
Yeni Azərbaycan Partiyası (YAP) Qazax rayon təşkilatının yaradılmasının 26-cı ildönümü münasibətilə tədbir keçirilib. Tədbir iştirakçıları əvvəlcə Ulu Öndər Heydər Əliyevin büstü önünə gül qoyaraq, əziz xatirəsini ehtiramla yad ediblər. Daha sonra YAP Qazax rayon təşkilatının binasında davam etdirilən tədbiri giriş sözü ilə partiyanın rayon təşkilatının sədri Həmid Pənahov açıb. YAP Qazax rayon təşkilatının yaranma tarixi ilə bağlı ətraflı məlumat verən H.Pənahov bildirib ki, YAP hər zaman milli maraqların keşiyində dayanan, xalqımızın, dövlətimizin mənafeyinə xidmət göstərən siyasi qüvvə kimi tanınıb: “Yeni Azərbaycan Partiyası Ulu Öndər Heydər Əliyev ideyaları əsasında yaranan partiyadır. Ötən illər ərzində xalqın partiyasına çevrilməyi bacaran YAP bu gün də cəmiyyətimizin aparıcı qüvvəsidir. Ətrafında 100 minlərlə üzvü birləşdirən Yeni Azərbaycan Partiyası ötən illər ərzində keçirilən bütün seçkilərdə mühüm qələbələr əldə edib. Bu, xalqımızın partiyamıza olan sevgisinin bariz nümunəsidir”.
Tədbirdə çıxış edən YAP Qazax rayon təşkilatının Şura üzvləri Abbas Göyüşov, Səfurə Rəhimova, Tərlan Bədəlova, İsgəndər Qurbanov, YAP Qazax rayon təşkilatının sədr müavini Məmməd Yusifov ötən dövrdə qazanılan uğurlardan geniş söhbət açıblar. Qeyd edilib ki, Azərbaycan xalqı əsası Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan və bu gün YAP Sədri, ölkə Prezidenti İlham Əliyev tərəfindən davam və inkişaf etdirilən siyasi xəttə sadiqdir.
- Oxunub: 2700 |
- Tarix: 20-07-2019 |
-
Çap et |