Ana səhifə »  Qəzetin pdf formatı »  XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib
A+   Yenilə  A-
XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi keçirilib

Azərbaycan Prezidenti İlham Əliyev və birinci xanım Mehriban Əliyeva mərasimdə iştirak ediblər
Son illərdə ardıcıl bir sıra mötəbər idman yarışlarına ən yüksək səviyyədə ev sahibliyi edən Bakı iyulun 21-də yenidən Avropanın, eləcə də dünyanın diqqət mərkəzinə çevrilib. Ölkəmizin paytaxtı “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalına ev sahibliyi edir.

AZƏRTAC xəbər verir ki, festivalın “Baku Crystal Hall”da keçirilən təntənəli açılış mərasimində Azərbaycan Respublikasının Prezidenti, Milli Olimpiya Komitəsinin rəhbəri İlham Əliyev, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva, eləcə də Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, iştirakçı ölkələrin nümayəndə heyətlərinin rəhbərləri və digər şəxslər iştirak etdilər.

Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç, növbəti Avropa Gənclər Yay Olimpiya Festivalının keçiriləcəyi Slovakiyanın Baş Nazirinin müavini Riçard Rasi və Avropa Olimpiya Komitələrinin rəhbərliyi ilə görüşdülər.

Avropa Gənclər Yay Olimpiya Festivalı Beynəlxalq Olimpiya Komitəsinin himayəsi altında keçirilir və 25 ildən artıq ənənəsi olan Avropa Olimpiya Komitələrinin (AOK) qürur mənbəyidir. Bu festival 14-18 yaş arası gənc idmançılar üçün ilk çoxprofilli Avropa tədbiridir. Tək illərdə, iki ildə bir dəfə keçirilən qış və yay festivalları da var.

Tədbir Olimpiya bayrağı altında keçirilir və Olimpiya ənənələri ilə zəngindir: alovlanan məşəldən başlayaraq idmançı və rəsmilərin and içməsinə qədər. Avropanın bir çox yüksələn idman ulduzları beynəlxalq arenada ilk addımlarını məhz Avropa Gənclər Yay Olimpiya Festivalı zamanı atırlar. Bütün iştirakçılar burada qazandıqları dostluq və təcrübəni özləri ilə həmişəlik evlərinə aparacaqlar, bəziləri üçün isə bu festival Olimpiya zirvəsinə bir yüksəliş olacaq. Avropa Gənclər Yay Olimpiya Festivalı Avropa gənclərini Atletlər kəndində simvolik olaraq birləşdirir. Bu festival idmançıların Olimpiya hadisələrinin ruhunu hiss etməyə və yeni qələbələrə ilhamlanmağa yol açacaq Olimpiya Oyunlarına bir qapıdır.

“Zirvələrə hazırıq” devizi altında keçirilən “Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının talismanları Cırtdan və Bəbirdir. Paytaxt Bakının 12 idman obyektində yeddi gün davam edəcək mötəbər turnirdə 48 ölkədən 3900 atlet idmanın on növü – idman gimnastikası, atletika, basketbol, velosiped idmanı, həndbol, cüdo, üzgüçülük, tennis, voleybol və güləş yarışlarında mübarizəyə qoşulub. İştirakçıların 52 faizi oğlan, 48 faizi isə qızdır. İdmançılar 135 dəst medal uğrunda güclərini sınayırlar. Mükafatçılar üçün ümumilikdə 930 medal hazırlanıb. Medalların 300-ü qızıl, 300-ü gümüş, 330-u isə bürüncdür.

Azərbaycan festivala 122 idmançı ilə qatılıb. Heyətdə güləşçilər və yüngül atletlər sayca üstünlük təşkil edirlər. Azərbaycan bu idman növlərinin hər biri üzrə 18 nəfərlə təmsil olunur. Bundan başqa, cüdo yarışlarında 12, bədii gimnastikada 4, velosiped idmanında 6, tennisdə 4, üzgüçülük yarışlarında 6 idmançımız mübarizəyə qoşulub. Komanda idman növlərində isə voleybol və basketbol yığmalarımızın hər birinin heyətinə 12 idmançı daxil edilib. Oğlanlardan və qızlardan ibarət həndbol komandalarımızda ümumilikdə 30 oyunçu yer alıb.

Festival günlərində idman obyektlərində 3500-dən çox könüllü fəaliyyət göstərəcək.

Qeyd edək ki, Azərbaycan Avropa Gənclərinin Olimpiya festivallarında 1993-cü ildən təmsil olunmağa başlayıb. Həmin il Hollandiyanın Valkensvard şəhərindəki festivalda 43 ölkənin idmançıları mübarizə aparıblar. Festivalda Azərbaycan komandası 1 qızıl və 2 gümüş medalla ümumi hesabda 17-ci olub. 1995-ci ildə Böyük Britaniyanın Bat şəhərində keçirilmiş növbəti festivalda cəmi 1 gümüş medal qazanılıb.

1997-ci ildə İlham Əliyev Azərbaycan Milli Olimpiya Komitəsinin prezidenti seçildikdən sonra gənc idmançılarımız bu festivallarda daha böyük uğurlar qazanmağa başlayıblar. 1999-cu ildə Danimarkanın Esbyerq şəhərində keçirilmiş festivalda üç bürünc medal qazanan komandamız 2001-ci ildə İspaniyanın Mursiya şəhərində 2 gümüş və 2 bürünc, iki il sonra Parisdə 2 gümüş və 1 bürünc, 2005-ci ildə İtaliyanın Linyano şəhərində 2 qızıl və 4 bürünc medala sahib olub. Azərbaycan ən yüksək nailiyyətinə 2007-ci ildə Serbiyanın paytaxtı Belqradda təşkil olunmuş festivalda 7 qızıl medal qazanmaqla imza atıb. Həmin yarışda ölkəmiz ümumi komanda hesabında 6-cı yeri tutub.

2009-cu ildə Finlandiyanın Tampere şəhərində 3 qızıl, 1 gümüş, 1 bürünc, 2011-ci ildə Türkiyənin Trabzon şəhərində 1 qızıl, 2 gümüş, 2013-cü ildə Hollandiyanın Utrext şəhərində 2 qızıl, 1 bürünc, 2015-ci ildə Tbilisidə 2 qızıl, 1 gümüş, 2 bürünc, 2017-ci ildə Macarıstanın Györ şəhərində keçirilən festivalda isə 1 gümüş və 1 bürünc medal qazanılıb.

Nüfuzlu idman xadimləri, ekspertlər Azərbaycan paytaxtında keçirilən Avropa Gənclər Olimpiya Festivalının yüksək səviyyədə təşkil olunduğunu qeyd edirlər. Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç Bakının əvvəlki turnirlərdə olduğu kimi, bu festivala da uğurla ev sahibliyi edəcəyini vurğulayaraq deyib: “Bakı festivalın təşkilinə tam hazırdır. Şəhər yalnız irimiqyaslı tədbirlərin keçirilməsi üçün lazım olan infrastruktura malik deyil. Bakı özündə digər əsas komponentləri – yüksək təşkilatçılıq, həvəs və səmimiliyi birləşdirir. İnanıram ki, XV Avropa Gənclər Yay Olimpiya Festivalı böyük müvəffəqiyyətlə keçəcək”.

“Baku Crystal Hall”a toplaşmış tamaşaçılar və yüz minlərlə televiziya izləyiciləri təntənəli açılış mərasiminin unudulmaz anlarının şahidi oldular.

Bakı vaxtı ilə saat 20:00-da XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi başladı.

Əvvəlcə Azərbaycan Respublikasının dövlət himninin sədaları altında Milli Qvardiyanın əsgərləri dövlət bayrağını təntənəli şəkildə meydana gətirərək ucaltdılar.

Bundan sonra demək olar ki, bütün Olimpiya tədbirlərinin açılış mərasimlərinin ənənəvi hissəsi olan atletlərin paradı başladı.

İlk olaraq Olimpiya Oyunlarını dünyaya bəxş etmiş ölkənin – Yunanıstanın idmançıları səhnəyə daxil oldular. Digər ölkələrin komandaları onların arxasınca əlifba sırası ilə gəldilər.

İdmançıların keçidini ev sahibi - Azərbaycan atletləri tamamladılar. Üçrəngli bayrağımızı 15 yaşlı cüdoçu, 2018-ci ildə Yeniyetmələrin Yay Olimpiya Oyunlarının və Avropa Kubokunun qalibi Vüqar Talıbov apardı.

Azərbaycan Prezidenti İlham Əliyev, birinci xanım Mehriban Əliyeva və “Baku Crystal Hall”a toplaşmış tamaşaçılar idmançılarımızı hərarətlə salamladılar.

Atletlərin paradından sonra festivala ev sahibliyi edən Azərbaycan haqqında film nümayiş etdirildi. Filmdə ölkəmizin tarixi, mədəniyyəti, təbiəti, adət-ənənələri, eləcə də paytaxt Bakının görməli yerləri haqqında kadrlar nümayiş olundu.

Azərbaycan Respublikası Baş Nazirinin birinci müavini, XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub Eyyubov və Avropa Olimpiya Komitələrinin prezidenti Yanes Kosyançiç səhnəyə gəldilər.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının Təşkilat Komitəsinin sədri Yaqub EYYUBOV çıxış edərək dedi:

- Möhtərəm cənab Prezident.

Hörmətli Avropa Olimpiya Komitələrinin prezidenti cənab Yanes Kosyançiç.

Hörmətli beynəlxalq və milli federasiyaların rəsmiləri.

Əziz gənc idmançılar, xanımlar və cənablar.

XV Avropa Gənclər Olimpiya Festivalında iştirak etmək üçün Odlar yurdu Azərbaycana gəlmiş bütün dəyərli qonaqları səmimi qəlbdən salamlayır, zəngin mədəniyyətə və tarixə malik ölkəmizə “Xoş gəlmisiniz!” deyirəm.

Azərbaycan yüksək idman nailiyyətlərinə malik bir ölkədir. Bu nailiyyətlərin əsası isə Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev tərəfindən qoyulmuşdur. Məhz onun təşəbbüsü ilə Azərbaycan beynəlxalq Olimpiya hərəkatına qoşulmuş, ölkəmizdə Olimpiya komplekslərinin, müxtəlif idman qurğuları və mərkəzlərinin tikintisinə start verilmişdir. Azərbaycanı müasir, dünyəvi, sabit və demokratik bir ölkəyə çevirən Heydər Əliyevin uzaqgörən siyasətini hazırda Azərbaycan Respublikasının Prezidenti və Milli Olimpiya Komitəsinin rəhbəri cənab İlham Əliyev əzmlə davam etdirir. Onun idmançılara göstərdiyi xüsusi diqqət və qayğı nəticəsində əldə edilən nailiyyətlər müqayisə olunmayacaq dərəcədə artmışdır. Hazırda Bakı şəhərində və Azərbaycanın bütün regionlarında 50-yə yaxın Olimpiya İdman Kompleksi fəaliyyət göstərir ki, bu da güclü idmançılar hazırlanması ilə yanaşı, əhalinin sağlam həyat tərzi sürməsinə də hərtərəfli şərait yaradır.

Azərbaycan ən mötəbər beynəlxalq idman tədbirlərinin, idmanın müxtəlif növləri üzrə dünya və Avropa çempionatlarının, dünya kuboku və Qran-Pri yarışlarının keçirilməsində kifayət qədər böyük təcrübəyə malik bir ölkədir. Xüsusilə qeyd etmək istəyirəm ki, bu silsilədən Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban xanım Əliyevanın sədri olduğu Təşkilat Komitəsinin rəhbərliyi ilə Bakı şəhərində keçirilmiş ilk Avropa Oyunları və IV İslam Həmrəyliyi Oyunları kimi beynəlxalq miqyaslı idman tədbirləri yüksək peşəkarlığı ilə bütün dünyada əks-sədaya səbəb olmuşdur. Biz əminik ki, bu gün açılışını etdiyimiz və Avropanın 48 ölkəsindən təqribən üç mindən çox gənc idmançının qatıldığı XV Avropa Gənclər Olimpiya Festivalı da ən yüksək səviyyədə keçirəcəyimiz növbəti idman tədbirlərindən biri olacaqdır. Yarışlar Bakıda 12 möhtəşəm idman arenasında idmanın 10 növü üzrə keçiriləcəkdir.

Əziz gənc atletlər, bizim üçün çox sevindirici haldır ki, siz ilk böyük beynəlxalq uğurunuzu məhz Azərbaycanda qazana bilərsiniz. Heç şübhəsiz deyə bilərik ki, sizlərin sırasında gələcək Olimpiya, dünya və Avropa çempionları olacaqdır. Əminik ki, siz gənclər aparacağınız idman mübarizəsi ilə yanaşı, bir-birinizlə yaxından tanış olacaq, özünüzə çoxlu dost və rəfiqə tapacaq, öz bacarıq, mədəniyyət və tarixlərinizi də paylaşacaq, o cümlədən keçmiş və müasirliyin vəhdətini təşkil edən əzəmətli Bakımızın füsunkar gözəlliyindən zövq alacaqsınız.

Ənənəvi olaraq bu festivalın işinə də könüllülər cəlb olunmuşdur. 3500 gənc könüllü festivalın təşkili və yüksək səviyyədə keçirilməsində yaxından iştirak edəcək. Biz onların hər birinə dərin təşəkkür və ehtiramımızı bildiririk.

Möhtərəm cənab Prezident, XV Avropa Gənclər Olimpiya Festivalının Təşkilat Komitəsi Avropa Olimpiya Komitələrinin qarşımıza qoyduğu bütün tələbləri yerinə yetirmişdir və Azərbaycan bu festivalın keçirilməsinə tam hazırdır.

Fürsətdən istifadə edib bu mötəbər yarışın keçirilməsində Azərbaycana etimad göstərmiş Avropa Olimpiya Komitələrinin rəhbərliyinə dərin minnətdarlığımızı bildirirəm.

Bütün gəncləri, bütün idman ictimaiyyətini bu bayram münasibətilə bir daha ürəkdən təbrik edir, gənc idmançılara qələbə sevincləri və azarkeşlərin böyük marağına səbəb olacaq gərgin mübarizə nümayiş etdirməyi arzulayıram.

Əziz gənclər, qoy, bu festival sizin üçün idman, sülh və dostluq bayramı olsun.

x x x

Sonra Avropa Olimpiya Komitələrinin prezidenti Yanes KOSYANÇİÇ çıxış edərək dedi:

- Azərbaycan Respublikasının Prezidenti.

Zati-aliləri cənab İlham Əliyev.

Hörmətli rəsmilər.

Avropa Olimpiya Komitəsi İcraiyyə Komitəsinin üzvləri.

Avropa Milli Olimpiya Komitələrinin prezidentləri və katibləri.

Hörmətli idmançılar.

Əziz azərbaycanlı idmansevərlər.

Biz əllinci Avropa Olimpiya Komitəsinin nümayəndələri üçün Bakıya, Odlar yurdunun küləklər şəhərinə gəlmək, elə, öz evimizə gəlmək deməkdir. Dörd il öncə biz sizin əvəzolunmaz köməyinizlə ilk Avropa Oyunlarını təşkil etdik. Həmin Oyunlar möhtəşəm hadisə oldu və Belarusda, Minskdə ikinci Oyunlar keçirildikdən, həmçinin Polşanın Malopolska bölgəsinin Krakov şəhərində üçüncü Oyunların təşkil olunması haqqında qəbul edilmiş qərardan sonra fəxrlə deyə bilərik ki, biz birlikdə yeni ənənəni başladıq. Biz yeni Avropa Olimpiya irsinin təməlini qoyduq.

Sizin təşkilatçılıq bacarığınıza və bu sahəyə bağlılığınıza bizim heç bir şübhəmiz yoxdur. Sizin qətiyyətiniz, işinizin keyfiyyəti, könüllülərinizin mehribanlığı bizə məlumdur. Biz bilirik ki, ölkənizin ən yaxşı sərmayəsi onun gənclərinə qoyulan sərmayədir.

Hörmətli idmançılar,

Avropa Gənclər Olimpiya Festivalı gələcək çempionlar və Olimpiya medalçıları üçün əsl sınaq meydanıdır. Bu, sizin üçün çox az sayda istisnalarla çox idman növlü ilk Olimpiya təcrübəsidir. Bu, sizdə idmanın inkişafında yeni səhifənin açılması deməkdir. Burada sizin bacarığınızı nümayiş etdirmək üçün nadir şans var. Bu şans göstərir ki, siz yarışlarda qələbəyə qadirsiniz və ola bilsin ki, digər Avropa ölkələrində sizinlə həmyaşıd olan qız və oğlanlardan daha yaxşısınız. Bu, həmçinin Avropada idmançıların yeni nəslinin Olimpiya idealları, bütün xalqlar arasında sülh, dostluq və əməkdaşlıq amalları, bütövlük, inklüzivlik, həmrəylik, düzgünlük və ədalətli oyun ideyaları ilə formalaşdırılmasını sübuta yetirmək fürsətidir.

Mən, həmçinin Bakı sakinlərini və Azərbaycan xalqını səmimi qəlbdən salamlayıram. Bizi bir daha qəbul etdiyinizə görə çox sağ olun!

x x x

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev XV Avropa Gənclər Yay Olimpiya Festivalını açıq elan etdi.

x x x

Beynəlxalq Olimpiya Komitəsinin bayrağı arenaya gətirildi. Bayrağı Azərbaycanın tanınmış idmançıları, Olimpiya çempionları Elnur Məmmədli (cüdo), Zemfira Meftaxetdinova (atıcılıq), Nazim Hüseynov (cüdo), Namiq Abdullayev (güləş), Rəfiqə Şabanova (həndbol) və Lyudmila Şubina (həndbol) arenaya gətirdilər.

Beynəlxalq Olimpiya Komitəsinin bayrağı bu qurumun himninin sədaları altında Azərbaycanın bayrağı ilə yanaşı ucaldıldı.

Sonra Fəxriyə Tağızadə atletlər, Ələkbər Həsənov hakimlər və Rəşad Əbdürrəhmanov məşqçilər adından təntənəli şəkildə and içdilər. Bu andlar bütün iştirakçılara və tamaşaçılara sağlam rəqabət, ədalətli hakimlik və Olimpiya hərəkatının prinsip və ideallarına riayət edilməsinin ən yüksək prioritetə sahib olmasını xatırladır.

Daha sonra ən həyəcanlı an gəlib yetişdi və 2004-cü ildə Afina Olimpiadasının qalibi, yunan-Roma güləşçisi Fərid Mansurov XV Avropa Gənclər Yay Olimpiya Festivalının məşəlini “Baku Crystal Hall”un məşəl kasasına gətirdi.

Bu zaman ekranda “Məşəlin yolu” filmi nümayiş olundu. Kadrlarda məşəlin paytaxtın bütün idman obyektləri boyunca möhtəşəm səyahəti və statistika təqdim edildi. Festivalın məşəli açılış mərasiminin keçirildiyi “Baku Crystal Hall”a çatana qədər Roma şəhərindən çox böyük yol qət edib.

XV Avropa Gənclər Yay Olimpiya Festivalının məşəli alovlandırıldı. Məşəl yarışlar bitənədək yanacaq, şəhərimizin mayakı olacaq.

Məşəlin yandırılmasından sonra “Qələbə elementləri” səhnə şousu nümayiş etdirildi. “Welcome to Azerbaijan” (“Azərbaycana xoş gəlmisiniz!”) - Avropa Gənclər Yay Olimpiya Festivalının açılış mərasiminin art şousunun birinci hissəsi belə adlanır. Ekranlarda Bakının fantastik mənzərəsi görünür. Bu mənzərəni fantastik edən sadəcə onun gözəlliyi yox, həm də burada şəhərin bütün tarixi və müasir görməli yerlərinin bir araya gəlməsidir. Bəli, bu, Bakıdır! Həm qədim, həm də çox müasir. Ənənələri qoruyan və yeniliklərə açıq Bakı. Bu yeniliyin rəmzi fəal və həyat gücü ilə zəngin gənclərdir. Səhnədəki dinamik kompozisiyada rəqqaslar, akrobatlar, parkur və breyk-dans ustaları öz məharətlərini göstərirlər. Bütün art şounun quruluşunda təxminən beş yüz gənc iştirak edib. Bu günün hekayəsi zəfərə aparan yol haqqındadır.

Sonra “Külək haqqında əfsanə” süjeti təqdim olundu. Bu hekayənin baş qəhrəmanları oğlan və qızdır. Onlar öz valideynləri ilə Bakının rəmzlərindən biri olan küləyin adı ilə şəhərin yaranmasını söyləyirlər. Azərbaycan - Odlar Yurdudur, Bakı isə küləklər şəhəridir. O, Xəzər dənizi ilə əhatə olunan yarımadada, hər üç tərəfdən küləyə açıq olan məkanda yerləşir. Ekranda Azərbaycanın təbiətini, onun zənginliyi və nadirliyini görürük.

Daha sonra “Şəhərin yaranması” kompozisiyası təqdim edildi. Şəhərin ruhu oyanır. Bu şəhərdə insan yaratmaq, sevmək və yaşamaq istəyir. Səhnədə şəhərin salınması simvolik olaraq nümayiş etdirildi. Səhnədə iri butafor kərpiclər, pilləkənlər, fənərlər və evlər daşıyan rəqqaslar “Şəhərin doğulması” teatr-rəqs tamaşasını ifa etdilər. Akrobat və rəqqaslar hərəkətli və müasir paytaxtın mənzərəsini yaratdılar. Bu nömrədə çoxlu rekvizit və dekorasiyalardan istifadə edilib (evlərin fasadı, nəhəng kərpiclər, gül ləkləri, ağaclar, skamyalar, fənərlər). Kompozisiyada şəhərin necə yarandığı nümayiş olundu. Beləliklə, səhnədə rəmzi şəhərin tikintisi sona çatdı və işlərin yekunlaşmasını bayram etmək vaxtı gəldi.

Bunun ardınca “Şəhər Günü Bayramı” adlı vokal-xoreoqrafik kompozisiya təqdim olundu. Səhnədə vokalçılar, musiqiçilər, rəqqaslar və aktyorlar çıxış etdilər. İstənilən ölkənin xalqını yaxşı tanımaq üçün yəqin ki, onun bayramlarını necə keçirdiyinə baxmaq lazımdır. Azərbaycanın bayramlarında mədəniyyət zənginliyi, milli kolorit və xalqın ənənəsi yaşayır. Əlbəttə ki, hər bir qonaq məşhur Azərbaycan qonaqpərvərliyini mütləq yüksək qiymətləndirir. Paytaxt Bakının əsas gözəlliyi onun nadir memarlığından və sakinlərindən qaynaqlanır. Paytaxtın küçələri ilə gəzişərkən qeyri-ixtiyari olaraq bu şəhərin öz ab-havası və ruhu olduğunu düşünürsən. Burada insanlar da fərqlidir. Onlar qonaqpərvər və mehribandır, ilk çağırışında sənə kömək etməyə hazırdırlar. Onlar ürəyiaçıq və səmimidirlər. Bakı şəhərinin əsl dəyəri də elə bundadır.

Açılış mərasiminin daha bir maraqlı məqamı “Elementlər” adlanır. “Həyat kitabı”, “Od”, “Xarıbülbül gülü”, “Çörək” və “Zeytun budağı” - bu rəmzlərin hər biri adət-ənənələri, nəsillərin enerjisini və xalq mədəniyyətini özündə əks etdirir. Səhnədə artistlər qismində Azərbaycan Gimnastika Federasiyasının idmançıları çıxış edirlər.

“Həyat kitabı” - əcdadların müdrikliyi və ruhunun gücü insana doğru yol seçməyə kömək edir. Həyat kitabı müdriklik və bilik mənbəyidir.

“Od” - ruha və millətin gücünə inam atəşi. O, insanları ruhlandırır. Zərdüştlərin Atəşgah məbədi sönməyən alovu ilə əsrlər boyu bütün dünyanın zəvvarlarını cəlb edirdi: illər və əsrlər keçir, dünya dəyişir, məbəd isə yerində qalır və iztirab çəkən insanların yollarına nur saçır. Yerdən çıxan alov idmançılarımıza zəfərə gedən yolda hər zaman kömək edir.

“Xarıbülbül gülü” - görünməmiş gözəlliyə malik Xarıbülbül gülü yalnız Azərbaycanda bitir. Öz görünüşünə görə xarıbülbül gülü bülbülə bənzəyir: iki ləçək onun qanadları, mərkəzdəki bir ləçək isə dimdikli quş başına bənzəyir. Gülün adı da elə bundan əmələ gəlib: “xar” Azərbaycan dilində tərcüməsi “tikan”, “bülbül” isə - bülbül deməkdir. Bir çox əfsanə və rəvayətlər bu valehedici və zərif gül ilə bağlıdır.

“Çörək” - ananın bişirdiyi çörək yaşam gücü verir. Nəsil, inamın gücü və Vətən sevgisi qəhrəmanı zəfərə aparan yola gətirir. Bu an muğam səslənir. 2008-ci ildə UNESKO muğamı bəşəriyyətin şifahi və qeyri-maddi irsinin şah əsərlərindən biri kimi elan edib.

“Zəfər” - idmançılara güc və çeviklik, enerji və dözümlülük, mübarizlik və dəqiqlik lazımdır. İndi bütün bu keyfiyyətləri gənc azərbaycanlı idmançılar arenada nümayiş etdirirlər. Bu idmançılardan hər biri, əlbəttə ki, zəfərin rəmzi olan zeytun budağına layiqdir.

Nəhayət, təntənəli mərasimin “Final” kompozisiyası başladı. Avropa Gənclər Yay Olimpiya Festivalının – “Bakı 2019”un hər bir iştirakçısı indi öz arzusunu, öz yolunu xatırlayır və ümid edir ki, bu yol onu qələbəyə aparacaq. Bütün idmançılara uğurlar, layiqli rəqiblər və qələbə əzmi arzulayırıq. Qoy, doğma evi xatırladan çörək, arzuya aparan alov, əcdadların güc və müdrikliyini verən kitab, sülh və sevgi rəmzi olan xarıbülbül hər zaman onlarla olsun. O zaman zəfər rəmzi olan zeytun budağının başlarının üzərində ucaldılacaq an daha da yaxınlaşacaq.

Sonda bütün iştirakçı ölkələrin bayraqları səhnədə dalğalandı.

“Bakı 2019” XV Avropa Gənclər Yay Olimpiya Festivalının təntənəli açılış mərasimi başa çatdı.

Beləliklə, Azərbaycan orijinallığı ilə diqqəti cəlb edən, tamaşaçıları vəcdə gətirən daha bir mərasimlə festivalın tarixində mühüm yer tutacaq növbəti parlaq səhifə yazdı.

 
  • Oxunub:  2760  |  
  • Tarix:  21-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

14 Dekabr 23:26
Heydər Əliyev Sarayında növbəti “Zima-2019” Beynəlxalq Uşaq Festivalı keçirilib
14 Dekabr 23:06
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Avropa Parlamentinin deputatlarına məktub göndərib
14 Dekabr 23:02
Elçin Əhmədov: Bəzi dairələr qondarma “erməni soyqırımı”nı Türkiyəyə qarşı siyasi təzyiq vasitəsinə çeviriblər
14 Dekabr 22:53
Xristian Yohannes Henrix: Azərbaycanda həyata keçirilən islahatlar ölkənin daha da inkişafını təmin edəcək
14 Dekabr 22:31
Bakıda Azərbaycanın Rus İcmasının V qurultayı keçirilib
14 Dekabr 22:12
Dilarə Seyidzadə: Ulu Öndər Azərbaycanın müstəqilliyini öncədən görürdü və bütün addımları buna hesablanmışdı
14 Dekabr 13:08
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva “Study UK Alumni Awards 2019”un qaliblərinin elan olunması mərasimində iştirak edib
14 Dekabr 13:02
Yeni Azərbaycan Partiyasının Siyasət Akademiyası “Azərbaycan Respublikasının enerji və nəqliyyat təhlükəsizliyi siyasəti” mövzusunda növbəti kurs təşkil edib
14 Dekabr 11:43
YAP Bərdə rayon təşkilatının bələdiyyə seçkiləri ilə əlaqədar seçicilərlə görüşləri davam edir
14 Dekabr 11:39
Bələdiyyə seçkiləri ilə əlaqədar Pirallahı rayon Ağsaqqallar Şurasının seçicilər ilə görüşü keçirilib
14 Dekabr 11:16
Şahin İsmayılov: Sağlam gənclik həm də sağlam gələcək deməkdir
14 Dekabr 11:00
Hadi Rəcəbli: Azərbaycan dövlətinin sosial mahiyyəti davamlı olaraq güclənir
14 Dekabr 10:57
YAP Xəzər rayon təşkilatında bələdiyyə seçkilərinin təbliğat kampaniyası çərçivəsində görüş keçirilib
14 Dekabr 10:40
Sevinc Hüseynova: Qadınlar ölkəmizin ictimai həyatında fəal iştirak edirlər
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq
13 Dekabr 12:52
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
13 Dekabr 12:39
Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub
13 Dekabr 12:32
Həştərxanda keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışılıb

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA