Ana səhifə »  Qəzetin pdf formatı »  Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir
A+   Yenilə  A-
Beynəlxalq yardımların idarə olunmasında səmərəliliyin artırılması ölkəmiz üçün prioritetdir

Davamlı inkişaf gələcək nəsillərin istehlak tələblərinin ödənilməsi imkanlarının qarşısını almadan indiki nəsillərin tələbatının normal şəkildə təmin olunmasına hesablanmış konseptual, mütərəqqi yanaşmadır. Davamlı inkişaf konsepsiyasının fəlsəfi mahiyyəti planetin təbii ehtiyatlarından zəruri ehtiyac yoxdursa istifadə etməmək və ya qənaətlə istifadə etmək, ətraf mühitin qorunmasına həssaslıq göstərmək, indiki və gələcək nəsillərin həyat keyfiyyətinin yaxşılaşdırılmasına çalışmaqdan ibarətdir. Bununla yanaşı, davamlı inkişaf insanların tələbatının ağıllı şəkildə ödənilməsi və bütün planetdə sülhün əldə edilməsinə, qorunmasına yönəlmiş sosial-iqtisadi və ekoloji inkişafı nəzərdə tutur.
Dünyanın iqtisadi-siyasi mənzərəsinə diqqət yetirsək görərik ki, beynəlxalq təşkilatların yenicə müstəqilliyinə qovuşmuş və inkişaf etməkdə olan ölkələrə yardım etmələrinə baxmayaraq, bu tip təşkilatların yardımları ölkəmizdə müşahidə olunduğu qədər sürətli və hərtərəfli inkişaf ilə nəticələnmir. Azərbaycanın sürətli inkişaf modelinin sütunu hesab edilən prinsiplərdən biri beynəlxalq təşkilatlar ilə məqsədyönlü və mərhələli şəkildə qurulmuş əməkdaşlıq münasibətləri olub. Daim milli inkişaf ehtiyaclarına uyğun olaraq təşkil edilmiş bu əməkdaşlığın möhkəm təməli məhz Ulu Öndər Heydər Əliyevin hakimiyyətdə olduğu illərdə atılıb və Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən uğurla davam etdirilib. Hazırda da bu əməkdaşlıq siyasəti inkişaf etdirilir və reallaşdırılan hazırkı islahatlar kontekstində daha mərkəzləşdirilmiş əlaqələndirilmə zərurəti yaradır.
İnkişaf terminologiyasında nisbətən yeni konsept sayılan “davamlı inkişaf” konseptinin əsas çağırışlarından biri sahələr arasında inkişaf tarazlığının qorunması və nəticələrə istiqamətlənmiş idarəetmə metodunun tətbiqidir. İdarəetmə dedikdə ağıla ilk gələn aktorlar hökumətlərdir. Çünki məhz onların sayəsində əksər ölkələrdə inkişaf siyasətləri hazırlanır, qanunvericilik aktları qəbul olunur, fərqli sahələrə resurslar ayrılır və müxtəlif maraqlı tərəflərin proseslərə cəlb olunması üçün imkanlar yaradılır, onların səyləri əlaqələndirilir.
Davamlı inkişafın təminində əsas maraqlı tərəflərdən biri beynəlxalq təşkilatlardır. Xüsusilə inkişaf etməkdə olan və dövlət quruculuğu prosesindən keçən ölkələrin beynəlxalq təşkilatların, ələlxüsus beynəlxalq maliyyə təşkilatlarının yardımına böyük ehtiyacları olur. Lakin onu da qeyd etmək lazımdır ki, əməkdaşlıq prioritetlərinin düzgün müəyyənləşdirilməməsi, yerli hökumətlər tərəfindən öhdəliyin yetərli səviyyədə olmaması və digər əlaqəli səbəblər ucbatından bir çox hallarda beynəlxalq təşkilatların yardımları gözlənilən nəticələri vermir.
Bu kontekstdə, uğurla icra olunan əməkdaşlıq təcrübəsi haqqında düşünərkən istinad edilən ilk ölkələrdən biri də Azərbaycandır. 1990-cı illərin əvvəllərində mürəkkəb geosiyasi və daxili siyasi vəziyyətdə, iqtisadi və sosial böhran şəraitində mövcud olmaq və öz müstəqilliyini qoruyub saxlamaq üçün mübarizə aparan dövlətimiz müasir tarixinin ən çətin dövrünü yaşayırdı. Belə bir xaos vəziyyətində xalqın təkidi və tələbi ilə siyasi hakimiyyətə qayıdan Ümummilli Lider Heydər Əliyev beynəlxalq təşkilatlar ilə əməkdaşlığın ölkənin gələcək inkişafı üçün önəmini gözəl anlayırdı. Beləliklə, Ulu Öndərin qayıdışı ilə ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlarla mövcud əlaqələr gücləndirildi, habelə fərqli profilli yeni təşkilatlar ölkəmizlə əməkdaşlığa başladı.
Ümumilikdə, Azərbaycan Respublikasının ölkəmizdə fəaliyyət göstərən beynəlxalq yardım təşkilatları ilə əməkdaşlığı üç fərqli kontekstdə baş verib. İlkin mərhələni 1990-cı illərdə Ermənistanın işğalçı ekspansiyaları, dövlətimizin Dağlıq Qarabağ müharibəsinə cəlb olunduğu dövr təşkil edir. Bu mərhələdə əsas diqqət Dağlıq Qarabağ müharibəsinin və onun yaratdığı ağır fəsadların, habelə keçid dövrünün problemlərinin aradan qaldırılmasına yönəlmişdi. O zaman həm Azərbaycan hökuməti, həm də ölkəmizdə fəaliyyət göstərən beynəlxalq təşkilatlar başa düşürdülər ki, qaçqınların və məcburi köçkünlərin vəziyyətinin yaxşılaşdırılması və yoxsulluğun aradan qaldırılması kimi təcili problemləri aradan qaldırmamış uzunmüddətli davamlı inkişaf strategiyalarına keçid müsbət nəticəli ola bilməz. Beləliklə, həmin illərdə əsas diqqət və resurslar qeyd olunan problemlərin həllinə yönəldilmişdi.
Tədricən bu cür vəziyyət aradan qaldırıldıqca, hökumətin beynəlxalq yardım təşkilatları ilə əməkdaşlıq istiqamətləri genişləndirildi. Bu yeni kontekstdə əsas istiqamətləndirici sənəd 2000-ci ildə BMT tərəfindən qəbul edilmiş Minilliyin Bəyannaməsi idi. Azərbaycan hökumətinin milli səviyyədə səyləri nəticəsində bu qlobal çağırışda əks olunmuş VIII Minilliyin İnkişaf Məqsədləri lokallaşdırıldı, inkişaf prosesində bütün maraqlı tərəflərin iştirakı ilə iki strateji sənəd qəbul edildi: “2003-2005-ci illər üçün Azərbaycan Respublikasında yoxsulluğun azaldılması və iqtisadi inkişaf üzrə Dövlət Proqramı” və “2008-2015-ci illərdə yoxsulluğun azaldılması və davamlı inkişaf üzrə Dövlət Proqramı”. Bu Dövlət proqramları çərçivəsində həyata keçirilmiş işlər nəticəsində ölkəmizin sosial-iqtisadi rifahında böyük sıçrayışa nail olundu, ətraf mühitin mühafizəsi üzrə addımlar sistemləşdirildi və dövlət qurumlarının fəaliyyətinin təkmilləşdirilməsi üzrə ardıcıl işlər görüldü. Sosial-iqtisadi sahədə əldə edilmiş uğurlar arasında, yoxsulluq səviyyəsinin 49 faizdən 4,9 faizə endirilməsini, 15-24 yaşlı şəxslər arasında savadlılıq səviyyəsinin 100 faizə yüksəldilməsini, işsizlik səviyyəsinin 5 faizə endirilməsini xüsusilə vurğulamaq olar.
Əldə edilmiş uğurlar, eyni zamanda, Azərbaycan hökumətinin beynəlxalq yardım təşkilatları ilə də əməkdaşlığını yeni mərhələyə yüksəltdi. Artıq bu tip beynəlxalq təşkilatların ölkəmizə köməyi əsasən məsləhət və texniki yardımlardan ibarətdir. Lakin bu yeni mərhələdə beynəlxalq donor yardımının səmərəliliyinin artırılması məqsədilə bir sıra addımların atılması zəruridir. Xüsusilə, inkişafın idarə edilməsi prosesinə çoxsaylı maraqlı tərəflərin cəlb olunmasını nəzərə alaraq, hökumət tərəfindən mərkəzləşdirilmiş formada həm beynəlxalq tərəfdaşların, həm də icraçı dövlət qurumlarının səylərinin əlaqələndirilməsi üçün əsaslar yaradılmalıdır. Beynəlxalq donor təşkilatları və maliyyə institutları ilə ortaq işbirliyində mərkəzləşdirilmiş formada vahid yanaşmanın tətbiqi müxtəlif layihələrarası təkrarçılığın qarşısını almaqla yanaşı, eyni zamanda, həyata keçirilən layihələrin qiymətləndirilmə meyarları və monitorinqinin səmərəliliyini artıracaq.
Prezident İlham Əliyevin beynəlxalq donor təşkilatları ilə fəaliyyətin əlaqələndirilməsi istiqamətində qarşıya qoyduğu tapşırıqların Azərbaycan Respublikasının hökuməti tərəfindən icrası ölkəmizin bu sahədə uğurlu idarəçilik modelinin beynəlxalq təşkilatlar vasitəsilə öyrənilməsinə, tətbiqinə şərait yaradacaq. Bu da qarşılıqlı olaraq günümüzün qlobal çağırışlarına, xüsusilə də Davamlı İnkişaf Məqsədlərinə verdiyimiz əhəmiyyətli töhfə olacaq. Qloballaşma dövründə zəngin təbii sərvətlərə və intellektual potensiala malik Azərbaycan üçün Davamlı inkişafın fəlsəfəsinin araşdırılması, bu qlobal prosesə veriləcək töhfə mühüm aktuallıq kəsb edir.
Məzahir Əfəndiyev
Azərbaycan Respublikası
Nazirlər Kabinetinin Maliyyə və
İqtisadiyyat məsələləri
şöbəsinin müdir müavini

 
  • Oxunub:  2370  |  
  • Tarix:  16-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

23 Sentyabr 22:07
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
23 Sentyabr 21:41
Filarmoniyada keçirilən növbəti konsert Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunub
23 Sentyabr 21:38
Soçidə QDİƏT Parlament Məclisinin komitə iclası keçiriləcək
23 Sentyabr 21:36
Piter Tims: IAEA 2019 ekspertlərin bir yerdə müzakirələr aparmasına gözəl şərait yaradır
23 Sentyabr 21:30
Pakistan Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan dərhal geri çəkilməsini tələb edir
23 Sentyabr 20:37
Berlin Humboldt Universitetində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
23 Sentyabr 20:33
Nyu-Yorkda Azərbaycan və Niderland Xarici İşlər nazirlərinin görüşü olub
23 Sentyabr 20:30
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf naminə Genişzolaqlı Komissiyasının illik iclasında təmsil edilib
23 Sentyabr 20:15
Nazirlər Kabinetinin növbəti iclası keçirilib
23 Sentyabr 20:12
Azərbaycan Texniki Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb
23 Sentyabr 20:09
Azərbaycan-Argentina münasibətlərinə dair müzakirələr aparılıb
23 Sentyabr 20:05
Azərbaycan və Rusiya gəncləri Sankt-Peterburqda bir araya gəldilər
23 Sentyabr 20:02
ADU-da Ülvi Bünyadzadənin xatirəsi anılıb
23 Sentyabr 20:01
Rusiya Federasiya Şurası Xəzərin Hüquqi Statusu haqqında Konvensiyanın ratifikasiyasını sentyabrın 25-də müzakirə edəcək
23 Sentyabr 19:59
İstanbulda Mübariz İbrahimovun adını daşıyan məktəbə dərsliklər paylanılıb
23 Sentyabr 19:55
Cəmşid Naxçıvanski Muzeyi istifadəyə verilib
23 Sentyabr 19:53
Azərbaycan Milli Məclisinin Sədri Nur-Sultanda Naxçıvan Sazişinin 10 illiyi ilə bağlı keçirilən dəyirmi masada iştirak edib
23 Sentyabr 17:52
Tərtərdə qanvermə aksiyası keçirilib
23 Sentyabr 17:41
Vüqar Rəhimzadə: "Əsrin müqaviləsi" Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı
23 Sentyabr 17:38
Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb
23 Sentyabr 17:29
Erməni deputatlar QDİƏT PA Komitəsinin iclasında tək qaldıqlarını etiraf ediblər
23 Sentyabr 17:18
Bakıda “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda konfrans keçirilib
23 Sentyabr 17:12
Azərbaycan nümayəndə heyəti “Avro 2020”də fan-zonaların təşkilinə dair kreativ seminarda iştirak edib
23 Sentyabr 17:07
Muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələri texniki baxışdan keçirilir
23 Sentyabr 16:46
Əmanətlərin tam sığortalanması sisteminin kənarlaşdırılması mexanizmlərinin hazırlanmasına dair seminar keçirilib
23 Sentyabr 16:43
Bakıda kütləvi futbol həftəsi festivalı keçiriləcək
23 Sentyabr 16:41
Quba–Qusar–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisinə 13,4 milyon manat ayrılıb – SƏRƏNCAM
23 Sentyabr 16:35
“Azərsu” ASC-nin rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edib
23 Sentyabr 16:23
Belçikada “Bir gün avtomobilsiz” aksiyası həyata keçirilib
23 Sentyabr 16:16
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcəkdir
23 Sentyabr 16:13
Səhiyyə Nazirliyi: Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir
23 Sentyabr 16:00
CAR-da keçirilən dünya rəqs müsabiqəsində həmyerlimizin rəhbərlik etdiyi qrup qalib gəlib
23 Sentyabr 15:38
Sevinc Fətəliyeva: Neftdən gələn gəlirlərdən səmərəli istifadə olunması nəticəsində Azərbaycan qüdrətli çevrilib
23 Sentyabr 15:35
Sahibə Qafarova: Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir
23 Sentyabr 15:28
Rauf Əliyev: Bədii Gimnastika üzrə Bakıda keçirilən 37-ci Dünya çempionatı uğurla başa çatdı
23 Sentyabr 15:22
Nazir İnam Kərimov Ağdaşda vətəndaşları qəbul edəcək
23 Sentyabr 15:15
Anjelinanın təhsil məsələsi öz həllini tapdı
23 Sentyabr 15:13
Özbəkistan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim edilib
23 Sentyabr 15:10
Gimnastımız Mixail Malkin Rusiyada dünya kuboku yarışlarında qızıl medal qazanıb
23 Sentyabr 15:06
Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır
23 Sentyabr 14:45
Həştərxanda V Xəzər Mediaforumu açılacaq
23 Sentyabr 14:39
Milli Məclisdə Ələt azad iqtisadi zonası haqqında qanunda dəyişikliklə bağlı müzakirələr aparılıb
23 Sentyabr 14:32
Peyşns Aqommoh: Bakıda keçirilən IAEA 2019 möhtəşəm təşkilatçılığı ilə seçilir
23 Sentyabr 14:22
Deputat: Azərbaycan Prezidentinin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın rifahını təmin edir
23 Sentyabr 13:57
Rendi Bennet: Bakı konfransı IAEA-nın Azərbaycanda təhsilin qiymətləndirilmə sistemi ilə yaxından tanış olmasına kömək edir
23 Sentyabr 13:45
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
23 Sentyabr 13:34
Muxtar respublikada payız suvarma mövsümünə hazırlıq görülür
23 Sentyabr 13:25
Ümumdünya Təmizlik Günü münasibətilə Pirşağı çimərliyində sahilyanı təmizlik aksiyası keçirilib
23 Sentyabr 13:21
Gökçən Acar: Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, azərbaycanlıyıq
23 Sentyabr 12:55
Ədəbiyyat İnstitutunda Hindistan günü keçirilib
23 Sentyabr 12:53
Milli Televiziya və Radio Şurasında Azərbaycanın iri kabel şəbəkə operatorlarının rəhbərləri ilə görüş olub
23 Sentyabr 12:41
Avstraliya Azərbaycanlıları Assosiasiyası deputat Con Aleksandrdan insan hüquqlarına hörmətlə yanaşmağı tələb edib
23 Sentyabr 12:27
“ABAD” 3 yaşını qeyd edir
23 Sentyabr 12:20
Beynəlxalq Valyuta Fondu Azərbaycandakı islahatları müsbət qiymətləndirir
23 Sentyabr 12:16
Los-Anceles səmalarında və küçələrində Qarabağ həqiqətləri
23 Sentyabr 12:12
Birinci vitse-prezident Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb
23 Sentyabr 12:07
Azərbaycana payız gəldi...
23 Sentyabr 12:06
19 ölkədən olan alimlər Arktikada il ərzində iqlim proseslərini öyrənəcəklər
23 Sentyabr 12:03
Bağdad Amreyev: Macarıstanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmaq müraciətini yüksək dəyərləndirdik
23 Sentyabr 11:54
Binəqədi, Yasamal, Nizami və Səbail rayonlarındakı binalarda səyyar qeydiyyat xidmətləri göstəriləcək
23 Sentyabr 11:44
Bakı Nəqliyyat Agentliyi: Paytaxtda 7 kilometrlik velosiped yolu layihələndirilib
23 Sentyabr 11:29
Azərbaycan Turizm Bürosu Çinin ən böyük onlayn turizm platformaları ilə əməkdaşlığa dair memorandum imzalayıb
23 Sentyabr 11:12
Beynəlxalq elmi konfransın iştirakçıları Heydər məscidini və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər
23 Sentyabr 10:44
Sinxua: Çin və Azərbaycan əməkdaşlığın möhkəmləndiriləcəyini vəd edirlər
23 Sentyabr 10:37
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində qarşıya qoyulan vəzifələr müzakirə olunub
23 Sentyabr 09:58
Necdet Ünüvar: Bu medalın təsis olunması və bizlərə təqdim edilməsi üçün Prezident İlham Əliyeva minnətdarlığımı bildirirəm
23 Sentyabr 09:48
Məleykə Abbaszadə: Qiymətləndirmə sahəsində islahatlar aparılması əsas müzakirə mövzularındandır
23 Sentyabr 09:36
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
23 Sentyabr 09:35
Bakıda IAEA 2019 beynəlxalq konfransının açılış mərasimi keçirilir
23 Sentyabr 09:28
Nadir Vəkiloğlu: Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis olunan medalın mənə təqdim olunması çox qürurvericidir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA