Ana səhifə »  Qəzetin pdf formatı »  “Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib
A+   Yenilə  A-
“Şəhərdən kəndə” aqroekoturizm layihəsi çərçivəsində Şəkiyə mediatur təşkil edilib

Bu layihənin həyata keçirilməsi nəticəsində həm fermerlərin, həm də turist kimi bölgələrə səfər edən yerli əhalinin maraqları təmin ediləcək
Məlum olduğu kimi, Azərbaycanda aqrar sahənin inkişafı istiqamətində davamlı tədbirlər görülür, bu sahəyə dövlət tərəfindən xüsusi diqqət və qayğı göstərilir. Öz növbəsində ölkədə aqrar sahənin inkişafına yönəlmiş siyasətin həyata keçirilməsinə birbaşa məsul qurum olaraq Kənd Təsərrüfatı Nazirliyi tərəfindən bu istiqamətdə müxtəlif layihələr həyata keçirilir ki, onlardan biri də icrasına yeni start verilən “Şəhərdən kəndə” aqroekoturizm layihəsidir.
Bu barədə Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən 22 iyul - Milli Mətbuat Günü münasibətilə Şəki rayonuna təşkil edilən mediatur zamanı KİV təmsilçilərinə sözügedən qurumun İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Mayis Musayev məlumat verdi. Beləliklə, “Şəhərdən kəndə” layihəsi çərçivəsində baş tutan mediatur zamanı kütləvi informasiya vasitələrinin nümayəndələri əvvəlcə Şəkidəki Dövlət Aqrar İnkişaf Mərkəzində (DAİM) oldular.
Sözügedən layihə barədə jurnalistləri məlumatlandıran Mayis Musayev dedi ki, layihəyə Kənd Təsərrüfatı Nazirliyi tərəfindən start verilib.
Kəndlərin hərtərəfli inkişafı istiqamətində daha bir addım
“Dövlət Aqrar Ticarət Şirkəti tərəfindən həyata keçirilən layihəyə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Dövlət Turizm Agentliyi də dəstək verir” deyən Mayis Musayevin sözlərinə görə, layihənin əsas məqsədi kənd turizminin inkişaf etdirilməsi yolu ilə kəndlərdə sosial rifah halının daha da yaxşılaşdırılmasına, yeni xidmət sahələrinin açılmasına və alternativ satış imkanlarının yaradılmasına, kənd sakinlərinin, kiçik və orta fermer təsərrüfatı sahiblərinin gəlirlərinin diversifikasiyası, həmçinin onların ailə bizneslərinə dəstək olmaqdır. O da qeyd edildi ki, layihənin həyata keçirilməsi nəticəsində həm fermerlərin, həm də turist kimi bölgələrə səfər edən yerli əhalinin maraqları təmin ediləcək.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzi 40-dan artıq xidmət növü üzrə fəaliyyət göstərir
KİV təmsilçiləri qarşısında çıxış edən Şəki Dövlət Aqrar İnkişaf Mərkəzinin rəhbəri Mehman Yusifov isə təmsil etdiyi qurumun fəaliyyəti barədə ətraflı məlumat verdi. Qeyd olundu ki, qurum öz fəaliyyətini əsasən fermerlərlə sıx əlaqədə işləmək, onlara texniki və maarifləndirici xarakterli yardımlar göstərmək, eyni zamanda, onlar üçün təlimlər təşkil etmək istiqamətində qurub.
Şəki Dövlət Aqrar İnkişaf Mərkəzi olaraq Dövlət Turizm Agentliyi, eləcə də Ekologiya və Təbii Sərvətlər Nazirliyinin regional idarəsi ilə yaxından əməkdaşlıq etdiklərini də deyən Mehman Yusifov əlavə etdi ki, Şəki DAİM fəaliyyət göstərdiyi qısa müddət ərzində çoxsaylı təlimlər, maarifləndirici xarakter daşıyan tədbirlər keçirib: “Eyni zamanda, mexanizatorlar üçün də Şəki DAİM müntəzəm olaraq təlimlər təşkil edir və onlara sürücülük vəsiqələri verir. Ümumiyyətlə, Şəki Azərbaycanın böyük kənd təsərrüfatı rayonlarından biridir. Şəki DAİM Kənd Təsərrüfatı Nazirliyinin tabeliyindəki qurumlarla sıx əlaqədə işləyir. Qurumun əsas iş prinsiplərindən biri fermerlərlə yaxın əlaqənin qurulmasıdır. Biz hər ay kəndlərdə fermerlərlə görüşlər keçiririk. Hər bir fermerin elektron qaydada qeydiyyatı aparılır. Nazirlik və başqa qurumlar tərəfindən ayda 2-3 dəfədən az olmayaraq əkinçilik, heyvandarlıq və s. sahələrlə bağlı təlimlər təşkil edilir. DAİM tərəfindən fermerlərin maarifləndirmə sərgilərinin təşkili də həyata keçirilir. Ümumilikdə DAİM 40-dan artıq xidmət növü üzrə fəaliyyət göstərir. Bütün xidmətlər həm xidmət göstərmək, həm də məlumat vermək xarakteri daşıyır”.
Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemi barədə də danışan Mehman Yusifov bildirdi ki, Şəkidə də bu proses uğurla həyata keçirilir və bu günə qədər 10000 nəfər Elektron Kənd Təsərrüfatı İnformasiya Sistemindən qeydiyyatdan keçib.
Dünyada əhalinin sağlam qidalanması bu gün üçün ən aktual məsələlərdən biridir
Sonra KİV təmsilçiləri üçün “Aqrar sektorda müasir trendlər” mövzusunda seminar keçirildi.
Seminardakı çıxışını əsasən qidalanma, xüsusilə də sağlam şəkildə qidalanma üzərində quran kənd təsərrüfatı üzrə ekspert Nicat Nəsirli dedi ki, dünyada əhalinin sağlam qidalanması bu gün üçün ən aktual məsələlərdən biridir. Onun sözlərinə görə, bütün dünya ölkələrində olduğu kimi, Azərbaycanda da bu məsələ diqqət mərkəzindədir. Belə ki, ötən müddət ərzində ölkəmizdə qeyd edilən istiqamətdə çox ciddi işlər görülüb. İnsanların ən çox qida məhsullarından istifadə etdiyini deyən Nicat Nəsirli bildirdi ki, bütün dünyada aylıq gəlirlərin 70 faizi qidaya sərf edilir.
Ekspert onu da qeyd etdi ki, insan 70 il yaşasa, o halda 50 ton qida sərf etmiş olar: “İnsanın ən çox istifadə etdiyi qida məhsulu un və un məmulatlarıdır ki, bu da il ərzində bir nəfər tərəfindən 134 kiloqram unun sərf edilməsi deməkdir”.
50-yə yaxın orqanik meyvə çeşidi yetişdirilən “Bio Garden”
Daha sonra media nümayəndələri Şəkidəki “Bio Garden” bağçılıq təsərrüfatında yaradılan şəraitlə tanış oldular. Təsərrüfatın rəhbəri Etibar Nuriyev KİV təmsilçilərinə məlumat verdi ki, 8 hektar ərazidə yerləşən təsərrüfatda yetişdirilən bütün məhsullar tam orqanikdir və onlara heç bir kimyəvi maddə, yaxud bir başqa qatqı vurulmur: “Bu bağı yaratmazdan öncə dünyanın bir çox ölkələrini gəzib, bəzi biliklər topladım. Uzun illər bu layihə üzərində işlədik və bu ildən etibarən turistlərin ixtiyarına verdik. Təsərrüfatımızda 50-yə yaxın meyvə çeşidi yetişdirilir. Burada həmçinin hər meyvənin müxtəlif sortları da mövcuddur. Onu da deyim ki, bu qədər meyvə çeşidi olan təsərrüfat MDB-də ilkdir. Təsərrüfatın illik xərci isə 30 min manat təşkil edir”.
“Bağımızda spirtli içkilərdən istifadəyə qadağa qoyulub. İstəyirik ki, bu bağda hər kəs sağlam qidalansın” deyən Etibar Nuriyev bildirdi ki, təsərrüfat həm yerli turistlər, həm də xarici qonaqlar üçün açıqdır: “Təsərrüfata giriş qiyməti yerli turistlər üçün 5 manat, xarici turistlər üçün isə 8 manat təşkil edir. Təsərrüfatımızda olan qonaqlar buradan istədikləri qədər meyvə dərib yeyə bilərlər. Təbii ki, yemək və şirniyyat süfrəsi ödənişlidir”.
Etibar Nuriyev media nümayəndələrinə verdiyi açıqlamada həmçinin əldə edilən bütün bu uğurlara görə dövlətə, Prezident İlham Əliyevə təşəkkürünü bildirdi: “Dövlətin, şəxsən Prezident İlham Əliyevin fermerlərə olan diqqət və qayğısı bizi daha məhsuldar işləməyə vadar edir”.
Etibar Nuriyev: “Şəhərdən kəndə” layihəsi aqroekoturizmə çox böyük fayda verəcək
E.Nuriyev KİV təmsilçiləri ilə söhbət zamanı həmçinin “Şəhərdən kəndə” layihəsinin əhəmiyyətini xüsusi vurğuladı: “Uzun illərdir bu təsərrüfatda işləyirəm. “Şəhərdən kəndə” layihəsi barədə eşitdikdə, doğrusu, çox sevindim və bu layihəyə qoşulmağa qərar verdim. Özüm dünyanın bir çox ölkəsində olmuşam və aqroekoturizmlə bağlı xeyli məlumatım var. Onu deyə bilərəm ki, müxtəlif təsərrüfat sahibləri bu layihəyə qoşulmaqla əlavə gəlir əldə edə və təsərrüfatlarını inkişaf etdirə bilərlər. “Şəhərdən kəndə” layihəsinin aqroekoturizmə çox böyük fayda verəcəyini düşünürəm. Onu da bildirim ki, gələcəkdə bura daha çox turistin gəlməsi üçün təsərrüfatımızı daha da böyütməyi və inkişaf etdirməyi planlaşdırırıq”.
Beləlikə, mediatur yekunlaşır və biz geriyə qayıdırıq. Bu mediatur zamanı əldə etdiyimiz məlumatlardan gəldiyimiz qənaət isə bu olur ki, aqrar sektorun inkişaf etdirilməsi, fermerlərlə səmərəli işin qurulması məqsədilə bir sıra yaddaqalan layihələrə imza atan Dövlət Aqrar Ticarət Şirkətinin həyata keçirdiyi və ölkəmizdə aqroekoturizmin inkişafına hesablanmış “Şəhərdən kəndə” layihəsi də uğurlu olacaq.
Nadir AZƏRİ
Bakı-Şəki-Bakı

 
  • Oxunub:  3000  |  
  • Tarix:  20-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub

05 Dekabr 21:50
Heydər Əliyev Fondu Moskvanın Xalq Təsərrüfatı Nailiyyətləri Sərgisindəki “Azərbaycan” pavilyonuna görə xüsusi mükafata layiq görülüb
05 Dekabr 21:45
Növbəti illərdə ATƏT-ə sədrlik edəcək ölkələrin adları müəyyənləşib
05 Dekabr 21:37
DİN vakant post-patrul xidmətinə qəbulla əlaqədar müsabiqə elan edir
05 Dekabr 21:34
Azərbaycanın Xarici İşlər naziri Avropa İttifaqının Cənubi Qafqaz üzrə xüsusi nümayəndəsi ilə görüşüb
05 Dekabr 21:31
Azərbaycanla Asiya İnkişaf Bankının əməkdaşlığının 20 illiyi qeyd olunub
05 Dekabr 21:28
“Rossiya-24” telekanalı “Bakutel-2019” sərgisi ilə bağlı reportaj yayımlayıb
05 Dekabr 21:19
ATƏT-in Minsk qrupuna daxil olan həmsədr ölkələrin nümayəndə heyətlərinin rəhbərləri bəyanat yayıblar
05 Dekabr 20:45
Azərbaycan və Ukrayna arasında nəqliyyat sahəsində mövcud əməkdaşlıq müzakirə olunub
05 Dekabr 19:37
Elmar Məmmədyarov: Azərbaycan ərazilərinin hərbi işğalı həll yolu deyil və heç vaxt Ermənistanın istədiyi siyasi nəticəni verməyəcək
05 Dekabr 19:07
Şamaxıda zəlzələ nəticəsində ziyan çəkmiş ailələr üçün yeni inşa edilmiş binada yaradılmış şəraitlə tanışlıq
05 Dekabr 19:00
Prezident İlham Əliyev Şamaxı rayonuna səfərə gəlib
05 Dekabr 18:55
Şamaxıda "ASAN Həyat" kompleksinin açılışı olub
05 Dekabr 18:15
Prezident İlham Əliyev Bakı-Şamaxı-Yevlax avtomobil yolunun 101-117-ci kilometrlik hissəsinin açılışında iştirak edib
05 Dekabr 17:54
Məhəmməd Hadinin 140 illiyi qeyd olunacaq
05 Dekabr 17:45
Azərbaycan-Qırğızıstan əlaqələrinin inkişaf perspektivləri barədə müzakirələr aparılıb
05 Dekabr 17:34
Görkəmli xanəndə Əlibaba Məmmədovun anadan olmasının 90 illiyi qeyd olunacaq
05 Dekabr 17:15
Dövlət Komitəsində gənc könüllülərlə görüş olub
05 Dekabr 17:05
Əli Əhmədov: Yeni Azərbaycan Partiyası bütün partiyaları Milli Məclisə keçiriləcək seçkilərdə iştiraka, öz gücünü sınamağa, xalqla səmimi dialoq şansından faydalanmağa çağırır
05 Dekabr 16:47
Milli Məclisə növbədənkənar seçkilər 2020-ci il fevralın 9-na təyin edilib - SƏRƏNCAM
05 Dekabr 16:47
Madriddə İmadəddin Nəsiminin 650, Aşıq Veysəlin isə 125 illiyi qeyd olunub
05 Dekabr 16:31
Qida zəncirinin mərhələlərində beynəlxalq standartların tətbiqi müzakirə olunub
05 Dekabr 16:10
Türkiyə qəzetləri Azərbaycanda həyata keçirilən islahatlardan yazır
05 Dekabr 16:07
2020-ci il Azərbaycan Gimnastika Federasiyası üçün beynəlxalq tədbirlərlə zəngin olacaq
05 Dekabr 16:01
Dövlət Komitəsinin sədri Abşeronda vətəndaşları qəbul edib
05 Dekabr 16:00
YAP Nərimanov rayon təşkilatında bələdiyyə üzvlüyünə qadın namizədlərlə görüş keçirilib
05 Dekabr 15:48
YAP İcra Katibliyində Diasporla İş üzrə Dövlət Komitəsinin sədri Fuad Muradov mətbuat konfransı keçirib
05 Dekabr 15:41
Bakıda Gənc Sahibkarlar Forumu keçiriləcək
05 Dekabr 15:37
Zakir Həsənov Pakistan səfiri ilə görüşüb
05 Dekabr 15:30
Çavuşoğlu: "Ərazi bütövlüyünə əsaslanaraq Dağlıq Qarabağ münaqişəsinin həllini tapmalıyıq”
05 Dekabr 15:14
Müdafiə naziri cəbhəboyu zonada artilleriyaçıların döyüş hazırlığını yoxlayıb
05 Dekabr 15:09
Formula 1 Azərbaycan Qran-Prisi üçün könüllülərin qeydiyyatına başlanıb
05 Dekabr 15:08
Nizami rayonunun qadın seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər
05 Dekabr 15:04
Bakıda “Dövlət idarəçiliyində səriştə modeli: çətinliklər və həll yolları” mövzusunda seminar keçirilir
05 Dekabr 15:01
Nazir Zakir Həsənov cəbhəboyu zonadakı hərbi hissələrdə aparılan tikinti işlərinin gedişi ilə tanış olub
05 Dekabr 14:58
Fuad Muradov: Bu günədək 88 diaspor təşkilatı 69 fərdi şəxs müvafiq elektron qeydiyyatdan keçib
05 Dekabr 14:56
Nazirlər Kabinetinin Qərarı ilə Yeni il bayram tətilinin fasiləsizliyi və uzunmüddətliliyi təmin edilib
05 Dekabr 14:53
Elçin Əhmədov: Azərbaycanın dinamik inkişafı Prezident İlham Əliyev tərəfindən uğurla və novatorcasına aparılan siyasətin nəticəsidir
05 Dekabr 14:50
Bakıda dövlət qulluğunda insan resurslarının idarə olunması mövzusunda beynəlxalq konfrans keçirilir
05 Dekabr 14:48
Komitə sədri: “Soydaşlar və diaspor təşkilatları haqqında” yeni qanun layihəsi demək olar ki, hazırdır
05 Dekabr 14:46
Pərvin Kərimzadə: Azərbaycanın Birinci vitse-prezidentinin humanist addımı sənətə, sənətkara hörmətin təsdiqidir
05 Dekabr 14:44
Yüz milyon oxucusu olan "China Daily" Azərbaycandakı islahatlardan yazır
05 Dekabr 14:43
Argentina səfiri: AZƏRTAC–ın ispan dilində xəbər yayması təqdirəlayiqdir
05 Dekabr 14:39
AzTU-da Belarus Dövlət Rabitə Akademiyası ilə əməkdaşlığın genişləndirilməsi istiqamətində fikir mübadiləsi aparılıb
05 Dekabr 13:10
Bakıda "Nəsimi 650: haqqın carçısı" mövzusunda beynəlxalq elmi-praktik konfrans keçirilir
05 Dekabr 09:55
5 dekabr – Beynəlxalq Könüllülər Günüdür
05 Dekabr 09:37
Azərbaycan xalqı Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatları birmənalı şəkildə dəstəkləyir
05 Dekabr 09:35
Regionlarda heyvandarlıq məhsulları istehsalını daha da artırmaq məqsədilə yeni təsərrüfatlar yaradılır
05 Dekabr 09:32
Pambıq qəbulu məntəqələrinə bu günədək 293 min tondan çox məhsul təhvil verilib
05 Dekabr 09:31
Bakcell Bakutel - 2019 sərgisində: ən üstün şəbəkə və müştəri təcrübəsi
05 Dekabr 09:29
Azercell Bakutel çərçivəsində yeni əməkdaşlıqlara imza atdı
04 Dekabr 21:29
Naxçıvanda Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi qeyd olunub
04 Dekabr 21:26
Azərbaycan Prezidenti İlham Əliyev “Bakutel-2019” sərgisi ilə tanış olub
04 Dekabr 21:25
İzmir şəhərində ulu öndər Heydər Əliyevin xatirəsinə həsr olunan anım tədbiri keçirilib
04 Dekabr 21:09
Azərbaycan nümayəndə heyəti İran Prezidenti Administrasiyasının rəhbəri ilə görüşüb
04 Dekabr 21:04
Prezident İlham Əliyev: Azərbaycanda aparılan köklü islahatlar bütün sahələri əhatə edir
04 Dekabr 20:57
Rufiz Qonaqov: Azərbaycanın dünya birliyində nüfuzu, dövlətlərarası münasibətlərdə çəkisi artır
04 Dekabr 20:55
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi ilə Beynəlxalq Telekommunikasiya İttifaqı regional təşəbbüs layihəsi imzalayıb
04 Dekabr 20:49
Prezident İlham Əliyev: Ölkəmizin uğurlu inkişafı danılmaz həqiqətdir
04 Dekabr 20:47
Vəkillər Kollegiyası Rəyasət Heyətinin növbəti iclası keçirilib
04 Dekabr 20:46
Beyləqan, Xocavənd, Cəbrayıl və Füzuli rayon təhsil şöbələri müdirlərinin hesabat məruzələri dinlənilib
04 Dekabr 20:41
Azərbaycan Prezidenti: Kadr islahatları davam etdiriləcək
04 Dekabr 20:30
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
04 Dekabr 20:25
Səfa Mirzəyev: Konstitusiya Məhkəməsi Milli Məclisin səlahiyyətlərinin parlamentin yeni tərkibi formalaşanadək saxlanılmasını nəzərə alıb
04 Dekabr 20:23
Mədəniyyət naziri Əbülfəs Qarayev Bəhreyn Krallığının ölkəmizdə səfərdə olan nümayəndə heyəti ilə görüşüb
04 Dekabr 20:22
BDU-da Beynəlxalq Telekommunikasiya İttifaqının Baş katibi ilə görüş keçirilib
04 Dekabr 20:17
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcək
04 Dekabr 20:13
“Könüllülük sərhəd tanımır!” devizi altında silsilə tədbirlərin təşkilinə 500 gənc cəlb olunub
04 Dekabr 20:10
YAP Qaradağ rayon təşkilatında seçicilərlə görüş keçirilib
04 Dekabr 20:10
Birinci vitse-prezident Mehriban Əliyeva Xalq artisti Əlibaba Məmmədovun evində qonaq olub
04 Dekabr 17:50
Bratislavada Azərbaycanın və Ermənistanın Xarici İşlər nazirlərinin görüşü keçirilir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA