
Azərbaycan hərbçiləri avqustun 3-dən 17-dək on dövlətin ərazisində keçiriləcək “Beynəlxalq Ordu Oyunları 2019” yarışlarında ölkəmizi təmsil edəcəklər.
Müdafiə Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, hərbçilərimiz ölkəmizdə “Dəniz kuboku”, Rusiyada “Tank biatlonu” və “Səhra mətbəxi”, Qazaxıstanda “Artilleriya atəşinin ustaları”, Belarusda “Snayper həddi” və Özbəkistanda “Hərbi-tibbi estafet” müsabiqələrində yarışacaqlar.
- Oxunub: 3120 |
- Tarix: 19-07-2019 |
-
Çap et |