Ana səhifə »  Qəzetin pdf formatı »  Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli
A+   Yenilə  A-
Birinci xanım nümunəsi: Azərbaycan qadınının xeyirxahlığı, müasirliyi və fəallığı modeli

Hər bir insanın öz həyat yolu vardır. Öz xalqı, dövləti üçün durmadan çalışan insanlar həmişə böyük nüfuz sahibi olublar. Onlar yalnız dünyaya gəldikləri ailə üçün deyil, bütövlükdə cəmiyyət üçün qiymətlidirlər. Mehriban xanım Əliyeva məhz bu statusda olan Azərbaycan qadını, nüfuzlu ictimai-siyasi xadimdir. Yüksək mənəvi keyfiyyətlərə malik ziyalı ailəsində dünyaya gələn Mehriban xanım Əliyeva həyat təcrübəsi ilə sübut edir ki, Azərbaycan qadını dünya əhəmiyyətli fəaliyyət göstərə, bir-birindən parlaq uğurlar qazana bilər. Sosial-mədəni həyat sferalarında çoxsaylı təşəbbüslər göstərən, səmərəli layihələr həyata keçirən Azərbaycanın birinci xanımı öz fəaliyyəti ilə bir nümunəyə çevrilib. Mehriban xanım Əliyeva Azərbaycanda birinci xanım ənənəsini yaratmaqla cəmiyyətə və dövlətçiliyə böyük töhfə verir. Bu, Mehriban xanım Əliyevaya həm bir qadın olaraq daha yüksək sosial statusda özünü təsdiq etmək, həm də, ümumiyyətlə, Azərbaycan qadını üçün bir nümunəyə çevrilmək imkanı verib. Bu müddəa kontekstində Mehriban xanım Əliyevanın genişmiqyaslı məhsuldar fəaliyyəti üzərində geniş dayanmağa ehtiyac görürük.
Ailə ənənəsi: ziyalı və kreativ mühit
Çağdaş dünyamızda inkişaf etmiş və yüksək mədəniyyətə sahib cəmiyyətlər üçün qadın və gender məsələləri çox aktual hesab olunur. Hətta cəmiyyətin kimliyini bir sıra mütəxəssislər onda qadının oynadığı rolla ölçürlər. Qadın cəmiyyətdə hansı rolu oynaya bilir? Onun ailədə və geniş sosial-mədəni mühitdə, dövlətin idarə edilməsində, qanunyaratmada, icra strukturunda statusu necədir? Bu kimi sualları cavablandırmaqla konkret cəmiyyətin müasirliyi haqqında da fikir bildirmək olar.
Bunlarla yanaşı, qadının istənilən cəmiyyətdə yeri və rolu, sosial-hüquqi statusu adət-ənənə ilə sıx bağlıdır. Qadına hörmətin yüksək olduğu cəmiyyətlərdə saflıq, əxlaq, mənəviyyat və ailə tərbiyəsi də güclü olur. Heç şübhəsiz, Azərbaycan bir cəmiyyət və ölkə olaraq bu məsələdə fəxr edə bilər. Ulu Öndər Heydər Əliyev qadınlarla bağlı çox dəyərli fikirlər söyləyib. Onlardan biri belədir: “Azərbaycan qadınları xalqımızın adət-ənənələrini, mədəniyyətini, elmini, intellektual potensialını yüksək səviyyədə təmsil etmişlər və bu, indi də belədir. Qadınlar dövlətimizin, dövlətçiliyimizin, müstəqilliyimizin, bu günümüzün, gələcəyimizin dayağıdır”.
Olduqca dolğun, dərin və əhatəli fikirlərdir. Xüsusilə Azərbaycanın birinci xanımı və Birinci vitse-prezident Mehriban xanım Əliyeva haqqında düşünəndə bu müdrik fikirlər yada düşür. Bəli, taleyin xoşbəxtliyidir ki, Azərbaycan xalqının Mehriban Əliyeva kimi övladı, Azərbaycan cəmiyyətinin şansıdır ki, Mehriban Əliyeva kimi qadın nümayəndəsi və Azərbaycan müstəqil dövlətinin uğurudur ki, Mehriban xanım Əliyeva kimi Birinci vitse-prezidenti vardır! Mehriban xanım Əliyeva ailə başçısı, ictimai fəal, mənəvi-əxlaqi dəyər təmsilçisi və dövlət idarəçiliyində yüksək vəzifə sahibi kimi bir nümunədir.
Vurğulanan kontekstdə Prezident İlham Əliyevin aşağıdakı fikri çox maraqlı və aktualdır. Dövlət başçısı ifadə edib: “Tariximizin hər bir dövründə qadınlarımız cəmiyyətin sarsılmaz mənəvi dayağı olmuş, ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərmişlər”. Bu, bir həqiqətdir ki, Azərbaycan tarixinin bütün mərhələlərində, xüsusilə ən ağır dövrlərdə qadınlarımız cəmiyyətin sarsılmaz dayağı olublar. Onlar ailədə, cəmiyyətdə və döyüş meydanlarında sədaqətlə həyat yoldaşları ilə çiyin-çiyinə dayanıblar. “Ailənin və xalqın ağbirçəyi” ifadəsi təsadüfən yaranmayıb. Dövlət idarəçiliyində Tomrisi, diplomatiyada Sara Xatunu olan bir xalqın həyatının bütün səviyyələrində qadın amilinin hansı rolu oynadığına şübhə yoxdur. İndi də Prezidentin çox dəqiq ifadə etdiyi kimi, qadınlar “ölkəmizin bugünkü simasının müəyyənləşməsi üçün böyük fədakarlıqlar göstərirlər!” Mehriban xanım Əliyeva məhz bu qüdrətdə olan Azərbaycan qadını nümunəsidir!
Məsəl var: “Görünən dağa bələdçi gərək deyil!”. Mehriban xanım Əliyevanın həyat yolu bütün həqiqətləri aydın göstərir. Azərbaycanın birinci xanımı N.Nərimanov adına Azərbaycan Dövlət Tibb İnstitutunda və M.Seçenov adına 1-ci Moskva Dövlət Tibb İnstitutunda yüksək səviyyədə ali tibbi təhsil alıb. 1988-1992-ci illər ərzində Moskvada akademik M.Krasnovun rəhbərliyi altında Göz Xəstəlikləri Elmi-Tədqiqat İnstitutunda işləyib. 1995-ci ildən Azərbaycan Mədəniyyət Fondunun prezidentidir. 2002-ci ildən Azərbaycan Gimnastika Federasiyasına rəhbərlik edir. 2004-cü il may ayının 10-dan Heydər Əliyev Fondunun prezidentidir. Həmin il avqustun 13-dən UNESCO-nun, ondan iki il sonra isə ISESCO-nun xoşməramlı səfiridir. 2005-2017-ci illər ərzində Azərbaycan Respublikası Milli Məclisinin deputatı olub. 2017-ci il fevralın 21-dən Azərbaycan Respublikasının Birinci vitse-prezidentidir. Fəaliyyəti dövründə çox sayda mükafatlar alıb, orden və medallarla təltif olunub. Məsələn, 2005-ci ildə Azərbaycanda “İlin adamı” mükafatına layiq görülüb, 2014-cü ildə “The Business Magazine” jurnalının “İlin Birinci Xanımı” mükafatını alıb, yenə həmin il “Nefertiti Media Productions” şirkətinin təsis etdiyi “Ən nüfuzlu qadın” mükafatına layiq görülüb.
Razılaşaq ki, bu cür nailiyyətləri əldə etmək üçün insan çox qabiliyyətli, Vətənini və işini sevən, ictimai həyatda çox fəal olmalıdır. Mehriban xanım Əliyevanın özü həyat fəlsəfəsinin əsas məqamını ifadə edən fikirlər söyləyib. Azərbaycanın birinci xanımı müsahibələrinin birində ifadə edib: “Azərbaycan Mədəniyyətinin Dostları Fondunu yaradarkən onun əsas məqsədi Azərbaycan mədəniyyətini təbliğ etmək, tanıtdırmaq idi. “İrs” jurnalını da mən elə onda təsis etdim... Fond da, jurnal da kifayət qədər mürəkkəb vəzifələri yerinə yetirməli idi. O illər müstəqil Azərbaycanın təşəkkül illəri idi. Siyasi, iqtisadi dəyişikliklərlə yanaşı, köhnə ideologiyadan xilasolma prosesi də gedir, stereotiplər dağıdılırdı. Kifayət qədər təlatümlü həmin dövrdə mədəni irsimiz yenidən fikir süzgəcindən keçirilir, əzəli milli ənənələrə və köklərə qayıdılırdı”.
