Ana səhifə »  Qəzetin pdf formatı »  Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır
A+   Yenilə  A-
Yusif Babanlı: Dövlət idman siyasəti Azərbaycanın beynəlxalq yarışlarda uğurlu çıxışı üçün geniş imkanlar açır

Dünyanın sürətlə inkişaf edən ölkələrindən olan Azərbaycan həm də qabaqcıl idman dövlətlərindən biri kimi tanınır. Ölkəmizdə bütün sahələr kimi, idman da uğurla inkişaf edir. Xüsusilə vurğulamaq istəyirəm ki, Azərbaycanda fiziki və mənəvi cəhətdən hərtərəfli inkişaf etmiş istedadlı gənc nəsil yetişir. Yeniyetmə və gənc idmançılarımız beynəlxalq arenada böyük uğurlara imza atır, müxtəlif beynəlxalq yarışlarda, dünya və Avropa çempionatlarında ölkəmizi layiqincə təmsil edib, dövlət bayrağımızı yüksəklərdə dalğalandırırlar. Bütün bunlar Azərbaycanda idman siyasətinin düşünülmüş şəkildə aparıldığını bir daha təsdiq edir. Dövlətin məqsədyönlü idman siyasəti gələcəkdə də Azərbaycanın bütün beynəlxalq yarışlarda ən yüksək pillələrdə özünü təsdiq etməsinə geniş imkanlar yaradacaq.

Bu sözləri Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının prorektoru, professor Yusif Babanlı AZƏRTAC-a məxsusi müsahibəsində deyib.

İdmanın maddi-texniki bazasının ən müasir

standartlara uyğun qurulması böyük perspektivlər vəd edir

Ölkəmizdə Olimpiya hərəkatının və bütövlükdə idmanın inkişafında yeni mərhələnin əsasının 1997-ci ildə İlham Əliyevin MOK-un prezidenti seçilməsi ilə qoyulduğunu bildirən Y.Babanlı bundan sonra Azərbaycanın idman uğurlarının yeni mərhələsinin başlandığını bildirib. O qeyd edib ki, təməli ümummilli lider Heydər Əliyev tərəfindən qoyulan idman siyasətinin uğurla davam etdirilməsi nəticəsində ölkəmiz idmanda böyük nailiyyətlərə imza atıb. Qazanılan qələbələr Azərbaycanın hər bir gəncində qürur hissi yaradır. Bu sahənin inkişafı üçün ötən illərdə kompleks tədbirlər görülüb. İdmançıların təlim-məşq proseslərinin yüksək səviyyədə təşkili qazanılan nəticələrdə təsdiqini tapır. Federasiyalar, idman klubları, cəmiyyətləri uğurla fəaliyyət göstərir, Milli Olimpiya Komitəsi, Gənclər və İdman Nazirliyi və digər müvafiq qurumlar dövlət idman siyasətinin uğurla reallaşmasına mühüm töhfə verirlər. Azərbaycanda idmanın maddi-texniki bazasının ən müasir standartlara uyğun qurulması və bu işin böyük sürətlə davam etdirilməsi böyük inkişaf perspektivləri vəd edir. Sevindirici haldır ki, indi klublar və federasiyalar da idman bazalarını yaradırlar. Bölgələrdə Olimpiya İdman komplekslərinin tikintisi rayonlarımızda idmanla məşğul olmaq üçün imkanları daha da genişləndirir. Təsadüfi deyil ki, beynəlxalq arenada qazanılan nailiyyətlərdə bölgə idmançılarının da böyük payı var.

Azərbaycanın zəngin mədəniyyəti, tarixi irsi,

bugünkü reallıqları kifayət qədər geniş şəkildə təqdim edilir

Yusif Babanlı dünyanın idman mərkəzlərindən birinə çevrilən Azərbaycanın ən mötəbər beynəlxalq tədbirlərə yüksək səviyyədə ev sahibliyi etdiyini bildirib: “Son illər respublikamızda təşkil olunan irimiqyaslı müxtəlif tədbirlər, yarışlar, sərgi, konsertlər həm də Azərbaycanın zəngin mədəniyyətini, tarixi irsini, bugünkü reallıqlarını kifayət qədər geniş şəkildə təqdim etmək üçün imkanlar yaradıb. Respublikamızda ən mötəbər beynəlxalq yarışların təşkili üçün hər cür şərait var. Birinci Avropa, IV İslam Həmrəyliyi Oyunları, Formula 1 və digər irimiqyaslı yarışlar bunu bir daha təsdiqləyib. Həm I Avropa, həm də IV İslam Həmrəyliyi Oyunlarının yüksək səviyyədə təşkilində Azərbaycanın Birinci vitse-prezidenti xanım Mehriban Əliyevanın misilsiz xidmətləri var. Məhz Mehriban xanımın yüksək təşkilatçılıq qabiliyyəti nəticəsində bu yarışlar bütün dünyada geniş əks-səda doğurdu.

İrimiqyaslı tədbirlər zamanı ölkəmizə gələn qonaqlar, idmançılar, məşqçilər, idman mütəxəssisləri həm də yarışlardan sonra ölkəmizlə yaxından tanış olmaq imkanı qazanır, burada gedən sürətli inkişafın şahidi olurlar. Azərbaycana gələn turistlərin sayı ildən-ilə artmaqdadır. Şübhəsiz, bu cür mühüm əhəmiyyət daşıyan irimiqyaslı tədbirlərin turistlərin cəlb edilməsində böyük rolu var. İdman tariximizdə ilk dəfə olaraq, Bakı UEFA Avropa Liqasının final matçına ev sahibliyi etdi. Bundan başqa, ölkəmiz futbol üzrə Avropa çempionatının final mərhələsinin oyunlarına da ev sahibliyi edəcək. Bu nüfuzlu turnirə ev sahibliyi hüququ əldə etmək o qədər də rahat deyil. Bir çox inkişaf etmiş şəhərlər çox istəyirlər ki, bu mötəbər yarış məhz orada baş tutsun. Azərbaycanın bütün sahələrdə inkişafı, mükəmməl infrastruktur, müasir idman obyektləri, möhtəşəm Bakı Olimpiya Stadionu, gözəl otellər, ölkəmizdə hökm sürən sabitlik və təhlükəsizlik kimi mühüm amillər bu qərarın verilməsində böyük rol oynayıb. Əldə edilən nəticələr göstərir ki, cəmi 28 illik müstəqillik dövründə biz ən yüksək zirvəyə çata bilmişik”.

Əldə edilən qələbələr cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır

Prorektor Yusif Babanlı idmanın yüksək sürətlə inkişafının ölkəmizin həm də ümumi inkişaf səviyyəsini göstərdiyini vurğulayıb. O qeyd edib ki, dünyanın ən mötəbər idman tədbirlərindən olan Olimpiya Oyunlarında Azərbaycan idmançıları möhtəşəm qələbələr qazanıblar: “Olimpiya Oyunlarında Azərbaycan komandasının əldə etdiyi nəticələrə nəzər salsaq, hər olimpiadada uğurların əvvəlki ilə müqayisədə artdığını görərik. Qeyd edim ki, Azərbaycan yığma komandası sonuncu - Rio Olimpiadasında əvvəlki olimpiadalarla müqayisədə daha geniş heyətlə – idmanın 18 növü üzrə 56 idmançı ilə təmsil olunub. “Atlanta 1996”da 1, “Sidney 2000”də 3, “Afina 2004”də 5, “Pekin 2008”də 7, “London 2012”də 10 medal qazanan Azərbaycan komandası “Rio 2016” Yay Olimpiya Oyunlarında tarixi qələbəyə imza ataraq 18 medal əldə edib. Bu nəticə ilə yığmamız medalların sayına görə 207 iştirakçı və 87 mükafatçı dövlət arasında 14-cü yeri tutub. Müxtəlif idman növləri üzrə dünya, Avropa çempionatları, nüfuzlu beynəlxalq yarışlarda da komandamızın əldə etdiyi nəticələr yüksəlməkdə davam edir. Bu qələbələrin hər biri cəmiyyətimizin vətənpərvərlik ruhunu artırır, uşaq və yeniyetmələri idmanla məşğul olmağa şövq edir. Gənclərimiz Olimpiya, dünya, Avropa çempionlarına oxşamaq, dövlətimizin bayrağını onlar kimi yüksəklərdə dalğalandırmağı arzulayırlar.

Artıq Tokio Yay Olimpiya Oyunlarına hazırlıq həlledici mərhələyə qədəm qoyub. Müxtəlif idman növləri üzrə təmsilçilərimiz olimpiadaya lisenziya qazanmaq üçün bütün qüvvələrini səfərbər ediblər. Atletlərimiz ənənəyə sadiq qalaraq növbəti Olimpiya Oyunlarında qələbələrin sayını daha da artırmaq arzusundadırlar”.

 
  • Oxunub:  2310  |  
  • Tarix:  20-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

23 Sentyabr 22:07
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
23 Sentyabr 21:41
Filarmoniyada keçirilən növbəti konsert Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunub
23 Sentyabr 21:38
Soçidə QDİƏT Parlament Məclisinin komitə iclası keçiriləcək
23 Sentyabr 21:36
Piter Tims: IAEA 2019 ekspertlərin bir yerdə müzakirələr aparmasına gözəl şərait yaradır
23 Sentyabr 21:30
Pakistan Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan dərhal geri çəkilməsini tələb edir
23 Sentyabr 20:37
Berlin Humboldt Universitetində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
23 Sentyabr 20:33
Nyu-Yorkda Azərbaycan və Niderland Xarici İşlər nazirlərinin görüşü olub
23 Sentyabr 20:30
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf naminə Genişzolaqlı Komissiyasının illik iclasında təmsil edilib
23 Sentyabr 20:15
Nazirlər Kabinetinin növbəti iclası keçirilib
23 Sentyabr 20:12
Azərbaycan Texniki Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb
23 Sentyabr 20:09
Azərbaycan-Argentina münasibətlərinə dair müzakirələr aparılıb
23 Sentyabr 20:05
Azərbaycan və Rusiya gəncləri Sankt-Peterburqda bir araya gəldilər
23 Sentyabr 20:02
ADU-da Ülvi Bünyadzadənin xatirəsi anılıb
23 Sentyabr 20:01
Rusiya Federasiya Şurası Xəzərin Hüquqi Statusu haqqında Konvensiyanın ratifikasiyasını sentyabrın 25-də müzakirə edəcək
23 Sentyabr 19:59
İstanbulda Mübariz İbrahimovun adını daşıyan məktəbə dərsliklər paylanılıb
23 Sentyabr 19:55
Cəmşid Naxçıvanski Muzeyi istifadəyə verilib
23 Sentyabr 19:53
Azərbaycan Milli Məclisinin Sədri Nur-Sultanda Naxçıvan Sazişinin 10 illiyi ilə bağlı keçirilən dəyirmi masada iştirak edib
23 Sentyabr 17:52
Tərtərdə qanvermə aksiyası keçirilib
23 Sentyabr 17:41
Vüqar Rəhimzadə: "Əsrin müqaviləsi" Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı
23 Sentyabr 17:38
Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb
23 Sentyabr 17:29
Erməni deputatlar QDİƏT PA Komitəsinin iclasında tək qaldıqlarını etiraf ediblər
23 Sentyabr 17:18
Bakıda “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda konfrans keçirilib
23 Sentyabr 17:12
Azərbaycan nümayəndə heyəti “Avro 2020”də fan-zonaların təşkilinə dair kreativ seminarda iştirak edib
23 Sentyabr 17:07
Muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələri texniki baxışdan keçirilir
23 Sentyabr 16:46
Əmanətlərin tam sığortalanması sisteminin kənarlaşdırılması mexanizmlərinin hazırlanmasına dair seminar keçirilib
23 Sentyabr 16:43
Bakıda kütləvi futbol həftəsi festivalı keçiriləcək
23 Sentyabr 16:41
Quba–Qusar–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisinə 13,4 milyon manat ayrılıb – SƏRƏNCAM
23 Sentyabr 16:35
“Azərsu” ASC-nin rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edib
23 Sentyabr 16:23
Belçikada “Bir gün avtomobilsiz” aksiyası həyata keçirilib
23 Sentyabr 16:16
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcəkdir
23 Sentyabr 16:13
Səhiyyə Nazirliyi: Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir
23 Sentyabr 16:00
CAR-da keçirilən dünya rəqs müsabiqəsində həmyerlimizin rəhbərlik etdiyi qrup qalib gəlib
23 Sentyabr 15:38
Sevinc Fətəliyeva: Neftdən gələn gəlirlərdən səmərəli istifadə olunması nəticəsində Azərbaycan qüdrətli çevrilib
23 Sentyabr 15:35
Sahibə Qafarova: Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir
23 Sentyabr 15:28
Rauf Əliyev: Bədii Gimnastika üzrə Bakıda keçirilən 37-ci Dünya çempionatı uğurla başa çatdı
23 Sentyabr 15:22
Nazir İnam Kərimov Ağdaşda vətəndaşları qəbul edəcək
23 Sentyabr 15:15
Anjelinanın təhsil məsələsi öz həllini tapdı
23 Sentyabr 15:13
Özbəkistan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim edilib
23 Sentyabr 15:10
Gimnastımız Mixail Malkin Rusiyada dünya kuboku yarışlarında qızıl medal qazanıb
23 Sentyabr 15:06
Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır
23 Sentyabr 14:45
Həştərxanda V Xəzər Mediaforumu açılacaq
23 Sentyabr 14:39
Milli Məclisdə Ələt azad iqtisadi zonası haqqında qanunda dəyişikliklə bağlı müzakirələr aparılıb
23 Sentyabr 14:32
Peyşns Aqommoh: Bakıda keçirilən IAEA 2019 möhtəşəm təşkilatçılığı ilə seçilir
23 Sentyabr 14:22
Deputat: Azərbaycan Prezidentinin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın rifahını təmin edir
23 Sentyabr 13:57
Rendi Bennet: Bakı konfransı IAEA-nın Azərbaycanda təhsilin qiymətləndirilmə sistemi ilə yaxından tanış olmasına kömək edir
23 Sentyabr 13:45
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
23 Sentyabr 13:34
Muxtar respublikada payız suvarma mövsümünə hazırlıq görülür
23 Sentyabr 13:25
Ümumdünya Təmizlik Günü münasibətilə Pirşağı çimərliyində sahilyanı təmizlik aksiyası keçirilib
23 Sentyabr 13:21
Gökçən Acar: Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, azərbaycanlıyıq
23 Sentyabr 12:55
Ədəbiyyat İnstitutunda Hindistan günü keçirilib
23 Sentyabr 12:53
Milli Televiziya və Radio Şurasında Azərbaycanın iri kabel şəbəkə operatorlarının rəhbərləri ilə görüş olub
23 Sentyabr 12:41
Avstraliya Azərbaycanlıları Assosiasiyası deputat Con Aleksandrdan insan hüquqlarına hörmətlə yanaşmağı tələb edib
23 Sentyabr 12:27
“ABAD” 3 yaşını qeyd edir
23 Sentyabr 12:20
Beynəlxalq Valyuta Fondu Azərbaycandakı islahatları müsbət qiymətləndirir
23 Sentyabr 12:16
Los-Anceles səmalarında və küçələrində Qarabağ həqiqətləri
23 Sentyabr 12:12
Birinci vitse-prezident Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb
23 Sentyabr 12:07
Azərbaycana payız gəldi...
23 Sentyabr 12:06
19 ölkədən olan alimlər Arktikada il ərzində iqlim proseslərini öyrənəcəklər
23 Sentyabr 12:03
Bağdad Amreyev: Macarıstanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmaq müraciətini yüksək dəyərləndirdik
23 Sentyabr 11:54
Binəqədi, Yasamal, Nizami və Səbail rayonlarındakı binalarda səyyar qeydiyyat xidmətləri göstəriləcək
23 Sentyabr 11:44
Bakı Nəqliyyat Agentliyi: Paytaxtda 7 kilometrlik velosiped yolu layihələndirilib
23 Sentyabr 11:29
Azərbaycan Turizm Bürosu Çinin ən böyük onlayn turizm platformaları ilə əməkdaşlığa dair memorandum imzalayıb
23 Sentyabr 11:12
Beynəlxalq elmi konfransın iştirakçıları Heydər məscidini və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər
23 Sentyabr 10:44
Sinxua: Çin və Azərbaycan əməkdaşlığın möhkəmləndiriləcəyini vəd edirlər
23 Sentyabr 10:37
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində qarşıya qoyulan vəzifələr müzakirə olunub
23 Sentyabr 09:58
Necdet Ünüvar: Bu medalın təsis olunması və bizlərə təqdim edilməsi üçün Prezident İlham Əliyeva minnətdarlığımı bildirirəm
23 Sentyabr 09:48
Məleykə Abbaszadə: Qiymətləndirmə sahəsində islahatlar aparılması əsas müzakirə mövzularındandır
23 Sentyabr 09:36
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
23 Sentyabr 09:35
Bakıda IAEA 2019 beynəlxalq konfransının açılış mərasimi keçirilir
23 Sentyabr 09:28
Nadir Vəkiloğlu: Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis olunan medalın mənə təqdim olunması çox qürurvericidir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA