təsdiq edir, Şərqdə ilk demokratik respublika olan Azərbaycan Xalq Cümhuriyyətinin cəmi 23 ay yaşadıqdan sonra süquta uğraması da. XX əsrin sonunda xalqımızın milli istiqlala qovuşması üçün növbəti tarixi şərait yarandı. 1988-ci ildən vüsət alan xalq hərəkatı Azərbaycanın dövlət müstəqilliyinin elan edilməsi, xalq hərəkatının içərisindən çıxmış siyasi qüvvələrin hakimiyyətə gəlməsi ilə nəticələndi. Lakin bir tərəfdən Ermənistanın torpaqlarımıza təcavüzü, digər tərəfdən isə hakimiyyət təcrübəsi və səriştəsi olmayan qüvvələrin daxili və xarici siyasətdə buraxdığı səhvlər xalqımızı ciddi sınaq qarşısında qoydu. Siyasi didişmələr və silahlı qruplaşmaların mübarizəsi ölkəni vətəndaş müharibəsi həddinə gətirib çıxardı. Daxili hərc-mərclik, hakimiyyət orqanlarının iflic vəziyyətə düşməsi yenicə qazanılmış müstəqilliyin itirilməsinə səbəb ola bilərdi. Lakin bu dəfə tarix təkrarlanmadı. Çünki əvvəlki dövrlərdən fərqli olaraq indi xalqın bütün təbəqələrinin inandığı və hörmət bəslədiyi ümummilli lider, böyük siyasi iradəyə və təcrübəyə malik şəxsiyyət Heydər Əliyev şəxsiyyəti var idi. Xalqın mütləq əksəriyyətinin, o cümlədən hakimiyyət nümayəndələrinin təkidli tələbi ilə Bakıya gəlib Ali Sovetin sədri, daha sonra ölkə Prezidenti seçilən ulu öndər Heydər Əliyev müstəqilliyimizə qarşı yönəlmiş, necə deyərlər, ənənəvi ssenarini pozdu, Azərbaycanın hansısa xarici qüvvələrin əlində oyuncağa çevrilməsinə imkan vermədi. Bu, çoxəsrlik tariximizdə şəxsiyyətin roluna dair ən bariz nümunə, ən parlaq örnəkdir. 1993-cü ilin son dərəcə gərgin şəraitində Heydər Əliyevin daxili sabitliyi təmin etmək, xarici təzyiqlərin qarşısını almaq və beləliklə, dövlət müstəqilliyimizi qoruyub saxlamaq istiqamətində apardığı nəhəng işlər bu gün öz bəhrəsini verir. Biz o günlərin canlı şahidləri olsaq da, həmin dövrdə baş vermiş prosesləri yenidən mənalandırmaq, onların mahiyyətinə daha dərindən varmaq ehtiyacı duyuruq. Heydər Əliyevin Ali Sovetin sədri seçilərkən etdiyi çıxışın mətni xüsusi diqqət çəkir. Ötən bu illərdən həmin proqram xarakterli çıxışa nəzər saldıqda görürük ki, Ulu Öndərin bütün sonrakı fəaliyyəti o tarixi çıxışdakı müddəaların addım-addım gerçəkləşdirilməsindən ibarətdir. Millət və dövlət qarşısında götürülmüş öhdəliklərə sədaqətin bundan böyük nümunəsini təsəvvür etmək çətindir. Ulu Öndər müstəqilliyimiz üçün təhlükə törədən amilləri aradan qaldıraraq onu, öz təbirincə desək, dönməz və əbədi etmişdir. Həmin çıxışda müəyyən edilən digər iki istiqamət - demokratik islahatların həyata keçirilməsi və ərazi bütövlüyünün təmin olunması istiqamətində də ardıcıl işlər görülmüşdür.