Burada onu vurğulayaq ki, Mehriban xanım Əliyevanın həyat yolunu seçməsində ailəsi mühüm rol oynayıb. Onun valideynləri yüksək səviyyəli ziyalı alimlər, vətənpərvər insanlar və ictimai səviyyədə olduqca fəal intellekt sahibləri idilər. 1983-cü ildə Azərbaycanın indiki Prezidenti İlham Əliyevlə ailə həyatı qurub. İlham Əliyev həmin dövrü belə xatırlayır: “...Əlbəttə, zahiri görünüş böyük rol oynayır. Amma onun (Mehriban xanım Əliyeva nəzərdə tutulur - red.) daxili aləmindən gələn və indi də gəlməkdə olan mehribanlıq, yəqin ki, zahiri görkəmi ilə yanaşı daha çox cəlb edirdi”. Bu bağlılıqda Mehriban xanım Əliyevanın ailə haqqında fikirləri çox maraqlıdır. Azərbaycanın birinci xanımı deyir: “Ailə mühitini müəyyənləşdirən amillər çoxdur, amma, yəqin ki, başlıcası bir ümumi dalğaya köklənən fikir və dəyərlərin birliyidir. Bir-birinə son dərəcə diqqətli münasibət çox vacibdir. Əgər ailədə hər bir kəs özünün vacibliyini və əvəzedilməzliyini duyursa, özünün müdafiə olunduğunu və sevildiyini hiss edirsə - bu, yalnız gələcək ailə səadətinin əsası deyil, həm də hər bir məqsədə çatmaq üçün möhkəm bir stimuldur”. Həyat göstərdi ki, Mehriban xanım Əliyeva, doğrudan da, həm daxili keyfiyyətlərinə, həm intellektual səviyyəsinə, həm də işgüzarlığına görə bütün cəmiyyət üçün nümunə olmaq iqtidarındadır.
Həmin aspektdə bir məqamı da mütləq vurğulamaq gərəkdir. Mehriban xanım Əliyeva təbiətən kreativ insandır. Azərbaycanın birinci xanımı cəmiyyətdə pozitiv yeniliklər etməyi bacarır. Məhz bu məqamı nəzərdə tutaraq ekspertlər vurğulayırlar ki, Azərbaycan dövlətçiliyi tarixində ilk dəfə olaraq Mehriban xanım Əliyeva birinci xanım statusunu formalaşdıraraq cəmiyyətin həyatına birinci xanım ənənəsini gətirib. Dünya təcrübəsi göstərir ki, birinci xanım ilk növbədə elmə, mədəniyyətə, təhsilə və səhiyyəyə daha çox diqqət yetirir. Mehriban xanım Əliyeva isə həmin sahələrlə yanaşı, müxtəlif humanitar təşəbbüslərin reallaşmasına bilik və bacarığını sərf edir, dövlət başçısı ilə ictimaiyyət arasında güclü əlaqələndirici rolunu oynayır. Birinci xanımın irəli sürdüyü təşəbbüslər dövlətlə vətəndaşın birliyinin təmin edilməsində vacib rol oynayır.
Məsuliyyət və etimad: fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilməyin məntiqi
Mehriban xanım Əliyevanın Azərbaycanın birinci xanımı kimi yüksək səviyyədə uğurlu fəaliyyətinin, əlbəttə, öz səbəbləri vardır. Bu barədə birinci xanımın özü çox dolğun və maraqlı fikir ifadə edib. Müsahibələrinin birində Mehriban xanım Əliyeva vurğulayıb: “Hər şey bu və ya digər insanın öz vəzifələrinə nə dərəcədə ciddi yanaşmasından asılıdır. Aydın şəkildə dərk etmək lazımdır ki, müəyyən anda sən fərdi şəxsdən ictimai şəxsiyyətə çevrilirsən. Sən artıq təkcə özünü və ya öz ailəni yox, öz ölkəni təmsil edirsən. Bu barədə özünə hesabat verməli, sözlərində, qərarlarında, hərəkətlərində daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli yükdür... Fikrimcə, vəziyyətindən və statusundan asılı olmayaraq bu və ya digər rolu oynamalı deyilsən və kimliyini saxlamağı bacarmalısan. Mən birinci xanım olmağımı, ilk növbədə, insanların bu və ya digər probleminin həlli üçün obyektiv fürsət kimi dəyərləndirirəm”.
Bizcə, bu fikirlərdə Azərbaycanda birinci xanım ənənəsinin mahiyyəti və fəlsəfəsi yığcam ifadə olunub. Mehriban xanım Əliyeva bu statusda bir nümunə, fəaliyyət modelidir. Konkret desək, birinci xanım statusu Mehriban xanım Əliyeva üçün hər şeydən öncə öz xalqı, milləti və dövləti üçün çalışmaq fürsətidir. Eyni zamanda, bütün bəşəriyyət miqyasında humanitar sahədə geniş fəaliyyət göstərmək imkanıdır. Çünki məlumdur ki, müasir dünyada əhalinin müxtəlif təbəqələrinin sosial-iqtisadi, maliyyə, mədəni və s. problemləri çoxdur. Mehriban xanım Əliyeva Azərbaycanın birinci xanımı və Birinci vitse-prezident kimi milli səviyyədəki işləri ilə dünya miqyasındakı işlərini uyğunlaşdırır və bu əsasda bütün dünyada böyük nüfuz qazanıb. Azərbaycanlı qadının bu uğuru, əlbəttə, həm nümunədir, həm də qürur hissi doğurur.
Bu kontekstdə Azərbaycanın birinci xanımının “dövlət başçısının xanımı kimi mənim üçün həmişə ən vacibi o olmuşdur ki, mən öz ölkəm üçün nə edə bilərəm” fikri olduqca nümunəvidir. Bu fikirlərdə Mehriban xanım Əliyevanın təkcə daxili zənginliyi və təvazökarlığı deyil, həm də Azərbaycan qadınlarını cəmiyyətdə fəal olmağa bir çağırış öz ifadəsini tapıb. Mehriban xanım Əliyeva humanizm, mərhəmət və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən irəli gələn əzmkar və çoxşaxəli qadın fəaliyyətini təşviq edir. Müasir dövlətçilikdə və sosial-mədəni inkişafda həmin faktorun rolu danılmazdır. İndi qadınların fəallığı dünyanın ən inkişaf etmiş cəmiyyətləri üçün demokratiyanın təmini baxımından çox prinsipial amil hesab olunur.
Bütün bunlara görə heç də təsadüfi deyil ki, bir çox xarici ölkələrin tanınmış siyasi liderləri və ictimai xadimləri vurğulayırlar: “Mehriban Əliyeva Şərq ölkələrində siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir”. Bu qiymətləndirmə çox maraqlıdır və istənilən cəmiyyətdə qadınların sosial statusunun məzmununda vacib məqamı önə çəkir. Çünki, əslində, bu mövqedə Azərbaycan cəmiyyətinin demokratik ənənəsinin güclü olması etiraf edilir. Məlumdur ki, məhz Azərbaycanda müsəlman Şərqində ilk dəfə olaraq demokratik respublika qurulub və onun ilk qərarlarından biri qadınların seçki hüququnun tanınmasından ibarət olub. Ümumiyyətlə, Azərbaycan ziyalı elitası XIX əsrin sonu - XX əsrin əvvəllərində “qadın bir şəxsiyyət kimi azad olmayınca, xalqın problemləri həllolunmaz qalacaq!” tezisini irəli sürüb. Bu barədə Həsən bəy Zərdabi, Əhməd bəy Ağayev, Məhəmməd ağa Şahtaxtlı, Cəlil Məmmədquluzadə, Ömər Faiq Nemanzadə, Əli Nəzmi, Mirzə Ələkbər Sabir, Firidun bəy Köçərli, Məmməd Səid Ordubadi, Cəfər Cabbarlı, Məhəmməd Əmin Rəsulzadə və başqaları yazıblar.
1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin qəbul etdiyi İstiqlal Bəyannaməsinin IV bəndində isə cinsindən asılı olmayaraq hər bir vətəndaşın seçib-seçilmək hüququnun olduğu öz qanuni təsdiqini tapdı. Həmin dövrdə Mirzə Bala Məhəmmədzadə yazırdı: “Qadınlar sair vətəndaşlarla bərabər vətəni və siyasi hüquq kəsb edirdilər ki, bu hal bütün Şərqdə deyil, Avropada belə tamamilə tətbiq edilmiş deyildi. Azərbaycan milli xartiyası bu qərar ilə nə qədər ülvi, bəşəri və mədəni qayələrlə doymuş olduğunu isbat etməkdədir”.
Bu hadisədən 100 il sonra özünün demokratik ənənəsi və imkanları ilə fəxr edən Qərbin siyasi liderləri etiraf etdilər ki, Azərbaycanın birinci xanımı Mehriban Əliyeva “siyasətin yalnız kişilərin işi olması barədə stereotipləri uğurla təkzib edir!” Bəli, Mehriban xanım Əliyeva öz xarakteri, kimliyi və konkret fəaliyyəti ilə bütün dünyaya sübut edir ki, Azərbaycan qadını müasir cəmiyyətlərdə fəallığı ilə bir nümunə ola bilər, çünki bu xalqın özünün güclü demokratiklik və tolerantlıq ənənələri var.
Əlbəttə, bu fikirlər Mehriban xanımın mədəniyyətlərin, dinlərin və sivilizasiyaların dialoqu, əməkdaşlığı, irqindən asılı olmayaraq hər bir xalqın övladlarının rifah içində yaşamaq hüququnun olduğu istiqamətlərdə fədakarlıqla çalışmasını göz önünə gətirir. Kökləri Azərbaycan mədəniyyətinin məzmununa, dövlətçilik tarixinə və qadınların cəmiyyətdəki statusuna gedən həmin fədakarlığın müasir tarixi mərhələdə çox uğurlu model formasını alması, təbii ki, Mehriban xanım Əliyevanın birbaşa xidmətləri ilə bağlıdır. Bu aspektdə Mehriban xanım Əliyevanın aşağıdakı fikirləri reallığı tam əks etdirir: “Əsas budur ki, rəhbər vəzifədə - Azərbaycan Respublikasının Prezidenti kimi İlham Əliyev ilk növbədə, ölkənin və Azərbaycan xalqının maraqlarına istinad edir. Düşünürəm ki, bu qərarı da o, bu prinsiplərə istinad edərək qəbul etmişdir. Buna görə də əlbəttə, üzərimə düşən məsuliyyət olduqca böyükdür. Mən Prezidentin etimadını doğrultmalıyam və ən başlıcası isə inamı, ümidi olan insanların etimadını doğrultmalıyam. Mən də buna nail olmağa çalışacağam”.
Göründüyü kimi, Mehriban xanım Əliyeva həm qadın, həm ana, həm də yeni tipli siyasi təfəkkür daşıyıcısı olan dövlət xadimi kimi Azərbaycan üçün nümunədir, qadınların ictimai fəallığını əks etdirən yeni modelin müəllifidir. Bu statusda Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı müasir dünyada nümunəvi fəal qadın və siyasi xadim kimi də qəbul edilir. Əlbəttə, bu, bütün Azərbaycan xalqını sevindirir, cəmiyyət layiqli dövlət adamı ilə qürur duyur.
Şübhə yoxdur ki, Mehriban xanım Əliyeva bundan sonra da xalqı, dövləti və milləti üçün səylərini əsirgəməyəcək, Azərbaycanın müstəqil dövlətçiliyinin inkişafına öz qiymətli töhfələrini verəcəkdir. Azərbaycanın birinci xanımı Azərbaycan cəmiyyətində mənəvi keyfiyyətlərlə siyasi fəaliyyəti optimal şəkildə uyğunlaşdıran insan kimi də yüksək nüfuza malikdir.
Newtimes.az

 
  • Oxunub:  2070  |  
  • Tarix:  23-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: İslahatlar təkmilləşmə deməkdir, islahatlar yeni dövrə uyğunlaşma deməkdir, islahatlar tərəqqi deməkdir

14 Noyabr 22:19
Azərbaycanın Xarici İşlər naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb
14 Noyabr 22:14
Ali Erbaş: Terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq
14 Noyabr 22:12
Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub
14 Noyabr 22:10
Azərbaycan və Kolumbiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 21:20
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
14 Noyabr 21:13
Martin Pammer: Azərbaycan dinlər arasında dialoqun təmin olunmasında mühüm rol oynayır
14 Noyabr 21:11
Dünya dini liderlərinin II Sammiti işini plenar iclasla davam etdirib
14 Noyabr 21:01
İsrailin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
14 Noyabr 20:57
AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb
14 Noyabr 20:53
Prezident İlham Əliyevin təşəbbüsü xalqlar və dövlətlər arasında əməkdaşlığa böyük töhfədir
14 Noyabr 20:51
Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 20:49
Azərbaycan ilə Sinqapur arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 20:46
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətin Vyanada görüşləri davam etdirir
14 Noyabr 20:43
Milli Məclisin deputatları Belarusda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
14 Noyabr 20:37
Mirzəcan Xəlilov: Gələn ilin dövlət büdcəsində qeyri-neft sektoruna verilən üstünlük xüsusi olaraq nəzərə çarpır
14 Noyabr 20:33
Tahir Süleymanov: Ölkəmizin müsbət reallıqları, inkişaf meylləri gələn ilin büdcə proqnozlarının müəyyənləşdirilməsinə də öz müsbət təsirini göstərib
14 Noyabr 20:31
Azərbaycan Dillər Universitetində Əhməd bəy Ağaoğluya həsr edilən dəyirmi masa keçirilib
14 Noyabr 20:30
Elman Nəsirov: Müsavat Partiyasının rəhbərliyi Azərbaycanın adına ləkə gətirəcək addımlarla bağlı öz mövqeyini bildirməlidir
14 Noyabr 17:55
Bakıda “MDB üçün 100 ideya” beynəlxalq gənclər layihəsi çərçivəsində sərgi təşkil olunub
14 Noyabr 17:44
Azərbaycan Prezidenti İlham Əliyev Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 17:33
İtalyan mətbəxində Azərbaycan kənd təsərrüfatı məhsullarından istifadə olunacaq
14 Noyabr 17:31
Prezident İlham Əliyev Rusiyanın Qaraçay-Çərkəz Respublikasının başçısının rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
14 Noyabr 17:27
Prezident İlham Əliyev Dünya Etnoidman Konfederasiyasının sədri Bilal Ərdoğanın başçılıq etdiyi nümayəndə heyətini qəbul edib
14 Noyabr 17:06
Əli Hüseynli: Azərbaycan Prezidenti İlham Əliyevin məhkəmə-hüquq sahəsindəki islahatları yeni mərhələyə qədəm qoyub
14 Noyabr 17:02
Rusiya Federasiyasının nümayəndə heyəti yeni Peşə Təhsil Mərkəzində
14 Noyabr 16:45
“Türkün dastanı” kitabının təqdimatı olub
14 Noyabr 16:44
Goranboyun Xasadarlı kəndində 54 fərdi yaşayış evinə təbii qaz verilib
14 Noyabr 16:37
Prezident Administrasiyasının məsul işçiləri bölgələrdə vətəndaşların müraciətlərini dinləyiblər
14 Noyabr 16:27
Parisdə Azərbaycan ilə Türkiyə arasında təhsil sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 16:24
Hərbi Dəniz Qüvvələri genişmiqyaslı təlim çərçivəsində tapşırıqları icra edir
14 Noyabr 16:20
Tur-aksiya: Məktəblilər Azərbaycanın şimal qapısı sayılan Qusarın və qədim Qubanın görməli yerlərini gəziblər
14 Noyabr 15:38
Qlobal neft tələbatı 2040-cı ildə 106,4 milyon barrelə çatacaq
14 Noyabr 15:38
Bakıda Dünya dini liderlərinin II Sammiti keçirilir
14 Noyabr 15:32
II Azərbaycan Diabet Konqresi keçirilib
14 Noyabr 15:15
“Caspian Ecology” – X yubiley Azərbaycan Beynəlxalq Ətraf Mühit Sərgisinin rəsmi açılışı olub
14 Noyabr 15:02
İstanbulda "Azərbaycan Respublikasının xarici siyasəti" mövzusunda konfrans keçirilib
14 Noyabr 14:56
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
14 Noyabr 14:40
Zülfiyyə Veysova: Bir gündə 650 min ağacın əkilməsi ekoloji tarazlığın bərpası baxımından əvəzolunmazdır
14 Noyabr 14:24
Azərbaycan ilə Türkiyə, Rusiya və Malayziya arasında təhsil sahəsində əməkdaşlıq perspektivləri müzakirə olunub
14 Noyabr 14:19
İcbari tibbi sığorta çərçivəsində fəaliyyət göstərəcək klinik diaqnostik laboratoriyalarda beynəlxalq standartlar tətbiq ediləcək
14 Noyabr 14:12
Multikulturalizm Mərkəzində ABŞ-ın Beynəlxalq Dini Azadlıq üzrə komissarı ilə görüş olub
14 Noyabr 14:09
UNEC İsrail ali təhsil müəssisəsi ilə əməkdaşlığa başlayır
14 Noyabr 14:07
Əməliyyat təlimində qoşunlar yerdəyişmə tapşırıqlarını icra edib
14 Noyabr 14:05
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
14 Noyabr 13:57
Azərbaycan iqtisadi potensialı kifayət qədər böyük olan ölkədir
14 Noyabr 13:56
İlham Mirzəliyev: 2005-2019-cu illərdə 2700-dən artıq istilik təhcizatı sistemi ilə bağlı layihələr icra olunub
14 Noyabr 13:52
Azərbaycan ilə Rusiya arasında gənclər siyasəti sahəsində əməkdaşlığa dair Saziş imzalanıb
14 Noyabr 13:49
YAP Pirallahı rayon təşkilatı imzatoplama kampaniyasını uğurla başa çatdırıb
14 Noyabr 13:46
YAP İcra Katibliyində “Azəristiliktəchizat” ASC-nin sədrinin müavini İlham Mirzəliyev mətbuat konfransı keçirib
14 Noyabr 12:46
Stefania Ciannini: Azərbaycanla əməkdaşlıqda maraqlıyıq
14 Noyabr 12:45
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi layihəsinin müzakirəsi davam edir
14 Noyabr 12:42
Abdullahi Godah Barre : Azərbaycanla münasibətlərimiz uğurla inkişaf edir
14 Noyabr 12:34
Muxtar respublikada gənclərin sağlamlığının qorunması və fiziki inkişafına xüsusi diqqət yetirilir
14 Noyabr 12:28
Doqquz ayda bank sektorunun aktivləri 6,3 faiz artıb
14 Noyabr 12:19
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi bu gün də bir qrup şəhid ailəsi və müharibə əlilini mənzillə təmin etdi
14 Noyabr 12:04
“Ölkəmizi tanıyaq” maarifləndirici tur-aksiyasının iştirakçıları Gəncədə
14 Noyabr 11:59
“Bakı” İstilik Elektrik Mərkəzi qışa hazır vəziyyətə gətirilib
14 Noyabr 11:57
FAO Azərbaycanda meşəçilik sahəsində yeni layihələr həyata keçirəcək
14 Noyabr 11:39
Əli Həsənov: “Radikal müxalifətə başçılıq edənlərin təfəkkürü dünyada baş verən prosesləri yamsılamaqdan o yana keçmir”
14 Noyabr 11:29
Bakı Nəqliyyat Agentliyi tərəfindən gətirilən 280 yeni avtobus artıq paytaxtdadır
14 Noyabr 11:24
Azərbaycanla İsveçrə Əməkdaşlıq Ofisinin əməkdaşlığının perspektiv imkanları müzakirə olunub
14 Noyabr 11:13
Ölkəmiz “Dünya Robot Olimpiadası”nda təmsil edilib
14 Noyabr 11:10
Noyabrın 14-ü Dünya Diabetlə Mübarizə Günüdür
14 Noyabr 11:07
Bakıda MDB-yə üzv dövlətlərin Gənclərlə İiş üzrə Şurasının iclası keçirilir
14 Noyabr 10:57
Heydər Əliyev Fondu 18 yaşınadək olan şəkərli diabet xəstələrini insulinlə təmin edəcək
14 Noyabr 10:40
AQTA sədri İsveçrə Əməkdaşlıq Ofisinin nümayəndələri ilə görüşüb
14 Noyabr 10:32
Bu gün “Avro-2020” seçmə mərhələsində 11-ci tura start veriləcək
14 Noyabr 10:22
Bu gün Dünya dini liderlərinin II Bakı Sammiti öz işinə başlayır
14 Noyabr 10:13
Avstriyanın Zaltsburq şəhərində Azərbaycanın fəxri konsulluğunun açılışı olub
14 Noyabr 10:10
Ankarada geniş bir ərazidə Xocalı parkı salınır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+14 +16
gecə+9 +12