Ana səhifə »  Qəzetin pdf formatı »  İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib
A+   Yenilə  A-
İqtisadiyyat Nazirliyində geniş kollegiya iclası keçirilib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlətimizin başçısı tərəfindən verilmiş tapşırıqların icrası ilə əlaqədar olaraq İqtisadiyyat Nazirliyinin geniş kollegiya iclası keçirilib.

İqtisadiyyat Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a verilən məlumata görə, nazirliyin strukturlarının və tabeliyindəki qurumların rəhbərlərinin iştirakı ilə keçirilmiş iclasda İqtisadiyyat naziri, Kollegiyanın sədri Şahin Mustafayev vurğulayıb ki, müşavirədə Azərbaycan Respublikasının Prezidenti 2019-cu ilin birinci yarımilliyində ölkəmizin inamla inkişaf etdiyini, böyük infrastruktur layihələrinin icra olunduğunu qeyd edib, görülmüş işləri müsbət qiymətləndirib.

Qeyd edilib ki, dünya miqyasında uğurla inkişaf edən ölkələr sırasında olan Azərbaycan iqtisadiyyatı bu ilin birinci yarımilliyində 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz, ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz, kənd təsərrüfatı məhsullarının istehsalı 13 faiz artıb. Ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub ki, bunun da böyük hissəsi qeyri-neft sektorunun payına düşür. Bildirilib ki, valyuta ehtiyatlarımız rekord həddə çataraq 49 milyard dollar səviyyəsindədir. Bu ilin 6 ayında əhalinin gəlirləri 6,6 faiz artıb, inflyasiya 2,5 faiz təşkil edib.

Əhalinin sosial vəziyyətinin yaxşılaşdırılmasının dövlət başçısının inkişaf strategiyasının əsas hədəflərindən olduğunu vurğulayan Kollegiyanın sədri Ş.Mustafayev 2019-cu ilin əvvəlində böyük sosial paketin təsdiqləndiyini və bunun 4,2 milyon insanı əhatə etdiyini diqqətə çatdırıb.

Bildirilib ki, sosial-iqtisadi sahə ilə bağlı müşavirədə dövlətimizin başçısı qarşıdakı dövr üçün mühüm vəzifələr müəyyənləşdirib. Belə ki, Prezident İlham Əliyev iqtisadi artım üçün yeni mənbələrin axtarılması, qeyri-neft sektorunun inkişafı, istehlak bazarına daim nəzarət olunması, ərzaq təhlükəsizliyinin təmin edilməsi, kənd təsərrüfatına dövlət dəstəyinin davam etdirilməsi, sosial sahənin diqqət mərkəzində saxlanılması, iş yerlərinin yaradılması prosesinin davam etdirilməsi, o cümlədən özəl sektorda daha çox iş yerlərinin yaradılması, Azərbaycanın innovasiyalar, müasir idarəetmə, liberal iqtisadiyyat yolu ilə inkişaf etdirilməsi və sair istiqamətdə tapşırıqlar verib.

Prezident İlham Əliyevin tapşırıqlarının icrası istiqamətində İqtisadiyyat Nazirliyi tərəfindən görülən və həyata keçirilməsi nəzərdə tutulan tədbirlər barədə Ş.Mustafayev kollegiya iştirakçılarına geniş məlumat verib.

İqtisadiyyatın aparıcı sahələrinin inkişafı istiqamətində görülən işlərdən danışan Ş.Mustafayev bildirib ki, dövlətimizin başçısının sənayeləşmə siyasətinə uyğun olaraq, sənaye parkları və məhəllələrinin yaradılması, rezidentlərin fəaliyyətinin genişləndirilməsi və yeni iştirakçıların cəlb edilməsi istiqamətində işlər davam etdirilir. Sənaye parklarında istehsal olunan məhsullar daxili bazara çıxarılmaqla yanaşı, xarici ölkələrə ixrac olunur. Sənayenin inkişafının əsas prioritetlərdən olduğunu qeyd edən İqtisadiyyat naziri ölkəmizin sənaye potensialının araşdırılmasının, bu istiqamətdə təhlillərin aparılmasının davam etdirilməsi barədə nazirliyin aidiyyəti strukturlarına müvafiq tapşırıqlar verib.

Kollegiya iclasında qeyri-neft sənayesinin sürətlə inkişaf etdiyi, toxuculuq, qida, spirtli və spirtsiz içki, avtomobilqayırma, kimya, ağac emalı, mebel istehsalı sahələrində yüksək artıma nail olunduğu diqqətə çatdırılıb, bu sahələrin, eləcə də gön-dəri emalı, balıqçılıq sahələrinin inkişafı istiqamətində görülən işlərin davam etdirilməsi barədə göstərişlər verilib.

Əlverişli coğrafi mövqeyi olan Azərbaycanın tranzit potensialının reallaşdırılması Prezident İlham Əliyevin iqtisadi şaxələndirmə siyasətində mühüm yer tutur. Kollegiya iclasında qeyd edilib ki, bu ilin birinci yarısında da ölkənin nəqliyyat-tranzit imkanlarının genişləndirilməsi istiqamətində tədbirlər davam etdirilib. 2019-cu ilin 6 ayında ölkə ərazisindən 4,1 milyon ton tranzit yük daşınıb. Bu dövr ərzində “Şimal-Cənub” nəqliyyat dəhlizi ilə daşınan yüklərin həcmində 63 faiz artım müşahidə olunub, 131 min ton yük daşınıb. “Şimal-Qərb” və “Şərq-Qərb” nəqliyyat dəhlizləri üzrə daşınan yüklərin həcmində də əhəmiyyətli dərəcədə artım qeydə alınıb. Belə ki, yanvar-iyul aylarında “Şimal-Qərb” nəqliyyat dəhlizi ilə daşınan ümumi tranzit yükün həcmi 70 faiz artaraq 829 min ton təşkil edib. “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə daşınan qeyri-neft məhsullarının həcmi isə 42,8 faiz artaraq 795 min ton olub.

Kollegiya iclasında vurğulanıb ki, bu ilin birinci yarısında özəl sektorun inkişafı, sahibkarlıq fəaliyyətinin genişləndirilməsi istiqamətində sistemli tədbirlər davam etdirilib.

2019-cu ilin altı ayında sahibkarlara 1130 lisenziya verilib ki, bunların da 568-i yeni, 562-si isə müddətsiz lisenziyalarla əvəzetmədən ibarətdir. Ümumilikdə isə İqtisadiyyat Nazirliyi tərəfindən “ASAN xidmət” mərkəzləri vasitəsilə 2015-ci il noyabrın 2-dən bu il iyulun 1-dək sahibkarlar 7900-dan çox lisenziya əldə edib. Ötən ilin martında yaradılan “Lisenziyalar və icazələr” portalı vasitəsilə artıq 1100-dən çox elektron lisenziya verilib.

İnvestisiya təşviqi sənədinin iqtisadiyyata sərmayələrin cəlb edilməsində əhəmiyyətli mexanizm olduğunu qeyd edən Ş.Mustafayev bildirib ki, bu ilin yanvar-iyul aylarında 449 milyon manatdan çox olan layihələr üzrə 50 investisiya təşviqi sənədi verilib. Layihələrin 58 faizi sənaye, 34 faizi kənd təsərrüfatı, 8 faizi isə turizm sahələrini əhatə edir.

İclasda özəl sektorda həyata keçirilən layihələrə dövlət dəstəyi tədbirlərinin gedişi də müzakirə olunub. Bildirilib ki, özəl sektorun uzunmüddətli və əlverişli şərtlərlə maliyyə resurslarına çıxışının təmin olunması üçün bu ilin birinci yarısında sahibkarlığın güzəştli kreditləşdirilməsi davam etdirilib. 2019-cu ilin altı ayında İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu tərəfindən sahibkarların maarifləndirilməsi, nümunəvi investisiya layihələrinin təqdim olunması, güzəştli kreditlərin verilməsi ilə bağlı 1500 sahibkarın iştirakı ilə 12 işgüzar forum keçirilib, müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 178 milyon manat olan 510 investisiya layihəsinin maliyyələşdirilməsinə 50 milyon manatadək güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 1265 yeni iş yerinin açılmasına imkan yaradır.

Güzəştli kreditlərin 68 faizi aqrar sektorun, 32 faizi sənaye istehsalı və emalının, eləcə də 44 faizi regionların, 56 faizi isə Bakı qəsəbələrinin payına düşür.

Kollegiyanın sədri Ş.Mustafayev regionlarda iş yerlərinin açılması və məşğulluğun təmin olunmasında əhəmiyyətli rol oynayan aqroparkların, iri fermer təsərrüfatlarının yaradılması və mövcud arqroparkların genişləndirilməsi istiqamətində tədbirlərin davam etdirilməsi barədə müvafiq strukturlara göstərişlər verib.

Bildirilib ki, kiçik və orta biznesin (KOB) iqtisadiyyatda rolunun artırılması dövlətimizin başçısının sosial-iqtisadi inkişaf strategiyasında əsas prioritetlərdəndir. KOB-lara dəstək məqsədilə yaradılmış Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) tərəfindən 2019-cu ilin yanvar-iyun ayları ərzində mikro, kiçik və orta sahibkarların məlumatlandırılması, onlara müxtəlif xidmətlərin göstərilməsi, yeni dəstək mexanizmlərinin yaradılması, KOB-ların maraqlarının müdafiəsi istiqamətində müvafiq tədbirlər görülüb. Belə ki, bu dövrdə 5 KOB dostu fəaliyyətə başlayıb ki, bununla da ölkə üzrə KOB dostlarının sayı 15-ə çatdırılıb. Sahibkarlara bütün dövlət-biznes (“G2B”) və zəruri biznes-biznes (“B2B”) xidmətlərin vahid məkanda göstərilməsi məqsədilə hazırda Bakı şəhərində yaradılmaqda olan ilk kiçik və orta biznes evinin (KOB evi) təşkili istiqamətində tədbirlər davam etdirilir.

KOBİA-nın təşkilatçılığı ilə mikro, kiçik və orta sahibkarların maarifləndirilməsi üçün Bakıda və ölkə regionlarında təlim, seminar və treninqlər keçirilir. Bu ilin birinci yarısında vergi, gömrük, qida təhlükəsizliyi, kommunal xidmətlərə qoşulmaq və maliyyə resurslarına çıxış imkanlarına dair təşkil olunmuş onlayn maarifləndirmə tədbirlərindən 1500-dən çox sahibkar yararlanıb. Agentlik tərəfindən KOB-ların müxtəlif tədbirlərdə iştirakına, məhsul və xidmətlərini tanıtmasına və satışına, işgüzar əlaqələrinin genişləndirilməsinə dəstək göstərilməsi məqsədilə Bakıda və ölkə regionlarında təşkil olunmuş 5 böyük sərgi və festivalda mikro və kiçik sahibkarların iştirakı təmin edilib. Şahin Mustafayev Sahibkarlığın İnkişafı Fondunun vəsaitləri hesabına güzəştli kredit almaq istəyən və alan sahibkarların KOBİA-nın informasiya, məsləhət, maarifləndirmə xidmətlərindən daha çox istifadə etməsinin və bu sahədə birgə əməkdaşlığın əhəmiyyətini diqqətə çatdırıb.

İclasda Prezident İlham Əliyevin iş yerlərinin yaradılması prosesinin davam etdirilməsi barədə tapşırıqlarına uyğun olaraq, özəl sektorda daha çox iş yerlərinin yaradılmasının stimullaşdırılması barədə müvafiq struktur bölmələrə konkret göstərişlər verilib.

İdxaldan asılılığın azaldılması, ərzaq təhlükəsizliyinin möhkəmləndirilməsi və qeyri-neft məhsulları ixracının genişləndirilməsinin dövlət başçısının sosial-iqtisadi siyasətinin prioritetlərindən olduğunu vurğulayan Ş.Mustafayev qeyd edib ki, hazırda İqtisadiyyat Nazirliyi tərəfindən dövlət başçısının qeyri-neft məhsullarının ixracının stimullaşdırılması ilə bağlı müvafiq Fərman və Sərəncamından irəli gələn tapşırıqların icrası istiqamətində tədbirlər, yerli məhsulların ixracının, rəqabətədavamlı və ixrac potensiallı məhsullar bazasının genişləndirilməsi istiqamətində işlər davam etdirilir.

İxracın stimullaşdırılmasında xüsusi əhəmiyyət kəsb edən ixrac təşviqi mexanizmi çərçivəsində bu ilin ilk altı ayında ixracatçılara 5 milyon manatdan artıq, ümumilikdə isə 2016-cı ilin mart ayından bu günədək 14 milyon manatdan çox ixrac təşviqi ödənilib.

2019-cu ilin birinci yarısında dövlət dəstəyi hesabına xarici ölkələrə 6 ixrac missiyası təşkil edilib, Azərbaycan şirkətləri 7 beynəlxalq sərgidə vahid ölkə stendi ilə qatılıblar. Kollegiya iclasında vurğulanıb ki, ixracla məşğul olan sahibkarlara dəstək tədbirləri davam etdiriləcək.

Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Fərmanı ilə müəyyən edilmiş dövlət orqanlarında daxili idarəetmə proseslərinin elektronlaşdırılması barədə tapşırıqlara uyğun olaraq, İqtisadiyyat Nazirliyi tərəfindən dövlət xidmətlərinin elektron qaydada göstərilməsi və mövcud dövlət xidmətlərinin elektronlaşdırılması ilə bu sahədə şəffaflığın və operativliyin daim diqqətdə saxlanılması təmin edilir. Nazirlik tərəfindən vətəndaşlara 66 elektron xidmət göstərilir və bunların böyük əksəriyyəti artıq “E-hökumət” portalına (www.e-gov.az) inteqrasiya olunub. Hazırda digər elektron xidmətlərin “E-hökumət” portalına inteqrasiya olunması istiqamətində tədbirlər görülür. Dövlət başçısının Azərbaycanın innovasiyalar, müasir idarəetmə yolu ilə inkişafını qarşıya məqsəd kimi qoyduğunu vurğulayan Ş.Mustafayev İqtisadiyyat Nazirliyinin fəaliyyətində müasir informasiya texnologiyalarının və mobil həllərin tətbiqinin daha da genişləndirilməsi barədə müvafiq strukturlara tapşırıqlar verib.

Kollegiyanın sədri Ş.Mustafayev Nazirlər Kabinetinin Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yanında keçirilmiş sosial-iqtisadi sahə ilə bağlı müşavirəsində dövlətimizin başçısının çıxışından irəli gələn və İqtisadiyyat Nazirliyi qarşısında qoyulmuş vəzifələrin vaxtında və yüksək səviyyədə icrası üçün nazirliyin struktur bölmələrinə konkret tapşırıqlarını bildirib, bu vəzifələrin icrası ilə bağlı Tədbirlər Planının hazırlanması qərara alınıb.

Kollegiya iclasında Prezident İlham Əliyevin sərəncamları ilə təltif olunmuş nazirliyin bir qrup əməkdaşına orden, medallar və onların vəsiqələri təqdim edilib.

İqtisadiyyat naziri Ş.Mustafayev verilən yüksək qiymətə görə nazirliyin kollektivi adından dövlətimizin başçısına dərin minnətdarlığını bildirərək, kollektivin göstərilən etimadı daim doğruldacağını söyləyib.

İclasda digər cari məsələlər də müzakirə olunub.

 
  • Oxunub:  2460  |  
  • Tarix:  14-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva: Ümummilli Lider Heydər Əliyevin unudulmaz xatirəsini ehtiramla yad edirəm

14 Dekabr 08:04
Azərbaycan notariatı Sankt-Peterburqda
14 Dekabr 08:04
Serj Sarkisyana qarşı cinayət işi Paşinyanın rəqiblərini siyasi fəaliyyətdən çəkindirmək cəhdlərindən biridir
14 Dekabr 08:03
“Nar” abunəçilərinin nəzərinə!
14 Dekabr 08:01
Azərbaycanın regionlarında elektron kənd təsərrüfatı informasiya sistemi uğurla tətbiq olunur
13 Dekabr 23:34
“Rossiyskaya qazeta” Moskvada “Heydər Əliyev: Şəxsiyyət və zaman” üçcildliyinin təqdimatı barədə məqalə dərc edib
13 Dekabr 23:09
Leyla Abdullayeva: Xarici İşlər naziri Elmar Məmmədyarovun müsahibəsinə Yerevanın reaksiyası olduqca qəribədir
13 Dekabr 22:54
“Yehovanın Xristian Şahidləri” Avropa Assosiasiyasının nümayəndələri Dövlət Komitəsində olublar
13 Dekabr 22:48
Azərbaycan Texniki Universiteti Almaniyanın ali məktəbləri ilə əməkdaşlığı genişləndirir
13 Dekabr 22:38
Azərbaycan ilə Latviya parlamentləri arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
13 Dekabr 21:47
XİN: ABŞ Senatının qondarma “erməni soyqırımı”nı tanıyan qətnaməsi qərəzli və hüquqi əsası olmayan sənəddir
13 Dekabr 21:40
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi ilə BP Eksploreyşn Limited arasında Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 21:32
Kolumbiyalı nazir: Azərbaycanla əməkdaşlığın dərinləşdirilməsi üçün birgə səylərin göstərilməsində maraqlıyıq
13 Dekabr 21:06
ADA Universiteti “Maliyyə” ixtisası üzrə ikili diplom proqramına başlayır
13 Dekabr 20:56
Azərbaycanın ərazi bütövlüyünün bərpası dövlətimizin qarşısında duran mühüm vəzifədir
13 Dekabr 20:48
Bələdiyyə seçkilərinin təbliğat-təşviqat kampaniyası çərçivəsində Nəsimi rayonunun səhiyyə işçiləri ilə görüş keçirilib
13 Dekabr 20:37
Azərbaycan və Meksika akademik-diplomatik əməkdaşlığı möhkəmləndirir
13 Dekabr 20:34
Azərbaycan-Mərakeş münasibətlərinin inkişafında ulu öndər Heydər Əliyevin mühüm rolu olub
13 Dekabr 17:43
Xalqın etimadını doğrultmaq başlıca vəzifədir
13 Dekabr 17:42
Ağacan Abiyev: Əldə olnunan nəticələr idmanın Azərbaycanda ən yüksək inkişaf zirvəsinə çatdığını göstərir
13 Dekabr 17:37
Qaradağda YAP-ın namizədləri dəstəklənəcək
13 Dekabr 17:34
Fərhad Hacıyev: Ölkəmizdə gənclər ictimai həyatın bütün sahələrində fəallıqları ilə seçilir
13 Dekabr 17:33
Saatlı rayonunda qadın seçicilərlə görüş keçirildi
13 Dekabr 17:29
Müharibə və Çernobıl əlillərinə, hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar əlilliyi olan şəxslərə 50 avtomobil təqdim edilib
13 Dekabr 17:26
YAP Səbail rayon təşkilatında ilk dəfə səs verəcək gənclərlə görüş keçirildi
13 Dekabr 17:24
Elman Məmmədov: Ermənistan təcavüzkar siyasətinə son qoymadıqca cəbhə xəttində gərginlik həmişə baş verə bilər
13 Dekabr 17:22
Gəncənin ilk dəfə səs verəcək gəncləri bələdiyyə seçkilərinə inamla gedirlər
13 Dekabr 17:17
Dövlət Sərhəd Xidmətinin cari ildə xidməti-döyüş fəaliyyətinin yekunlarına həsr olunmuş müşavirə keçirilib
13 Dekabr 17:15
Xaçmazda 12 yaşayış məntəqəsini birləşdirən avtomobil yolunun tikintisinə 15,4 milyon manat ayrılıb – SƏRƏNCAM
13 Dekabr 17:12
Vergilər nazirinin müavini Astarada vətəndaşları qəbul edib
13 Dekabr 16:58
Prezident İlham Əliyev 20 Yanvar faciəsinin otuzuncu ildönümü haqqında Sərəncam imzalayıb
13 Dekabr 16:44
Bu il dövlət sərhədini pozduqlarına görə 739 nəfər saxlanılıb
13 Dekabr 16:25
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin rəhbərliyi Abşeron, Xızı rayonlarında və Sumqayıt şəhərində vətəndaşlarla görüşüb
13 Dekabr 16:01
Mixail Qusman: Heydər Əliyevin qəbul etdiyi qərarlar Azərbaycanı dərin siyasi, iqtisadi böhrandan çıxarmağa imkan verdi
13 Dekabr 15:58
Baş prokuror Sumqayıt şəhərində vətəndaşları qəbul edib
13 Dekabr 15:54
Afinada QDİƏT-in Xarici İşlər Nazirləri Şurasının 41-ci iclası keçirilib
13 Dekabr 15:52
Baş Prokurorluq: Dövlət qurumlarının adından dələduzluq edən şəxslərin qanunsuz əməlləri ifşa olunub
13 Dekabr 15:50
Moskvada Elmira Axundovanın “Heydər Əliyev. Şəxsiyyət və Zaman” roman-tədqiqatının təqdimatı olub
13 Dekabr 15:45
Baş Prokurorluğun nümayəndə heyəti beynəlxalq tədbirdə iştirak edib
13 Dekabr 15:25
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı aralıq hesabatını təqdim edib
13 Dekabr 15:24
Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyi Mingəçevirdə vətəndaş qəbulu keçirib
13 Dekabr 15:06
AŞPA-nın 30 nəfərdən ibarət missiyası Azərbaycanda parlament seçkilərini müşahidə edəcək
13 Dekabr 15:01
Şərqşünaslıq İnstitutunda Cəlil Məmmədquluzadənin 150 illik yubileyi qeyd olunub
13 Dekabr 14:56
Kürdəmirin Qarabucaq qəsəbəsinə təbii qaz verilib
13 Dekabr 14:42
Kamilə Əliyeva: Ölkəmizdə təhsilin, elmin inkişafı üçün geniş maddi-intellektual resurslar mövcuddur
13 Dekabr 14:26
“Xarəzm ləzgi rəqsi” UNESKO-nun Bəşəriyyətin Qeyri-Maddi Mədəni İrs üzrə Reprezentativ Siyahısına daxil edilib
13 Dekabr 14:19
Prezident İlham Əliyev Rusiyanın Həştərxan vilayətinin qubernatorunun başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
13 Dekabr 14:17
Prezident İlham Əliyev Bakı gəmiqayırma zavodunda inşa olunmuş ilk tankerin istismara verilməsi mərasimində iştirak edib
13 Dekabr 14:14
AFFA-nın İcraiyyə Komitəsinin növbəti iclası keçirilib
13 Dekabr 14:01
Azərbaycanda məişət zorakılığından zərər çəkmiş şəxslərə hüquqi yardım göstərilməsinə dair Anlaşma Memorandumu imzalanıb
13 Dekabr 14:00
Mədəniyyət Nazirliyi “Gələcək nəsillərə yatırım” mövzusunda 4-cü Ümumdünya Turizm və Mədəniyyət Konfransında təmsil olunur
13 Dekabr 13:33
Brüsseldə keçirilən tədbirdə Ulu Öndərin müəyyənləşdirdiyi xarici siyasət kursunun uğurlarından bəhs olunub
13 Dekabr 13:30
Qəbələdə ilk dəfə səs verəcək gənclər seçki prosesi barədə maarifləndiriliblər
13 Dekabr 13:18
Ombudsman Türkiyənin Azərbaycandakı səfirini qəbul edib
13 Dekabr 13:14
Boris Conson: Böyük Britaniya Avropa İttifaqından 2020-ci il yanvarın 31-də çıxacaq
13 Dekabr 12:52
Azərbaycanın investisiya imkanları Səudiyyə Ərəbistanında təqdim olunub
13 Dekabr 12:39
Azərbaycan tərəfindən Albaniyaya göstərilmiş humanitar yardım rəsmi olaraq təqdim olunub
13 Dekabr 12:32
Həştərxanda keçirilən tədbirdə Ulu Öndərin Azərbaycan-Rusiya münasibətlərinin inkişafındakı əvəzsiz rolundan danışılıb
13 Dekabr 12:30
Dinlərarası və mədəniyyətlərarası dialoqun təşviqi sahəsində Azərbaycanın təşəbbüsləri BMT-də yüksək qiymətləndirilib
13 Dekabr 12:04
Səhiyyə sahəsində Azərbaycan-Türkiyə əməkdaşlığının genişləndirilməsi yolları müzakirə edilib
13 Dekabr 12:02
Paşinyan Ermənistanın keçmiş prezidentləri ilə ayrı-ayrılıqda haqq-hesab çürüdür
13 Dekabr 11:47
Bakı Musiqi Akademiyasında Azərbaycan və dünya bəstəkarlarının əsərləri səsləndirilib
13 Dekabr 11:36
Azərbaycan dəmiryolçuları Belarusun nəqliyyat potensialı ilə maraqlanıb
13 Dekabr 11:31
Prezident Vladimir Zelenski GUAM-ın üzvü olan ölkələrin nümayəndələri ilə görüşüb
13 Dekabr 11:24
Nazir müavini fermerləri payızlıq əkinlərin bəyan edilməsi prosesində fəal iştiraka çağırıb
13 Dekabr 11:04
İlahiyyat İnstitutu ilə Səudiyyə Ərəbistanı universitetləri arasında əməkdaşlıq məsələsi müzakirə olunub
13 Dekabr 10:57
Azərbaycan və Latviyanın hərbi-təhlükəsizlik sahəsində əməkdaşlığı müzakirə olunub
13 Dekabr 10:31
Ulu öndər Heydər Əliyevin xatirəsi Latviyada da yad edilib
13 Dekabr 10:28
Azərbaycan ilə Latviya arasında əlaqələr yüksək səviyyədədir
13 Dekabr 10:25
Vaşinqtonda da ümummilli lider Heydər Əliyevin xatirəsi anılıb
13 Dekabr 10:23
Bakıda türkiyəli müğənninin xeyriyyə konserti hər kəsə unudulmaz bir axşam bəxş edib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+5 +8