Akademik bildirib ki, Ulu Öndərin layiqli davamçısı Prezident İlham Əliyevin 2003-cü ildən ölkəyə rəhbərliyi dövründə əldə olunan nailiyyətlər, iqtisadi uğurlar Azərbaycanı həyatın müxtəlif sferalarında dünya miqyasında aparıcı mövqelərə çıxartdı. Məhz ölkə başçısı İlham Əliyevin düşünülmüş iqtisadi siyasəti sayəsində Azərbaycan iqtisadi inkişaf tempinə görə ən yüksək yeri tutdu, bütün dünyanı iqtisadi böhran bürüdüyü bir dövrdə həmin böhranı, demək olar ki, hiss etmədən adladı və iqtisadi inkişafını davam etdirdi. Azərbaycanın dünya dövlətləri arasında layiqli, möhkəm yerini tutmasında Ulu Öndərin müdrik xarici siyasəti mühüm rol oynadı. Mən bir şərqşünas kimi, ilk növbədə görkəmli dövlət xadimi Heydər Əliyevin xarici siyasətindən danışmaq istərdim. Ulu Öndər dövlətin xarici siyasətində Azərbaycanın Şərqlə Qərb arasında siyasi, iqtisadi, elmi, mədəni və s. sahələrdə körpü rolunu oynamasından maksimum istifadə etməyə çalışırdı. Ümummilli lider Heydər Əliyevin xarici siyasətində, Şərqə münasibətdə, qonşu ölkələrlə, xüsusən Türkiyə, İran və digər ölkələrlə münasibətlərdə dahi uzaqgörənlik, müdriklik və mahir davranış həmişə duyulurdu. Azərbaycanla çoxsaylı dini, mədəni, etnik tellərlə bağlı olan Yaxın və Orta Şərq ölkələri ilə bərabərhüquqlu münasibətlər qurulur, regionda yerləşən bütün dövlətlərlə mehriban qonşuluq əlaqələri saxlanılır, bu əlaqələr inkişaf etdirilərək möhkəmləndirilirdi və indiyədək də bu siyasət uğurla davam etdirilir. Burada əsasən dünyada geostrateji əhəmiyyətə malik olan, eyni zamanda, region problemləri ilə hər hansı bir əlaqəsi olan və bizə coğrafi və siyasi cəhətdən yaxın olan ölkələrlə münasibətlərə daha çox diqqət yetirilirdi. Belə ölkələrə birinci növbədə Türkiyə, İran, Səudiyyə Ərəbistanı, Misir, Pakistan və s. aiddir. Bu və İslam Konfransı Təşkilatına (indiki İslam Əməkdaşlıq Təşkilatı) daxil olan digər ölkələrin Azərbaycana dəstəyi, mənəvi yardımı gənc dövlətimiz üçün çox vacib idi. Bütün bu amilləri nəzərə alan ümummilli lider Heydər Əliyevin apardığı siyasət nəticəsində bu sahədə böyük uğurlar qazanılmış və qazanılmaqdadır.

Ulu öndər Heydər Əliyevin hakimiyyətə yenidən qayıdışından və Elmlər Akademiyasının üzvləri ilə, elmi ictimaiyyətlə tarixi görüşündən və bu görüş nəticəsində atdığı addımlardan sonra akademiya sistemində mövcud olmuş dərin böhran, tənəzzül, hətta iflas proseslərinin qarşısı alındı. Elmin inkişafı, elmi-texniki potensialın güclənməsi, yüksəkixtisaslı elmi kadrlar hazırlanması, cəmiyyətdə elmi işçilərin nüfuzunun artırılması sahəsində önəmli tədbirlər həyata keçirildi. Ümummilli lider Heydər Əliyevin 2001-ci il 15 may tarixli Fərmanı ilə Azərbaycan Elmlər Akademiyasına “Milli Elmlər Akademiyası” statusu verildi. Bu tarixi Fərman ölkədə fundamental elmin nailiyyətlərini, Azərbaycan xalqının sosial, iqtisadi, mədəni və mənəvi təşəkkülündə elmin rolunu, ölkənin ictimai-siyasi həyatında nüfuzunu, dövlətin tərəqqisinin təminatçısı olduğunu bir daha təsdiqlədi. Bütün sahələrdə olduğu kimi, elmə münasibətdə də Heydər Əliyev kursunun layiqli davamçısı Prezident İlham Əliyev isə elmdə islahatlar, elmin inkişaf strategiyası istiqamətlərində müvafiq sərəncamları ilə Azərbaycan elminin günün tələbləri səviyyəsinə yüksəlməsi üçün mühüm addımlar atdı. Ötən illərdə ölkəmizdə alimlərin məvacibləri dəfələrlə artırılıb. Elmin inkişafına yönəldilən xərclər təxminən 7 dəfə artıb. Azərbaycanda elmin inkişafı üzrə Milli Strategiya təsdiq olunub, onun həyata keçirilməsi üçün Dövlət Proqramı qəbul edilib və s. Bütün bunlar göstərir ki, AMEA-ya, Azərbaycan elminə diqqət ilbəil artırılır. Elmimizin dünyaya inteqrasiyası məsələsinə gəldikdə isə bu proses davamlı olaraq həyata keçirilir. Hazırda bu istiqamətdə böyük işlər gedir, mütəmadi beynəlxalq konfrans, simpozium, seminarlar təşkil edilir. Beynəlxalq jurnallarda məqalələr dərc olunur.

İstənilən şəxsin Vətən, xalq qarşısında xidməti onun gördüyü işlərlə, yaratdığı maddi sərvətlərlə, harada olursa-olsun vətəninin, xalqının mənafeyini hər şeydən uca tutması ilə ölçülür. Dahi şəxsiyyət Heydər Əliyevin həyat yolunu nəzərdən keçirərkən bir daha əmin oluruq ki, onun çoxşaxəli yorulmaz və zəngin fəaliyyəti Azərbaycana, Azərbaycan xalqına fədakarcasına xidmətin bariz nümunəsidir. Bu keçmiş sovet dövründə də belə olub, Vətənimiz müstəqillik əldə edəndən sonra da. Ulu öndər Heydər Əliyevin bütün rəhbərliyi dövrü apardığı ümumi siyasət bu olmuşdur: Azərbaycanın ümummilli mənafelərini istənilən səviyyədə müdafiə etmək, bütün sahələrdə inkişafa nail olmaq, xalqın və ölkənin təhlükəsizliyini təmin etmək. Hesab edirəm ki, Ulu Öndər tarixboyu xalqımızın yaşadığı ən möhtəşəm renessans dövrünün banisidir. Ümummilli lider Heydər Əliyev Azərbaycan tarixinə böyük qurucu kimi daxil olub. Hesab edirəm ki, I Pyotr və Mustafa Kamal Atatürk öz xalqlarının tarixində hansı yeri tuturlarsa, ulu öndər Heydər Əliyev də Azərbaycan xalqının tarixində o yerə sahibdir.

Bu gün dahi rəhbər Heydər Əliyevin qurduğu Azərbaycan dövlətinin sükanı arxasında onun siyasi kursunun ən layiqli davamçısı – Prezident İlham Əliyev və onun ən yaxın silahdaşı Mehriban Əliyeva dururlar və Ulu Öndərin ideyalarını yaşadaraq, çiçəklənən Azərbaycanı daha uca zirvələrə aparmaqdadırlar. Bu yolda Ulu Öndərimiz daim bizimlədir, çünki onun ömrü Vətənə fədakarcasına xidmətin bariz nümunəsi, dövlətimizin tarixinin parlaq səhifəsi, xalqımızın həyatının ayrılmaz bir parçasıdır.

 
  • Oxunub:  2700  |  
  • Tarix:  16-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir

21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21 Noyabr 15:50
Sona Əliyeva: Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
21 Noyabr 15:46
Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib
21 Noyabr 15:44
Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 Noyabr 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 Noyabr 15:28
Əli Həsənov: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar
21 Noyabr 15:18
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
21 Noyabr 15:07
Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur
21 Noyabr 15:04
“StartupFest 2019”a start verilib
21 Noyabr 15:03
Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir
21 Noyabr 14:54
Gənc kadrlar dəmir yollarının şimal sahəsinin stansiyalarında işlə təmin olunublar
21 Noyabr 14:50
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib
21 Noyabr 14:21
Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
21 Noyabr 14:17
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
21 Noyabr 14:01
Firmin Eduard Matoko: Azərbaycan Milli Komissiyası ilə UNESKO arasında əməkdaşlıq yüksək səviyyədədir
21 Noyabr 13:58
Korrupsiyaya yol vermiş vəzifəli şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir
21 Noyabr 13:40
GUAM Xarici İşlər nazirləri Bratislavada görüşəcəklər
21 Noyabr 13:29
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə kurslar başa çatıb
21 Noyabr 12:58
“İmadəddin Nəsiminin fəlsəfəsi və UNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
21 Noyabr 12:55
“Bulla-dəniz” yatağındakı qazma işləri ilə tanışlıq olub
21 Noyabr 12:51
Muxtar respublikada suvarma kanalları lildən təmizlənib, yeni xətlər çəkilib
21 Noyabr 12:47
İspaniyada Azərbaycanın işgüzar turizm imkanları tanıdılır
21 Noyabr 12:45
Azərbaycanda ayrı-seçkiliyə yol verilmədən hər bir uşağın hüquq və mənafeyi qorunur
21 Noyabr 12:15
Naxçıvanda Ümumdünya Uşaq Günü qeyd olunub
21 Noyabr 12:07
Azərbaycanlı uşaqlar BMT sessiyasında iştirak ediblər
21 Noyabr 12:05
Bakıda keçirilən beynəlxalq biennaledə xarici ölkələrdən 40-dan çox rəssam iştirakı edir
21 Noyabr 12:01
Milli Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş kitab təqdim ediləcək
21 Noyabr 11:48
AZAL “Dubai Air Show 2019” sərgisində bir sıra önəmli razılaşmalara imza atıb
21 Noyabr 11:42
Sədaqət Vəliyeva: Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib
21 Noyabr 11:32
Siyavuş Novruzov: Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin, YAP-ın siyasətini dəstəkləyir və Partiya ilə birgədir (VİDEO)
21 Noyabr 11:30
Madriddə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
21 Noyabr 11:29
Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb
21 Noyabr 11:23
Bakıda “Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti” mövzusunda konfrans işə başlayıb
21 Noyabr 11:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin doqquz aylıq fəaliyyəti müzakirə olunub
21 Noyabr 11:10
Kamilə Əliyeva: YAP xalqın böyük əksəriyyətinin etimadını qazanmaqla avanqard siyasi qüvvəyə çevrilib
21 Noyabr 11:08
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
21 Noyabr 10:30
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
21 Noyabr 10:25
Tur-aksiya: 9 rayondan olan 360 məktəbli şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıb
21 Noyabr 10:13
Azərbaycan səfiri etimadnaməsini İndoneziya Prezidentinə təqdim edib
21 Noyabr 10:09
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir
21 Noyabr 09:57
YAP Nərimanov rayon təşkilatında partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib
21 Noyabr 09:55
YAP Gədəbəy rayon təşkilatı partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə “dəyirmi masa” keçirib
21 Noyabr 09:54
Şəmkir rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd edilib
21 Noyabr 09:52
Samuxda YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib
21 Noyabr 09:48
Rasim Quliyev: YAP tarixi zərurət, sosial sifariş əsasında yaranıb
21 Noyabr 09:46
Britaniyalı mütəxəssislər: Bakıdakı layihə uğurla həyata keçirilir
21 Noyabr 09:44
AzerTelecom şirkətinin iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə Qazaxıstanda işlərin başlanmasına dair tədbir keçirilib
21 Noyabr 09:40
Azərbaycanın regionlarında yeni müəssisələr işə salınır
20 Noyabr 21:04
Ankarada Azərbaycan diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyi münasibətilə konfrans keçirilib
20 Noyabr 20:56
Səfir: AZƏRTAC və Hindistanın xəbər agentlikləri arasında əlaqələrin genişlənməsini dəstəkləməyə hazırıq
20 Noyabr 20:54
Kiyevdə Azərbaycanın GUAM-a sədrliyi dövründəki prioritetləri müzakirə edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6