Ana səhifə »  Qəzetin pdf formatı »  Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür
A+   Yenilə  A-
Regionlarda çəltikçiliyin inkişafı üçün mühüm tədbirlər görülür

Ölkə əhalisinin düyüyə olan tələbatının ödənilməsi üçün rayonlarda toxumçuluq təsərrüfatları yaradılır və əkin sahələri ildən-ilə artırılır
Məlum olduğu kimi, qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının ənənəvi sahələrinin inkişafının təmin edilməsi, kənd əhalisinin sosial rifahının daha da yaxşılaşdırılması və məşğulluq səviyyəsinin yüksəldilməsi ölkədə həyata keçirilən iqtisadi siyasətin əsas istiqamətlərindəndir. Bu konteksdə Son illər kənd təsərrüfatının ənənəvi sahələrindən olan çəltikçiliyin inkişafı, əhalinin düyüyə olan tələbatının ödənilməsi və çəltik istehsalının artırılması istiqamətində bir sıra əhəmiyyətli tədbirlər görülüb və müsbət nəticələr əldə olunub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2008-ci il 25 avqust tarixli Sərəncamı ilə təsdiq edilmiş “2008-2015-ci illərdə Azərbaycan Respublikasında əhalinin ərzaq məhsulları ilə etibarlı təminatına dair Dövlət Proqramı” və Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramları çərçivəsində ölkə ərazisinin müxtəlif regionlarında dənli və dənli-paxlalı bitkilərin, o cümlədən çəltikçiliyin inkişaf etdirilməsi üçün müvafiq işlər həyata keçirilib.
3 sentyabr 2017-ci il tarixində Prezident İlham Əliyevin Sədrliyi ilə Lənkəranda keçirilən çay, çəltik və sitrus meyvələri istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlət başçısı qeyd edib ki, Azərbaycanın 12 rayonunda çəltikçilik inkişaf edir: “Qeyd etməliyəm ki, çayçılıqdan fərqli olaraq, çəltikçilik son illər ərzində sürətlə inkişaf edib. Dövlət dəstəyi kifayət qədər yüksək olub. Bu sahəyə fermerlər tərəfindən də böyük maraq var. Çünki bu, çox gəlirli bir sahədir. Sadəcə olaraq, dövlət əlavə dəstəyin verilməsi ilə bu sahəni fermerlər üçün daha da cəlbedici edə bilər. Ümumiyyətlə, biz bütün təbii imkanlarımızdan istifadə etməliyik... Əfsuslar olsun ki, biz bu gün də özümüzü bu məhsullarla təmin edə bilmirik və idxaldan asılıyıq. Ona görə bu sahələrə də çox ciddi dəstək verilməlidir. Hər bir rayonun öz spesifik kənd təsərrüfatı inkişafı proqramı olmalıdır”.
Azərbaycan Prezidenti sözügedən müşavirədə onu da vurğulayıb ki, fermerlər tərəfindən bu sahəyə çox böyük maraq var və onlara güzəştli şərtlərlə kreditlər verilməlidir: “Əgər əvvəlki dövrlərdə çəltikçilik çox əziyyətli bir sahə idisə, insanları çox incidirdisə, əziyyət verirdisə, bu gün artıq bu sahə tam avtomatlaşdırılıb. Dünən mənə çəltikçilik təsərrüfatında nümayiş etdirilən yeni texnoloji proses onu göstərir ki, çəltikçiliyin inkişafı əziyyətsiz də mümkündür - həm səpin, həm də yığım vaxtı. Ona görə, indi texnika gətirilib. Biz çəltikçiliyin artım dinamikasına uyğun xüsusi texnikanın alınması məsələsinə də mütləq baxmalıyıq. Əkin sahələrinin su təminatı əlbəttə ki, çox vacibdir... Çəltikçiliyin inkişafı üçün də güzəştli şərtlərlə kreditlər verilməlidir və yeni, müasir düyü emalı müəssisələri yaradılmalıdır”.
Onu da xatırladaq ki, Prezident İlham Əliyevin 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə “2018-2025-ci illər üçün çəltikçiliyin inkişafına dair Dövlət Proqramı” təsdiq edilib. Sərəncama əsasən, Dövlət Proqramında nəzərdə tutulan tədbirlərin maliyyələşdirilməsi məqsədilə Maliyyə və İqtisadiyyat nazirliklərinə hər il, müvafiq olaraq, dövlət büdcəsinin və dövlət investisiya proqramlarının tərtibi prosesində maliyyə vəsaitinin nəzərdə tutulması üçün zəruri tədbirlər görmək tapşırılıb.
Dövlət Proqramının məqsədi ölkə əhalisinin düyüyə olan tələbatının daha dolğun ödənilməsi, idxalın əvəzlənməsi, çəltik emalı sənayesinin inkişaf etdirilməsi və kənd əhalisinin məşğulluq səviyyəsinin yüksəldilməsi üçün ölkədə çəltikçilik sahəsinin inkişafını stimullaşdırmaqdan ibarət olub. Dövlət Proqramının icrası nəticəsində 2025-ci ildə orta məhsuldarlıq 40,0 s/ha olmaqla, çəltik əkini sahələrinin 10 min hektara, istehsalın həcminin isə 40 min tona çatdırılacağı gözlənilir.
Beləliklə, qeyd edək ki, dövlət başçısının 2018-ci il 9 fevral tarixli Sərəncamı ilə təsdiq edilmiş Dövlət Proqramında ölkədə çəltikçiliyin inkişafı ilə bağlı qarşıya mühüm vəzifələr qoyulub. Bu vəzifələrdən biri də keyfiyyətli toxumlardan istifadə edilməsi, bu məqsədlə çəltiyin yüksək məhsuldar, xəstəlik və zərərvericilərə davamlı, yerli və rayonlaşdırılmış sortlarının toxumçuluq təsərrüfatlarının yaradılmasıdır.
Ölkəmizdə çəltikçiliyin inkişafı ilə bağlı yaradılan Azərbaycan Çəltikçilik Assosiasiyası bu tələbləri əsas götürərək Lənkəran rayonunun Siyavər kəndində toxumluq çəltik təsərrüfatı yaradıb. Toxumluq çəltik təsərrüfatının yaradılmasında məqsəd elit çəltik toxumunu əldə etmək, az sahədə yüksək məhsuldarlığa nail olmaqdır. Bu məqsədlə təsərrüfat üçün 75 hektar əkin sahəsi ayrılıb. Toxumluq çəltik əkininə İrandan dəvət olunmuş mütəxəssislər də cəlb ediliblər.
Əkindən əvvəl ilkin mərhələdə torpağın tərkibini öyrənmək üçün aqrokimyəvi analizi aparılıb və əsas qida maddələrinə - gübrə normalarına olan tələbatı müəyyən edilib. Daha sonra İrandan gətirilmiş relyef və iqlim şəraitinə uyğun texnikanın köməyi ilə torpaq əkinə hazırlanıb. Xüsusi qoşulmuş qoşqular vasitəsilə torpaq saatlarla qarışdırılır, alaq otları parçalanaraq gübrəyə çevrilir.
Əkin işləri başa çatdırıldıqdan sonra aqrotexniki qulluq işlərinə başlanılacaq. Ehtiyac olduğu qədər mərhələlərlə gübrələr veriləcək, alaq otlarına qarşı mübarizə məqsədilə herbisidlər səpiləcək. Biçinə 15-20 gün qalmışa qədər çəltik sahələri daimi su ilə təmin ediləcək.
Artıq 75 hektar toxumluq çəltik sahəsinin 70 hektarında əkin yekunlaşıb. Qalan 5 hektar sahədə işlər bir neçə günə başa çatdırılacaq. Bu, gələcəkdə 1500 hektar sahədə yüksəkkeyfiyyətli çəltik əkini aparmağa imkan verəcək.
Son illər Astara rayonunda ənənəvi təsərrüfat sahələri olan çayçılığın, çəltikçiliyin və sitrusçuluğun inkişafı sahəsində mühüm tədbirlər həyata keçirilib. Sututarlara yaxın ərazilərdə və çay vadilərində çəltik, rayonun dağlıq ərazisində meşə ilə örtülü olmayan torpaqlarda isə sitrus bitkiləri əkilib.
2017-2018-ci illərdə rayonda çəltik əkilən sahələr 3 dəfədən çox artıb, 800 hektaradək yeni sitrus bağları salınıb. Hazırda rayonda 3200 hektar sitrus bağı, 500 hektaradək çəltik, 345 hektar çay sahələri mövcuddur. Ümumilikdə 1500 hektaradək torpaq sahəsi əkin dövriyyəsinə daxil edilib.
Rayonun 4 min 519 hektar əkin sahəsini suvarma suyu ilə Astara Suvarma Sistemləri İdarəsi təmin edir. Sahələrin suvarılması üçün əsasən 4 su mənbəyindən istifadə edilir - Astaraçay, Pensərçay, Lovain su anbarı və Xanbulançay su anbarı. Rayonun əsas suvarma mənbəyi olan Lovain su anbarının ümumi həcmi 6,3 milyon kubmetr, suvarma sahəsi 1700 hektardır. Kijəbə qəsəbəsindəki və Şüvü kəndindəki sitrus bağları və çay sahələri bu su anbarından suvarılır.
Lovain su nasos stansiyasının imkanlarından müəyyən ərazilərdə Ərçivan kəndinin çəltik sahələrinin suvarılmasında da istifadə olunur. Son illər rayonda meliorasiya sahəsində görülən işlər çərçivəsində Lovain su anbarının, eləcə də Şüvu-Lovain kanalının beton üzlüyü tamamilə dəyişdirilib, yenisi ilə əvəz olunub. Əkin sahələrini suvarma suyu ilə təmin etmək üçün 20 kilometr ərazidə sıradan çıxmış borular yenisi ilə əvəz edilib. Hər il mövsümün əvvəlində Lovain nasos stansiyasında təmir işləri görülür. İki il əvvəl elektrik avadanlıqları tamamilə təmizlənərək saz vəziyyətə gətirilib.
Suvarmanın mütəşəkkil keçirilməsi üçün ötən ilin oktyabrından başlayaraq rayon ərazisində 50 kilometrdən çox kanallar təmizlənib və mexanizmin hərəkəti mümkün olmayan yerlərdə isə əllə lildən təmizləmə işləri aparılıb və bu işlər mütəmadi davam etdirilir.
Rayonda əkin sahələrinin və evlərin sel sularından mühafizəsi üçün də müvafiq tədbirlər görülüb. Pensər çayı üzərində sahilbərkitmə işləri aparılıb, istinad divarları tikilib. Görülən işlər nəticəsində Astara şəhəri və Suparibağ ərazi vahidliyinin çayla sərhəd olan kəndləri sel daşqınlarından qorunacaq.
Zərdab rayonunda cari mövsümdə 210,5 hektarda çəltik əkilib və hazırda əkin sahələrində becərmə işləri aparılır. Rayon İcra Hakimiyyətindən bildirilib ki, bu mövsümdə çəltik rayonun Yuxarı Şilyan, Körpükənd, Qoruqbağı, Alıcanlı və Məlikumudlu ərazi dairələrində əkilib. Əkin sahələri ötən ildəkindən 6,5 hektar çoxdur. Torpaq mülkiyyətçiləri gələcək yüksək məhsul üçün aqrotexniki qulluq işlərinin vaxtında və keyfiyyətlə aparılmasına xüsusi diqqət göstərirlər. Belə ki, əkinqabağı sahələrdə hamarlama, malalama, tirləmə işləri aparılıb və çəltik sahələri normaya uyğun şəkildə su ilə doldurulub. Hazırda sahələrdəki su dəyişdirilir, alaq otlarına qarşı mübarizə işləri aparılır.
Göyçay rayonunda çəltik əkini başa çatıb və cari mövsümdə 101 hektarda əkin aparılıb ki, bu, ötən ilə nisbətən 16 hektar çoxdur. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, bu mövsümdə çəltik rayonun 6 inzibati ərazi dairəsində - Şəhadət, Qızılağac, Mallı-Şıxlı, Yeni-arx, Çərəkə və Kürdşabanda əkilib. Ən çox əkin aparılan ərazi Şəhadət dairəsi olub. Belə ki, torpaq mülkiyyətçiləri burada 28 hektarda çəltik əkiblər. Hazırda sahələrdə su dövriyyəsi aparılır, erkən əkilən və artıq çıxış alınan ərazilərə azot gübrəsinin verilməsinə hazırlıq işləri görülür.
Eyni zamanda Ağdaş rayonunda da çəltik əkini başa çatıb. Cari mövsümdə 577 hektarda əkin aparılıb ki, bu da ötən ildəkindən 159 hektar çoxdur. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, çəltikçilik Ağdaşda ənənəvi sahə hesab edilir və təsadüfi deyil ki, əkin sahələri ildən-ilə artır. Bu il rayonun 23 ərazi dairəsində çəltik əkilib. Habelə “Biyan” MMC tərəfindən də 10 hektarda əkin aparılıb. Ən çox Yuxarı Ləkidə (120 hektarda) çəltik əkilib. Torpaq mülkiyyətçiləri Aşağı Ləkidə 110 hektarda, Şıxlıda 83 hektarda, Yuxarı Nemətabadda 78 hektarda, Gürcüvada 50 hektarda əkin aparıblar. Artıq əksər ərazilərdə çıxış alınıb. Hər yerdə sakinlər becərmə işlərinə başlayıblar. Belə ki, su dövriyyəsi həyata keçirilir, bitkilərə gübrə verilir.
Qaşqay RAMAZANOV

 
  • Oxunub:  2610  |  
  • Tarix:  17-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir

21 Noyabr 21:14
Ədliyyə Nazirliyinin iki əməkdaşına ali xüsusi rütbələr verilib
21 Noyabr 21:13
“Azərbaycan ailəsi-2019” film festivalının qalibləri mükafatlandırılıb
21 Noyabr 21:09
SOCAR və “Özbəkneftqaz” birgə treyder müəssisəsi açacaq
21 Noyabr 21:05
Azərbaycanın və Bolqarıstanın daxili işlər orqanları arasında əməkdaşlığın inkişafından məmnunluq ifadə edilib
21 Noyabr 21:01
Türkiyə Xarici İşlər Nazirliyində Ermənistan-Azərbaycan münaqişəsinə dair müzakirələr aparılıb
21 Noyabr 20:58
Azərbaycan XİN: Nikol Paşinyanın Milanda söylədikləri onun öz əhalisini yanıltmaq cəhdidir
21 Noyabr 20:55
Ankarada “erməni-nasist əməkdaşlığı” mövzusunda konfrans keçirilib
21 Noyabr 20:53
YAP ölkəmizin aparıcı siyası qüvvəsi, regionun ən böyük partiyasıdır
21 Noyabr 20:35
Milli Məclisin Sədri Oqtay Əsədov Sankt-Peterburqda bir sıra görüşlər keçirib
21 Noyabr 20:27
Prezident İlham Əliyev Sumqayıtın 70 illiyinə həsr olunmuş tədbirdə iştirak edib
21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21 Noyabr 15:50
Sona Əliyeva: Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
21 Noyabr 15:46
Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib
21 Noyabr 15:44
Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 Noyabr 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 Noyabr 15:28
Əli Həsənov: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar
21 Noyabr 15:18
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
21 Noyabr 15:07
Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur
21 Noyabr 15:04
“StartupFest 2019”a start verilib
21 Noyabr 15:03
Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir
21 Noyabr 14:54
Gənc kadrlar dəmir yollarının şimal sahəsinin stansiyalarında işlə təmin olunublar
21 Noyabr 14:50
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib
21 Noyabr 14:48
Prezident İlham Əliyev Sumqayıt Bulvar Kompleksinin yeni salınmış hissəsində yaradılan şəraitlə tanış olub
21 Noyabr 14:40
Sumqayıtda Muğam Mərkəzi istifadəyə verilib
21 Noyabr 14:34
Sumqayıtda “Nizami” kinoteatrının yeni binasının açılışı olub
21 Noyabr 14:21
Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
21 Noyabr 14:20
Prezident İlham Əliyev Sumqayıtda Ulu Öndərin abidəsini ziyarət edib
21 Noyabr 14:17
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
21 Noyabr 14:01
Firmin Eduard Matoko: Azərbaycan Milli Komissiyası ilə UNESKO arasında əməkdaşlıq yüksək səviyyədədir
21 Noyabr 13:58
Korrupsiyaya yol vermiş vəzifəli şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir
21 Noyabr 13:40
GUAM Xarici İşlər nazirləri Bratislavada görüşəcəklər
21 Noyabr 13:29
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə kurslar başa çatıb
21 Noyabr 12:58
“İmadəddin Nəsiminin fəlsəfəsi və UNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
21 Noyabr 12:55
“Bulla-dəniz” yatağındakı qazma işləri ilə tanışlıq olub
21 Noyabr 12:51
Muxtar respublikada suvarma kanalları lildən təmizlənib, yeni xətlər çəkilib
21 Noyabr 12:47
İspaniyada Azərbaycanın işgüzar turizm imkanları tanıdılır
21 Noyabr 12:45
Azərbaycanda ayrı-seçkiliyə yol verilmədən hər bir uşağın hüquq və mənafeyi qorunur
21 Noyabr 12:15
Naxçıvanda Ümumdünya Uşaq Günü qeyd olunub
21 Noyabr 12:07
Azərbaycanlı uşaqlar BMT sessiyasında iştirak ediblər
21 Noyabr 12:05
Bakıda keçirilən beynəlxalq biennaledə xarici ölkələrdən 40-dan çox rəssam iştirakı edir
21 Noyabr 12:01
Milli Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş kitab təqdim ediləcək
21 Noyabr 11:48
AZAL “Dubai Air Show 2019” sərgisində bir sıra önəmli razılaşmalara imza atıb
21 Noyabr 11:42
Sədaqət Vəliyeva: Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib
21 Noyabr 11:32
Siyavuş Novruzov: Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin, YAP-ın siyasətini dəstəkləyir və Partiya ilə birgədir (VİDEO)
21 Noyabr 11:30
Madriddə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
21 Noyabr 11:29
Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb
21 Noyabr 11:23
Bakıda “Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti” mövzusunda konfrans işə başlayıb
21 Noyabr 11:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin doqquz aylıq fəaliyyəti müzakirə olunub
21 Noyabr 11:10
Kamilə Əliyeva: YAP xalqın böyük əksəriyyətinin etimadını qazanmaqla avanqard siyasi qüvvəyə çevrilib
21 Noyabr 11:08
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
21 Noyabr 10:30
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6