Ana səhifə »  Qəzetin pdf formatı »  Kamal Abdulla: ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir
A+   Yenilə  A-
Kamal Abdulla: ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir

Azərbaycan Dillər Universitetinin rektoru, Xalq yazıçısı, akademik Kamal Abdulla ilə müsahibəni təqdim edirik.

˗ Kamal müəllim, artıq yay imtahanları sona çatdı. İmtahanların nəticəsini və ümumiyyətlə, tədris ilinin sonunu necə qiymətləndirmək olar?

- İmtahanların nəticəsi müsbət oldu və sessiya zamanı universitetin bütün əməkdaşları – müəllimlərdən başlamış tələbələrə qədər hamı çox ciddi şəkildə bu prosesə yanaşdılar. Üç dəfə mediatur keçirildi. Jurnalistlər və ictimaiyyət nümayəndələri imtahanların gedişatında bilavasitə iştirak etdilər. Onların da münasibəti müsbət oldu. Sessiya müddətində bizim əsas yeniliklərimizdən biri o oldu ki, heç bir imtahanı valideynlərin iştirakı olmadan keçirmədik. Bu o demək deyil ki, imtahanda bütün qrupun valideynləri iştirak edirlər. Bir, yaxud iki valideynin iştirakı kifayət edir. Ona görə də valideyn öz övladının imtahan prosesində hansı nəticələri göstərdiyini bilməlidir. Nəticədən əlavə, onun prosesi izləmək imkanı da olmalıdır. Bundan başqa, imtahanlarla bağlı bizim qaynar xəttimiz var idi, müraciətlər gəlirdi, biz onları operativ şəkildə həll edirdik. Kiminsə balı çatmırdı, apellyasiya vasitəsilə qiymətini qaldırmağa çalışırdı. Bütün tələbələrə müvafiq şərait yaradıldı və imtahanlar şəffaf şəkildə keçirildi.

- Yeni tədris ilində ADU tələbələrini hansı yeniliklər gözləyir?

- Bilirsinizmi, bizim çox maraqlı planlarımız var. Ən vacib məsələlərdən biri, Azərbaycan Dillər Universitetində klassik dillər mərkəzinin yaradılmasıdır. Klassik dillər dedikdə, bu, filologiyanın çox böyük məsələsidir. Bu dillərə ilk növbədə latın dili, qədim yunan dili, sanksrit daxildir. Bundan başqa qədim pəhləvi dili, qədim Çin dili də var. Bu dilləri öyrənmədən, bilmədən, onlar haqqında təsəvvürə malik olmadan müasir filologiyanın sirlərinə bələd ola bilməzsən. Filologiya klassik dillərin tədrisi olmadan tam və bütöv şəkildə filologiya ola bilməz. Bu mənada universitetimizdə hələlik üç dillə klassik dillərin öyrədilməsinə başlamaq niyyətindəyik. Əsas məsələ odur ki, biz təkcə bu dilləri öyrənməyəcəyik, bu dillərin özü ilə gətirdiyi mədəniyyətləri öyrənəcəyik. Ona görə də bu dilləri tədris edən mütəxəssislərin hərtərəfli formalaşmış mütəxəssislər olmasına ehtiyac var. Müxtəlif ölkələr, onların universitetləri ilə, o ölkələrin bizdəki səfirləri ilə artıq danışıqlar aparmışıq. Hindistan, İtaliya, Rumıniya, Yunanıstan səfirləri bizə bu istiqamətdə kömək etməyə söz veriblər. Bu ölkələrin universitetlərində qeyd etdiyim dillərin mütəxəssisləri var. Mən inanıram ki, ADU masştabında ölkəmizdə ilk dəfə olaraq klassik dillər mərkəzini aça biləcəyik. Bu, Azərbaycan filologiyasına bütövlükdə çox böyük xidmət olacaqdır.

Daha hansı yeniliklər ola bilər? Əlbəttə ki, müəllimlərimiz yenə də stajartırmaya gedəcəklər. Biz stajartırmanın marşrutlarını da müəyyənləşdirmişik. Bunlar yenə də bizim xaricdəki partnyor universitetlər olacaq. Eyni zamanda, ən vacib məsələlərdən biri də budur ki, biz təkcə özümüzdən başqa yerə stajartırmaya müəllim göndərməyəcəyik. Biz başqa yerlərdən də stajartırmaya müəllimlər qəbul edəcəyik. Keçən il biz bunun əsasını, rüşeymini qoyduq. Biz Azərbaycan, ingilis, fransız dillərinin tədrisi istiqamətində xaricdən gələnləri qəbul edəcəyik. Artıq ABŞ-dan amerikalı tələbələr gəliblər, bizim universitetdə türk və Azərbaycan dillərini öyrənirlər. Bu layihə çoxdan var idi və indi də davam edir. Bir sözlə, ADU-nu maraqlı və faydalı perspektivlər gözləyir.

˗ Universitet dərslərin başlanmasına necə hazırlaşır?

- Əlbəttə ki, problemlər var. Bu problemlər, ilk növbədə bizim kitabxanamızla bağlıdır. Kitabxananın elektron bazası artıq başa çatıb, lakin yerləşdiyi şərait bizi qane edə bilməz. Bu məsələni dəfələrlə rektorluqda və başqa müşavirələrdə qeyd etmişik. Yayda kitabxanamızın bəzi yerlərini mütləq təmir etməliyik və onun yerinin dəyişdirilməsi ilə bağlı ciddi düşünməliyik. Teatr qarderobdan başlayan kimi, universitet də kitabxanadan başlayır. Ona görə də biz ən böyük diqqəti kitabxanamıza verməliyik. Faktiki olaraq, son vaxtlar tələbələrin kitabla ünsiyyətini yaxşılaşdırmaq, onu normal müstəviyə gətirmək üçün az iş görməmişik. Universitetin əsas binasında kitabxana yox idi və kitabxana o biri tədris binasında idi. Tələbələrimiz digər korpusa kitab üçün yol ölçürdülər. İndi onlar kitabı sifariş edirlər, kitab bura gətirilir. Bu xəttimiz davam edəcək. İkinci də odur ki, birinci kurs tələbələrimizə kitablara ödədikləri məbləği təqdim etdikləri qəbzlər müqabilində qaytarırıq. Bu proses artıq başlanıb və birinci kurs tələbələrimizə öz şəxsi kitabxanalarını formalaşdırmaq imkanı verir.

Yeni tədris ilinə tədris boyunca hazırlaşmaq lazımdır. Biz təcrübəmizin marşrutunu və coğrafiyasını genişləndirəcəyik. Bizim universitetimizin artıq daim əlaqədə olduğu qaçqın və məcburi köçkün məktəbləri var ki, tələbələrimiz orada pedaqoji təcrübə, eyni zamanda başqa rayonlarımız, şəhərlərimizdə istehsalat təcrübəsi keçirlər. Hər iki istiqamətdə əlaqələrimiz müsbət nəticələr verir. Həmin məktəblərin direktorları, müəllimləri, şagirdləri tez-tez universitetimizə gəlirlər, universitetimizin kafedra müdirləri, müəllimləri o məktəblərə gedirlər. Bu ünsiyyətin xeyri təkcə pedaqoji müstəvidə deyil, bu ünsiyyətin faydası eyni zamanda ictimai-siyasi müstəvidə də özünü göstərir.

˗ Bir neçə gündən sonra ali məktəblərə qəbulun nəticələri açıqlanacaq. Abituriyentlər ADU-nu hansı üstünlüklərə görə seçməlidirlər?

- Bu gün ADU gənclər üçün çox maraqlı və faydalı imkanlar aça bilir. Bizim universiteti bitirən tələbələrin çox geniş perspektivləri var. Məndən bir dəfə soruşdular ki, sizin universiteti bitirən məzunlar harada işləyə bilər, hansı vəzifəyə kimi ucala bilər? Cavab belə oldu: baş nazirə qədər. Çünki Azərbaycanın bugünkü Baş naziri bizim universitetin məzunu və uzun illər burada müəllim, kafedra müdiri kimi çalışmış şəxsdir. Bundan əlavə, bizim çoxlu sayda səfirlərimiz var – “Məzunlar Assosiasiyası”nın üzvləri olan və xarici ölkələrdə çalışan səfirlərimiz. Xarici İşlər Nazirliyində çalışan məzunlarımız var. Azərbaycanın istənilən infrastrukturunda işləyən məzunlarımız var ki, onlar bu gün də universitetlə əlaqələrini kəsməyiblər. Ona görə də biz tələbələrə güclü elmi və mənəvi bünövrə vermək istəyirik. Bu, təkcə ingilis, alman, fransız dillərinin praktik bünövrəsi deyil. Bu, həmin dillərin arxasında duran mədəniyyətin, tarixin, ədəbiyyatın, psixologiyanın da öyrənilməsi deməkdir. Mənə elə gəlir ki, bu istiqamətdə bir gənc bizim universiteti seçərsə, onun dünyaya baxışı, Azərbaycanın dünya kontekstindəki təsəvvürü daha da möhkəmlənəcək. O, öz peşə fəaliyyətini bizim paytaxtımızda, müxtəlif kəndlərimiz, rayonlarımız, şəhərlərimizdə müəllim kimi, eyni zamanda idarə və təşkilatlarda mütəxəssis kimi həmən mədəniyyətlərin, dillərin, ədəbiyyatların daşıyıcısı olan peşəkar kimi davam etdirə biləcək. Əlbəttə ki, gəncləri daha sonra magistratura, doktorantura, xarici ölkələrdə müxtəlif təhsil formaları, müxtəlif layihələrdə iştirak gözləyir. Universitetimizdə müxtəlif xarici ölkələrin dil və mədəniyyət mərkəzləri var. Gəncləri o mərkəzlərlə yaxından təmas gözləyir. Azərbaycan Dillər Universiteti dünya ilə təmasın, dünyaya baxışın böyük bir vasitəsidir. Eyni zamanda bu universitet öz qapılarını yalnız burada təhsil alan tələbələr üçün deyil, həmçinin Azərbaycanın hər bir vətəndaşı üçün açır. Bizim müxtəlif qurumlarımız var ki, həmin tədris etdiyimiz fənləri vətəndaşlar üçün ödənişli və ya başqa formalarda həyata keçirə bilir.

˗ Ötən il Azərbaycan Dillər Universitetinə qəbul faizi yüksək olmuşdu. Bu il üçün gözləntiniz necədir?

- Ötən il, əlbəttə, qəbul yüksək faizlə olmuşdu. Bizim universitetə qəbul olunan tələbələr orta balına görə ölkə universitetləri arasında birinci yerdə oldu. Bu il də ümidimiz elədir ki, qəbul planımız kifayət qədər dolğun olacaq və əlbəttə, qəbulun nəticələri bizim müəllimlərimizin, işçilərimizin əmək rejiminə təsir etməyəcəkdir. Ümid edirik ki, bu il qismən də olsa, qəbul planını dolduracağıq. Söhbət ondan gedir ki, universitetimizin beynəlxalq imici, müxtəlif ölkələrdə olan mədəniyyət mərkəzlərimiz, məsələn, Serbiya Prezidentinin universitetimizə gəlməsi və şəxsən serb dili və mədəniyyəti mərkəzini açması universitetin prestijindən xəbər verir. Burada fəaliyyət göstərən 20-ə yaxın dil və mədəniyyət mərkəzlərinin işi, həmin mərkəzlərə rəsmi şəxslərin gəlməsi, öz hörmət və ehtiramlarını bildirməsi artıq Dillər Universitetinin nüfuzundan xəbər verir. Bu istiqamətdə işlərimiz, yəqin ki, bir az da genişlənəcəkdir. Güman edirəm ki, bundan sonra da yeni mədəniyyət mərkəzləri açacağıq.

Bakı. Trend

 
  • Oxunub:  1590  |  
  • Tarix:  18-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır

19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub
19 Avqust 16:45
Rauf Əliyev: Azərbaycan unikal sosial-iqtisadi inkişaf modelinə malik olan ölkədir
19 Avqust 16:16
İçərişəhər haqqında film beynəlxalq kinofestivalda göstəriləcək
19 Avqust 15:52
Naxçıvan Qarnizonu qoşunlarında növbəti komanda-qərargah təlimi icra olunur
19 Avqust 15:46
Ölkəmizdə vahid məktəbli forması 2020-2021-ci tədris ilindən tətbiq ediləcək
19 Avqust 15:44
Sona Əliyeva: Azərbaycanda əhalinin sosial müdafiəsinin gücləndirilməsi siyasəti ardıcıl xarakter daşıyır
19 Avqust 15:27
İlham Məmmədov: Bu il ərzində ölkəmizdə minimum pensiya məbləğinin əhəmiyyətli şəkildə artması təmin edilib
19 Avqust 15:24
Peşə təhsili müəssisələrinə sənəd qəbulu yekunlaşır
19 Avqust 15:05
“Avro 2020”: UEFA nümayəndələrinin Bakıya işgüzar səfəri başlayıb
19 Avqust 14:57
Mir Şahin Gəncə teraktı ilə bağlı - şok VİDEO yaydı
19 Avqust 14:33
Azərbaycan Gürcüstanın ticarət tərəfdaşları sırasında ilk beşlikdədir
19 Avqust 14:06
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Sloveniya yığmasına qalib gəlib
19 Avqust 14:04
Sabah Abşeron çimərliklərində 25-27 dərəcə isti olacaq
19 Avqust 14:01
Çörək alarkən və saxlayarkən diqqət yetirilməli məsələlər
19 Avqust 12:33
Avqustun 19-u Ümumdünya Humanitar Yardım Günüdür
19 Avqust 12:25
Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinə elmi-tarixi və fəlsəfi müstəvidə baxış
19 Avqust 12:17
“Sosial bağlar” layihəsi çərçivəsində 250 ailə üçün meyvə bağlarının salınmasına başlanılıb
19 Avqust 11:45
Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsində növbəti kollegiya iclası keçirilib
19 Avqust 11:42
Bakı məktəblərində iki sinfin bütün şagirdləri ali məktəblərə qəbul olublar
19 Avqust 11:37
Futbol üzrə Azərbaycan Premyer Liqasının ikinci turunun təqvimi açıqlanıb
19 Avqust 11:33
Maestro Niyazinin xatirəsi yad olunacaq
19 Avqust 11:23
Bakalavrların qəbul olunduqları təhsil müəssisələrində qeydiyyatı davam edir
19 Avqust 11:19
Qazlı sudan aşırı dərəcədə istifadə insulta səbəb ola bilər
19 Avqust 10:53
“Azərsu” ASC-nin sədri Qazaxda vətəndaşları qəbul edib
19 Avqust 10:41
Birinci vitse-prezident Mehriban Əliyeva: Azərbaycanın layiqli övladları, əsgər və zabitləri ilə fəxr edirəm
19 Avqust 10:30
İlahiyyat İnstitutunun rektoru sənədlərin qəbul prosesini izləyib
19 Avqust 10:22
Azərbaycan Almaniyaya ixracı artıb
19 Avqust 10:16
Abituriyentlərin nəzərinə: boş qalan plan yerlərinə ixtisas seçimi bu gün başa çatır
19 Avqust 09:50
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
19 Avqust 09:43
Muğam Mərkəzində “Rast dünyası” adlı konsert olacaq
19 Avqust 09:38
Qusarda Cibir-Həzrə-Mucuq-Sudur avtomobil yolu yenidən qurulur
19 Avqust 09:36
Dünya şöhrətli müğənni Müslüm Maqomayevin xatirəsi anılıb
19 Avqust 09:33
Müdafiə Nazirliyi: Ordumuz düşmənin istənilən fəaliyyətini müxtəlif kalibrli silahların nişangahı altında saxlayır
17 Avqust 15:43
Anna Netrebko Azərbaycana qonaqpərvərlik üçün təşəkkür edib
17 Avqust 15:02
“Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı” iştirakçılarının seçiminə başlanıb
17 Avqust 13:36
Şəhriyar Məmmədyarov Sinkfild kuboku turnirində mübarizə aparacaq
17 Avqust 12:47
Dünyanı fəth edən ecazkar səs
17 Avqust 12:36
“ASAN Yay Festivalı” Gəncədə
17 Avqust 12:31
Gömrük təmsilçiliyi institutu təkmilləşdirilir
17 Avqust 12:27
Bu il Azərbaycanın əsas kapitalına 7 milyard manatdan çox vəsait yönəldilib
17 Avqust 10:38
Bakalavrların nəzərinə: qeydiyyatdan keçməyənlər qəbul olunanlar siyahısından xaric ediləcəklər
17 Avqust 10:36
Deputat: Ölkəmizdə sosial siyasət ardıcıl və davamlı olacaq
17 Avqust 10:33
Dünya birjalarında neftin qiyməti bahalaşıb
17 Avqust 10:02
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
17 Avqust 09:57
İmtahanda rekord bal toplayan Bərdə məktəblisi
17 Avqust 09:50
“İaşə müxalifəti” bütün ümidlərini xarici anti-Azərbaycan dairələrin ayırdığı qrantlara bağlayıb
17 Avqust 09:48
Əmək pensiyalarının minimum məbləğinin artırılması böyük sosial əhəmiyyət daşıyır
16 Avqust 21:23
Prezident İlham Əliyev Sərhəd Mühafizəsinin 100 illik yubileyi münasibətilə DSX-nin şəxsi heyətini təbrik edib
16 Avqust 21:16
Gürcüstanın hökumət rəsmiləri azərbaycanlıların yığcam yaşadıqları Marneuli rayonunda olublar
16 Avqust 20:24
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi Beynəlxalq Bank ilə əməkdaşlıq edəcək
16 Avqust 20:17
Ədliyyə Nazirliyinin yerli qurumlarına qulluğa qəbulla bağlı açıq müsabiqə elan edilir
16 Avqust 19:59
Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin Azərbaycan hissəsində daşınmış yüklərin həcmi açıqlanıb
16 Avqust 19:55
General-mayor Elçin İbrahimov: Azərbaycan sərhədçiləri qoyulan tapşırıqları qısa müddətdə yerinə yetirməyə qadirdirlər
16 Avqust 19:48
Rusiyanın və İranın hərbi gəmiləri Bakı limanını tərk edib
16 Avqust 19:35
Bakıda WKF hakimlər komissiyasının seminarı yüksək səviyyədə keçirilib
16 Avqust 18:07
Prezident İlham Əliyev milli bayram münasibətilə İndoneziya Prezidentini təbrik edib
16 Avqust 17:53
Bu il Zaqatalanın fındıq bağlarından 15 min tondan çox məhsul yığılması gözlənilir
16 Avqust 17:41
Patruşev İrəvanda: şübhələr, qeyri-müəyyənlik və suallarla dolu müttəfiqlik
16 Avqust 17:33
Zenit-Raket Qoşunlarında döyüş atışlı təlimlər keçirilib
16 Avqust 17:10
“DOST” mərkəzinə 25 mininci vətəndaş müraciəti qeydə alınıb
16 Avqust 17:04
Prezident İlham Əliyev DSX-nın hərbi qulluqçularını və mülki işçilərini təltif edib
16 Avqust 17:03
Əmək və Əhalinin Sosial Müdafiəsi nazirinin müavini Ağstafada iki rayonun sakinlərini qəbul edib
16 Avqust 16:52
DSX-nin fəaliyyəti dövründə sərhədçilərimiz tərəfindən 10 min 989 sərhəd pozucusu saxlanılıb
16 Avqust 16:47
Dövlət sərhədinin mühafizə altında götürülməsi sərhədçilərimiz üçün mühüm vəzifədi
16 Avqust 16:26
ADA Universitetinin bakalavr pilləsinə abituriyentlərin qeydiyyatı başlanıb
16 Avqust 16:15
Əsas kapitala yönəldilən ümumi vəsaitin 67,7 faizi tikinti işlərinə sərf olunub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+32 +37
gecə+20 +24