Ana səhifə »  Qəzetin pdf formatı »  2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək
A+   Yenilə  A-
2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək

Yeni Azərbaycan Partiyası Nizami rayon təşkilatının sədri, Milli Məclisin deputatı Sədaqət Vəliyeva
- Sədaqət xanım, bu il cənab Prezident İlham Əliyevin təsdiqlədiyi iki böyük sosial paketin reallaşdırılması hansı nəticələrə və uğurlara yol açdı? Uğurlarımız və nailiyyətlərimiz nələrdən ibarət oldu?

- Bu gün Azərbaycan cənab Prezident İlham Əliyevin rəhbərliyi ilə uğurla inkişaf edir. Ölkəmizin naliyyətləri və uğurları artır, əldə olunan nəticələr insanlarımızın yaşayış səviyyəsində, rifah halında əyani təsdiqini tapır. Təsadüfi deyildir ki, bu ilin altı ayında ölkə iqtisadiyyatı 2,4 faiz, qeyri-neft sektoru 3,2 faiz, qeyri-neft sənayesi 15,7 faiz artıb. Kənd təsərrüfatının isə 13 faiz artması rekord göstərici hesab olunur. Bütün bunlarla yanaşı ticarət dövriyyəsi 20 faizdən çox, qeyri-neft ixracı 15 faiz artıb. Eyni zamanda, büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artıb, altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Eləcə də, inflyasiya cəmi 2,5 faiz olub, əhalinin gəlirləri isə 6,6 faiz artıb. Bunlarla yanaşı, 49 milyard dollar səviyyəsində olan valyuta ehtiyatlarımız rekord həddə çatıb. Məhz, bu ilin altı ayında valyuta ehtiyatları 4 milyard dollar artıb. Bir il ərzində xarici borcumuz da 4 faiz aşağı düşüb və təxminən 19 faiz səviyyəsindədir. Bu ilin altı ayında sahibkarlara 50 milyon manatadək güzəştli kredit ayrılıb, ölkə iqtisadiyyatına 3,4 milyard manat sərmayə qoyulub, 60 min yeni iş yeri açılıb. Bu göstəricilər bir daha təsdiq edir ki, Azərbaycanda həyata keçirilən sosial-iqtisadi islahatlar uğurlu nəticələr verir, ölkəmizin inkişafı dinamik xarakter alıb.

Bütün deyilənlərin fonunda bir reallıq nəzərə çarpır ki, həqiqətən də 2019-cu il Azərbaycan tarixinə sosial islahatlar ili kimi düşəcək. Çünki, cənab Prezident İlham Əliyevin imzaladığı fərman və sərəncamlar əsasında reallaşdırılan böyük sosial tədbirlər paketi bütün kateqoriyalardan olan vətəndaşlarımızın rifah halını yüksəldib. Bu ilin əvvəlində təsdiqlənən böyük sosial paket 4 milyondan çox insanı əhatə edir. Burada birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz olmaqla minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılıb. Minimum əməkhaqqı da təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata, pensiya isə 116 manatdan 200 manata çatdırılıb. Eyni zamanda, problemli kreditlərlə bağlı olan məsələ də öz həllini tapıb. Həmçinin, 300 mindən çox əlilliyi olan şəxslərin, 500 minə qədər məcburi köçkünün, 100 mindən artıq tələbə və gənclərin, ümumilikdə 1,3 milyon insanımızın gəlirləri də çox əhəmiyyətli şəkildə artırılıb.

Onu da qeyd edim ki, ilk sosial paket 3 milyon insanı əhatə etməklə illik maliyyə tələbi 1,6 milyard manata bərabər idi. İkinci paket isə sentyabr ayından icra olunacaq və bu da 1 milyondan çox insanı əhatə edəcək. Ümumilikdə isə iki sosial paketin maliyyə tutumu bu il üçün 2,3 milyard manatdır. Əlbəttə ki, davam etdiriləcək sosial tədbirlərə növbəti ildə 3 milyard manat xərclənəcək ki, bu da 4,2 milyon insanımızı əhatə edəcək.

Bildiyiniz kimi, ötən gün Prezident İlham Əliyev “Əmək pensiyaları haqqında” qanuna dəyişikliyi təsdiqləyib. Sənədlə əmək pensiyasının minimum məbləği 2019-cu il 1 oktyabr tarixindən 200 manat məbləğində müəyyən olunur. Bununla da, Azərbaycanda minimum əməkhaqqının iki dəfə, minimum pensiyanın 72 faizlik artımı nəticəsində ölkəmiz bu göstəricilər ilə MDB-də müvafiq olaraq 1 və 2-ci yerlərdə qərarlaşacaq.

Həmçinin qeyd edilməlidir ki, bu ilin 6 ayı ərzində 400 kilometrə yaxın avtomobil yolu çəkilib, kommunal təsərrüfat yenilənib, 400-dən çox lift alınıb, abadlaşdırılan 50-dən çox nümunəvi həyət artıq vətəndaşların istifadəsinə verilib. Həmin nümunəvi həyətlərdən bir çoxu da Nizami rayonunda salınıb. Göründüyü kimi Azərbaycan bu ilin 6 ayı ərzində də dinamik inkişafını qoruyub saxlayıb, əsasən də sosial sahədə ciddi nailiyyətlər əldə edib. Təsadüfi deyil ki, Azərbaycanın inkişafını beynəlxalq reytinq təşkilatları da təqdir edirlər. Elə Dünya Bankının “Doing Business” proqramı çərçivəsində Azərbaycanı 10 ən islahatçı ölkə kimi tanıması və ölkəmizin 32 pillə irəliləyərək hazırda 25-ci yerdə qərarlaşması dediklərimizin əyani sübutudur.

- Ölkəmizin uğurları fonunda antiazərbaycan dairələrinin qarayaxma kampaniyası da güclənir. “Sosial şəbəkə müxalifəti” Azərbaycan polisinin fəaliyyətinə, həyata keçirilən ən ciddi sosial-iqtisadi layihələrin uğurlarına kölgə salmağa çalışırlar. Sizcə, bütün bunların əsas səbəbi nədir?

- Ümumiyyətlə, bu suala cavab vermədən öncə Azərbaycanın yerləşdiyi coğrafiyaya, eləcə də bizim regionla qonşu olan bölgələrdə baş verən hadisələrə, insanların yaşayışına və siyasi-ictimai sabitliyinə nəzər salmaq lazımdır. Adları hər kəsə yaxşı bəlli olan ölkələrdə müharibələrin, səfalətin, aclığın, destabilliyin hökm sürməsi həmin dövlətləri dünyanın ümumi inkişaf vektorundan kənarlaşdırır və uzun illər geriyə salır.

Lakin Azərbaycan 26 ildir sabit və dinamik inkişafını davam etdirir. Antiazərbaycan dairələri dəfələrlə çalışıblar ki, ölkəmizdə qarışıqlıq yaratsınlar, ictimai-siyasi sabitliyi pozsunlar. Amma Azərbaycan xalqının müdrikliyi, liderinə verdiyi dəyər və birmənalı dəstək nəticəsində ölkəmiz mənfi tendensiyaları dəf edib, uğurlu inkişafını davam etdirib.

Əlbəttə ki, bu gün Azərbaycan Cənubi Qafqaz regionun maliyyə və iqtisadi kütləsinin 75 faizinə malik bir dövlət kimi dünyanın diqqət mərkəzindədir. Bu səbəbdən də uğurlarımıza və nailiyyətlərimizə sevinən dostlarımız olduğu kimi paxıllıq edən düşmənlərimiz də var. Elə bu səbəbdən də antiazərbaycan dairələri hər fürsət düşdükcə Azərbaycanın imicinə ləkə yaxmaq, uğurlarına kölgə salmağa cəhdlər edir. Bu işdə də təbii ki, sapı özümüzdən olan baltalardan – “sosial şəbəkə müxalifəti”ndən, “qrant müxalifəti”ndən, “söyüş və iaşə” müxalifəti”ndən, “5-ci kolon”dan istifadə edir. Sosial şəbəkələrin müxtəlif seqmentlərindən istifadə etməklə xalqımız və dövlətimiz üçün ən həssas sahələrə hücumlar edirlər, qarayaxma kampaniyası təşkil edirlər.

Elə sizin də vurğuladığınız kimi son zamanlar Azərbaycan polisinə qarşı təbliğat aparırlar. Bu da səbəbsiz deyildir. Çünki Azərbaycan polisi daim ölkənin ictimai-siyasi sabitliyini təmin edir, qoruyur, vətəndaşlara xidmət edir, dövlətçiliyin keşiyində durur. Bu da antiazərbaycan dairələrin məkirli planlarını reallaşdırmağa şərait yaratmır.

Məhz, polisimizin gərgin əməyinin nəticəsidir ki, hazırda respublikamızda MDB və digər qonşu dövlətlərlə müqayisədə hər 100 min nəfərə düşən cinayətlərin sayı 40-50 faiz aşağıdır. Hətta, cinayətkarlıqla mübarizənin nəticələrinə görə, ölkəmiz bəzi Şərqi Avropa, Amerika ölkələrini də qabaqlayır. Bu, birbaşa ictimai maraqlara söykənən sosial sifarişdir və məqsədyönlü dövlət siyasətinin nəticəsidir. Bu nəticələrin qorunması və saxlanması cəmiyyətdə qanunçuluğun və ictimai təhlükəsizliyin qorunmasına cavabdeh olan hər bir polis əməkdaşından çeviklik, bilik, qabiliyyət və fədakarlıq tələb edir.

Ölkəmizdə baş verən cinayətlərin 80-90 faizdən çoxu açılırsa, bu, çox böyük nailiyyət hesab olunur. Cinayətlərin belə yüksək faizlə açılması necə ağır zəhmət hesabına başa gəlir. Bu uğurlar cinayətlərin qarşısının alınması, açılması, istintaqı, cinayətkarların axtarışı, ictimai qaydanın və ictimai təhlükəsizliyin təmin edilməsi, yol hərəkəti təhlükəsizliyinin etibarlı təşkilindən qaynaqlanır. Ölkəmizdə vətəndaşların təhlükəsizliyinin təmin edilməsi istiqamətində görülən işləri beynəlxalq təşkilatlar, dünya dövlətləri də yüksək dəyərləndirir. Buna görə də, bu gün Azərbaycan çoxsaylı beynəlxalq tədbirlərə, forumlara, konfranslara ev sahibliyi etməklə, dünyada tolerantlıq məkanı, dözümlülük, multikulturalizm mərkəzi kimi tanınır. Təbii ki, bu uğurların arxasında çətin və şərəfli xidmət aparan bütün hüquq-mühafizə orqanları ilə yanaşı Azərbaycan polisi də dayanır.

Polis orqanları öz xidməti borcunu yerinə yetirir, ictimai asayişi, vətəndaşların təhlükəsizliyini qoruyur, insnaların qanuna uyğun davranışını təmin edir. Ona görə də, biz də vətəndaş olaraq polisin şərəfli adını və qürurlu fəaliyyətini yüksək qiymətləndirməli, adına ləkə gətirilməsinə imkan verməməliyik.

 
  • Oxunub:  2670  |  
  • Tarix:  16-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir

14 Noyabr 22:19
Azərbaycanın Xarici İşlər naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb
14 Noyabr 22:14
Ali Erbaş: Terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq
14 Noyabr 22:12
Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub
14 Noyabr 22:10
Azərbaycan və Kolumbiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 21:20
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
14 Noyabr 21:13
Martin Pammer: Azərbaycan dinlər arasında dialoqun təmin olunmasında mühüm rol oynayır
14 Noyabr 21:11
Dünya dini liderlərinin II Sammiti işini plenar iclasla davam etdirib
14 Noyabr 21:01
İsrailin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
14 Noyabr 20:57
AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb
14 Noyabr 20:53
Prezident İlham Əliyevin təşəbbüsü xalqlar və dövlətlər arasında əməkdaşlığa böyük töhfədir
14 Noyabr 20:51
Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 20:49
Azərbaycan ilə Sinqapur arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 20:46
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətin Vyanada görüşləri davam etdirir
14 Noyabr 20:43
Milli Məclisin deputatları Belarusda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
14 Noyabr 20:37
Mirzəcan Xəlilov: Gələn ilin dövlət büdcəsində qeyri-neft sektoruna verilən üstünlük xüsusi olaraq nəzərə çarpır
14 Noyabr 20:33
Tahir Süleymanov: Ölkəmizin müsbət reallıqları, inkişaf meylləri gələn ilin büdcə proqnozlarının müəyyənləşdirilməsinə də öz müsbət təsirini göstərib
14 Noyabr 20:31
Azərbaycan Dillər Universitetində Əhməd bəy Ağaoğluya həsr edilən dəyirmi masa keçirilib
14 Noyabr 20:30
Elman Nəsirov: Müsavat Partiyasının rəhbərliyi Azərbaycanın adına ləkə gətirəcək addımlarla bağlı öz mövqeyini bildirməlidir
14 Noyabr 17:55
Bakıda “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi çərçivəsində sərgi təşkil olunub
14 Noyabr 17:44
Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 17:33
İtalyan mətbəxində Azərbaycan kənd təsərrüfatı məhsullarından istifadə olunacaq
14 Noyabr 17:31
Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14 Noyabr 17:27
Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14 Noyabr 17:06
Əli Hüseynli: Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub
14 Noyabr 17:02
Rusiya Federasiyasının nümayəndə heyəti yeni Peşə Təhsil Mərkəzində
14 Noyabr 16:45
“Türkün dastanı” kitabının təqdimatı olub
14 Noyabr 16:44
Goranboyun Xasadarlı kəndində 54 fərdi yaşayış evinə təbii qaz verilib
14 Noyabr 16:37
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14 Noyabr 16:27
Parisdə Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 16:24
Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlim çərçivəsində tapşırıqları icra edir
14 Noyabr 16:20
Tur-aksiya: Məktəblilər Azərbaycanın şimal qapısı sayılan Qusarın və qədim Qubanın görməli yerlərini gəziblər
14 Noyabr 15:38
Qlobal neft tələbatı 2040-cı ildə 106,4 milyon barrelə çatacaq
14 Noyabr 15:38
Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilir
14 Noyabr 15:32
II Azərbaycan Diabet Konqresi keçirilib
14 Noyabr 15:15
“Caspian Ecology” – X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin rəsmi açılışı olub
14 Noyabr 15:02
İstanbulda "Azərbaycan Respublikasının xarici siyasəti" mövzusunda konfrans keçirilib
14 Noyabr 14:56
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
14 Noyabr 14:40
Zülfiyyə Veysova: Bir gündə 650 min ağacın əkilməsi ekoloji tarazlığın bərpası baxımından əvəzolunmazdır
14 Noyabr 14:24
Azərbaycan ilə Türkiyə, Rusiya və Malayziya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
14 Noyabr 14:19
İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək
14 Noyabr 14:12
Multikulturalizm Mərkəzində ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə komissarı ilə görüş olub
14 Noyabr 14:09
UNEC İsrail ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır
14 Noyabr 14:07
Əməliyyat təlimində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib
14 Noyabr 14:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
14 Noyabr 13:57
Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir
14 Noyabr 13:56
İlham Mirzəliyev: 2005-2019-cu illərdə 2700-dən artıq istilik təhcizatı sistemi ilə bağlı layihələr icra olunub
14 Noyabr 13:52
Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
14 Noyabr 13:49
YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
14 Noyabr 13:46
YAP İcra Katibliyində “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev mətbuat konfransı keçirib
14 Noyabr 12:46
Stefania Ciannini: Azərbaycanla əməkdaşlıqda maraqlıyıq
14 Noyabr 12:45
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
14 Noyabr 12:42
Abdullahi Godah Barre : Azərbaycanla münasibətlərimiz uğurla inkişaf edir
14 Noyabr 12:34
Muxtar respublikada gənclərin sağlamlığının qorunması və fiziki inkişafına xüsusi diqqət yetirilir
14 Noyabr 12:28
Doqquz ayda bank sektorunun aktivləri 6,3 faiz artıb
14 Noyabr 12:19
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün də bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdi
14 Noyabr 12:04
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Gəncədə
14 Noyabr 11:59
“Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirilib
14 Noyabr 11:57
FAO Azərbaycanda meşəçilik sahəsində yeni layihələr həyata keçirəcək
14 Noyabr 11:39
Əli Həsənov: “Radikal müxalifətə başçılıq edənlərin təfəkkürü dünyada baş verən prosesləri yamsılamaqdan o yana keçmir”
14 Noyabr 11:29
Bakı Nəqliyyat Agentliyi tərəfindən gətirilən 280 yeni avtobus artıq paytaxtdadır
14 Noyabr 11:24
Azərbaycanla İsveçrə Əməkdaşlıq Ofisinin əməkdaşlığının perspektiv imkanları müzakirə olunub
14 Noyabr 11:13
Ölkəmiz “Dünya Robot Olimpiadası”nda təmsil edilib
14 Noyabr 11:10
Noyabrın 14-ü Dünya Diabetlə Mübarizə Günüdür
14 Noyabr 11:07
Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə İiş üzrə Şurasının iclası keçirilir
14 Noyabr 10:57
Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək
14 Noyabr 10:40
AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb
14 Noyabr 10:32
Bu gün “Avro-2020” seçmə mərhələsində 11-ci tura start veriləcək
14 Noyabr 10:22
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti öz işinə başlayır
14 Noyabr 10:13
Avstriyanın Zaltsburq şəhərində Azərbaycanın fəxri konsulluğunun açılışı olub
14 Noyabr 10:10
Ankarada geniş bir ərazidə Xocalı parkı salınır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+14 +16
gecə+9 +12