Ana səhifə »  Qəzetin pdf formatı »  Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır
A+   Yenilə  A-
Altı ayın uğurları: Azərbaycan liderliyini saxlayır

Məlum olduğu kimi, iyulun 31-də dövlət başçısının yanında bu ilin ilk altı ayının yekunlarına həsr edilmiş xüsusi müşavirə keçirilib. Tədbirdə 2019-cu ilin altı ayı ərzində sosial-iqtisadi sahədə həyata keçirilən proqramlar müzakirə edilib. Prezident İlham Əliyev nitq söyləyərək konkret faktlarla əldə edilən nailiyyətləri təhlil edib. Qeyd olunub ki, Azərbaycan dayanıqlı inkişaf yolu ilə inamla irəliləyir. Bu ilin keçən müddətində də bir sıra əhəmiyyətli proqramlar reallaşdırılıb və bu proses sürətlə davam edir. Nəzərdə tutulan 6,4 milyard manatlıq sərmayənin artıq 5,7 milyard manatı müvafiq ünvana yatırılıb. Nəticədə, 11 mindən çox yeni iş yeri açılıb. Ölkənin valyuta ehtiyatı 4 milyard dollar çoxalıb. Bütövlükdə Azərbaycan bütün istiqamətlərdə islahatları davam etdirir. Deyilənlərin fonunda ölkədə həyata keçirilən inkişaf kursunun 2019-cu ilin ilk altı ayında ifadəsinin geosiyasi təhlilinə ehtiyac görürük.

İslahatların mərkəzi punktu: insan rifahı!

Azərbaycan Respublikasının Baş Naziri Novruz Məmmədov iyulun 30-da Nazirlər Kabinetinin növbəti iclasında vurğulayıb ki, "Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanda iqtisadiyyatın bütün sahələrində həyata keçirilən strategiya əhalinin həyat səviyyəsinin yaxşılaşmasına, dünya iqtisadiyyatına inteqrasiyanın daha da sürətlənməsinə imkan yaradır. Ölkəmizin şəhər və rayonlarında bir sıra mühüm sosial infrastruktur layihələri uğurla icra olunur".

Baş Nazirin vurğulanan fikirlərinin arxasında konkret faktlar dayanır. İndi qlobal miqyasda sosial-iqtisadi, maliyyə və siyasi vəziyyət elədir ki, gənc müstəqil dövlətlərin əhalinin həyat səviyyəsini yaxşılaşdırmağa və ölkəni dünya iqtisadi sisteminə inteqrasiya etməyə imkan yaradan siyasi kursunun müəyyən edilərək həyata keçirilməsi kifayət qədər çətindir. Lakin Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu inkişaf strategiyasını daha da inkişaf etdirən Prezident İlham Əliyev bu vəzifənin öhdəsindən layiqincə gəlir. Bu səbəbdən Novruz Məmmədovun ifadə etdiyi fikir bütövlükdə Azərbaycanda həyata keçirilən inkişaf və islahatlar strategiyasını ifadə edir.

Dövlət başçısının iyulun 31-də sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə səslənən fikirlər və gətirilən faktlar yuxarıda vurğulanan tezisin tam doğru olduğunu təsdiq edir. Prezident İlham Əliyev müşavirədəki nitqində ifadə edib: "Azərbaycan dayanıqlı inkişaf yolu ilə gedir. Bir neçə il bundan əvvəl dünyanı sarsıdan və bizə də təsirsiz ötüşməyən iqtisadi-maliyyə böhranı artıq arxada qalıb. Biz bu böhrandan şərəflə çıxa bilmişik. Öz valyuta resurslarımızı qoruya bilmişik və artırmışıq".

