Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

Beynəlxalq İnformatika Olimpiadasının praktiki sessiyası işə başlayıb

23.07.2019 [17:25]

Avqustun 4-dən 11-dək Azərbaycanda keçiriləcək 31-ci Beynəlxalq İnformatika Olimpiadasının (IOI 2019) praktiki sessiyası işə başlayıb.

AZƏRTAC ioinformatics.org saytına istinadla xəbər verir ki, sessiyaya giriş üçün yarışma iştirakçılarına və komanda rəhbərlərinə elektron məktub göndərilib. Olimpiada iştirakçıları practice.ioi2019.az saytında praktiki tapşırıqları həll edərək təcrübə toplaya bilərlər. Praktiki sessiya avqustun 4-dək istifadəçilər üçün açıq olacaq.

Bununla yanaşı, qısa zamanda canlı reytinq cədvəli də təqdim olunacaq. Bu qiymətləndirmə sistemi “IOI 2019” zamanı istifadə ediləcək. Buna görə də bütün iştirakçılar mövcud praktiki məsələləri bu sistem vasitəsilə həll etməlidirlər.

Müsabiqə haqqında ətraflı məlumatı “IOI 2019”un rəsmi veb-saytından əldə etmək mümkündür.

Qeyd edək ki, Azərbaycan Beynəlxalq İnformatika Olimpiadasında 24 dəfə təmsil olunub. Ümumilikdə 55 azərbaycanlı məktəbli bu olimpiadada iştirak edib. Şagirdlərimiz bu olimpiadadan indiyədək biri gümüş, dördü bürünc olmaqla beş medal qazanıblar.

Paylaş:
Baxılıb: 203 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31