Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / 31-ci Beynəlxalq İnformatika Olimpiadasına həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

31-ci Beynəlxalq İnformatika Olimpiadasına həsr olunan poçt markaları dövriyyəyə buraxılıb

14.08.2019 [12:34]

Heydər Əliyev Mərkəzində Təhsil Nazirliyinin təşəbbüsü, ADA Universiteti, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin dəstəyi ilə keçirilən 31-ci Beynəlxalq İnformatika Olimpiadasına həsr olunan poçt markası təqdim olunub.

AZƏRTAC “Azərpoçt” MMC-yə istinadla xəbər verir ki, buraxılış bir markadan ibarət blok şəklində hazırlanaraq, 5 min ədəd tirajla Belarusun Bobruysk şəhərində çap edilib. Blokun ölçüsü 75x95 millimetr, markanın ölçüsü isə 37x52 millimetrdir.

Markanın üzərində “31-ci Beynəlxalq İnformatika Olimpiadası”nın, blokun sahəsində isə əvvəlki Olimpiadaların loqotipləri təsvir olunub. Marka ilə yanaşı xatirə ştempeli və 1000 ədəd “Birinci gün” zərfləri də hazırlanıb.

Poçt markasının və “Birinci gün” zərflərinin dizayneri Nəriman Məmmədzadə, xatirə ştempelinin dizayneri Anar Mustafayevdir.

Qeyd edək ki, mərasim çərçivəsində “Azərmarka”nın direktoru Leyla Güləliyeva və ADA Universitetinin İnformasiya Texnologiyaları və Mühəndislik İnstitutunun dekanı Araz Yusubov “Birinci gün” zərflərini xatirə ştempeli ilə möhürləyiblər.

Paylaş:
Baxılıb: 193 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Sosial

Bayram sonrası....

28 Mart 11:23

Analitik

Siyasət

Siyasət

Siyasət

Xəbər lenti

Siyasət

Növbəti təxribat

28 Mart 10:05

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31