Doğrudan da, Azərbaycan o ölkələrdəndir ki, 2008-ci ildə dünyanı bürüyən və nəticələri bu günə qədər davam edən iqtisadi və maliyyə böhranından az itki ilə çıxdı. Bu, ölkə rəhbərliyinin səmərəli inkişaf kursunu dönmədən müstəqil şəkildə həyata keçirməsi sayəsində mümkün oldu. Həmin tezisi əldə olunan nailiyyətlər sübut edir. Prezident tam əminliklə deyir ki, Azərbaycan inamla inkişaf edir. Bakı böyük infrastruktur layihələrini icra edir. Ümumi iqtisadi vəziyyətin olduqca müsbət olduğunu faktlar təsdiq etməkdədir. Təkcə bu ilin altı ayında qazanılan uğurlara nəzər salmaqla buna əmin olmaq olar. Ölkə rəhbəri müşavirədə həmin kontekstdə konkret olaraq deyib: "İqtisadiyyatımız bu ilin altı ayında 2,4 faiz, qeyri-neft sektorumuz 3,2 faiz artmışdır. Ən sevindirici göstərici qeyri-neft sənayesindədir. Burada artım 15,7 faizdir. Bu, onu göstərir ki, son illərdə sənayeləşmə siyasətimiz gözəl nəticələr verir. Sənayemizin qeyri-neft sektoru rekord addımlarla irəliləyir. Bu sahədə, əlbəttə ki, bu il istifadəyə verilmiş iri müəssisələrin rolu kifayət qədər böyükdür... Eyni zamanda, kiçik və orta sahibkarlığın inkişafı üçün lazımi addımlar atılır. Beləliklə, altı ayda qeyri-neft sənayemizin 15,7 faiz artımı, əlbəttə ki, çox sevindirici haldır".

Müqayisə üçün deyək ki, dünyanın ən güclü iqtisadi sisteminə malik olan Amerikada bu ilin altı ayı ərzində iqtisadi artım 2,1 faiz təşkil edib. Avropa İttifaqının böyük dövlətlərində artım 2-3 faiz civarında olduqda, ciddi nailiyyət kimi qəbul edilir. Belə görünür ki, Azərbaycan dünyanın ən inkişaf etmiş ölkələri ilə müqayisədə də kifayət qədər dayanıqlı inkişaf və sürətli iqtisadi artım nümayiş etdirir.

İnamla irəli: sürətli inkişafa davam...

Ayrılıqda qeyri-neft sektorunun 15 faizdən artıq inkişaf göstəricisi böyük hadisədir. Bu o deməkdir ki, Azərbaycan bütün sahələrdə dayanıqlı inkişaf xəttindədir və o, yeni texnologiyaların tətbiqinə, iqtisadiyyatın diversifikasiyasına ciddi önəm verir. Ümumilikdə isə bütün bunlar sənayeləşmə siyasətinin çox uğurlu olduğunu təsdiq edən faktlardır.

Bunların fonunda həm Azərbaycan iqtisadiyyatına qoyulan sərmayələrin səmərəli istifadəsi, həm də islahatların müxtəlif sferalar üzrə aparılması sevindiricidir. Dövlət başçısı bu bağlılıqda müşavirədə xüsusi vurğulayıb: "Qeyri-neft ixracımız 15 faiz artmışdır. Altı ayda ölkə iqtisadiyyatına 6 milyard dollardan çox sərmayə qoyulub. Bu sərmayənin böyük hissəsi qeyri-neft sektoruna qoyulan sərmayədir. İnflyasiya cəmi 2,5 faizdir. Bu da yaxşı göstəricidir, əhalinin gəlirləri 6,6 faiz artmışdır. Büdcə daxilolmaları Vergilər Nazirliyinin, Dövlət Gömrük Komitəsinin xətti ilə 440 milyon manatdan çox artmışdır, yəni, plandan əlavə yığılmışdır və bu da aparılan islahatların təzahürüdür".

Burada kiçik bir müqayisə aparmaq yerinə düşərdi. Ermənistan üçün nəzərdə tutulub ki, 2019-cu il büdcəsi 9 faiz artsın, xərclər isə 12 faiz çoxalsın. Rəqəmlərlə ifadədə bu, gəlirlərin 3,1 milyard dollar, xərclərin isə 3,4 milyard dollar olması deməkdir. Ermənistanın 2019-cu ildə xarici borcu isə 7 milyard dollardan artıq olmalıdır. Azərbaycan ölkə iqtisadiyyatına cəmi 6 ayda 6,4 milyard manat sərmayə qoymağı planlaşdırıb və onun 5,7 milyard manatı artıq reallaşıb. Yəni, faktiki olaraq, Azərbaycanın altı ayda iqtisadiyyata qoyduğu sərmayə Ermənistanın illik gəlirindən iki dəfə çoxdur!

Onu da qeyd edək ki, bu ilin ilk altı ayı ərzində valyuta ehtiyatları 4 milyard dollar artaraq 49 milyard dollar təşkil edib! Yəni, Azərbaycanın altı ay ərzində valyuta ehtiyatı Ermənistanın illik büdcə gəlirlərindən təqribən 1 milyard dollar çoxdur!

Bunlar onu göstərir ki, Azərbaycan regionda həm sürətinə, həm də gəlirlərin artımına görə şəksiz liderdir. Ermənistanın Azərbaycandan bütün sahələrdə xeyli geridə qalması prosesi davam edir. Bu xüsusda sosial sahədə həyata keçirilən proqramları Cənubi Qafqazda ən səmərəli və iri həcmli proqramlar adlandırmaq olar. Belə ki, "bu ilin əvvəlində çox böyük sosial paket təsdiqləndi və bu sosial təşəbbüslər 4 milyondan çox insanı əhatə edir. Olduqca önəmli addımlar atılmışdır – minimum əməkhaqqı, minimum pensiya əhəmiyyətli dərəcədə qaldırılmışdır. Birinci dəfə 40 faiz, ikinci dəfə də 40 faiz artmışdır, bu, artıq sentyabr ayından ödəniləcək. Minimum əməkhaqqı təxminən 2 dəfə qaldırılıb, 130 manatdan 250 manata çatdırılıb. Pensiya isə 116 manatdan 200 manata çatdırılıb... Biz buraya təxminən 2 dəfə artımın olduğu sosial müavinətləri də əlavə edə bilərik. Məcburi köçkünlərə verilən müavinət 50 faiz artmışdır, problemli kreditlərlə bağlı olan məsələ öz həllini tapmışdır, digər sosial təşəbbüslər irəli sürülmüşdür və bu, bir daha onu göstərir ki, bizim siyasətimiz sosialyönümlü siyasətdir...".

Vurğulanan faktlar və aparılan kiçik müqayisə bir daha onu göstərir ki, müstəqil dövlət quruculuğu prosesi kifayət qədər mürəkkəb prosesdir və zərgər dəqiqliyi ilə siyasi-iqtisadi kursun müəyyən edilməsini tələb edir. Azərbaycan Cənubi Qafqazda yeganə dövlətdir ki, hər il yüksək sürətlə inkişaf edir və bu, dayanıqlı xarakter alıb.

2019-cu il isə bütövlükdə dünya üçün xeyli dərəcədə qeyri-müəyyənliklər və risklərlə doludur. Ən yüksək inkişaf etmiş ölkələrin iqtisadiyyatının verilən proqnozlara uyğun olub-olmayacağı məlum deyil. Üstəlik, ekspertlər xəbərdarlıq edirlər ki, dünyanı yeni iqtisadi-maliyyə böhranı gözləyir. Bu cür risklərlə əhatə olunan Azərbaycan iqtisadiyyatının əldə etdiyi ciddi uğurlar və dayanıqlı inkişaf, əlbəttə, qürur doğurmaya bilməz. Eyni zamanda, bu onu bir daha təsdiq edir ki, ölkə rəhbərliyi son dərəcə səmərəli və perspektivli inkişaf kursu həyata keçirir.

Bu inkişaf kursunda insan faktoru ilk sırada dayanır. İnsanların rifahı naminə hakimiyyət mümkün olan hər bir müsbət addımı atır. Təcrübə göstərir ki, bu proses getdikcə daha da genişlənir və sürətlənir. Tam əminlik vardır ki, Azərbaycan bu yolda daha inamlı və səmərəli addımlar atacaqdır. Müstəqil Azərbaycan həm də ən yüksək inkişaf səviyyəsinə yüksələcəkdir!

Newtimes.az

 
  • Oxunub:  2400  |  
  • Tarix:  19-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

23 Sentyabr 22:07
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
23 Sentyabr 21:41
Filarmoniyada keçirilən növbəti konsert Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunub
23 Sentyabr 21:38
Soçidə QDİƏT Parlament Məclisinin komitə iclası keçiriləcək
23 Sentyabr 21:36
Piter Tims: IAEA 2019 ekspertlərin bir yerdə müzakirələr aparmasına gözəl şərait yaradır
23 Sentyabr 21:30
Pakistan Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan dərhal geri çəkilməsini tələb edir
23 Sentyabr 20:37
Berlin Humboldt Universitetində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
23 Sentyabr 20:33
Nyu-Yorkda Azərbaycan və Niderland Xarici İşlər nazirlərinin görüşü olub
23 Sentyabr 20:30
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf naminə Genişzolaqlı Komissiyasının illik iclasında təmsil edilib
23 Sentyabr 20:15
Nazirlər Kabinetinin növbəti iclası keçirilib
23 Sentyabr 20:12
Azərbaycan Texniki Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb
23 Sentyabr 20:09
Azərbaycan-Argentina münasibətlərinə dair müzakirələr aparılıb
23 Sentyabr 20:05
Azərbaycan və Rusiya gəncləri Sankt-Peterburqda bir araya gəldilər
23 Sentyabr 20:02
ADU-da Ülvi Bünyadzadənin xatirəsi anılıb
23 Sentyabr 20:01
Rusiya Federasiya Şurası Xəzərin Hüquqi Statusu haqqında Konvensiyanın ratifikasiyasını sentyabrın 25-də müzakirə edəcək
23 Sentyabr 19:59
İstanbulda Mübariz İbrahimovun adını daşıyan məktəbə dərsliklər paylanılıb
23 Sentyabr 19:55
Cəmşid Naxçıvanski Muzeyi istifadəyə verilib
23 Sentyabr 19:53
Azərbaycan Milli Məclisinin Sədri Nur-Sultanda Naxçıvan Sazişinin 10 illiyi ilə bağlı keçirilən dəyirmi masada iştirak edib
23 Sentyabr 17:52
Tərtərdə qanvermə aksiyası keçirilib
23 Sentyabr 17:41
Vüqar Rəhimzadə: "Əsrin müqaviləsi" Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı
23 Sentyabr 17:38
Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb
23 Sentyabr 17:29
Erməni deputatlar QDİƏT PA Komitəsinin iclasında tək qaldıqlarını etiraf ediblər
23 Sentyabr 17:18
Bakıda “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda konfrans keçirilib
23 Sentyabr 17:12
Azərbaycan nümayəndə heyəti “Avro 2020”də fan-zonaların təşkilinə dair kreativ seminarda iştirak edib
23 Sentyabr 17:07
Muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələri texniki baxışdan keçirilir
23 Sentyabr 16:46
Əmanətlərin tam sığortalanması sisteminin kənarlaşdırılması mexanizmlərinin hazırlanmasına dair seminar keçirilib
23 Sentyabr 16:43
Bakıda kütləvi futbol həftəsi festivalı keçiriləcək
23 Sentyabr 16:41
Quba–Qusar–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisinə 13,4 milyon manat ayrılıb – SƏRƏNCAM
23 Sentyabr 16:35
“Azərsu” ASC-nin rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edib
23 Sentyabr 16:23
Belçikada “Bir gün avtomobilsiz” aksiyası həyata keçirilib
23 Sentyabr 16:16
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcəkdir
23 Sentyabr 16:13
Səhiyyə Nazirliyi: Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir
23 Sentyabr 16:00
CAR-da keçirilən dünya rəqs müsabiqəsində həmyerlimizin rəhbərlik etdiyi qrup qalib gəlib
23 Sentyabr 15:38
Sevinc Fətəliyeva: Neftdən gələn gəlirlərdən səmərəli istifadə olunması nəticəsində Azərbaycan qüdrətli çevrilib
23 Sentyabr 15:35
Sahibə Qafarova: Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir
23 Sentyabr 15:28
Rauf Əliyev: Bədii Gimnastika üzrə Bakıda keçirilən 37-ci Dünya çempionatı uğurla başa çatdı
23 Sentyabr 15:22
Nazir İnam Kərimov Ağdaşda vətəndaşları qəbul edəcək
23 Sentyabr 15:15
Anjelinanın təhsil məsələsi öz həllini tapdı
23 Sentyabr 15:13
Özbəkistan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim edilib
23 Sentyabr 15:10
Gimnastımız Mixail Malkin Rusiyada dünya kuboku yarışlarında qızıl medal qazanıb
23 Sentyabr 15:06
Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır
23 Sentyabr 14:45
Həştərxanda V Xəzər Mediaforumu açılacaq
23 Sentyabr 14:39
Milli Məclisdə Ələt azad iqtisadi zonası haqqında qanunda dəyişikliklə bağlı müzakirələr aparılıb
23 Sentyabr 14:32
Peyşns Aqommoh: Bakıda keçirilən IAEA 2019 möhtəşəm təşkilatçılığı ilə seçilir
23 Sentyabr 14:22
Deputat: Azərbaycan Prezidentinin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın rifahını təmin edir
23 Sentyabr 13:57
Rendi Bennet: Bakı konfransı IAEA-nın Azərbaycanda təhsilin qiymətləndirilmə sistemi ilə yaxından tanış olmasına kömək edir
23 Sentyabr 13:45
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
23 Sentyabr 13:34
Muxtar respublikada payız suvarma mövsümünə hazırlıq görülür
23 Sentyabr 13:25
Ümumdünya Təmizlik Günü münasibətilə Pirşağı çimərliyində sahilyanı təmizlik aksiyası keçirilib
23 Sentyabr 13:21
Gökçən Acar: Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, azərbaycanlıyıq
23 Sentyabr 12:55
Ədəbiyyat İnstitutunda Hindistan günü keçirilib
23 Sentyabr 12:53
Milli Televiziya və Radio Şurasında Azərbaycanın iri kabel şəbəkə operatorlarının rəhbərləri ilə görüş olub
23 Sentyabr 12:41
Avstraliya Azərbaycanlıları Assosiasiyası deputat Con Aleksandrdan insan hüquqlarına hörmətlə yanaşmağı tələb edib
23 Sentyabr 12:27
“ABAD” 3 yaşını qeyd edir
23 Sentyabr 12:20
Beynəlxalq Valyuta Fondu Azərbaycandakı islahatları müsbət qiymətləndirir
23 Sentyabr 12:16
Los-Anceles səmalarında və küçələrində Qarabağ həqiqətləri
23 Sentyabr 12:12
Birinci vitse-prezident Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb
23 Sentyabr 12:07
Azərbaycana payız gəldi...
23 Sentyabr 12:06
19 ölkədən olan alimlər Arktikada il ərzində iqlim proseslərini öyrənəcəklər
23 Sentyabr 12:03
Bağdad Amreyev: Macarıstanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmaq müraciətini yüksək dəyərləndirdik
23 Sentyabr 11:54
Binəqədi, Yasamal, Nizami və Səbail rayonlarındakı binalarda səyyar qeydiyyat xidmətləri göstəriləcək
23 Sentyabr 11:44
Bakı Nəqliyyat Agentliyi: Paytaxtda 7 kilometrlik velosiped yolu layihələndirilib
23 Sentyabr 11:29
Azərbaycan Turizm Bürosu Çinin ən böyük onlayn turizm platformaları ilə əməkdaşlığa dair memorandum imzalayıb
23 Sentyabr 11:12
Beynəlxalq elmi konfransın iştirakçıları Heydər məscidini və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər
23 Sentyabr 10:44
Sinxua: Çin və Azərbaycan əməkdaşlığın möhkəmləndiriləcəyini vəd edirlər
23 Sentyabr 10:37
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində qarşıya qoyulan vəzifələr müzakirə olunub
23 Sentyabr 09:58
Necdet Ünüvar: Bu medalın təsis olunması və bizlərə təqdim edilməsi üçün Prezident İlham Əliyeva minnətdarlığımı bildirirəm
23 Sentyabr 09:48
Məleykə Abbaszadə: Qiymətləndirmə sahəsində islahatlar aparılması əsas müzakirə mövzularındandır
23 Sentyabr 09:36
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
23 Sentyabr 09:35
Bakıda IAEA 2019 beynəlxalq konfransının açılış mərasimi keçirilir
23 Sentyabr 09:28
Nadir Vəkiloğlu: Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis olunan medalın mənə təqdim olunması çox qürurvericidir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA