Ana səhifə »  Qəzetin pdf formatı »  Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib
A+   Yenilə  A-
Hərbi Prokurorluqda əməliyyat müşavirəsi keçirilib

İyulun 19-da Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda rəhbər vəzifəli şəxslərin və ərazi hərbi prokurorlarının iştirakı ilə 2019-cu ilin birinci yarımilində cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi, insan və vətəndaş hüquq və azadlıqlarının qorunması sahəsində görülmüş işlərin vəziyyətinin və qarşıda duran vəzifələrin müzakirəsinə həsr olunmuş əməliyyat müşavirəsi keçirilib.

Hərbi Prokurorluğun mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, əməliyyat müşavirəsində hesabat məruzəsi ilə çıxış edən Azərbaycan Respublikası Baş prokurorunun müavini – Azərbaycan Respublikasının Hərbi prokuroru, ədliyyə general-leytenantı Xanlar Vəliyev əvvəlcə müasir müstəqil Azərbaycan dövlətinin memarı və qurucusu, xalqımızın ümummilli lideri Heydər Əliyevin müdrik və uzaqgörən siyasətini zamanın tələblərinə uyğun olaraq ən yüksək səviyyədə davam etdirən Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə ölkədə görülmüş nəhəng işlər və möhtəşəm tədbirlər nəticəsində 2019-cu ilin birinci yarımilində də dövlətimizin daha da qüdrətləndiyini, xalqımızın maddi və sosial rifah halının davamlı yaxşılaşdırıldığını, demokratik, hüquqi dövlət, vətəndaş cəmiyyəti quruculuğu prosesinin geniş vüsət aldığını müşavirə iştirakçılarının diqqətinə çatdırıb.

Hərbi prokuror bildirib ki, məhz Prezident İlham Əliyevin siyasi iradəsinin, sarsılmaz qətiyyətinin və yorulmaz fəaliyyətinin xalqın mübarizliyi ilə sıx vəhdətinin nəticəsində 2019-cu ilin birinci yarımilində ümumi daxili məhsul, sənaye və kənd təsərrüfatı məhsullarının istehsalı artmış, qeyri-neft sektoru daha da inkişaf edib. Bununla yanaşı, əhalinin pul gəlirləri, əməkhaqları da artıb, manatın məzənnəsi sabit olub. Ölkə iqtisadiyyatına 2,8 milyard dollar məbləğində investisiya yatırılıb ki, bunun da 2 milyard dollarını qeyri-neft sektoruna qoyulmuş sərmayə təşkil edib. Təsadüfi deyil ki, Dünya Bankının “Doing Business 2019” hesabatında Azərbaycan öz mövqeyini 32 pillə yaxşılaşdıraraq biznes mühitinin səviyyəsinə görə 190 ölkə arasında 25-ci yerdə qərarlaşıb, dünyanın 10 ən islahatçı ölkəsi siyahısına daxil edilib və ən çox islahat aparan ölkə elan olunub.

Azərbaycan Respublikasında insanların rifahını mütəmadi olaraq yüksəltməyin, sosial müdafiəsini və layiqli həyat səviyyəsini təmin etməyin dövlətin sosial-iqtisadi inkişaf konsepsiyasının prioritetlərindən olduğunu vurğulayan Hərbi prokuror “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 28 fevral tarixli Fərmanının müstəsna əhəmiyyətindən, onun əsasında yüz minlərlə insanın kredit problemlərinin həll olunmasından bəhs edib.

Əldə olunan nailiyyətlər və qazanılan uğurlar fonunda ölkəmizin davamlı tərəqqisinin təmin edilməsi üçün bütün sahələrdə həyata keçirilən islahatların məhkəmə-hüquq sisteminin inkişafında yeni mərhələnin başlanmasına və bu sahədə də islahatların dərinləşdirilməsinə rəvac verdiyini bildirən Xanlar Vəliyev bununla əlaqədar Prezident İlham Əliyevin imzaladığı “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” 2019-cu il 3 aprel tarixli Fərmanın mütərəqqi müddəalarından söz açıb.

Hərbi prokuror bildirib ki, ölkəmizin hərtərəfli və sürətli inkişafında xüsusi rolu olan Birinci vitse-prezident Mehriban xanım Əliyevanın bütün sahələrə, xüsusən Azərbaycan elminə, təhsilinə, mədəniyyətinə, səhiyyəsinə göstərdiyi qayğı və diqqəti mühüm əhəmiyyət kəsb edir. Onun çoxşaxəli zəngin fəaliyyəti, eləcə də milli-mənəvi dəyərlərin qorunması və dünyada geniş təbliği istiqamətində gördüyü önəmli işlər, ölkəmizin beynəlxalq aləmdəki mövqeyinin daha da möhkəmlənməsinə və dövlətçiliyimizin sürətlə qüdrətlənməsinə töhfələr verməkdə davam edir. Mehriban xanım Əliyevanın UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri kimi Azərbaycanla bu beynəlxalq təşkilatlar arasında qarşılıqlı faydalı əlaqələrin yaranmasındakı misilsiz xidmətlərindən danışan Xanlar Vəliyev “Xan Sarayı ilə birgə Şəkinin tarixi mərkəzi”nin UNESKO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin əhəmiyyətini xüsusi vurğulayıb.

Dövlətimizin hərtərəfli inkişafının Silahlı Qüvvələrin qüdrətlənməsinə də müsbət təsir etdiyini bildirən Hərbi prokuror vurğulayıb ki, son illər Prezident, Ali Baş Komandan İlham Əliyevin diqqət və qayğısı nəticəsində Silahlı Qüvvələrimizin maddi-texniki bazası əhəmiyyətli dərəcədə möhkəmləndirilib, hərbçilərin sosial vəziyyətinin daha da yaxşılaşdırılması istiqamətində mühüm addımlar atılıb. Bunun nəticəsində ordunun döyüş qabiliyyəti və hərbi qulluqçuların mübarizə ruhu yüksəlmiş, şəxsi heyətin nizam-intizamının artırılması istiqamətində müvəffəqiyyətlər əldə olunub. Hərbi prokurorluq orqanlarının fəaliyyəti də Silahlı Qüvvələrdə hərbi intizamın möhkəmləndirilməsinə, cinayətkarlıq və qanun pozuntularının qarşısının alınması və aradan qaldırılmasına, insan və vətəndaş hüquq və azadlıqlarının qorunmasına, o cümlədən hərbi idarəçilik strukturları tərəfindən hərbi qulluqçuların və mülki vətəndaşların hüquq və qanuni mənafelərinə zərər vuracaq əməllərin qarşısının alınmasına, işin səmərəliliyinin artırılmasına, eyni zamanda, ordu quruculuğuna mənfi təsir edə biləcək mövcud nöqsanların və qanun pozuntularının aradan qaldırılmasına yönəldilib. Bütün bunların nəticəsində də ötən il Silahlı Qüvvələrdə cinayətkarlığa qarşı mübarizə, qanunçuluq və hüquq qaydasının möhkəmləndirilməsi istiqamətində görülən işlər səmərəli olmuş və qeydə alınmış cinayətlərin 99,6 faizi açılıb.

Vurğulanıb ki, 2018-ci ilin birinci yarısı ilə müqayisədə 2019-cu ilin birinci yarımilində qeydə alınmış xüsusilə ağır cinayətlər üç dəfə, qəsdən adam öldürmə cinayətləri 50 faiz, qəsdən sağlamlığa ağır zərər vurma cinayətləri 50 faiz, silahla və ətrafdakılar üçün yüksək təhlükə törədən əşyalarla davranış qaydalarını pozma cinayətləri 50 faiz, maşınları idarəetmə və istismar qaydalarını pozma cinayətləri 50 faiz, hakimiyyətdən sui-istifadə etmə cinayətləri 29,3 faiz, öz sağlamlığına zərər vurmaqla və ya sair üsulla hərbi xidmətdən boyun qaçırma cinayətləri 7,7 faiz azalıb.

Xüsusi qeyd olunub ki, artıq bir neçə ildir hərbi hissəni və ya xidmət yerini müharibə vaxtı və ya döyüş şəraitində özbaşına tərk etmə cinayət hadisəsi hesabat dövrlərində qeydə alınmayıb. Bu da Ali Baş Komandan İlham Əliyevin Silahlı Qüvvələrə göstərdiyi xüsusi diqqət və qayğının, bu sahədə onun rəhbərliyi ilə həyata keçirilən islahatların nəticəsində yaranmış ciddi nizam-intizamın, Silahlı Qüvvələrin ən müasir tələblərə cavab verən səviyyədə formalaşdırılmasının təcəssümüdür.

Vurğulanıb ki, cinayət hadisələrinin azalmasında hərbi prokurorluq orqanlarının Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər hərbi qurumlarla yaradılmış qarşılıqlı sağlam və işgüzar əlaqələrin, eləcə də hələ ilin əvvəlindən planlaşdırılmaqla, il ərzində mütəmadi həyata keçirilmiş müxtəlif xarakterli birgə tədbirlərin də çox böyük əhəmiyyəti olub. Belə ki, 2019-cu ilin birinci yarımili cinayətkarlığa qarşı mübarizə, hüquq qaydalarının və hərbi intizamın möhkəmləndirilməsi, hərbi qulluqçularda vətənpərvərlik hissinin gücləndirilməsi, onların asudə vaxtının təşkili, eləcə də təhqiqatın təşkili məqsədilə Respublika Hərbi Prokurorluğu ilə Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin, DİN-in Daxili Qoşunlarının komandanlığının və Səfərbərlik və hərbi xidmətə çağırış üzrə Dövlət Xidmətinin birgə Tədbirlər planları təsdiq edilməklə, səmərəli şəkildə icra olunub. Eyni zamanda, həmin Tədbirlər planlarının əsasında bütün ərazi hərbi prokurorluqları tərəfindən əksər hərbi hissələrlə birlikdə Tədbirlər planları hazırlanaraq icraya yönəldilib.

Diqqətə çatdırılıb ki, Silahlı Qüvvələrdə ayrı-ayrı cinayətlərin qarşısının alınması məqsədilə hər il olduğu kimi, ötən il də məhkəmə və istintaq təcrübəsi ümumiləşdirilərək Respublika Hərbi Prokurorluğunun kollegiyalarında silahlı birləşmələrin rəhbər vəzifəli şəxslərinin iştirakı ilə müzakirələr keçirilmişdir. Həmin cinayətləri doğurmuş səbəb və şəraitin aradan qaldırılması üçün zəruri qabaqlayıcı tədbirlərin görülməsinə dair kollegiyaların qərarlarına əsasən, Müdafiə Nazirliyinin, Dövlət Sərhəd Xidmətinin və başqa struktur qurumların rəhbərlərinə məlumat məktubları, silahlı birləşmələrin komandanlıqlarına təqdimatlar, ərazi hərbi prokurorlarına icmal-məktublar göndərilib. Cinayətlərin qarşısının alınması məqsədilə Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili Qoşunlar və digər qurumlarla birlikdə tədbirlər planları hazırlanaraq təsdiq edilərək icrası təmin olunub. Hazırda bu istiqamətdə işlər davam etdirilir.

Bildirilib ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin müdrikliyi və əzmi hesabına yeni müstəvidə reallaşdırılan dövlətçilik siyasətinin məntiqi nəticəsi olaraq ötən dövrlərdəki kimi, cari ilin birinci yarımilində də ölkəmizdə korrupsiyaya və rüşvətxorluğa qarşı kəsərli mübarizə uğurla davam etdirilib. Azərbaycan Prezidentinin bu sahədə qarşıya qoyduğu vəzifələrin icrası ilə əlaqədar Hərbi Prokurorluq orqanları mütəşəkkil cinayətkarlığın ən təhlükəli təzahürlərindən biri olan korrupsiyaya qarşı mübarizə sahəsində fəaliyyətini daha da gücləndirib. Bu da Silahlı Qüvvələrin qüdrətini zəiflədə biləcək cinayətlərin, o cümlədən mənimsəmə, israfçılıq, rüşvətxorluq, vəzifədən sui-istifadə etmə və digər cinayətlərin vaxtında aşkar olunmasına, cinayət törətmiş şəxslərin layiqli cəzaya məhkum edilməsinə rəvac verib. Bu qəbildən olan cinayətlərin aşkarlanması istiqamətində struktur qurumları tərəfindən bir sıra işlər görülsə də, bu sahədə tədbirlərin səmərəliliyi və intensivliyi daha da artırılmalıdır.

Vurğulanıb ki, hesabat dövründə dövlət ittihamının müdafiəsi üzrə şöbə tərəfindən birinci instansiya hərbi məhkəmələrinin hökm və qərarlarından verilmiş protestlərin 53 faizi təmin olunub. Cinayətkarlığın profilaktikası üçün məhkəmə qərar və hökmlərinin rolunun artırılmasında, məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını alınmasında müsbət rolu olan səyyar məhkəmə iclaslarının keçirilməsi təşəbbüsü ilə dövlət ittihamçıları tərəfindən məhkəmələrə çoxsaylı vəsatətlər verilsə də, onlardan yalnız 4-ü təmin edilib ki, bu da qənaətbəxş hesab olunmadığı üçün bu sahədə müvafiq tədbirlərin həyata keçirilməsinin davam etdirilməsi nəzərdə tutulur.

Qeyd olunub ki, hesabat dövründə prokurorluqda vətəndaşların müraciətlərinə baxılması işinin səmərəliliyinin artırılması üzrə ardıcıl və sistemli tədbirlərin görülməsi təmin edilsə də, bəzi hallarda prokurorluq əməkdaşları tərəfindən süründürməçiliyə və müddət pozuntularına yol verilib. Bununla bağlı qanunamüvafiq tədbirlər görülüb. Vətəndaşların müraciət etmək imkanlarının genişləndirilməsi və asanlaşdırılması, daxil olmuş müraciətlərə daha diqqətlə yanaşılaraq qaldırılan məsələlərin həlli istiqamətində təxirəsalınmaz işlərin görülməsi davam etdirilir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin dövlət orqanlarının fəaliyyətinin yaxşılaşdırılması, vətəndaş-məmur münasibətlərinin sağlam zəmində qurulması, vətəndaşların müraciətlərinə baxılması və qəbulu işinin daha da təkmilləşdirilməsi barədə tövsiyə və tapşırıqları müşavirə iştirakçılarının diqqətinə çatdırılaraq, onlara tam və ciddi əməl edilməsi hər bir əməkdaşdan tələb olunub.

Bildirilib ki, 2019-cu ilin birinci yarımilində xidməti fəaliyyətlərində fərqlənmiş 30 əməkdaş həvəsləndirilib, 12 əməkdaş müxtəlif medallarla təltif olunub. Müşavirədə hərbi prokurorluq əməkdaşlarından əmək, xidməti və icra intizamına dəqiq və dürüst əməl etmələri tələb olunmuş, vurğulanmışdır ki, hesabat dövründə bu sahədə yol verdikləri pozuntulara görə hərbi prokurorluğun 5 əməkdaşı intizam məsuliyyətinə cəlb edilib.

Müşavirədə görülmüş müsbət işlərlə yanaşı, “Prokurorluq haqqında” Qanunda nəzərdə tutulmuş fəaliyyət istiqamətləri üzrə işin səmərəliliyinə mənfi təsir göstərən hallar ətraflı təhlil olunub. İbtidai istintaq, təhqiqat üzərində prosessual rəhbərliyin həyata keçirilməsində, dövlət ittihamının müdafiəsi, müraciətlərə baxılması və vətəndaşların qəbulu ilə əlaqədar işin təşkilində yol verilmiş nöqsanlar və çatışmazlıqlar ciddi tənqid olub, onların aradan qaldırılması üçün konkret göstərişlər verilib.

Qeyd edilib ki, ötən illərdə olduğu kimi bu il də Novruz bayramı ərəfəsində Azərbaycan Respublikası Hərbi Prokurorluğunun yüksəkvəzifəli işçiləri Müdafiə Nazirliyi, Dövlət Sərhəd Xidməti, Daxili İşlər Nazirliyinin Daxili Qoşunları və digər hərbi qurumların rəhbər vəzifəli şəxsləri, hərbi hissələrin dislokasiya olunduğu müvafiq rayonların icra hakimiyyəti orqanlarının rəhbərləri, Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin nümayəndələri ilə birgə vətənimizin müxtəlif bölgələrində, xüsusən də cəbhəyanı zonada yerləşən hərbi hissələrdə hərbi qulluqçular və valideynlərinin iştirakı ilə bayram mərasimləri, o cümlədən konsertlər təşkil ediblər. Həmin tədbirlərdə hərbi qulluqçuların qayğı və problemləri ilə maraqlanılıb, hərbi qulluqçularda nümunəvi xidmət üçün stimul yaratmaq və qulluqda fərqlənənlərin xidməti fəaliyyətlərini dəyərləndirmək məqsədilə hədiyyələr təqdim olunub.

Bildirilib ki, cari ilin birinci yarımilində Memorial Soyqırımı Muzeyinin fəaliyyəti ilə bağlı müəyyən işlər görülməklə, vətəndaşlarımızda vətənpərvərlik hisslərinin daha da artırılması, onlarda milli ruhun yüksəldilməsi, azərbaycanlıların kütləvi qırğınları barədə və düşmən tərəfindən törədilmiş cinayətlər haqqında obyektiv tarixi həqiqətlərin yerli və beynəlxalq ictimaiyyətə çatdırılması məqsədilə müxtəlif dövlət qurumlarına və ictimai təşkilatlara məktublar göndərilmiş və muzeyi 2318 nəfər ziyarət edib. Bununla bərabər, Xocalı soyqırımının 27-ci ildönümü ilə əlaqədar fevralın 25-də Respublika Hərbi Prokurorluğunun nəzdində fəaliyyət göstərən Memorial Soyqırımı Muzeyində Respublika Hərbi Prokurorluğunun, Xocalı Rayon İcra Hakimiyyətinin əməkdaşlarının, Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun, Xocalı Soyqırımını Tanıtma İctimai Birliyinin üzvlərinin, ictimaiyyətin və mətbuat nümayəndələrinin birgə iştirakı ilə elmi-praktik konfrans keçirilib.

Sonra məruzə ətrafında çıxışlar olub.

Əməliyyat müşavirəsində Respublika Hərbi prokurorunun müavini, ədliyyə general-mayoru Şəfahət İmranov, Dövlət ittihamının müdafiəsi üzrə şöbənin rəisi, ədliyyə polkovniki Aydın Ələsgərov, Müraciətlərə baxılması şöbəsinin rəisi, ədliyyə polkovniki Səfər Əhmədov, Gəncə hərbi prokuroru, ədliyyə polkovniki Əmrah Mehdiyev və Qarabağ hərbi prokuroru, ədliyyə polkovniki Fərid Şükürov çıxış edərək hesabat dövründə görülmüş işlərdən danışıb, nöqsanların aradan qaldırılması, qanunçuluğun möhkəmləndirilməsi, insan hüquq və azadlıqlarının etibarlı müdafiəsi, cinayətkarlığa qarşı səmərəli mübarizənin təmin olunması ilə əlaqədar Hərbi Prokurorluq orqanlarının qarşısında duran vəzifələrin yerinə yetirilməsi üçün görüləcək tədbirlər barədə ətraflı məlumat veriblər.

Hərbi prokuror, ədliyyə general-leytenantı Xanlar Vəliyev əməliyyat müşavirəsinə yekun vuraraq bildirib ki, Hərbi Prokurorluq orqanları Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin prokurorluq orqanlarına göstərdiyi yüksək diqqəti və etimadı layiqincə doğrultmaq, qanunun aliliyini, Silahlı Qüvvələrdə qanunvericiliyin tələblərinə dönmədən əməl olunmasını, insan və vətəndaş hüquq və azadlıqlarının daha etibarlı müdafiəsini, habelə cinayətkarlığa, eləcə də digər hüquq pozuntularına qarşı mübarizəni təmin etmək üçün bütün zəruri tədbirlərin görülməsini bundan sonra da davam etdirəcək.

 
  • Oxunub:  3300  |  
  • Tarix:  19-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub

05 Dekabr 21:50
Heydər Əliyev Fondu Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonuna görə xüsusi mükafata layiq görülüb
05 Dekabr 21:45
Növbəti illərdə ATƏT-ə sədrlik edəcək ölkələrin adları müəyyənləşib
05 Dekabr 21:37
DİN vakant post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
05 Dekabr 21:34
Azərbaycanın Xarici İşlər naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
05 Dekabr 21:31
Azərbaycanla Asiya İnkişaf Bankının əməkdaşlığının 20 illiyi qeyd olunub
05 Dekabr 21:28
“Rossiya-24” telekanalı “Bakutel-2019” sərgisi ilə bağlı reportaj yayımlayıb
05 Dekabr 21:19
ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bəyanat yayıblar
05 Dekabr 20:45
Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq müzakirə olunub
05 Dekabr 19:37
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
05 Dekabr 19:07
Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanışlıq
05 Dekabr 19:00
Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib
05 Dekabr 18:55
Şamaxıda "ASAN Həyat" kompleksinin açılışı olub
05 Dekabr 18:15
Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib
05 Dekabr 17:54
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq
05 Dekabr 17:45
Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişaf perspektivləri barədə müzakirələr aparılıb
05 Dekabr 17:34
Görkəmli xanəndə Əlibaba Məmmədovun anadan olmasının 90 illiyi qeyd olunacaq
05 Dekabr 17:15
Dövlət Komitəsində gənc könüllülərlə görüş olub
05 Dekabr 17:05
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka, öz gücünü sınamağa, xalqla səmimi dialoq şansından faydalanmağa çağırır
05 Dekabr 16:47
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib - SƏRƏNCAM
05 Dekabr 16:47
Madriddə İmadəddin Nəsiminin 650, Aşıq Veysəlin isə 125 illiyi qeyd olunub
05 Dekabr 16:31
Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi müzakirə olunub
05 Dekabr 16:10
Türkiyə qəzetləri Azərbaycanda həyata keçirilən islahatlardan yazır
05 Dekabr 16:07
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
05 Dekabr 16:01
Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib
05 Dekabr 16:00
YAP Nərimanov rayon təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
05 Dekabr 15:48
YAP İcra Katibliyində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mətbuat konfransı keçirib
05 Dekabr 15:41
Bakıda Gənc Sahibkarlar Forumu keçiriləcək
05 Dekabr 15:37
Zakir Həsənov Pakistan səfiri ilə görüşüb
05 Dekabr 15:30
Çavuşoğlu: "Ərazi bütövlüyünə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsinin həllini tapmalıyıq”
05 Dekabr 15:14
Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb
05 Dekabr 15:09
Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatına başlanıb
05 Dekabr 15:08
Nizami rayonunun qadın seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər
05 Dekabr 15:04
Bakıda “Dövlət idarəçiliyində səriştə modeli: çətinliklər və həll yolları” mövzusunda seminar keçirilir
05 Dekabr 15:01
Nazir Zakir Həsənov cəbhəboyu zonadakı hərbi hissələrdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub
05 Dekabr 14:58
Fuad Muradov: Bu günədək 88 diaspor təşkilatı 69 fərdi şəxs müvafiq elektron qeydiyyatdan keçib
05 Dekabr 14:56
Nazirlər Kabinetinin Qərarı ilə Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib
05 Dekabr 14:53
Elçin Əhmədov: Azərbaycanın dinamik inkişafı Prezident İlham Əliyev tərəfindən uğurla və novatorcasına aparılan siyasətin nəticəsidir
05 Dekabr 14:50
Bakıda dövlət qulluğunda insan resurslarının idarə olunması mövzusunda beynəlxalq konfrans keçirilir
05 Dekabr 14:48
Komitə sədri: “Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi demək olar ki, hazırdır
05 Dekabr 14:46
Pərvin Kərimzadə: Azərbaycanın Birinci vitse-prezidentinin humanist addımı sənətə, sənətkara hörmətin təsdiqidir
05 Dekabr 14:44
Yüz milyon oxucusu olan "China Daily" Azərbaycandakı islahatlardan yazır
05 Dekabr 14:43
Argentina səfiri: AZƏRTAC–ın ispan dilində xəbər yayması təqdirəlayiqdir
05 Dekabr 14:39
AzTU-da Belarus Dövlət Rabitə Akademiyası ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb
05 Dekabr 13:10
Bakıda "Nəsimi 650: haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir
05 Dekabr 09:55
5 dekabr – Beynəlxalq Könüllülər Günüdür
05 Dekabr 09:37
Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları birmənalı şəkildə dəstəkləyir
05 Dekabr 09:35
Regionlarda heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni təsərrüfatlar yaradılır
05 Dekabr 09:32
Pambıq qəbulu məntəqələrinə bu günədək 293 min tondan çox məhsul təhvil verilib
05 Dekabr 09:31
Bakcell Bakutel - 2019 sərgisində: ən üstün şəbəkə və müştəri təcrübəsi
05 Dekabr 09:29
Azercell Bakutel çərçivəsində yeni əməkdaşlıqlara imza atdı
04 Dekabr 21:29
Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub
04 Dekabr 21:26
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub
04 Dekabr 21:25
İzmir şəhərində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib
04 Dekabr 21:09
Azərbaycan nümayəndə heyəti İran Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb
04 Dekabr 21:04
Prezident İlham Əliyev: Azərbaycanda aparılan köklü islahatlar bütün sahələri əhatə edir
04 Dekabr 20:57
Rufiz Qonaqov: Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi artır
04 Dekabr 20:55
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı regional təşəbbüs layihəsi imzalayıb
04 Dekabr 20:49
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir
04 Dekabr 20:47
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
04 Dekabr 20:46
Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
04 Dekabr 20:41
Azərbaycan Prezidenti: Kadr islahatları davam etdiriləcək
04 Dekabr 20:30
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
04 Dekabr 20:25
Səfa Mirzəyev: Konstitusiya Məhkəməsi Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılmasını nəzərə alıb
04 Dekabr 20:23
Mədəniyyət naziri Əbülfəs Qarayev Bəhreyn Krallığının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb
04 Dekabr 20:22
BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüş keçirilib
04 Dekabr 20:17
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək
04 Dekabr 20:13
“Könüllülük sərhəd tanımır!” devizi altında silsilə tədbirlərin təşkilinə 500 gənc cəlb olunub
04 Dekabr 20:10
YAP Qaradağ rayon təşkilatında seçicilərlə görüş keçirilib
04 Dekabr 20:10
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub
04 Dekabr 17:50
Bratislavada Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA