Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Əli Kərimlinin budəfəki avantürası alınmadı

Əli Kərimlinin budəfəki avantürası alınmadı

23.08.2019 [09:29]

Şəhid pilotumuzun ailəsinin radikal müxalifətin dəfnə gəlməməsini tələb etməsi AXCP sədrinin planlarını boşa çıxardı
Radikal müxalifət düşərgəsinin, xüsusilə də AXCP sədri Əli Kərimlinin milli-mənəvi dəyərlərə belə hörmət etməməsi heç kimə sirr deyil. Hər bir məsələdən özü üçün siyasi şou məqsədilə istifadə etməkdə “peşəkar” olan Əli Kərimlinin bu fürsətcilliyinin hər kəs şahidi olub. Belə ki, illərdir 20 Yanvar faciəsinin ildönümləri zamanı Şəhidlər xiyabanını ziyarət etmək adı altında siyasi şou yaradan, başına bir neçə şəxs yığıb təhlükəsizlik tədbirlərinə mane olmaq üçün dəridən-qabıqdan çıxan Əli Kərimli bununla bir daha hansı qaranlıq məqsədlərə xidmət göstərdiyini ortaya qoyur. Bunun nəticəsidir ki, onun bir sıra tədbirlərdə, hətta hüzn və dəfn mərasimlərində iştirakı ev sahibləri tərəfindən belə arzu olunmur. 
Məsələn, bir neçə gün öncə dəfn olunan şəhid pilotumuz Rəşad Atakişiyevin ailəsi radikal müxalifətin dəfndə iştirakını istəmədiklərini bəyan etmişdilər. Amma deyəsən, şəhid pilotun ailəsinin bu qərarı Əli Kərimlini əməlli-başlı “pəjmürdə” edib. Ona görə yox ki, Əli Kərimli bu dəfndə iştirak etmək niyyətində idi. Ona görə ki, Əli Kərimli potensial olaraq siyasi çağırışlar etmək, qarışıqlıq salmaq və özü üçün siyasi şou düzəltmək fürsətinin birini əldən vermiş oldu. 
Vurğulamaq lazımdır ki, Əli Kərimlinin belə bir niyyətdə olması dolayısı ilə özü tərəfindən etiraf edilib. Yəni sosial şəbəkələrdə paylaşım edən Əli Kərimli özü etiraf edib ki, dəfndə iştirak üçün qondarma “Milli şura” üzvləri ilə əvvəlcədən iclas çağırıblar. Maraqlıdır ki, dəfndə iştirak üçün hər hansı bir iclasa nə gərək var? Bəlkə, radikal düşərgə təmsilçiləri bundan öncələr də şəhid dəfnində iştirakla bağlı hər hansı iclas çağırıblar? Ümumiyyətlə, dəfndə iştirak etmək fərdi məsələdir və bunun üçün hər hansı mühüm hazırlığa, iclasa və ya plana nə ehtiyac var? 
Demək ki, Əli Kərimli bu dəfn mərasimini də siyasiləşdirmək üçün planlar qurubmuş. Yəni o tədbirdən əvvəl siyasi şou təşkil edib, məsələni mümkün qədər siyasiləşdirməyə, bundan ictimai narazılıq formalaşdırmağa çalışdığını özü etiraf edir. Şəhid pilotun ailəsinin müxalifəti dəfndə görmək istəməməsini bəyan etməsi isə onun planlarını boşa çıxardı. 
Bu məqamda xatırladaq ki, 2016-cı ilin aprel döyüşləri zamanı bütün xalq tarixi qələbə əhval-ruhiyyəsində olduğu halda, Əli Kərimli məsələnin mahiyyətini təhrif edir, ordumuza qarşı kampaniya təşkil etməyə çalışırdı. Həmin hadisələrlə bağlı dəfn mərasiminə başının dəstəsi ilə qatılan Əli Kərimli bütün yol boyu müxtəlif KİV-lərə müsahibələr verirdi. Demək ki, dəfn, yas mərasimində iştirak edən şəxs belə cılız hərəkətlərə yol verirsə, şəhid ailəsinin onu orada görmək istəməməsi təbii qarşılanmalıdır. Axı hansı şəxs əzizinin yas mərasimini siyasi avantüra vasitəsinə çevirmək istəyənləri bu mərasimdə görməyi arzulayar? Buna görə də mərasim sahibləri Əli Kərimlini və digər müxalifət təmsilçilərini bu dəfndə görmək istəməyib və öz fikirlərini aydın şəkildə ifadə ediblər. Çünki Əli Kərimli istənilən məsələnin mahiyyətini öz maraqlarına uyğun istiqamətləndirməyə və maksimum yararlanmağa çalışır. Əli Kərimlinin bu hərəkətləri isə şəhidlərimizə, onların yaxınlarına hörmətsizlikdən başqa bir şey deyil. 
O cümlədən Əli Kərimlinin hakimiyyətə və dövlətə qarşı nifrəti elə yüksək səviyyəyə çatıb ki, o, artıq nə etdiyinin və nə dediyinin fərqində deyil. Bu məsələdə dövləti günahlandırmağa çalışan, şər-böhtan atmaq üçün ünvan arayan Əli Kərimli, deyəsən, bu dəfə oxunun daşa dəydiyinin fərqindədir. Necə deyərlər, Əli Kərimlinin budəfəki avantürası alınmadı...
Pərviz SADAYOĞLU

Paylaş:
Baxılıb: 126 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

İqtisadiyyat

Neft bahalaşıb

18 Mart 10:52

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31