Ana səhifə »  Qəzetin pdf formatı »  Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır
A+   Yenilə  A-
Ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyasının birgə layihələri davamlıdır

Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər nazirinin müavini Firdovsi Əliyev www.yap.org.az saytına müsahibə verib:
- Firdovsi müəllim, öncə Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyası arasında imzalanmış birgə Fəaliyyət proqramının əhəmiyyəti və bu çərçivədə nəzərdə tutulan tədbirlər barədə fikirlərinizi bilmək istərdik…

- İnsanların sağlam ətraf mühitdə yaşamaq hüququnun təmin edilməsi və təbii sərvətlərdən səmərəli istifadəsi ölkədə aparılan sosial islahatların mühüm tərkib hissələrindən biridir. 1993-cü ildə ulu öndər Heydər Əliyevin xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələrlə yanaşı, ətraf mühitin mühafizəsi sahəsinə göstərdiyi diqqət nəticəsində ölkəmizdə yeni ekoloji siyasət formalaşmışdır. Ümummilli Liderin tövsiyələri rəhbər tutularaq müstəqil Azərbaycanın zəngin təbiətini, təbii sərvətlərini qorumaq və bərpa etmək istiqamətində işlər bu gün də uğurla davam etdirilir, yeni-yeni layihələr həyata keçirilir, ekoloji problemlərin həllinə cəmiyyətin, yerli və beynəlxalq təşkilatların diqqətinin daha da artırılması istiqamətində maarifləndirici tədbirlər reallaşdırılır. Azərbaycanın uğurlu gələcəyinə hesablanmış siyasətin son 16 ilə yaxın dövrdə möhtərəm Prezidentimiz İlham Əliyev tərəfindən davam etdirilməsi yeni-yeni hədəfləri stimullaşdırır.

Ekologiya və Təbii Sərvətlər Nazirliyinin qarşısında qoyulmuş vəzifələr təbiətin mühafizəsi, keçmişdən miras qalmış ekoloji problemlərin aradan qaldırılması və təbii sərvətlərdən səmərəli istifadənin tənzimlənməsindən ibarətdir. Ətraf mühitin mühafizəsi elə bir sahədir ki, burada ictimaiyyətin geniş təbəqəsinin iştirakı faydalı hesab olunur. Buna görə də biz çalışırıq ki, bu sahədə dövlət qurumları, özəl sektorla yanaşı, ictimaiyyət nümayəndələri ilə də əməkdaşlıq edək.

Məlum olduğu kimi, 2019-cu il 5 iyul tarixində ətraf mühitin mühafizəsi və ekoloji layihələrin həyata keçirilməsi istiqamətində birgə əməkdaşlıq məqsədi ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında birgə Fəaliyyət proqramı imzalanmışdır.

Proqram ölkədə ekoloji vəziyyətin yaxşılaşdırılması və ətraf mühitin mühafizəsi istiqamətində həyata keçirilən tədbirlərdə ictimaiyyətin geniş iştirakı, əhalinin maarifləndirilməsi və məlumatlılığın artırılması, insanlarda təbiətə qarşı humanizm ideyalarının aşılanması məqsədini daşıyır. Birgə Fəaliyyət proqramında yaşıllaşdırma tədbirlərinin keçirilməsi, gənclər üçün «Yay məktəbi»nin təşkili, atmosfer havasının mühafizəsi, tullantıların idarə olunması, müxtəlif mövzularda müsabiqələrin keçirilməsi, yeniyetmə və gənclər arasında maarifləndirmə tədbirlərinin aparılması, ekoloji təbliğat yönümlü tədbirlərin təşkili, mühafizə olunan təbiət ərazilərinin tanıdılması, gənclər arasında intellektual yarışların keçirilməsi və s. məsələlər öz əksini tapıb. Ümumiyyətlə, ətraf mühitin mühafizəsi sahəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyi ilə Yeni Azərbaycan Partiyası arasında mövcud əməkdaşlıq müxtəlif layihələr çərçivəsində uğurla davam etdirilir. Belə ki, 2018-ci ildə Yeni Azərbaycan Partiyasının təşəbbüsü ilə 700 min ağacın əkilməsi ilə bağlı geniş bir layihə həyata keçirildi. Bu kimi layihələr ümumilikdə cəmiyyətə bir çağırış kimi dəyərləndirilməlidir. Hər bir Azərbaycan vətəndaşı, bu gün nəinki ölkənin, regionun aparıcı siyasi təşkilatına çevrilən Yeni Azərbaycan Partiyasının 740 mindən artıq üzvlərinin hər biri paytaxt və bölgələrdə reallaşdırılan bu təşəbbüslərə öz töhfəsini verməli, ətraf mühitin qorunmasına, ekoloji tarazlığın qorunmasına dəstək olmalıdılar.

- Fəaliyyət proqramın imzalandığı vaxtdan ötən qısa müddətdə hansı layihələr həyata keçirilib?

- Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında birgə Fəaliyyət proqramının imzalanmasından bir aydan artıq müddət keçməsinə baxmayaraq biz artıq sənəddə nəzərdə tutulmuş iki əhəmiyyətli layihəni birlikdə həyata keçirmişik. Xüsusilə mətbuat nümayəndələrinə minnətdarlığımı bildirmək istərdim ki, onlar bu layihələri işıqlandırmaqla yanaşı, özləri də prosesin fəal işştirakçıları oldular. Fəaliyyət proqramına uyğun olaraq iyulun 29-dan avqustun 2-dək “Gənc nəslin ətraf mühitin mühafizəsində rolu” mövzusunda «Yay məktəbi» təşkil olundu. Tədbir ətraf mühit və təbii sərvətlərin milli dəyər kimi gələcək nəsillər üçün qorunub saxlanılması ideyalarının gənclər arasında təbliği, ekoloji maarifləndirmənin, ekoloji təhsilin və təbiətə humanist münasibətin təşviqi, həmçinin yüksək ixtisaslı kadr heyətinin formalaşdırılması məqsədini daşıyırdı. «Yay məktəbi» çərçivəsində gənclər qarşısında Ekologiya və Təbii Sərvətlər Nazirliyinin peşəkar mütəxəssisləri tərəfindən ətraf mühitin mühafizəsində gənclərin rolu, ölkəmizin təbii sərvətləri, ətraf mühitin mühafizəsi istiqamətində görülmüş işlər, xüsusi mühafizə olunan təbiət əraziləri, yaşıllıqların mühafizəsi, iqlim dəyişmələri, dayanıqlı inkişaf məqsədləri, su ehtiyatlarının və tullantıların idarə olunması, yaşıl iqtisadiyyat, ətraf mühitin monitorinqi və s. mövzularda məruzələr edildi, zəngin məlumat əldə etmələrinə şərait yaradıldı. Eyni zamanda, «Yay məktəbi»nin iştirakçıları Dövlət Geologiya Muzeyinə və Abşeron Milli Parkına ekskursiya etmiş, hidrometeoroloji proqnozların hazırlandığı və ətraf mühit komponentlərinin analizlərinin aparıldığı laboratoriyanın fəaliyyəti ilə tanış olmuşlar. Bundan əlavə, 12 avqust “Xəzər günü” ilə əlaqədar Ekologiya və Təbii Sərvətlər Nazirliyi və Yeni Azərbaycan Partiyasının təşkilatçılığı ilə Buzovna çimərliyi ərazisində dəniz sahilinin plastik və digər tullantılardan təmizlənməsi məqsədilə “Xəzərin mühafizəsində birik, birlikdəyik” devizi altında iməcilik keçirildi. Nazirliyin əməkdaşlarının, YAP nümayəndələrinin, Milli Məclisin deputatlarının, ziyalıların, tanınmış mədəniyyət və incəsənət xadimlərinin, könüllülərin iştirakı ilə keçirilən aksiyada 10 hektar ərazi tullantılardan təmizləndi, tullantılar çeşidlənərək aidiyyəti üzrə daşındı. Tədbirin keçirilməsində məqsəd Xəzər dənizinin və sahil zonasının ekoloji vəziyyətinin yaxşılaşdırılmasında ictimaiyyətin rolunu artırmaq və bu sahədə ictimaiyyətlə əməkdaşlığı gücləndirməkdir və bu çərçivədə Xəzər dənizinin Azərbaycana aid şimaldan cənuba qədər sahil zolağı boyunca bu cür təmizlik aksiyaları keçirilib.

- Proqram çərçivəsində növbəti hansı tədbirlərin həyata keçirilməsi planlaşdırılır?

- Yeni Azərbaycan Partiyası ilə Ekologiya və Təbii Sərvətlər Nazirliyi arasında imzalanmış birgə Fəaliyyət proqramı əhatəlidir. Bu sənəddə nəzərdə tutulmuş tədbirlərin bütün respublika üzrə, ictimaiyyətin bütün nümayəndələrinin iştirakı ilə həyata keçirilməsini planlaşdırırıq. Proqramda əkin mövsümləri dövründə yaşıllıq aksiyalarının keçirilməsi, milli parkların və ölkəmizin digər füsunkar təbiət ərazilərimizin tanıdılması, atmosfer havasının mühafizəsinin təbliği məqsədilə veloyürüşün, plastik mənşəli məhsullardan istifadənin azaldılması istiqamətində təbliğat xarakterli tədbirlərin, orta və ali təhsil müəssislərində şagird və tələbələrlə görüşlərin, yeniyetmə və gənclər arasında yazı müsabiqələrinin və intellektual yarışların təşkili və s. tədbirlər nəzərdə tutulur. Ümumiyyətlə, proqram çərçivəsində ətraf mühitin mühafizəsi sahəsində qarşıya qoyulmuş vəzifələrin yerinə yetirilməsində Yeni Azərbaycan Partiyasının üzvü olan hər bir nazirlik əməkdaşının məsuliyyəti daha böyükdür. Ekologiya və Təbii Sərvətlər Nazirliyində ümumilikdə 5 mindən üzvü birləşdirən Yeni Azərbaycan Partiyasının ilk ərazi təşkilatı fəaliyyət göstərir, sıralarını kəmiyyət və keyfiyyət baxımından günbəgün genişləndirir. Nazirliyin hər bir əməkdaşı və partiya üzvü Ümummilli lider Heydər Əliyevin layiqli davamçısı möhtərəm Prezidentimiz İlham Əliyevin ətrafında sıx birləşərək, həyata keçirilən siyasətə dəstəklərini üzərilərinə düşən vəzifələri lazımi səviyyədə yerinə yetirmələri, Azərbaycanın davamlı inkişafına töhfə vermək üçün göstərdikləri səyləri daha da artırmaları ilə nümayiş etdirirlər.

- Firdovsi müəllim, ölkəmizdə həyata keçirilən tədbirlərdə gənclərimizin fəallığı xüsusilə diqqət çəkir. Dövlətimizin başçısı İlham Əliyev daim bildirir ki, gənclərin potensial imkanlarından səmərəli istifadə etmək əsasdır. Ətraf mühitin mühafizəsi sahəsində gənclərə tövsiyələriniz…

- Ölkədə ətraf mühitin mühafizəsi tədbirlərinin səmərəliliyinin artırılması üçün gənclər arasında əlaqələndirilmiş kütləvi maarifləndirmə sisteminin yaradılmasına, onlara təbiətdən səmərəli istifadə olunması vərdişlərinin aşılanmasına böyük ehtiyac var. Azərbaycanda gənc nəslin ekoloji layihələrin həyata keçirilməsində fəal iştirakı üçün bütün imkanlar mövcuddur. Gənclər arasında maarifləndirmə tədbirlərinin aparılması, ekoloji təbliğat yönümlü tədbirlərin keçirilməsi, yaşıllaşdırma aksiyaları, mühafizə olunan təbiət ərazilərinin tanıdılması, gənclər üçün «Yay məktəbi»nin təşkili, gənclər arasında intellektual yarışmaların keçirilməsi istiqamətində bundan sonra birgə addımlar atılacaq.

Ətraf mühitə və təbii sərvətlərə daim həssaslıqla yanaşılması, bu istiqamətdə dünyanın çağırışlarına uyğunlaşmaq, cəmiyyət və təbiət münasibətlərinin sağlam fikir əsasında formalaşması məqsədilə əsas məsələlərdən biri də əhalinin diqqətini ətraf mühitin mühafizəsi məsələlərinə yönəltməkdir ki, bu istiqamətdə maarifləndirici tədbirlərin miqyası daha da genişləndiriləcək. Sevindirici haldır ki, ekoloji durumun yaxşılaşdırılması ilə bağlı məsələlərdə ictimai qınaq mexanizmi formalaşır, vətəndaş mövqeyi nümayiş etdirilir və insanların təbiətlə münasibətlərində müsbət dəyişikliklər öz bəhrəsini verir. Həyata keçirdiyimiz tədbirlərin cəmiyyətə bir çağırış, mesaj kimi dəyərləndirilən mövzuları da hədəflərimizə işıq salır. «Birik, birlikdəyik» deyib başladığımız uğurlu yolu inamla davam etdirək, ətraf mühitin qorunmasına dəstək olaq, sağlamlığımızın keşiyində dayanaq.

 
  • Oxunub:  2460  |  
  • Tarix:  20-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

23 Sentyabr 22:07
Bakıda Səudiyyə Ərəbistanının milli bayramı qeyd edilib
23 Sentyabr 21:41
Filarmoniyada keçirilən növbəti konsert Üzeyir Hacıbəylinin xatirəsinə həsr olunub
23 Sentyabr 21:38
Soçidə QDİƏT Parlament Məclisinin komitə iclası keçiriləcək
23 Sentyabr 21:36
Piter Tims: IAEA 2019 ekspertlərin bir yerdə müzakirələr aparmasına gözəl şərait yaradır
23 Sentyabr 21:30
Pakistan Ermənistan silahlı qüvvələrinin Dağlıq Qarabağdan dərhal geri çəkilməsini tələb edir
23 Sentyabr 20:37
Berlin Humboldt Universitetində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
23 Sentyabr 20:33
Nyu-Yorkda Azərbaycan və Niderland Xarici İşlər nazirlərinin görüşü olub
23 Sentyabr 20:30
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf naminə Genişzolaqlı Komissiyasının illik iclasında təmsil edilib
23 Sentyabr 20:15
Nazirlər Kabinetinin növbəti iclası keçirilib
23 Sentyabr 20:12
Azərbaycan Texniki Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb
23 Sentyabr 20:09
Azərbaycan-Argentina münasibətlərinə dair müzakirələr aparılıb
23 Sentyabr 20:05
Azərbaycan və Rusiya gəncləri Sankt-Peterburqda bir araya gəldilər
23 Sentyabr 20:02
ADU-da Ülvi Bünyadzadənin xatirəsi anılıb
23 Sentyabr 20:01
Rusiya Federasiya Şurası Xəzərin Hüquqi Statusu haqqında Konvensiyanın ratifikasiyasını sentyabrın 25-də müzakirə edəcək
23 Sentyabr 19:59
İstanbulda Mübariz İbrahimovun adını daşıyan məktəbə dərsliklər paylanılıb
23 Sentyabr 19:55
Cəmşid Naxçıvanski Muzeyi istifadəyə verilib
23 Sentyabr 19:53
Azərbaycan Milli Məclisinin Sədri Nur-Sultanda Naxçıvan Sazişinin 10 illiyi ilə bağlı keçirilən dəyirmi masada iştirak edib
23 Sentyabr 17:52
Tərtərdə qanvermə aksiyası keçirilib
23 Sentyabr 17:41
Vüqar Rəhimzadə: "Əsrin müqaviləsi" Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı
23 Sentyabr 17:38
Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb
23 Sentyabr 17:29
Erməni deputatlar QDİƏT PA Komitəsinin iclasında tək qaldıqlarını etiraf ediblər
23 Sentyabr 17:18
Bakıda “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda konfrans keçirilib
23 Sentyabr 17:12
Azərbaycan nümayəndə heyəti “Avro 2020”də fan-zonaların təşkilinə dair kreativ seminarda iştirak edib
23 Sentyabr 17:07
Muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələri texniki baxışdan keçirilir
23 Sentyabr 16:46
Əmanətlərin tam sığortalanması sisteminin kənarlaşdırılması mexanizmlərinin hazırlanmasına dair seminar keçirilib
23 Sentyabr 16:43
Bakıda kütləvi futbol həftəsi festivalı keçiriləcək
23 Sentyabr 16:41
Quba–Qusar–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisinə 13,4 milyon manat ayrılıb – SƏRƏNCAM
23 Sentyabr 16:35
“Azərsu” ASC-nin rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edib
23 Sentyabr 16:23
Belçikada “Bir gün avtomobilsiz” aksiyası həyata keçirilib
23 Sentyabr 16:16
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcəkdir
23 Sentyabr 16:13
Səhiyyə Nazirliyi: Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir
23 Sentyabr 16:00
CAR-da keçirilən dünya rəqs müsabiqəsində həmyerlimizin rəhbərlik etdiyi qrup qalib gəlib
23 Sentyabr 15:38
Sevinc Fətəliyeva: Neftdən gələn gəlirlərdən səmərəli istifadə olunması nəticəsində Azərbaycan qüdrətli çevrilib
23 Sentyabr 15:35
Sahibə Qafarova: Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir
23 Sentyabr 15:28
Rauf Əliyev: Bədii Gimnastika üzrə Bakıda keçirilən 37-ci Dünya çempionatı uğurla başa çatdı
23 Sentyabr 15:22
Nazir İnam Kərimov Ağdaşda vətəndaşları qəbul edəcək
23 Sentyabr 15:15
Anjelinanın təhsil məsələsi öz həllini tapdı
23 Sentyabr 15:13
Özbəkistan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim edilib
23 Sentyabr 15:10
Gimnastımız Mixail Malkin Rusiyada dünya kuboku yarışlarında qızıl medal qazanıb
23 Sentyabr 15:06
Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır
23 Sentyabr 14:45
Həştərxanda V Xəzər Mediaforumu açılacaq
23 Sentyabr 14:39
Milli Məclisdə Ələt azad iqtisadi zonası haqqında qanunda dəyişikliklə bağlı müzakirələr aparılıb
23 Sentyabr 14:32
Peyşns Aqommoh: Bakıda keçirilən IAEA 2019 möhtəşəm təşkilatçılığı ilə seçilir
23 Sentyabr 14:22
Deputat: Azərbaycan Prezidentinin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın rifahını təmin edir
23 Sentyabr 13:57
Rendi Bennet: Bakı konfransı IAEA-nın Azərbaycanda təhsilin qiymətləndirilmə sistemi ilə yaxından tanış olmasına kömək edir
23 Sentyabr 13:45
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
23 Sentyabr 13:34
Muxtar respublikada payız suvarma mövsümünə hazırlıq görülür
23 Sentyabr 13:25
Ümumdünya Təmizlik Günü münasibətilə Pirşağı çimərliyində sahilyanı təmizlik aksiyası keçirilib
23 Sentyabr 13:21
Gökçən Acar: Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, azərbaycanlıyıq
23 Sentyabr 12:55
Ədəbiyyat İnstitutunda Hindistan günü keçirilib
23 Sentyabr 12:53
Milli Televiziya və Radio Şurasında Azərbaycanın iri kabel şəbəkə operatorlarının rəhbərləri ilə görüş olub
23 Sentyabr 12:41
Avstraliya Azərbaycanlıları Assosiasiyası deputat Con Aleksandrdan insan hüquqlarına hörmətlə yanaşmağı tələb edib
23 Sentyabr 12:27
“ABAD” 3 yaşını qeyd edir
23 Sentyabr 12:20
Beynəlxalq Valyuta Fondu Azərbaycandakı islahatları müsbət qiymətləndirir
23 Sentyabr 12:16
Los-Anceles səmalarında və küçələrində Qarabağ həqiqətləri
23 Sentyabr 12:12
Birinci vitse-prezident Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb
23 Sentyabr 12:07
Azərbaycana payız gəldi...
23 Sentyabr 12:06
19 ölkədən olan alimlər Arktikada il ərzində iqlim proseslərini öyrənəcəklər
23 Sentyabr 12:03
Bağdad Amreyev: Macarıstanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmaq müraciətini yüksək dəyərləndirdik
23 Sentyabr 11:54
Binəqədi, Yasamal, Nizami və Səbail rayonlarındakı binalarda səyyar qeydiyyat xidmətləri göstəriləcək
23 Sentyabr 11:44
Bakı Nəqliyyat Agentliyi: Paytaxtda 7 kilometrlik velosiped yolu layihələndirilib
23 Sentyabr 11:29
Azərbaycan Turizm Bürosu Çinin ən böyük onlayn turizm platformaları ilə əməkdaşlığa dair memorandum imzalayıb
23 Sentyabr 11:12
Beynəlxalq elmi konfransın iştirakçıları Heydər məscidini və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər
23 Sentyabr 10:44
Sinxua: Çin və Azərbaycan əməkdaşlığın möhkəmləndiriləcəyini vəd edirlər
23 Sentyabr 10:37
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində qarşıya qoyulan vəzifələr müzakirə olunub
23 Sentyabr 09:58
Necdet Ünüvar: Bu medalın təsis olunması və bizlərə təqdim edilməsi üçün Prezident İlham Əliyeva minnətdarlığımı bildirirəm
23 Sentyabr 09:48
Məleykə Abbaszadə: Qiymətləndirmə sahəsində islahatlar aparılması əsas müzakirə mövzularındandır
23 Sentyabr 09:36
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
23 Sentyabr 09:35
Bakıda IAEA 2019 beynəlxalq konfransının açılış mərasimi keçirilir
23 Sentyabr 09:28
Nadir Vəkiloğlu: Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis olunan medalın mənə təqdim olunması çox qürurvericidir

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA