Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir
A+   Yenilə  A-
Azərbaycanla Türkiyənin əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişlənir

Əmlak Məsələləri Dövlət Komitəsinin (ƏMDK) sədri Kərəm Həsənov Türkiyədə işgüzar görüşlər keçirib. İlk görüş qardaş ölkənin Ətraf Mühit və Şəhərsalma naziri Murat Kurumla, Sənəd (Tapu) və Kadastrın baş direktoru Ahmet Zeki Adlı ilə baş tutub.

AZƏRTAC xəbər verir ki, səfərin məqsədi iki ölkə arasında əmlak idarəçiliyi sahəsində əməkdaşlığı daha da genişləndirmək, birgə təcrübə mübadiləsi aparmaq, yeni layihələr reallaşdırmaqdır.

Dəvət üçün təşəkkürünü bildirən komitə sədri qeyd edib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan və hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasət nəticəsində Azərbaycan dünyanın dinamik inkişaf edən ölkələrindən birinə çevrilib. Qeyd edib ki, Əmlak Məsələləri Dövlət Komitəsi tərəfindən son dövrlər yeni layihələr həyata keçirilir, beynəlxalq əməkdaşlıq əlaqələrində, daşınmaz əmlak idarəçiliyi sahəsində yüksək nailiyyətlər əldə edilir.

Vurğulanıb ki, ƏMDK-nın fəaliyyət istiqamətlərindən olan daşınmaz əmlakın qeydiyyatı sahəsində də genişmiqyaslı islahatlar aparılır. Müasir informasiya-kommunikasiya texnologiyalarının imkanlarından istifadə etməklə daşınmaz əmlakın qeydiyyatı prosesi elektronlaşdırılır, sadə, eyni zamanda, şəffaf və səmərəli qeydiyyat sistemi formalaşdırılır, bu sahəni tənzimləyən qanunvericilik aktlarına bir sıra mühüm dəyişikliklər olunur.

Komitə sədri ölkə başçısı tərəfindən bu il martın 29-da “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanuna edilmiş dəyişiklik nəticəsində dövlət reyestrindən çıxarışların elektron şəkildə əldə edilməsindən danışıb. Həmçinin qanunvericiliyə 2018-ci ildə edilmiş dəyişikliyə əsasən, çıxarışların 1 iş günü müddətində verilməsi imkanından bəhs edib. Görülən işlərin nəticəsidir ki, Dünya Bankının “Doing Business 2019” sorğu icmalının nəticələrinə görə, “Əmlakın qeydiyyatı” indikatoru üzrə Azərbaycan ümumi reytinq siyahısında 190 ölkə arasında 17-ci yerə layiq görülüb.

Daşınmaz əmlakın kadastrı və coğrafi məlumat sistemi sahəsində Azərbaycanda həyata keçirilən layihələr də Türkiyənin dövlət qurumları rəhbərlərinin diqqətinə çatdırılıb. Bildirilib ki, ölkə başçısının 2016-cı il 7 mart tarixli Fərmanı ilə əmlak idarəçiliyi sahəsində ən iri layihələrdən olan torpaqların elektron kadastr uçotunun qurulması və rəqəmsal xəritələrin hazırlanması işləri həyata keçirilir. Bununla bağlı “Torpaqların Elektron Kadastr Uçotu İnformasiya Sistemi” qurulur. Həmçinin “Daşınmaz Əmlakın Qeydiyyatı, Kadastrı və İdarə edilməsi Sistemi” yaradılır, qabaqcıl beynəlxalq təcrübə nəzərə alınmaqla “Yer Səthinin Peyk Nəzarət Sistemi” formalaşdırılır, o cümlədən “Ünvan Reyestri İnformasiya Sistemi”nin qurulması işləri davam edir. Bundan başqa, ölkə başçısının müvafiq fərmanı ilə komitə Azərbaycanda Milli Məkan Məlumatları İnfrastrukturunun formalaşdırılması ilə bağlı işləri də həyata keçirir.

Türkiyənin Ətraf Mühit və Şəhərsalma naziri M.Kurum və Sənəd (Tapu) və Kadastrın baş direktoru Ahmet Zeki Adlı görüşün əhəmiyyətindən danışıblar. Bildirilib ki, qarşılıqlı əməkdaşlıq görülən işlərin effektivliyini artıracaq, yeni layihələrin həyata keçirilməsinə imkan verəcək.

Həmin gün komitə sədrinin Türkiyə Özəlləşdirmə Təşkilatının prezidenti Bekir Emre Haykırla da görüşü olub. Görüşdə özəlləşmə sahəsində qarşılıqlı əməkdaşlıq nəticəsində həyata keçirilən işlər və reallaşdırılacaq tədbirlərdən danışılıb. Komitə sədri bildirib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə aparılan iqtisadi islahatlar ölkə iqtisadiyyatına daxil olan xarici investisiyaların artmasına səbəb olub. Müasir idarəetmə standartlarının, innovativ yanaşmaların tətbiq edildiyi özəlləşmə sahəsində də proses modernləşdirilir, elektron müstəviyə keçid daha da genişləndirilir. Hazırkı mərhələdə özəlləşdirilən dövlət əmlakı müstəqil qiymətləndiricilər və məsləhətçilər cəlb olunmaqla bazar prinsipləri əsasında qiymətləndirilir, açıq hərraclar və investisiya müsabiqələri vasitəsilə özəlləşdirilməyə çıxarılır. Özəlləşdirmə sahəsində innovativ yenilik, xüsusi model olan Elektron hərracın istifadəyə verilməsi investorların işini xeyli sadələşdirib. Özəlləşməyə çıxarılan əmlaklar haqqında bütün məlumatlar “Özəlləşdirmə portalı”nda yerləşdirilir.

Özəlləşdirmə Təşkilatının prezidenti Bekir Emre Haykır da iki qardaş ölkə arasında mövcud olan iqtisadi əlaqələrdən danışıb. Bildirib ki, Azərbaycanda özəlləşmə sahəsində həyata keçirilən yeniliklər türkiyəli iş adamlarının marağına səbəb olur. Hazırda türkiyəli investorlar Azərbaycanda pambıqçılıq, yeyinti, ərzaq, kənd təsərrüfatı məhsulları sektorlarında geniş təmsil olunurlar.

 
  • Oxunub:  1470  |  
  • Tarix:  22-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür

24 Avqust 15:14
Yeni Azərbaycan Partiyasının Masallı, Cəlilabad, Yardımlı və Biləsuvar rayon ilk təşkilat sədrləri ilə zona müşavirəsi keçirilib
24 Avqust 14:18
Prezident İlham Əliyev İslam Əməkdaşlıq Təşkilatının Baş katibini qəbul edib
24 Avqust 13:56
Əli Əhmədov: Azərbaycan hökuməti gənclərin bu günü və gələcəyi uğrunda böyük işlər görməkdədir
24 Avqust 13:48
Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Masallı Olimpiya İdman Kompleksində gənclərlə görüş keçirilib
24 Avqust 13:18
Bakı 2022-ci ildə akrobatika gimnastikası üzrə dünya çempionatına ev sahibliyi edəcək
24 Avqust 13:15
Heydər Əliyev Mərkəzinin parkında estrada ulduzlarının konserti keçiriləcək
24 Avqust 13:13
Fransada G7 dövlətlərinin sammiti başlayıb
24 Avqust 13:07
Rəvan Həsənov: Azərbaycanı dünyada multikulturalizm mərkəzi kimi tanıtmaq əsas məqsədimizdir
24 Avqust 13:02
Əli Kərimli o qədər çaşıb ki, öz yalanlarına da inanmağa başlayıb
24 Avqust 12:34
Azərbaycanın hərbi orkestri ilk dəfə “Spasskaya Başnya” XII beynəlxalq hərbi musiqi festivalında təmsil olunur
24 Avqust 11:41
Mərhəmət Zirvəsini Nura Boyayan MEHRİBANlıq
24 Avqust 11:39
Vaqif Əliyev: Azərbaycan mədəniyyətlərarası dialoqun mərkəzinə çevrilmiş bir ölkədir
24 Avqust 11:34
Düşənbədə MDB ölkələri Silahlı Qüvvələrinin Qərargah Rəisləri Komitəsinin növbəti iclası keçirilib
24 Avqust 11:32
Şəmkirdə icbari tibbi sığorta ilə əlaqədar "Sığortalı ol, sağlam yaşa!" adlı maarifləndirici tədbir keçirilib
24 Avqust 11:29
Eldəniz Səlimov: Ölkəmizdə islahatlar davamlı xarakter daşıyır
24 Avqust 11:25
Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyinin sədri vətəndaşlarla görüşüb
24 Avqust 09:30
Birinci vitse-prezident Mehriban xanım Əliyeva Azərbaycanın inkişafına, dünyada təbliğinə sanballı töhfələr verir, sosial və humanitar sahələrdə böyük işlər görür
24 Avqust 09:20
“Türkologiya” jurnalı ABŞ-ın “EBSCO” məlumat bazasına daxil edilib
24 Avqust 09:10
Əli Kərimli bilərəkdən gəncləri aqressiv formada fəaliyyətə təhrik edir
24 Avqust 09:08
Regionlarda kənd təsərrüfatının müxtəlif sahələrinin inkişafı istiqamətində görülən işlər öz nəticəsini verir
23 Avqust 20:18
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatına qələbə ilə başlayıb
23 Avqust 20:05
Müəllimlərin işə qəbulu üzrə müsabiqənin müsahibə mərhələsi başa çatıb
23 Avqust 20:04
Hərbi hissələrdə gənc əsgərlərə psixoloji dəstək fəaliyyətləri həyata keçirilir
23 Avqust 20:00
Putin-Makron: Rusiya ilə Aİ münasibətlərinin ziddiyyətləri azalmır
23 Avqust 19:56
Azərbaycan ilə Qayana arasında bir sıra sahələrdə əməkdaşlıq məsələləri müzakirə olunub
23 Avqust 19:34
YAP-ın İcra Katibliyində partiyanın Suraxanı, Sabunçu və Pirallahı rayonlarının ilk partiya təşkilatları sədrlərinin iştirakı ilə müşavirə keçirilib
23 Avqust 17:58
Azərbaycan Prezidenti milli bayram münasibətilə ukraynalı həmkarını təbrik edib
23 Avqust 17:48
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi və YAP Qadınlar Şurası xeyriyyə aksiyası keçirəcək
23 Avqust 17:39
Dövlət Komitəsində Füzuli və Cəbrayılın işğalının ildönümü ilə bağlı tədbir keçirilib
23 Avqust 17:26
Vergilər naziri Qubada vətəndaşları qəbul edib
23 Avqust 17:21
Səyyad Salahlı: Din xadimləri də sosial şəbəkələrdən fəal istifadə etməlidirlər
23 Avqust 17:11
Qadın voleybolçulardan ibarət Azərbaycan millisi Avropa çempionatında mübarizə başlayıb
23 Avqust 17:09
Türkiyədə İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunan xatirə sikkəsi buraxılıb
23 Avqust 16:53
Beyləqanda “Pambıq yığımına hazırlıq və qarşıda duran vəzifələr” mövzusunda respublika müşavirəsi keçirilib
23 Avqust 16:48
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
23 Avqust 16:42
Əmlak Məsələləri Dövlət Komitəsində vətəndaşların müraciət və qəbulları canlı bağlantı ilə aparılacaq
23 Avqust 16:35
Məhəbbət Vəliyeva: Bu tədris ili üçün 7 mindən artıq vakant müəllim yeri var
23 Avqust 16:29
Azər Badamov: Həyata keçirilən tədbirlər nəticəsində aqra sahədə daha böyük nailiyyətlər qazanılacaq
23 Avqust 16:24
Tahir Mirkişili: Texnoloji dünyada onun sirlərini və şərtlərini daha yaxşı mənimsəyərək öz milli maraqlarımızı qorumalıyıq
23 Avqust 16:20
Pərvin Kərimzadə: Mehriban xanım Əliyevanın çoxistiqamətli fəaliyyətinin əsasında xalq sevgisi dayanır
23 Avqust 16:17
Fransanın Azərbaycanda yeni səfiri təyin olunub
23 Avqust 16:11
Ramin Quluzadə Tovuzda, birinci müavini Ağstafada vətəndaşları qəbul edib
23 Avqust 16:07
Sabah Fransada G7 sammiti başlayacaq
23 Avqust 15:47
Srisuda Vanapinyosak: Azərbaycan ilə Tailand arasında birbaşa aviareysin açılması hər iki ölkəyə turist axınını artıracaq
23 Avqust 15:42
Qusarın fındıq bağlarından 4 min tona yaxın məhsul toplanacaq
23 Avqust 15:13
Mehriban xanım Əliyeva müasir Azərbaycan qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi naminə geniş fəaliyyət göstərir
23 Avqust 14:54
Qarabağ müharibəsi veteranları “Qazax” əlahiddə sərhəd diviziyasında olublar
23 Avqust 14:42
Azərbaycanın xarici dövlət borcu açıqlanıb
23 Avqust 14:19
Kənd Təsərrüfatı naziri Beyləqanda vətəndaşları qəbul edib
23 Avqust 14:15
İlin sonunadək Şəkidə 13 subartezian quyusu istismara veriləcək
23 Avqust 14:10
Bu il 750-dək məcburi köçkün özünüməşğulluq proqramına cəlb olunub
23 Avqust 14:01
Vüqar Rəhimzadə: Bu gün Azərbaycan dövləti və xalqı əleyhinə satqınlardan ibarət “virtual terrorçular” fəaliyyət göstərir
23 Avqust 12:57
KOB-lar “Kapital bazarları vasitəsilə maliyyələşdirmə” mövzusunda maarifləndirilib
23 Avqust 12:54
Hava hücumundan müdafiə vasitələri döyüş atışları icra edib
23 Avqust 12:52
Naxçıvanda Dövlət Bayrağı Muzeyinin yaradılmasının beş illiyi qeyd olunub
23 Avqust 12:43
Səidə Əhmədova: Müəllimlər işə qəbul olunarkən onların psixoloji hazırlıq səviyyəsi nəzərə alınmalıdır
23 Avqust 12:37
Gənclər və İdman naziri Göygöl rayonunda vətəndaşları qəbul edib
23 Avqust 12:09
Şeyxülislam Allahşükür Paşazadə Çeçenistanda səfərdədir
23 Avqust 12:03
Şərurda icbari tibbi sığortanın tətbiqi ilə bağlı ikigünlük təlim başa çatıb
23 Avqust 12:01
UNESKO-nun Ümumdünya İrsi Siyahısına daxil olan müsəlman qəbiristanlığı
23 Avqust 11:42
“Naxçıvan” Əlahiddə Sərhəd Diviziyasında hərbi hissənin yaradılmasının 27-ci ildönümü qeyd olunub
23 Avqust 11:36
Bakı Beynəlxalq Dinlərarası və Sivilizasiyalarası Əməkdaşlıq Mərkəzi bəyanat yayıb
23 Avqust 11:31
Azərbaycanda istilik təchizatı sisteminin səmərəliliyinin artırılması mövzusunda İşçi Qrupunun iclası keçirilib
23 Avqust 11:05
Jewish Journal: Azərbaycanda qadınlara seçki hüququ verilməsinin 100 illiyi tamam olur
23 Avqust 10:40
Dünya birjalarında neftin qiyməti bahalaşıb
23 Avqust 10:13
Bu gün Xüsusi Dövlət Mühafizə Xidmətinin yaranmasının 26-cı ildönümü tamam olur
23 Avqust 10:03
Füzuli rayonunun tarixi memarlıq və arxeoloji abidələri erməni vəhşiliyinin qurbanına çevrilib
23 Avqust 10:00
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
23 Avqust 09:58
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
23 Avqust 09:49
Füzuli və Cəbrayıl rayonlarının işğalından 26 il ötür

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA