Ana səhifə »  Qəzetin pdf formatı »  Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib
A+   Yenilə  A-
Bakıda "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib

Avqustun 22-də Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadənin 70 illik yubileyi münasibətilə "Şeyxülislam Allahşükür Paşazadə 70 - Mənəviyyata həsr olunmuş ömür" adlı konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) təşkilatçılığı ilə keçirilən tədbirdə çıxış edən Komitənin sədri Mübariz Qurbanlı Şeyxülislam Allahşükür Paşazadənin həyat və fəaliyyətindən danışıb.

Sonra "REAL" televiziyasının hazırladığı sənədli film nümayiş olunub.

Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənov Allahşükür Paşazadəni nüfuzlu ictimai xadim kimi səciyyələndirib. Əli Həsənov deyib ki, A.Paşazadə Azərbaycanın mənəvi həyatında özünəməxsus nümunələr yaradıb. Azərbaycan müstəqillik əldə etməzdən əvvəl şeyxülislamlıq müəyyən çərçivəyə alınmışdı. Dövlət müstəqilliyinin bərpasından sonra isə şeyxülislamlıq tamamilə yeni müstəviyə qədəm qoydu. Bu, ilk növbədə, Allahşükür Paşazadənin adı ilə bağlıdır. Azərbaycan müstəqilliyinin ilk illərindən böyük dövlətlərin marağında idi. A.Paşazadə həmin illərdə məsuliyyəti öz üzərinə götürdü və mənəvi birliyin möhkəmləndirilməsində əhəmiyyətli rol oynadı. O, Azərbaycanda milli-mənəvi birlik modelini yaradıb. Onun bu istiqamətdəki xidmətləri ulu öndərimiz Heydər Əliyev tərəfindən xüsusi qiymətləndirilib.

QMİ sədrinin ölkəmizdəki dini konfessiyalar arasında münasibətlərin yüksək səviyyədə qorunub saxlanılmasında da birbaşa rol oynadığını bildirən Prezidentin köməkçisi qeyd edib ki, sadə insanlar bu nümunəni görüb digər dinlərin nümayəndələrinə hörmət və ehtiramla yanaşırlar. İslam dini müdrik dindir. Onu xurafatdan uzaqlaşdırıb düzgün təqdim edilməsi də Şeyxülislam Allahşükür Paşazadənin xidmətidir. O, çətin zamanda xalqın qarşısına çıxaraq prinsipial mövqe ortaya qoyub. Bu gün bütün dünyada böyük hörmətə malik olan A.Paşazadə Azərbaycandakı tolerant mühiti beynəlxalq aləmdə tanıdır. Şeyxülislam, eyni zamanda, sülh missiyası həyata keçirən diplomatdır və İslam dövlətləri arasında münasibətlərin möhkəmləndirilməsində də böyük rol oynayıb, müsəlman ölkələrinə təcavüzlərə qarşı daim etirazını bildirib. A.Paşazadə Şeyxülislam olaraq öz missiyasını layiqincə yerinə yetirib və yetirir. 1993-cü ildə o, bütün insanları Ulu Öndərin ətrafında birləşməyə çağırdı. Bu da onun vətəndaşlıq missiyasının göstəricisidir. Azərbaycan dövləti onun fəaliyyətini layiqincə qiymətləndirib. Ulu öndər Heydər Əliyev və Prezident İlham Əliyev çıxışlarında A.Paşazadənin xidmətlərini dəfələrlə qeyd ediblər.

Azərbaycan Ağsaqqallar Şurasının sədri, Milli Məclisin deputatı Fəttah Heydərov bugünkü tədbirin çox əlamətdar olduğunu bildirərək qeyd edib ki, Allahşükür Paşazadənin 40 illik şeyxülislamlıq fəaliyyəti dövründə xalqımız, dövlətimiz qarşısında böyük xidmətləri var. O, əsl ağsaqqaldır. A.Paşazadə sübut edib ki, ağsaqqallıq yaşla bağlı deyil, o, hələ 30 yaşında olarkən Şeyx seçilmişdi. Həmin vaxt Naxçıvanda məscidlər tikildi. O, hər zaman Ulu Öndərin yanında idi. Ulu Öndərimizin müstəqil Azərbaycana rəhbərliyə başlamasından sonra ölkəmizdə hər sahədə tərəqqi başladı. Şeyxülislam A.Paşazadə bu işə daim öz dəstəyini göstərib.

Azərbaycan Yazıçılar Birliyinin sədri (AYB), Xalq yazıçısı Anar A.Paşazadənin Azərbaycan tarixində ən gənc Şeyxülislam olduğunu vurğulayıb. Qeyd edib ki, o, hələ gənc yaşlarında milli-mənəvi dəyərlərimizin qorunub saxlanılmasına töhfələr verib. Bu gün isə Azərbaycanın tolerantlıq modelinin dünyaya tanıdılmasında əvəzsiz rol oynayır.

Milli Məclisin ictimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov A.Paşazadənin təkcə ictimai xadim deyil, eyni zamanda, siyasi xadim və diplomat olduğunu bildirərək deyib: “Xalqımızın çətin günlərində Azərbaycanda iki nəfər xalqın qarşısına çıxdı, Qorbaçovu ittiham etdi - ulu öndər Heydər Əliyev və Şeyxülislam Allahşükür Paşazadə. Ölkəmizdə dini münasibətləri çox düzgün tənzimləyən Şeyxülislam A.Paşazadə dünyada böyük hörmətə malikdir. Bütün cərəyanların nümayəndələri Vəhdət namazlarında iştirak edirlər. Bu isə ölkəmizdəki müxtəlif dini cərəyanlara mənsub insanların vahid mərkəzdə birləşdiyini göstərir. Bu gün Azərbaycan beynəlxalq dini tədbirlərin keçirildiyi mərkəzə çevrilib”.

Azərbaycan Respublikası Prezidenti Administrasiyasının millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov çıxışında bildirib ki, Prezident İlham Əliyevin həyata keçirdiyi multikulturalizm siyasətinin əsasını dinlərarası münasibətlərin qarşılıqlı hörmət əsasında qurulması təşkil edir. Bu siyasətin reallaşmasına QMİ sədri də öz töhfəsini verir. A.Paşazadənin həyat və fəaliyyətindən danışan E.Nəcəfov qeyd edib ki, o, nəinki ölkə daxilidə və Qafqazda, eyni zamanda, bütün dünyada böyük nüfuz sahibidir. Ulu Öndər onun xidmətlərindən danışarkən demişdi: Əgər Allahşükür Paşazadə bütün Qafqazın Şeyxidirsə, biz bununla fəxr etməliyik.

Milli Məclis sədrinin birinci müavini, parlamentin müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin sədri Ziyafət Əsgərov bildirib ki, Azərbaycanda vətəndaş həmrəyliyinin möhkəmləndirilməsində Allahşükür Paşazadənin şəxsiyyəti çox böyük rol oynayıb. O, bütün dinlərə mənsub insanlara eyni məhəbbətlə yanaşır. Bu səmimiyyəti onu bütün dünyada sevdirir. “Bu gün Azərbaycan böyük dini tədbirlərə ev sahibliyi edir. Bunu qısqananlar da var. Lakin bu, bizim həyat tərzimizdir”, - deyə Z.Əsgərov vurğulayıb.

İslam Əməkdaşlıq Təşkilatının (İƏT) baş katibi Yusif bin Əhməd əl-Useymin Şeyxülislam Allahşükür Paşazadəni təkcə Azərbaycan üçün deyil, bütün İslam dünyası üçün əvəzolunmaz, dahi şəxsiyyət kimi dəyərləndirib. Qeyd edib ki, A.Paşazadə dahiliyin səsidir, İslam dünyasının ona böyük ehtiyacı var.

Şeyxülislam Allahşükür Paşazadənin xalqımızın etibarını, inamını qazanmış dini lider olduğunu deyən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Hicran Hüseynova vurğulayıb ki, o, bütün Qafqazda dini həmrəyliyin bərqərar olunmasında əvəzsiz rola malikdir. Hər il keçirilən İftar mərasimlərində bütün dinlərə mənsub insanların birgə iştirakı ölkəmizdəki tolerant mühitdən xəbər verir. Ölkəmizdə sülhün, əmin-amanlığın qorunub saxlanılmasında QMİ sədrinin böyük xidmətləri var.

Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının (QDİƏT) Parlament Məclisinin Baş katibi Asəf Hacıyev Şeyxülislam Allahşükür Paşazadə ilə bağlı xatirələrini bölüşüb.

Rus Pravoslav Kilsəsinin Bakı və Azərbaycan Yeparxiyasının arxiyepiskopu Aleksandr İşein, Azərbaycan Dağ Yəhudiləri Dini İcmasının sədri Melih Yevdayev və Qafqaz Müsəlmanları İdarəsi sədrinin birinci müavini, müfti Hacı Salman Musayev çıxışlarında ölkəmizdə dinə münasibətdən, multikultural və tolerant mühitdən məmnunluqlarını ifadə ediblər. Bildirilib ki, dini tolerantlığın qorunub saxlanılması daim dövlətin diqqət mərkəzindədir və tolerantlıq Azərbaycan xalqının həyat tərzidir. Bütün dinlərə mənsub insanlar bu ölkədə rahat, sərbəst şəkildə yaşayırlar. Ulu öndər Heydər Əliyev deyirdi ki, tolerantlıq xalqın yüksək mədəniyyətinin təzahürüdür. Ümummilli Liderin rəhbərliyi ilə Azərbaycan xalqının multikultural ənənələrinin qorunması sahəsində həyata keçirilən siyasət hazırda Prezident İlham Əliyev tərəfindən inamla davam etdirilir və zənginləşdirilir. Buna görə də Azərbaycandakı bütün xalqlar özlərini sərbəst, rahat hiss edir, dini inanclarına görə mənfi münasibətlərə məruz qalmırlar.

Sonra Şeyxülislam Allahşükür Paşazadə çıxış edərək bütün xoş sözlərə görə təşəkkürünü bildirib. O, Azərbaycanda İslam dininin Sovet dövründəki çətin vəziyyətindən danışaraq bildirib ki, xalqımız gizli də olsa öz imanını yaşadıb. Ulu öndər Heydər Əliyev hələ o dövrdə İslamın inkişafı üçün işlər görür, bu sahədə mütəxəssislərin yetişdirilməsi istiqamətində fəaliyyət göstərirdi.

“Ulu Öndər çox imanlı şəxsiyyət idi. Bu gün Azərbaycanın tolerant ölkə kimi tanınmasının əsasını Ümummilli Lider qoyub. Hazırda isə bu işi Prezident İlham Əliyev uğurla davam etdirir. Bu gün İslamın təbliği və tanıdılması üçün hər cür şərait var. Dövlətimiz bu işə xüsusi dəstək göstərir”, - deyə Allahşükür Paşazadə qeyd edib.

Tədbir ziyafətlə davam edib.

 
  • Oxunub:  3420  |  
  • Tarix:  22-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

23 Sentyabr 20:37
Berlin Humboldt Universitetində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
23 Sentyabr 20:33
Nyu-Yorkda Azərbaycan və Niderland Xarici İşlər nazirlərinin görüşü olub
23 Sentyabr 20:30
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf naminə Genişzolaqlı Komissiyasının illik iclasında təmsil edilib
23 Sentyabr 20:15
Nazirlər Kabinetinin növbəti iclası keçirilib
23 Sentyabr 20:12
Azərbaycan Texniki Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb
23 Sentyabr 20:09
Azərbaycan-Argentina münasibətlərinə dair müzakirələr aparılıb
23 Sentyabr 20:05
Azərbaycan və Rusiya gəncləri Sankt-Peterburqda bir araya gəldilər
23 Sentyabr 20:02
ADU-da Ülvi Bünyadzadənin xatirəsi anılıb
23 Sentyabr 20:01
Rusiya Federasiya Şurası Xəzərin Hüquqi Statusu haqqında Konvensiyanın ratifikasiyasını sentyabrın 25-də müzakirə edəcək
23 Sentyabr 19:59
İstanbulda Mübariz İbrahimovun adını daşıyan məktəbə dərsliklər paylanılıb
23 Sentyabr 19:55
Cəmşid Naxçıvanski Muzeyi istifadəyə verilib
23 Sentyabr 19:53
Azərbaycan Milli Məclisinin Sədri Nur-Sultanda Naxçıvan Sazişinin 10 illiyi ilə bağlı keçirilən dəyirmi masada iştirak edib
23 Sentyabr 17:52
Tərtərdə qanvermə aksiyası keçirilib
23 Sentyabr 17:41
Vüqar Rəhimzadə: "Əsrin müqaviləsi" Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı
23 Sentyabr 17:38
Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb
23 Sentyabr 17:29
Erməni deputatlar QDİƏT PA Komitəsinin iclasında tək qaldıqlarını etiraf ediblər
23 Sentyabr 17:18
Bakıda “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda konfrans keçirilib
23 Sentyabr 17:12
Azərbaycan nümayəndə heyəti “Avro 2020”də fan-zonaların təşkilinə dair kreativ seminarda iştirak edib
23 Sentyabr 17:07
Muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələri texniki baxışdan keçirilir
23 Sentyabr 16:46
Əmanətlərin tam sığortalanması sisteminin kənarlaşdırılması mexanizmlərinin hazırlanmasına dair seminar keçirilib
23 Sentyabr 16:43
Bakıda kütləvi futbol həftəsi festivalı keçiriləcək
23 Sentyabr 16:41
Quba–Qusar–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisinə 13,4 milyon manat ayrılıb – SƏRƏNCAM
23 Sentyabr 16:35
“Azərsu” ASC-nin rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edib
23 Sentyabr 16:23
Belçikada “Bir gün avtomobilsiz” aksiyası həyata keçirilib
23 Sentyabr 16:16
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcəkdir
23 Sentyabr 16:13
Səhiyyə Nazirliyi: Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir
23 Sentyabr 16:00
CAR-da keçirilən dünya rəqs müsabiqəsində həmyerlimizin rəhbərlik etdiyi qrup qalib gəlib
23 Sentyabr 15:38
Sevinc Fətəliyeva: Neftdən gələn gəlirlərdən səmərəli istifadə olunması nəticəsində Azərbaycan qüdrətli çevrilib
23 Sentyabr 15:35
Sahibə Qafarova: Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir
23 Sentyabr 15:28
Rauf Əliyev: Bədii Gimnastika üzrə Bakıda keçirilən 37-ci Dünya çempionatı uğurla başa çatdı
23 Sentyabr 15:22
Nazir İnam Kərimov Ağdaşda vətəndaşları qəbul edəcək
23 Sentyabr 15:15
Anjelinanın təhsil məsələsi öz həllini tapdı
23 Sentyabr 15:13
Özbəkistan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim edilib
23 Sentyabr 15:10
Gimnastımız Mixail Malkin Rusiyada dünya kuboku yarışlarında qızıl medal qazanıb
23 Sentyabr 15:06
Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır
23 Sentyabr 14:45
Həştərxanda V Xəzər Mediaforumu açılacaq
23 Sentyabr 14:39
Milli Məclisdə Ələt azad iqtisadi zonası haqqında qanunda dəyişikliklə bağlı müzakirələr aparılıb
23 Sentyabr 14:32
Peyşns Aqommoh: Bakıda keçirilən IAEA 2019 möhtəşəm təşkilatçılığı ilə seçilir
23 Sentyabr 14:22
Deputat: Azərbaycan Prezidentinin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın rifahını təmin edir
23 Sentyabr 13:57
Rendi Bennet: Bakı konfransı IAEA-nın Azərbaycanda təhsilin qiymətləndirilmə sistemi ilə yaxından tanış olmasına kömək edir
23 Sentyabr 13:45
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
23 Sentyabr 13:34
Muxtar respublikada payız suvarma mövsümünə hazırlıq görülür
23 Sentyabr 13:25
Ümumdünya Təmizlik Günü münasibətilə Pirşağı çimərliyində sahilyanı təmizlik aksiyası keçirilib
23 Sentyabr 13:21
Gökçən Acar: Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, azərbaycanlıyıq
23 Sentyabr 12:55
Ədəbiyyat İnstitutunda Hindistan günü keçirilib
23 Sentyabr 12:53
Milli Televiziya və Radio Şurasında Azərbaycanın iri kabel şəbəkə operatorlarının rəhbərləri ilə görüş olub
23 Sentyabr 12:41
Avstraliya Azərbaycanlıları Assosiasiyası deputat Con Aleksandrdan insan hüquqlarına hörmətlə yanaşmağı tələb edib
23 Sentyabr 12:27
“ABAD” 3 yaşını qeyd edir
23 Sentyabr 12:20
Beynəlxalq Valyuta Fondu Azərbaycandakı islahatları müsbət qiymətləndirir
23 Sentyabr 12:16
Los-Anceles səmalarında və küçələrində Qarabağ həqiqətləri
23 Sentyabr 12:12
Birinci vitse-prezident Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb
23 Sentyabr 12:07
Azərbaycana payız gəldi...
23 Sentyabr 12:06
19 ölkədən olan alimlər Arktikada il ərzində iqlim proseslərini öyrənəcəklər
23 Sentyabr 12:03
Bağdad Amreyev: Macarıstanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmaq müraciətini yüksək dəyərləndirdik
23 Sentyabr 11:54
Binəqədi, Yasamal, Nizami və Səbail rayonlarındakı binalarda səyyar qeydiyyat xidmətləri göstəriləcək
23 Sentyabr 11:44
Bakı Nəqliyyat Agentliyi: Paytaxtda 7 kilometrlik velosiped yolu layihələndirilib
23 Sentyabr 11:29
Azərbaycan Turizm Bürosu Çinin ən böyük onlayn turizm platformaları ilə əməkdaşlığa dair memorandum imzalayıb
23 Sentyabr 11:12
Beynəlxalq elmi konfransın iştirakçıları Heydər məscidini və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər
23 Sentyabr 10:44
Sinxua: Çin və Azərbaycan əməkdaşlığın möhkəmləndiriləcəyini vəd edirlər
23 Sentyabr 10:37
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində qarşıya qoyulan vəzifələr müzakirə olunub
23 Sentyabr 09:58
Necdet Ünüvar: Bu medalın təsis olunması və bizlərə təqdim edilməsi üçün Prezident İlham Əliyeva minnətdarlığımı bildirirəm
23 Sentyabr 09:48
Məleykə Abbaszadə: Qiymətləndirmə sahəsində islahatlar aparılması əsas müzakirə mövzularındandır
23 Sentyabr 09:36
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
23 Sentyabr 09:35
Bakıda IAEA 2019 beynəlxalq konfransının açılış mərasimi keçirilir
23 Sentyabr 09:28
Nadir Vəkiloğlu: Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis olunan medalın mənə təqdim olunması çox qürurvericidir
23 Sentyabr 09:22
Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir
23 Sentyabr 09:20
Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli bağlanış mərasimi olub
23 Sentyabr 08:55
İtaliyalı pianoçu Bakıda ilk konsertini verib
23 Sentyabr 08:51
Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatına yekun vurulub
23 Sentyabr 08:46
Fuad Muradov: Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı uzun zaman davam edən danışıqlar həllini tapır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+20 +24
gecə+13 +15