/ / Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
Hikmət Babaoğlu: Media azadlığının təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı
23.07.2019 [09:35]
Mətbuatın özünün ictimai institut kimi formalaşması tarixi o qədər qədim olmasa da, sevindirici haldır ki, Azərbaycanın mətbuat tarixi Orta Asiya və Şərqi Avropa ölkələri sırasında birincilərdəndir. Mətbuatımız öz inkişaf tarixində uzun və mürəkkəb yol keçib.
Bunu “Trend”ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Hikmət Babaoğlu deyib.
Deputatın sözlərinə görə, Azərbaycan mətbuatının böyük hamisi və qayğıkeşi, mətbuatın missiyasını və funksiyasını dərindən başa düşən, onu lazımınca qiymətləndirməyi bacaran Ulu Öndər Heydər Əliyev 1998-ci ildə mətbuat üzərində senzuranı ləğv etdi. Ulu Öndərin imzaladığı Fərmanla Nazirlər Kabineti yanında mətbuat və digər kütləvi informasiya vasitələrində (KİV) dövlət sirlərini mühafizə edən baş idarə ləğv olundu, hərbi sirlərin yayılması ilə bağlı 16 aprel 1992-ci il tarixli fərman və bütün informasiya üzərində nəzarətin tətbiq edilməsi ilə bağlı 15 aprel 1993-cü il tarixli sərəncam qüvvəsini itirmiş elan edildi: “Bundan başqa, 1999-cu ilin sonunda “Kütləvi informasiya vasitələri haqqında” yeni qanunun qəbulu media təsisatının inkişafını şərtləndirən, bəhs edilən sahəyə müvafiq surətdə sahəvi və ümummilli münasibətləri tənzimləyən hüquqi bazanın zənginləşdirilməsi işinə əhəmiyyətli töhfə oldu. 2000-ci ilin mart ayında Ümummilli Lider Heydər Əliyevin Sərəncamı ilə “2000-2001-ci illərdə kütləvi informasiya vasitələrinin maddi-texniki şəraitinin yaxşılaşdırılması üzrə tədbirlər Proqramı” təsdiq olundu. İdarəçilik sisteminin islahatı çərçivəsində Mətbuat və İnformasiya Nazirliyi ləğv edildi. Bir sıra qəzetlərin “Azərbaycan” nəşriyyatına olan borcları donduruldu, sonradan isə ləğv edildi. 2003-cü ilin mart ayında Azərbaycan jurnalistlərinin qurultayında media-ictimaiyyət, media-hakimiyyət münasibətlərini tənzimləyən qurum - Azərbaycan Mətbuat Şurası yaradıldı. Bütün bunlar öz növbəsində söz, fikir və mətbuat azadlığının bərqərar olunması üçün əlamətdar tarixi hadisələr kimi qiymətləndirilməlidir”.
Hikmət Babaoğlu qeyd edib ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən rasional siyasət kursu nəticəsində iqtisadi qüdrətimiz artdıqca mətbuatın maddi probleminin həlli ilə bağlı çox ciddi addımlar atıldı və müvafiq tədbirlər görüldü: “İlk növbədə, öz peşəsini dürüst və obyektiv surətdə yerinə yetirən, Azərbaycan mətbuatının inkişafına xüsusi xidmət edən ayrı-ayrı jurnalistlərin müxtəlif problemlərinin həlli ilə bağlı fundamental addımlar atılmağa başlandı. Bunun ardınca bütövlükdə mətbuatın maddi problemlərinin həlli istiqamətində xüsusi önəm kəsb edən bir tədbir görüldü. Prezident İlham Əliyevin 2008-ci il 31 iyul tarixli “Azərbaycan Respublikasında kütləvi informasiya vasitələrinə birdəfəlik maliyyə yardımı göstərilməsi haqqında” Sərəncamı isə bəhs edilən missiyanın yerinə yetirilməsi üçün hüquqi substrat oldu. Kütləvi informasiya vasitələrinin “Azərbaycan” nəşriyyatına olan borcları tamamilə ləğv edildi. Məlum olduğu kimi, bu borcların ödənilməsi prosesi Ulu Öndər Heydər Əliyev tərəfindən dondurulmuşdu. Məhz Prezident İlham Əliyevin göstərişi ilə məlum borcların ləğv edilməsi mətbuatın maddi problemlərinin aradan qaldırılması istiqamətində atılmış fundamental əhəmiyyətli tarixi bir addım idi. Buna paralel olaraq, jurnalistlərin peşə nüfuzunun artırılması üçün jurnalist-məmur, jurnalist-vətəndaş, jurnalist-biznesmen çəkişmələrinə hüquqi müstəvidə son qoyulması istiqamətində müxtəlif tədbirlər görüldü.
Məhz bundan sonra KİV-in və ayrı-ayrı jurnalistlərin fəaliyyəti ilə bağlı məhkəmələrə müraciət etmə halları aradan qalxdı. Yəni sözügedən çəkişmələr tədricən bitməyə başladı və nəticə etibarilə özünə və peşə dəyərlərinə hörmət edən jurnalistlərin sayı artdı. Bu da mövcud jurnalistik meyillərin müsbətə doğru irəliləməsinə xüsusi töhfə və təkan verdi”.
Deputat əlavə edib ki, mətbu azadlıqların təmin edilməsi və mətbuata qayğı keyfiyyətcə yeni KİV formalaşdırdı. Məhz bu ərəfədə Azərbaycan mətbuatında ilk fundamental keyfiyyət dəyişiklikləri meydana gəlməyə başladı. Bu isə bütövlükdə müstəqil Azərbaycanın mətbuat tarixində keyfiyyət etibarilə yeni mərhələnin başlanmasını şərtləndirən əlamətdar bir hadisə idi: “Prezident İlham Əliyev tərəfindən atılan bütün bu addımlar və görülən tədbirlər Azərbaycan mətbuatının inkişafına xüsusi töhfələr bəxş etdi. Belə ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə görülən tədbirlər və həyata keçirilən islahatlar nəticəsində mətbuatda hökm sürən neqativ tendensiyaların tədricən sıradan çıxması müşahidə edilməyə başlandı. Beləliklə, konkret cinayətlər törətmiş və məsuliyyətə cəlb edilmiş - “KİV haqqında” qanunun tələblərini pozmuş, Azərbaycan xalqının milli-mənəvi dəyərlərinə zidd hərəkətlərə yol vermiş jurnalistlərin hüquqi və ictimai-mənəvi müstəvidə cəzalarının yüngülləşdirilməsi üçün müvafiq addımlar atıldı. Nəticədə 144 yaşlı milli mətbuatımız ötən zaman ərzində böyük inkişaf yolu keçdi. Bu gün isə mətbuata xüsusi dövlət qayğısı və diqqətinin mövcud olması, eyni zamanda, söz, fikir və özünüifadə azadlıqlarının ən yüksək səviyyədə təsbit edilməsi, mətbuatın maddi-texniki və maliyyə bazasının gücləndirilməsi, media institutunda təmsil olunan şəxslərin səmərəli fəaliyyəti üçün əlverişli şəraitin yaradılması və digər bu kimi amillər milli mətbuatımızın inkişafını şərtləndirən fundamental faktorlar kimi dəyərləndirilməlidir”.
Xəbər lenti
Hamısına baxXəbər lenti
18 Mart 19:44
Xəbər lenti
18 Mart 19:40
Xəbər lenti
18 Mart 18:11
Xəbər lenti
18 Mart 17:36
Xəbər lenti
18 Mart 17:00
Siyasət
18 Mart 16:44
İqtisadiyyat
18 Mart 16:32
Xəbər lenti
18 Mart 16:23
Xəbər lenti
18 Mart 16:16
Xəbər lenti
18 Mart 16:14
Siyasət
18 Mart 16:06
Xəbər lenti
18 Mart 15:59
Xəbər lenti
18 Mart 15:58
Xəbər lenti
18 Mart 15:50
Siyasət
18 Mart 15:49
Xəbər lenti
18 Mart 15:47
Gündəm
18 Mart 15:40
Gündəm
18 Mart 15:38
Xəbər lenti
18 Mart 15:33
Xəbər lenti
18 Mart 15:16
Xəbər lenti
18 Mart 14:52
Xəbər lenti
18 Mart 14:28
Siyasət
18 Mart 14:25
Siyasət
18 Mart 13:53
Xəbər lenti
18 Mart 13:42
Xəbər lenti
18 Mart 13:26
Xəbər lenti
18 Mart 13:21
Xəbər lenti
18 Mart 13:08
Xəbər lenti
18 Mart 13:06
Xəbər lenti
18 Mart 13:04
Gündəm
18 Mart 12:48
Xəbər lenti
18 Mart 12:42
Xəbər lenti
18 Mart 12:41
Xəbər lenti
18 Mart 12:30
Xəbər lenti
18 Mart 12:14
Xəbər lenti
18 Mart 11:49
Xəbər lenti
18 Mart 11:21
Xəbər lenti
18 Mart 11:16
İqtisadiyyat
18 Mart 10:52
Xəbər lenti
18 Mart 10:49
İdman
18 Mart 10:46
Xəbər lenti
18 Mart 10:37
Siyasət
18 Mart 10:12
Xəbər lenti
18 Mart 10:08
Müsahibə
18 Mart 10:00
Xəbər lenti
18 Mart 09:39
Xəbər lenti
18 Mart 09:00
Gündəm
18 Mart 00:56
Siyasət
17 Mart 23:27
Xəbər lenti
17 Mart 23:14
Gündəm
17 Mart 23:08
Siyasət
17 Mart 22:51
Xəbər lenti
17 Mart 22:45
Dünya
17 Mart 22:35
Xəbər lenti
17 Mart 22:26
Gündəm
17 Mart 20:28
Gündəm
17 Mart 20:10
Xəbər lenti
17 Mart 20:08
Xəbər lenti
17 Mart 17:56
Xəbər lenti
17 Mart 16:30
İdman
17 Mart 15:22
Xəbər lenti
17 Mart 14:24
Xəbər lenti
17 Mart 13:36
Sosial
17 Mart 12:31
Mədəniyyət
17 Mart 12:12
Xəbər lenti
17 Mart 11:26
Xəbər lenti
17 Mart 11:05
Xəbər lenti
17 Mart 11:01
Dünya
16 Mart 20:30
Xəbər lenti
16 Mart 17:27