Ana səhifə »  Qəzetin pdf formatı »  Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi
A+   Yenilə  A-
Məhkəmə-hüquq islahatlarının yeni mərhələsi

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən islahatlar nəticəsində ölkəmiz bütün sahələrdə dinamik inkişaf edir, yeni ictimai münasibətlər yaranır, mövcud olanlar isə keyfiyyətcə yeni xarakter alır. İctimai həyatda münasibətlərin yenilənməsi onların ədalətli, səmərəli və çevik tənzimlənməsi üçün müvafiq hüquqi norma və mexanizmlərin təkmilləşdirilməsini zəruri edir. Bu istiqamətdə həyata keçirilən və keçiriləcək işləri Azərbaycan Respublikası Prezidentinin Hüquq mühafizə orqanları ilə iş və hərbi məsələlər üzrə köməkçisi-şöbə müdiri Fuad Ələsgərov AZƏRTAC-a şərh edərək deyib:

-Möhtərəm cənab Prezident cari ilin mart ayında məhkəmə-hüquq islahatlarına ciddi ehtiyac olduğunu bəyan edərək onların yeni mərhələsinin başlanmasına təkan vermişdir. “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanı isə bu prosesin əsas istiqamət və prioritetlərini müəyyən etmişdir.

Fərmanda verilmiş tapşırıq və tövsiyələrin həyata keçirilməsi məqsədilə intensiv iş aparılmış, statistik məlumatlar təhlil edilərək ümumiləşdirilmiş, habelə qabaqcıl beynəlxalq təcrübə öyrənilmişdir. Azərbaycan Respublikasının Prezidenti islahatların institusional komponentini əhatə edən ilk qanunvericilik aktları paketini 2019-cu il iyulun 20-də imzalamışdır.

İslahatların Fərmanda nəzərdə tutulan digər komponentləri, yəni, qanunvericiliyin təkmilləşdirilməsi ilə bağlı növbəti normativ hüquqi aktlar üzərində hazırda hərtərəfli iş aparılır, habelə praktiki sahədə verilən tapşırıq və tövsiyələrin yerinə yetirilməsi istiqamətində tədbirlər davam etdirilir.

İmzalanan normativ hüquqi aktlar paketinə “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa, Mülki-Prosessual, İnzibati-Prosessual və Cinayət-Prosessual məcəllələrə dəyişikliklərin edilməsini nəzərdə tutan qanunlar, habelə həmin qanunların tətbiqini təmin edən müvafiq sərəncam və fərmanlar daxildir.

“Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununa edilən dəyişikliklər ixtisaslaşmış məhkəmələrin iki sisteminin – inzibati məhkəmələr və kommersiya məhkəmələrinin yaradılmasının hüquqi təməlini formalaşdırır. Qeyd edilən qanunlar qüvvəyə mindiyi gündən, yəni, 2020-ci il yanvarın 1-dən etibarən mövcud inzibati-iqtisadi məhkəmələr sistemi ləğv ediləcəkdir.

Məsələyə bir qədər tarixi rakursdan yanaşaq. 2005-ci ildə “İnzibati icraat haqqında” Qanunun, 2009-cu ildə Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin qəbulu və növbəti il inzibati-iqtisadi məhkəmələrin yaradılması ölkənin məhkəmə-hüquq sisteminin inkişafında əhəmiyyətli mərhələ olmuşdur. Bununla istənilən müasir cəmiyyətdə həyatın ən mühüm aspektlərindən olan inzibati münasibətləri, yəni, inzibati orqanlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətləri tənzimləyən normativ bazanın formalaşdırılması prosesi yekunlaşdırılmış, inzibati münasibətlərdən irəli gələn mübahisələrə məhkəmələrdə baxılması qaydası təsbit edilmişdir.

Ötən dövr ərzində inzibati-iqtisadi məhkəmələr inzibati mübahisələrə baxılması sahəsində geniş təcrübə toplamış, iqtisadi mübahisələrin araşdırılması praktikasını daha da inkişaf etdirmişlər.

Bununla belə, Azərbaycan Respublikasının Prezidenti tərəfindən ardıcıl olaraq həyata keçirilən dövlət idarəetməsi sisteminin təkmilləşdirilməsinə, iqtisadiyyatın şaxələndirilməsinə, xüsusilə onun qeyri-neft sektorunun inkişafına, kiçik və orta sahibkarlığın dəstəklənməsinə yönəlmiş islahatlar inzibati və iqtisadi sahələrdə ədalət mühakiməsinin səmərəliliyinin daha da artırılmasını labüd etmişdir.

Qeyd edilən sahələrdə yaranan mübahisələrə dair məhkəmə qərarlarının keyfiyyətinin artırılması üçün hakimlər yüksək peşəkarlıq səviyyəsinə, daha dərin hüquqi biliklərə və zəngin təcrübəyə malik olmalı, həm inzibati, həm də iqtisadi hüquq münasibətlərinin ən son təkamül meyillərindən xəbərdar olmalıdırlar.

Məhz bu məqsədə nail olmaq üçün “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında ədalət mühakiməsi sahəsində ixtisaslaşmanın dərinləşdirilməsi mühüm vasitə qismində müəyyən edilmişdir.

Hazırda fəaliyyət göstərən inzibati-iqtisadi məhkəmələr sistemi yaradıldığı dövr üçün mütərəqqi yenilik olsa da, artıq öz missiyasını başa çatdırmış hesab edilə bilər. Həm inzibati, həm iqtisadi münasibətlərin hazırkı səviyyəsi və onların inkişaf potensialı baxımından müvafiq məhkəmələrin və hakimlərin daha yüksək ixtisaslaşma dərəcəsinə nail olunması vacibdir.

İkili, yəni, ümumi (publik) və xüsusi hüquqi təbiətə malik inzibati-iqtisadi məhkəmələr əvəzinə ayrıca inzibati məhkəmələrin və kommersiya məhkəmələrinin yaradılması, məhkəmə-hüquq islahatlarının indiki mərhələsində ixtisaslaşmanın dərinləşdirilməsi üçün optimal üsul hesab edilir.

İnzibati məhkəmələr müstəsna olaraq inzibati orqanların hərəkət və hərəkətsizlikləri, inzibati aktları ilə bağlı olan mübahisələrə, o cümlədən “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Azərbaycan Respublikası Prezidentinin Fərmanında nəzərdə tutulduğu kimi vergi və gömrük ödənişləri, məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi ilə bağlı yaranan mübahisələrə baxacaqdır. Bununla da Fərmanda verilmiş tapşırıq, yəni, sahibkarların bütün dövlət qurumları, inzibati orqanlarla mübahisələrinə bu sahədə ixtisaslaşmış vahid bir məhkəmə instansiyasında baxılmasının təmin edilməsi üçün institusional çərçivənin yaradılması göstərişi yerinə yetirilmiş olacaqdır.

Kommersiya məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olan mülki mübahisələrə baxmaqla, bu zaman mülki prosessual normaları rəhbər tutacaqlar. Bundan əlavə, prosessual qanunvericiliyə edilən dəyişikliklər nəticəsində kommersiya məhkəmələrinin aidiyyətinə həmçinin sahibkarlıq fəaliyyəti subyektlərinin maraqlarına toxunan və hazırda rayon (şəhər) məhkəmələri tərəfindən baxılan bir sıra digər kateqoriyalara daxil olan işlər də aid ediləcəkdir. Rayon (şəhər) məhkəmələri isə sahibkarlıq fəaliyyətinin həyata keçirilməsi ilə əlaqədar olmayan bütün digər mübahisələrə dair işlərə baxacaqlar.

Proqnozlaşdırmaq olar ki, kommersiya məhkəmələrinin yaradılması sahibkarların hüquqlarının təmin edilməsinin səmərəliliyini artırmaqla bütövlükdə ölkədə biznes mühitinin inkişafına önəmli töhfə verəcəkdir.

Beləliklə, ayrıca inzibati və kommersiya məhkəmələrinin yaradılması həm onlarda ixtisaslaşmanın artırılmasına şərait yaradacaq, həm də rayon (şəhər) məhkəmələrinin üzərinə düşən iş yükünün müəyyən dərəcədə azaldılmasına imkan verəcəkdir ki, bununla da bütövlükdə məhkəmə sistemində iş yükünün daha balanslaşdırılmış olmasına yardım edəcəkdir.

Ədalət mühakiməsi sistemi daxilində iki yeni elementin yaradılması yalnız birinci instansiya məhkəmələri səviyyəsini əhatə etsə natamam olardı və qarşıya qoyulmuş məqsədlərə çatmağa imkan verməzdi. Bu səbəbdən yeni dəyişikliklər bütün instansiya məhkəmələrini əhatə edir.

Belə ki, hazırda Ali Məhkəmədə və apellyasiya məhkəmələrində mülki, inzibati-iqtisadi, cinayət və hərbi kollegiyalar fəaliyyət göstərir. İnzibati və kommersiya məhkəmələri sistemlərinin ayrılması prinsipinin apellyasiya və kassasiya instansiyalarında da öz məntiqi davamını tapması üçün mövcud məhkəmə kollegiyalarının quruluşunda müvafiq dəyişikliklər edilərək, yuxarı instansiya məhkəmələrində də iki müvafiq kollegiya yaradılır.

Yuxarı instansiya məhkəmələrində fəaliyyət göstərən digər iki kollegiya, yəni, cinayət kollegiyası və hərbi kollegiya cinayət-prosessual normaları rəhbər tutmaqla aşağı instansiya məhkəmələrinin cinayət işləri üzrə hökm və digər yekun qərarlarından şikayət və ya protestlərə baxır. Burada yeganə fərqli cəhət hərbi kollegiyaların müharibə və hərbi xidmət əleyhinə olan cinayətlər, habelə hərbi qulluqçular tərəfindən törədilmiş cinayətlər üzrə ixtisaslaşmasıdır. Həmçinin statistik rəqəmlərin müqayisəsi göstərir ki, hərbi kollegiyalarda baxılan işlərin sayı kifayət qədər azdır.

Qeyd edilənləri nəzərə alaraq, apellyasiya və kassasiya instansiya məhkəmələrində hərbi və cinayət kollegiyalarının birləşdirilməsi nəzərdə tutulmuşdur. Burada xüsusi vurğulamaq lazımdır ki, bu dəyişiklik birinci instansiya hərbi məhkəmələrinin fəaliyyətini əhatə etmir, onlar hazırkı qaydada fəaliyyətlərini davam etdirəcəklər.

Bundan əlavə, prosessual qanunvericiliyə edilmiş dəyişikliklərin digər bir istiqaməti işin məhkəmə aidiyyətinə dair mübahisələrə baxılma prosedurlarının səmərəliliyinin artırılması və müddətlərinin qısaldılması ilə bağlıdır.

Hazırda işin inzibati-iqtisadi və ya rayon (şəhər) məhkəməsinə aid olmasına dair mübahisələrə ardıcıl olaraq üç instansiyada – birinci, apellyasiya və kassasiya instansiyalarında baxılır.

Məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması prosedurunun sadələşdirilməsi üçün belə mübahisələrə baxan instansiyaların sayının azaldılması nəzərdə tutulmuşdur. Yeni qanunla müəyyən edilmişdir ki, birinci instansiya məhkəmələrinin məhkəmə aidiyyətinə dair mübahisələr üzrə qərarlarından verilən şikayətlərə birbaşa Ali Məhkəmə baxacaqdır.

Ali Məhkəmədə bu kateqoriyadan olan şikayətlərə mülki, kommersiya və inzibati kollegiyalara daxil olan hakimlərin qarışıq tərkibində tərəflərin təqdim etdiyi sənədlər əsasında baxılacaqdır. Belə şikayətlərə baxılması üçün nəzərdə tutulmuş müddət də 2 aydan 10 günədək qısaldılır. Nəticədə aidiyyətlə bağlı mübahisələrə baxılmasında yubatma və süründürməçilik, heç bir zərurət olmadan aidiyyətlə bağlı çoxsaylı şikayətlərin verilməsi hallarının qarşısı alınacaqdır.

Nəzərdə tutulan dəyişikliklər bir tərəfdən məhkəmə kollegiyaları strukturunun optimallaşdırılmasına, digər tərəfdən isə istər cinayət işləri, istərsə də aidiyyətlə bağlı mübahisələr üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün daha əlverişli şəraitin yaradılmasına səbəb olacaqdır.

Ümumilikdə, qeyd edə bilərik ki, qəbul olunmuş qanunvericilik aktları paketi məhkəmə-hüquq islahatlarının hazırkı mərhələsində aşağıdakı məqsədlərə nail olunmasına şərait yaradacaqdır:

-ayrıca inzibati və kommersiya məhkəmələri sistemlərinin yaradılması yolu ilə məhkəmələrdə ixtisaslaşmanın dərinləşdirilməsi;

-inzibati, kommersiya və rayon (şəhər) məhkəmələri arasında iş yükünün balanslaşdırılması;

-məhkəmə quruluşunun optimallaşdırılması;

-məhkəmə aidiyyətinə dair mübahisələrə baxılması prosedurlarının sadələşdirilməsi və müddətlərinin qısaldılması;

-məhkəmə aidiyyətinə dair mübahisələr üzrə vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün əlavə mexanizmlərin təsbit edilməsi.

Sonda bir daha vurğulanmalıdır ki, hazırda məhkəmə-hüquq islahatları çərçivəsində növbəti normativ hüquqi aktlar toplusu üzərində iş davam edir.

Bu sənədlər toplusuna cəza siyasətinin humanistləşdirilməsi və cinayətlərin dekriminallaşdırılması, mülki prosessual qanunvericiliyin kompleks şəkildə təhlili və təkmilləşdirilməsi, Ali Məhkəmə tərəfindən vahid məhkəmə təcrübəsinin formalaşdırılması üçün yeni mexanizmlərin təsbit edilməsi, məhkəmə ekspertizasının təyin edilməsi və keçirilməsi ilə bağlı müddəaların, habelə məhkəmə qərarlarının icrası mexanizmlərinin təkmilləşdirilməsi ilə bağlı qanunvericilik aktlarının layihələri daxil olacaqdır. Həmçinin məhkəmə, cinayət təqibi və məhkəmə qərarlarının icrası orqanlarının fəaliyyətində informasiya-kommunikasiya texnologiyalarının, o cümlədən “Elektron məhkəmə”, “Elektron icra” sistemlərinin tətbiqinin genişləndirilməsinə yönəlmiş qanunvericilik və praktiki tədbirlər həyata keçiriləcəkdir.

Eyni zamanda, yeni məhkəmələrin yaradılması, apellyasiya və kassasiya instansiyası məhkəmələrində kollegiyaların tərkibinin dəyişməsi ilə bağlı müvafiq kadr islahatları da aparılacaqdır. Yeni hakim vəzifələrinə namizədlərin seçilməsi prosesi zamanı onların peşəkarlıq səviyyəsi qiymətləndiriləcək, müvafiq sahələrdə yüksək nəzəri və praktiki hazırlığının olmasına xüsusi diqqət yetiriləcəkdir. Bu isə dövrün tələbləri ilə ayaqlaşan hüquqşünasların hazırlanması üzrə işin gücləndirilməsini şərtləndirir, o cümlədən hüquq təhsili qarşısında yeni tələblər qoyur.

İctimai münasibətlər daim dəyişməkdədir. Yeni informasiya texnologiyalarının və innovasiyaların tətbiq edildiyi müasir dövrdə ictimai münasibətlərin inkişaf sürəti dəfələrlə artmışdır. Belə olan halda hətta ən mükəmməl qanun çoxşaxəli və mürəkkəb münasibətlərin bütün detallarını mütləq dəqiqliklə tənzimləyə bilməz. Bu baxımdan hüququn tətbiqi təcrübəsi xüsusi əhəmiyyət kəsb edir və hakimlər bu prosesdə olduqca böyük rol oynayırlar. Onlar məhkəmələrdə baxılan mübahisələri həll edərkən yalnız qanunun hərfi mənasını deyil, həmçinin ictimai münasibətlərin mahiyyətini və “qanunun ruhunu” nəzərə almalıdırlar. Yalnız bu halda məhkəmələr Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 3 aprel tarixli Fərmanında nəzərdə tutulmuş ideyaların həyata keçirilməsinə nail olacaq, hüquqi məsələlərin həllinə yanaşmanın sabitliyini və məhkəmə qərarlarının daha proqnozlaşdırılan olmasını təmin edəcəklər.

Bütövlükdə, qədəm qoyduğumuz məhkəmə-hüquq islahatları Azərbaycan Respublikası Prezidentinin “Məhkəmə-hüquq sistemində islahatların dərinləşdirilməsi haqqında” Fərmanında verilmiş tapşırıq və tövsiyələrə müvafiq olaraq, vətəndaşların hüquqlarının məhkəmələrdə daha etibarlı müdafiəsini təmin etməklə məhkəmələrə etimadın və məhkəmə sisteminin nüfuzunun daha da yüksəldilməsinə səbəb olacaqdır. Aparılan islahatlar ədalət mühakiməsinin keyfiyyətini və səmərəliliyini artırmaqla, ümumilikdə, hüquq sisteminin inkişafına mühüm təsir göstərəcəkdir.

 
  • Oxunub:  2730  |  
  • Tarix:  22-07-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir

21 Noyabr 17:55
Azərbaycan multikulturalizmi Polşada elmi konfransda müzakirə olunub
21 Noyabr 17:48
Hərbi qulluqçular uşaq evlərini ziyarət ediblər
21 Noyabr 17:46
Elman Nəsirov: Azərbaycan Prezidenti, YAP-ın Sədri İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan inkişafının növbəti şərəfli mərhələsini yaşayır
21 Noyabr 17:44
YAP Gəncə şəhər təşkilatında Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd olunub
21 Noyabr 17:42
Sahibə Qafarova: 27 ildə Yeni Azərbaycan Partiyası müstəqil dövlətimizlə birgə addımlayıb, inkişaf edib və bu gün dünya miqyasında geniş nüfuzu olan siyasi təşkilata çevrilib
21 Noyabr 17:35
Təhsil nazirinin müavini Şanxay Əməkdaşlıq Təşkilatına üzv dövlətlərin iclasında iştirak edib
21 Noyabr 17:31
Türkiyə Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti Bakıda səfərdədir
21 Noyabr 17:14
Yeni tikilmiş 39 fərdi yaşayış evini şəhid ailələri və Qarabağ müharibəsi əlillərinın istifadəsinə verilib
21 Noyabr 17:12
UNEC-in kitabxana təcrübəsi öyrənilir
21 Noyabr 17:10
Bakıda “İtaliya mətbəxi həftəsi” keçirilir
21 Noyabr 17:05
Prezident İlham Əliyev Bolqarıstanın Daxili İşlər nazirinin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
21 Noyabr 17:01
YAP Qax rayon təşkilatının üzvləri ictimai-siyasi həyatda fəallıq nümayiş etdirirlər
21 Noyabr 16:49
AHİK sədri Ümum Həmkarlar İttifaqları Konfederasiyasının iclaslarında iştirak edib
21 Noyabr 16:41
Sumqayıt şəhər stadionunun yenidən qurulmasına ilkin olaraq 5 milyon manat ayrılıb – SƏRƏNCAM
21 Noyabr 16:40
AzTU-nun rektoru Fələstin səfiri ilə görüşüb
21 Noyabr 16:21
İqtisadiyyat naziri Moskvada işgüzar görüşlər keçirib
21 Noyabr 16:08
Ədəbiyyat İnstitutunda Cəlil Məmmədquluzadənin nəslinin davamçıları ilə görüş
21 Noyabr 15:58
Ermənistan baş nazirinin Milanda səsləndirdiyi cəfəng iddialar azərbaycanlı gənclərin etirazı ilə qarşılanıb
21 Noyabr 15:55
UNESKO Baş Konfransının mədəniyyət komissiyasının iclasında ölkəmiz də təmsil olunub
21 Noyabr 15:51
Pərvin Kərimzadə: Yeni Azərbaycan Partiyası qələbələr partiyasıdır
21 Noyabr 15:50
Sona Əliyeva: Yeni Azərbaycan Partiyası bu gün Prezident İlham Əliyevin rəhbərliyi ilə yeni-yeni uğurlara imza atır
21 Noyabr 15:46
Rauf Əliyev: Yeni Azərbaycan Partiyası çətin və şərəfli bir yol keçib
21 Noyabr 15:44
Binəqədi rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü münasibətilə təntənəli tədbir keçirildi
21 Noyabr 15:40
Birinci vitse-prezident Mehriban Əliyeva Moskvada naməlum əsgərin məzarını ziyarət edib
21 Noyabr 15:28
Əli Həsənov: Qanunsuz miqrasiya cinayətinə əli bulaşan insanlar layiqli cəzalarını alacaqlar
21 Noyabr 15:18
YAP sıralarına yeni qoşulan xaçmazlı gənclərə üzvlük vəsiqələri təqdim edilib
21 Noyabr 15:07
Əli Əhmədov: 1990-cı illərin əvvəlində parçalanmaq təhlükəsi ilə üz-üzə olan Azərbaycan indi dünyanın ən uğurlu gənc dövlətlərindən biri kimi qəbul olunur
21 Noyabr 15:04
“StartupFest 2019”a start verilib
21 Noyabr 15:03
Əli Əhmədov: 26 ildən çoxdur ki, YAP şərəflə, ləyaqətlə Azərbaycan xalqına xidmət edir
21 Noyabr 14:54
Gənc kadrlar dəmir yollarının şimal sahəsinin stansiyalarında işlə təmin olunublar
21 Noyabr 14:50
Kommunal xidmətlərin inkişafına dair Strateji Yol Xəritəsinin icra vəziyyəti müzakirə edilib
21 Noyabr 14:21
Qida Təhlükəsizliyi İnstitutunda “Açıq qapı” günü keçirilib
21 Noyabr 14:17
Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü ilə bağlı tədbir keçirilib
21 Noyabr 14:01
Firmin Eduard Matoko: Azərbaycan Milli Komissiyası ilə UNESKO arasında əməkdaşlıq yüksək səviyyədədir
21 Noyabr 13:58
Korrupsiyaya yol vermiş vəzifəli şəxslərə qarşı mübarizə tədbirləri davam etdirilir
21 Noyabr 13:40
GUAM Xarici İşlər nazirləri Bratislavada görüşəcəklər
21 Noyabr 13:29
“Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsi: tarixi kökləri, mərhələləri və həlli perspektivləri” proqramı üzrə kurslar başa çatıb
21 Noyabr 12:58
“İmadəddin Nəsiminin fəlsəfəsi və UNESKO-nun dəyərləri” mövzusunda beynəlxalq elmi konfrans keçirilib
21 Noyabr 12:55
“Bulla-dəniz” yatağındakı qazma işləri ilə tanışlıq olub
21 Noyabr 12:51
Muxtar respublikada suvarma kanalları lildən təmizlənib, yeni xətlər çəkilib
21 Noyabr 12:47
İspaniyada Azərbaycanın işgüzar turizm imkanları tanıdılır
21 Noyabr 12:45
Azərbaycanda ayrı-seçkiliyə yol verilmədən hər bir uşağın hüquq və mənafeyi qorunur
21 Noyabr 12:15
Naxçıvanda Ümumdünya Uşaq Günü qeyd olunub
21 Noyabr 12:07
Azərbaycanlı uşaqlar BMT sessiyasında iştirak ediblər
21 Noyabr 12:05
Bakıda keçirilən beynəlxalq biennaledə xarici ölkələrdən 40-dan çox rəssam iştirakı edir
21 Noyabr 12:01
Milli Xalça Muzeyinin 50 illiyinə həsr olunmuş kitab təqdim ediləcək
21 Noyabr 11:48
AZAL “Dubai Air Show 2019” sərgisində bir sıra önəmli razılaşmalara imza atıb
21 Noyabr 11:42
Sədaqət Vəliyeva: Yeni Azərbaycan Partiyası Azərbaycanın siyasi palitrasına yeni nəfəs gətirib
21 Noyabr 11:32
Siyavuş Novruzov: Bu gün Azərbaycan xalqı Prezident İlham Əliyevin, YAP-ın siyasətini dəstəkləyir və Partiya ilə birgədir (VİDEO)
21 Noyabr 11:30
Madriddə Nəsiminin 650 illik yubileyinə həsr olunmuş konfrans keçirilib
21 Noyabr 11:29
Muxtar respublikada bir ayda 18 istehsal sahəsi yaradılıb
21 Noyabr 11:23
Bakıda “Dayanıqlı inkişaf məqsədləri və biznes mühiti” mövzusunda konfrans işə başlayıb
21 Noyabr 11:19
İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin doqquz aylıq fəaliyyəti müzakirə olunub
21 Noyabr 11:10
Kamilə Əliyeva: YAP xalqın böyük əksəriyyətinin etimadını qazanmaqla avanqard siyasi qüvvəyə çevrilib
21 Noyabr 11:08
Yeni Azərbaycan Partiyasının yaradılmasından 27 il ötür
21 Noyabr 10:30
ADAU-da əcnəbi tələbələrlə görüş keçirilib
21 Noyabr 10:25
Tur-aksiya: 9 rayondan olan 360 məktəbli şimal-qərb bölgəsindən zəngin təəssüratlarla ayrılıb
21 Noyabr 10:13
Azərbaycan səfiri etimadnaməsini İndoneziya Prezidentinə təqdim edib
21 Noyabr 10:09
Prezident İlham Əliyev: Yeni Azərbaycan Partiyası, sözün əsl mənasında, ümumxalq partiyasına çevrilibdir
21 Noyabr 09:57
YAP Nərimanov rayon təşkilatında partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib
21 Noyabr 09:55
YAP Gədəbəy rayon təşkilatı partiyanın yaranmasının 27-ci ildönümü münasibətilə “dəyirmi masa” keçirib
21 Noyabr 09:54
Şəmkir rayonunda Yeni Azərbaycan Partiyasının yaradılmasının 27-ci ildönümü qeyd edilib
21 Noyabr 09:52
Samuxda YAP-ın yaradılmasının 27-ci ildönümü münasibətilə tədbir keçirilib
21 Noyabr 09:48
Rasim Quliyev: YAP tarixi zərurət, sosial sifariş əsasında yaranıb
21 Noyabr 09:46
Britaniyalı mütəxəssislər: Bakıdakı layihə uğurla həyata keçirilir
21 Noyabr 09:44
AzerTelecom şirkətinin iştirakı ilə TransCaspian Fiber Optic layihəsi üzrə Qazaxıstanda işlərin başlanmasına dair tədbir keçirilib
21 Noyabr 09:40
Azərbaycanın regionlarında yeni müəssisələr işə salınır
20 Noyabr 21:04
Ankarada Azərbaycan diplomatik xidmət orqanlarının yaradılmasının 100 illiyi münasibətilə konfrans keçirilib
20 Noyabr 20:56
Səfir: AZƏRTAC və Hindistanın xəbər agentlikləri arasında əlaqələrin genişlənməsini dəstəkləməyə hazırıq
20 Noyabr 20:54
Kiyevdə Azərbaycanın GUAM-a sədrliyi dövründəki prioritetləri müzakirə edilib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+7 +9
gecə+4 +6