Ana səhifə »  Qəzetin pdf formatı »  Qurban bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək
A+   Yenilə  A-
Qurban bayramı ilə əlaqədar “Kənddən Şəhərə” yarmarkası təşkil ediləcək

Avqustun 12-13-də ölkəmizdə Qurban bayramı qeyd olunacaq. Bu münasibətlə Kənd Təsərrüfatı Nazirliyinin dəstəyi ilə növbəti bayram yarmarkası keçiriləcək. Sosial dəstək mahiyyəti daşıyan “Kənddən Şəhərə” yarmarkasının əsas məqsədi azgəlirli ailələrin qurbanlıq qoyunlara olan tələbatını dolğun şəkildə ödəmək, istehlakçıların seçim imkanlarını artırmaq və bayramla əlaqədar bazarlarda yaranacaq süni qiymət artımının qarşısını almaqdır.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən AZƏRTAC-a bildiriblər ki, bayram günlərində təşkil ediləcək qurbanlıq qoyunların satış yarmarkası ölkə ərazisində 30 fərqli nöqtəni əhatə edəcək. Satış yarmarkalarından 19-u paytaxt Bakıda təşkil olunacaq. “Kənddən Şəhərə” satış yarmarkasına 20 minə yaxın qurbanlıq qoyun çıxarılması planlaşdırılır. Qoyunların qiymətləri çəkilərinə uyğun olaraq 160, 170 və 180 manat dəyərində müəyyənləşdirilib.
Məlum olduğu kimi, bayram günü bazarlarda uzun növbələr yaranır. Bu problemlə üzləşməmək üçün vətəndaşlar “Kənddən Şəhərə” saytına daxil olaraq 9 avqust saat 23:59-dək Bakı, Sumqayıt və Abşeron yarımadasındakı satış məntəqələrində onlayn şəkildə növbə götürə və alacaqları qurbanlıq qoyunları öncədən sifariş edə bilərlər. Bunun üçün https://kenddenshehere.az/qurbanliq linkinə daxil olmaq, mövcud xanalar üzrə şəxsi məlumatları qeyd etmək lazımdır. Sifariş qəbul edildikdən sonra vətəndaşın mobil telefonuna təsdiq bildirişi gələcək. Daha sonra vətəndaş yarmarkada xüsusi ayrılmış yerdə “Aqrar Tədarük və Təchizat” ASC-nin əməkdaşına yaxınlaşaraq telefonundakı təsdiq bildirişini göstərməklə növbə gözləmədən sifariş etdiyi qurbanlığı ala biləcək.
Qeyd edək ki, Azərbaycan Respublikası Qida Təhlükəsizliyi Agentliyi (AQTA) bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə müraciət edib. Agentlik bayram günlərində qurbanlıq heyvan satışı və kəsimi ilə məşğul olan şəxslərə şəhərimizin küçələrində və yol kənarlarında antisanitar şəraitin yaradılmaması üçün heyvan satışı və kəsimini, baytarlıq-sanitariya və gigiyena normalara cavab verən mövcud stasionar heyvan kəsimi məntəqələrində və Qurban bayramı ilə bağlı yerli icra hakimiyyətləri tərəfindən təşkil olunmuş müvəqqəti kəsim düşərgələrində həyata keçirməyi tövsiyə edir. AQTA bəyan edib ki, bayram günlərində heyvan kəsiminin müvafiq qaydada həyata keçirilməsini təmin etmək üçün Respublika üzrə 44 stasionar və 30 çadır tipli kəsim məntəqəsi fəaliyyət göstərəcək.
Qurban bayramı ilə əlaqədar təşkil ediləcək “Kənddən Şəhərə” yarmarkaları aşağıdakı ünvanlarda keçiriləcək:
Bakı şəhəri üzrə:
-Binəqədi rayonu, Rəsulzadə qəsəbəsi, Binəqədi şosesi (“White palace” şadlıq sarayının yanı)
-Binəqədi rayonu, Xocasən-Biləcəri-Binəqədi yolu, 10 May küçəsi (dörd yol)
-Nizami rayonu, M.Əliyev kücəsi ilə O.Vəliyev küçəsinin kəsişməsindəki ("Milord" şadlıq evinin yanı)
-Nərimanov rayonu, Təbriz küçəsi ilə Ceyhun Hacıbəyli küçələrinin kəsişməsində yerləşən Qarabağ mehmanxanasının söküntü sahəsi.
-Nərimanov rayonu, Əliyar Əliyev küçəsi 26, heyvan kəsimi məntəqəsinin həyəti
-Sabunçu rayonu, Maştağa qəsəbəsi, Zabrat-Kürdəxanı şosesinin sağ tərəfi
-Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Fətəliyev küçəsi 72
-Suraxanı rayonu, Hövsan-Türkan yolunun sol tərəfində yerləşən ticarət mərkəzinin həyəti
-Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Yeni Günəşli "V” yaşayış sahəsində yerləşən "Günəş” ticarət mərkəzinin həyəti
-Səbail rayonu, 20-ci sahə, “Aylı Gecə” restoranının həyəti
-Səbail rayonu, Gülbala Əliyev küçəsi, Beton zavodunun arxa hissəsi
-Xətai rayonu, Zığ yolu 5, "Nargilə" kafesinin yaxınlığı
-Xətai rayonu, İnqilab İsmayılov küçəsi 8
-Xəzər rayonu, Mərdəkan qəsəbəsi, Mərdəkan-Bakı avtomagistralının sağ tərəfi, "Şaurma” kafesi və "Embawood" mağazaları arasındakı ərazi
-Xəzər rayonu, Qala qəsəbəsi, Qala-Pirallahı yolunun sağ tərəfi, lambir müəssisəsinin yanı
-Yasamal rayonu, A.M.Şərifzadə küçəsi 196, "İdeal” şadlıq sarayının ərazisi
-Yasamal rayonu, D.Bünyadzadə küçəsi, 7-ci binanın yan tərəfi
-Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsi 31a, Dairəvi yolun kənarı
-Yasamal rayonu, Yeni Yasamal, M.Xiyabani küçəsi 5, "Qismət" şadlıq sarayının qarşısı
Abşeron üzrə:
-Novxanı qəsəbəsi, İlqar Abdullayev küçəsi 26, "Qaraj" restoranının yanı
-Xırdalan şəhəri, Qalibiyyə küçəsi 12, Təzə bazarın girişi
-Masazır qəsəbəsi, Əliağa Vahid küçəsi ilə Qaçaq Nəbi küçəsinin kəsişməsi, "Araz" Marketin yanı
-Saray qəsəbəsi, Bakı-Quba yolu, DYP postunun yanı, "Araz" Marketin həyəti
-Məmmədli qəsəbəsi, "Göyqurşağı" yaşayış kompleksi, "Araz" Marketin yanı
Regionlar üzrə:
-Sumqayıt şəhəri, İnşaatçılar küçəsi 61A, Heyvan bazarının yanı
-Göygöl rayonu, Qızılca kəndi, heyvan bazarının yanı
-Mingəçevir şəhəri, Heydər Əliyev pr. 53, "Mingəçevir bazar" ASC-nin yanı
-Şamaxı şəhəri, Göylər kəndi yolu, heyvan bazarının yanı
-Qəbələ şəhəri, Nizami küçəsi 8
-Quba şəhəri, Nügədi yolu 2-ci km, "Dəvədabanı" yaşayış massivi

 
  • Oxunub:  2070  |  
  • Tarix:  06-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir

21 Avqust 10:52
Los-Anceles sinaqoqunda Azərbaycanın tolerantlığına dair təqdimat keçirilib
21 Avqust 10:43
Müəllimlərin işə qəbulu üzrə müsahibə mərhələsi davam edir
21 Avqust 10:32
Dünya birjalarında neftin qiyməti bahalaşıb
21 Avqust 09:54
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 23 dəfə pozub
21 Avqust 09:45
Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva Fondun layihələri çərçivəsində Bakının bir sıra tibb müəssisələrində olub
21 Avqust 09:42
Azərbaycanda davamlı iqtisadi inkişafın təmin olunmasına hesablanan islahatlar yüksək səmərə verir
21 Avqust 09:37
Sərxan Həsənov: Qarşıma qoyduğum məqsədə çatmaq üçün kiçik yaşlarımdan çalışmışam
21 Avqust 09:34
Vüqar Rəhimzadə: Əli Kərimli, bu təfəkkürlə səni heç “Relax”a ofisiant da götürmək olmaz...
21 Avqust 09:32
26 ildə dəyişməyən təfəkkür...
20 Avqust 20:25
Energetika naziri vətəndaşları qəbul edib
20 Avqust 20:19
Müdafiə naziri Türkiyə Hərbi Dəniz Qüvvələrinin xilasetmə qrupunun üzvləri ilə görüşüb
20 Avqust 18:23
Əli Əhmədov: Hansısa şübhəli maraqlar naminə ölkənin firəvanlığını, gələcəyini qurban verməyə hazır olanlar milli qüvvələrin sərt təpkisinə tuş gəlməlidirlər
20 Avqust 18:18
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
20 Avqust 17:57
Daxili İşlər naziri Beynəlxalq Qırmızı Xaç Komitəsinin Azərbaycan nümayəndəliyinin rəhbəri ilə görüşüb
20 Avqust 17:56
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
20 Avqust 17:50
Eldar İbrahimov: Aqrar Sığorta Fondunun yaradılması böyük əhəmiyyət kəsb edir
20 Avqust 17:43
Bakı Dövlət Universitetinin nümayəndə heyəti İsrailin Holon Texnologiya İnstitutunda olub
20 Avqust 17:39
Tahir Rzayev: Ölkəmizdə davamlı islahatların həyata keçirilməsi milli iqtisadiyyatımızın inkişafını şərtləndirən mühüm amillərədn biridir
20 Avqust 17:34
Sevinc Hüseynova: Sosial sahədə atılan addımlar ciddi nəticələr verməkdədir
20 Avqust 17:21
Prezident Kitabxanasında İrəvan xanları nəslinin nümayəndəsi Əmir Əli Sərdari İrəvani ilə görüş olub
20 Avqust 17:06
İlin birinci yarısında ölkədə 92 min yeni iş yerləri açılıb
20 Avqust 17:03
Ölkəmizdə keçiriləcək Avrasiya Xalqları Assambleyası Günləri ilə bağlı fikir mübadiləsi aparılıb
20 Avqust 16:58
Prezident İlham Əliyevin Fərmanı ilə ölkədə 2020-ci ildən yeni aqrar sığorta mexanizminin tətbiqinə başlanılır
20 Avqust 16:55
Əsas məqsədimiz odur ki, dövlətin yaratdığı imkanlardan maksimum faydalanaq və məhsulumuzu xaricə ixrac edək
20 Avqust 16:53
Əcnəbi könüllülər “ASAN xidmət”də
20 Avqust 16:48
Yanvar-iyul aylarında hava nəqliyyatı ilə 1,4 milyondan çox sərnişin daşınıb
20 Avqust 16:07
Yeddi ayda Azərbaycana 7,4 faiz çox əcnəbi gəlib
20 Avqust 16:03
Azərbaycan millisi Avropa çempionatına Xorvatiya ilə oyunla start verəcək
20 Avqust 15:45
Müdafiə Nazirliyinin rəhbərliyi axtarış əməliyyatlarında fəal iştirak edənlərə təşəkkürünü bildirib
20 Avqust 15:17
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
20 Avqust 15:14
Bakı Slavyan Universitetində sənəd qəbulu: valideynlər razılıq edir
20 Avqust 14:58
BMT okeanlarda flora və faunanın mühafizəsinə dair Konvensiyanı müzakirə edir
20 Avqust 14:51
Astarada “Din və ideoloji təhlükəsizlik” mövzusunda seminar-müşavirə keçirilib
20 Avqust 14:41
Yol polisləri Binəqədi rayonunda “Təmiz hava aylığı” ilə bağlı maarifləndirici aksiyalar keçirirlər
20 Avqust 14:30
Azərbaycanın sədrliyi: Bakı Qoşulmama Hərəkatına yeni stimul verir
20 Avqust 13:52
Bakı-Tbilisi-Ceyhan kəməri ilə 7 ayda 19 milyon tonadək neft daşınıb
20 Avqust 13:34
Müdafiə Nazirliyi: Hərbi pilotun nəşi və təyyarənin qalıqları tapılaraq dənizdən çıxarılıb
20 Avqust 12:59
Azərbaycan Banklar Assosiasiyasının “Hüquqi məsələlər üzrə Ekspert Qrupu”nun növbəti iclası keçirilib
20 Avqust 12:56
Avqustun 21-də bəzi bölgələrdə havanın hərarəti 42 dərəcəyə yüksələcək
20 Avqust 12:48
Pakistan mətbuatında Azərbaycanla bağlı məqalələr dərc edilib
20 Avqust 12:40
İcbari tibbi sığortaya keçidlə əlaqədar Şəmkirdə maarifləndirmə tədbiri keçiriləcək
20 Avqust 11:55
Gənclər Fondu xaricdə təhsilin maliyyələşdirilməsi üzrə elan etdiyi müsabiqənin nəticələrini açıqlayıb
20 Avqust 11:32
Macarıstanın Seqed şəhəri estafeti Bakıdan qəbul edib
20 Avqust 11:15
İcbari tibbi sığortanın tətbiqi ilə bağlı dövlət tibb müəssisələrində İKT infrastrukturunun qurulması üzrə işlər davam etdirilir
20 Avqust 11:14
Bədii gimnastika üzrə 26-cı Azərbaycan çempionatı keçiriləcək
20 Avqust 11:10
Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində növbəti monitorinq keçiriləcək
20 Avqust 11:04
Daha 109 şəhidin 185 vərəsəsinə birdəfəlik ödəmə verilməsi barədə qərar qəbul olunub
20 Avqust 11:01
Culfa-Ordubad avtomobil yolu yenidən qurulur
20 Avqust 10:59
Dünya birjalarında neftin qiyməti bahalaşıb
20 Avqust 10:50
2-ci “Animafilm” festivalına 50 ölkədən 268 müraciət daxil olub
20 Avqust 10:38
Bu gün UEFA Çempionlar Liqasının play-off mərhələsi start götürür
20 Avqust 10:32
BDU-nu seçmiş tələbələrin sənəd qəbulu davam edir
20 Avqust 09:58
Ermənistan silahlı qüvvələrinin bölmələri iriçaplı pulemyotlardan istifadə etməklə atəşkəs rejimini 22 dəfə pozub
20 Avqust 09:14
Azərbaycanda yol tikintisi geniş vüsət alıb
20 Avqust 09:12
Əsmər Hacızadə: Gələcəkdə təhsilimi xaricdə davam etdirməyi planlaşdırıram
20 Avqust 09:10
Ermənistanı yeni etiraz dalğası bürüyüb
20 Avqust 09:07
“Sosial şəbəkə müxalifəti” “Facebook”dan kənara çıxa bilmir
20 Avqust 09:05
Ölkəmizdə arıçılığın həm daxili bazar, həm də ixrac üçün çox böyük potensialı var
20 Avqust 00:13
Əli Kərimlinin dövlətçilik və hüquqi təfəkkürü məntiqsiz və natamamdır
19 Avqust 23:20
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
19 Avqust 20:58
Yanvar-iyun aylarında pensiya və müavinətlərin maliyyələşdirilməsinə yönəldilmiş vəsaitin məbləği ötən ilin müvafiq dövrünə nisbətən 3,4 faiz artırılıb
19 Avqust 20:52
Çinin Şansi istedadlar dərnəyinin nümayəndə heyəti AZƏRTAC-da olub
19 Avqust 20:46
Rusiya-Azərbaycan: İqtisadi inkişafımızı bərabər həyata keçiririk
19 Avqust 20:44
Naxçıvanda yüksək bal toplamış tələbələrlə görüş olub
19 Avqust 20:37
Cavanşir Paşazadə: Ölkəmizdə həyata keçirilən böyük sosial paketin əhatə dairəsi kifayət qədər genişdir
19 Avqust 18:04
Rafiq Bayramov: Mədəniyyət sahəsində müasir sistemin qurulması, xidmət səviyyəsinin yüksəldilməsi istiqamətində ardıcıl işlər aparılır
19 Avqust 18:02
“Suriya düyünü”: təhlükəsizlik zonası və risklər
19 Avqust 17:40
Vergilər, Daxili İşlər nazirlikləri və Baş Prokurorluğun mətbuat xidmətləri birgə məlumat yayıblar
19 Avqust 17:30
“ASAN xidmət" mərkəzinin tikintisində "Yaşıl ASAN" konsepti tətbiq olunur
19 Avqust 17:26
Daxili İşlər naziri Daxili Qoşunların paytaxtda yerləşən “N” saylı hərbi hissəsində olub

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3
4 5 6 7 8 9 10
11 12 13 14 15 16 17
18 19 20 21 22 23 24
25 26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+33 +38
gecə+20 +24