Ana səhifə »  Qəzetin pdf formatı »  Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb
A+   Yenilə  A-
Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icması Füzuli və Cəbrayıl rayonlarının işğalının 26-cı ildönümü ilə əlaqədar bəyanat yayıb

Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümü ilə əlaqədar “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyi bəyanat yayıb.

Bəyanatı “Azərbaycan Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı İcması” İctimai Birliyinin sədr müavini, professor Elçin Əhmədov AZƏRTAC-a şərh edərək bildirib ki, Ermənistan dövlətinin yürütdüyü təcavüzkar siyasət artıq 30 ildir ki, dünya ictimaiyyətinin gözü qarşısında həyata keçirilir.

XX əsrin 80-ci illərinin sonunda ermənilər “böyük Ermənistan” ideyasını həyata keçirmək üçün yaranmış vəziyyətdən istifadə edərək yenidən Azərbaycanın Dağlıq Qarabağ bölgəsinə dair əsassız ərazi iddiaları irəli sürdülər. Sovet rəhbərliyinin çox ciddi və bağışlanılmaz səhvləri və ermənipərəst siyasəti 1990-cı ilin sonu - 1991-ci ilin əvvəllərində vəziyyətin getdikcə kəskinləşməsinə gətirib çıxardı, DQMV və Azərbaycanın Ermənistanla həmsərhəd bölgələrində erməni təcavüzü daha geniş miqyas aldı. XX əsrin sonunda bütün dünyanın gözü qarşısında baş verən, qəddarlığı və amansızlığı ilə seçilən Xocalı soyqırımı isə bu təcavüzkar siyasətin ən qanlı və yaddaşlardan silinməyən səhifəsi olmuşudur.

İyirmi altı il əvvəl – 1993-cü il avqust ayının 23-də Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı hücumu nəticəsində Azərbaycanın Dağlıq Qarabağ bölgəsinin hüdudlarından kənarda yerləşən 1386 kvadratkilometr sahəsi, 95,9 min nəfər əhalisi, 1 şəhər, 1 qəsəbə, 1 şəhər tipli qəsəbə və 81 kəndi olan Azərbaycanın Füzuli rayonu işğal edildi. Ermənistan silahlı qüvvələri elə həmin gün 1050 kvadratkilometr sahəsi, 52,6 min nəfər əhalisi, 1 şəhər, 4 qəsəbə və 92 kənddən ibarət olan Azərbaycanın Cəbrayıl rayonunu bütünlüklə işğal etdilər. 1994-cü ilin yanvar ayının 5-də Azərbaycan Ordusu tərəfindən Füzuli rayonunun 22 kəndi, Horadiz qəsəbəsi, eləcə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndi işğaldan azad edilmiş və hazırda Azərbaycanın nəzarətindədir. Füzuli şəhəri və 81 kəndin 61-i isə Ermənistan silahlı qüvvələrinin işğalı altındadır.

Hazırda Füzuli rayonunun 132 minlik əhalisinin 70 mindən çoxu rayonun azad olunmuş ərazilərində yaşayır, yerdə qalanı isə Azərbaycanın müxtəlif bölgələrində məcburi köçkün kimi məskunlaşır. Cəbrayıl rayonunun 80 mindən çox əhalisi öz doğma yurdlarından məcburən köçkün düşərək hazırda Azərbaycanın müxtəlif bölgələrində məskunlaşıblar.

Füzuli rayonunda işğaldan əvvəl 86 ümumtəhsil məktəbi, 2 texniki peşə məktəbi, 54 uşaq bağçası, 10 musiqi məktəbi, 27 klub, 2 muzey, 90 kitabxana, 13 xəstəxana fəaliyyət göstərmişdir. Rayonda çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri, о cümlədən qədim yaşayış məskənləri və kurqanlar (Yeni Daş dövrü, Tunc dövrü), türbələr (XIII-XVIII əsrlər), məscidlər (XVII-XIX əsrlər), karvansara (1684-cü il) və sair qalmışdır. Bu abidələr sırasına rayonun Babı kəndində yerləşən səkkizguşəli Şeyx Babı Yaqub (XIII əsr) türbəsini, Aşağı Veysəlli kəndində XIV əsrə aid Mirəli türbəsini, Əhmədalılar kəndində orta əsr qəbiristanlığının ərazisində sənduqə formalı qəbirdaşının üzərindəki türbəni, XIX əsrə aid olduğu söylənilən Cəlil türbəsini aid etmək olar.

Rayonda qədim Azıx mağarası (azıxantrop), Əcəmi memarlıq məktəbinin təsiri ilə inşa olunan bir sıra memarlıq abidələri və sair kimi bir çox tarixi-mənəvi dəyərlər mövcud idi. Arğalı türbəsi (XIII əsrin sonu), Babı türbəsi (1273-cü il), Aşağı Veysəlli kəndində hamar daşdan tikilən qülləvari Mirəli türbəsi (X əsr), Qarğabazar kəndində Hacıqiyasəddin məscidi (1682-ci il), Karvansara (1684-cü il), Qoçəhmədli kəndində məscid (XIII əsr), Füzuli şəhərində Hacı Ələkbər məscidi (XIX əsr), “Məşədi Həbib” hamamı (XIX əsr), Merdinli kəndi yaxınlığında daşdan yonulan at, qoç fiquru qədim abidələri (XIII-XIX əsrlər) və sair bu kimi tarixi əhəmiyyət daşıyan abidələr ermənilərin vəhşi vandalizminə məruz qalmış, məhv edilmiş və yandırılmışdır.

Cəbrayıl rayonunda isə işğaldan əvvəl rayonda 72 ümumtəhsil məktəbi, 40 klub, 5 məscid, 78 kitabxana, 149 mədəniyyət ocağı, 8 xəstəxana fəaliyyət göstərmişdir. İşğaldan əvvəl rayon ərazisində çoxsaylı tarixi-arxeoloji və memarlıq abidələri (qədim yaşayış məskənləri, kurqanlar, məscid, hamam, dairəvi və səkkizguşəli türbələr və sair) mövcud olmuşdur. Rayon ərazisində XI-XIII əsrlərdə inşa edilən dünya əhəmiyyətli Xudafərin körpü abidələri, habelə Dağ Tumas kəndindəki XIII-XIV əsrlərə aid türbə, Cəbrayıl şəhərinin yaxınlığında orta əsrlərə aid qəbiristanlıq və sair abidələr dağıdılmış və talan edilmişdir.

Ümumilikdə, 1988-1993-cü illərdə Ermənistanın hərbi təcavüzü nəticəsində Azərbaycanın tarixi, memarlıq və dini abidələri, xüsusilə, 600-dən çox tarixi və memarlıq abidəsi, onlardan 144 məbəd və 67 məscid Ermənistan silahlı qüvvələri tərəfindən tamamilə dağıdılmışdır. Bununla yanaşı, 40 min eksponatın qorunduğu 22 muzey, 927 kitabxanada 4,6 milyon kitab və qiymətli tarixi əlyazmalar məhv edilmiş, o cümlədən Azərbaycanın tarixi irsinə aid olan qiymətli nümunələr muzeylərdən oğurlanaraq sonradan müxtəlif hərraclarda satılmışdır.

XX əsrin sonunda monoetnik dövlət yaratmağa nail olan Ermənistanın təcavüzü nəticəsində 1992-1993-cü illərdə Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və onun hüdudlarından kənarda yerləşən Laçın, Kəlbəcər, Ağdam, Füzuli, Cəbrayıl, Qubadlı və Zəngilan rayonları zəbt edilmiş və hazırda Azərbaycan ərazisinin 20 faizdən çox hissəsi Ermənistan silahlı qüvvələrinin işğalı altındadır. Ermənistanın hərbi təcavüzü nəticəsində bu ərazilər etnik təmizləməyə məruz qalmış, Azərbaycanın işğal olunmuş ərazilərindən 1 milyondan çox azərbaycanlı əhali öz doğma torpağından məcburən köçkün düşmüşdür. 1988-1993-cü illərdə Ermənistanın həyata keçirdiyi bu işğalçılıq siyasəti nəticəsində 20 min nəfər azərbaycanlı həlak olmuş, 50 min nəfər isə müxtəlif dərəcəli xəsarət alaraq əlil olmuşdur.

Ermənistanın Azərbaycana qarşı təcavüzü ilə əlaqədar 1993-cü ildə BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş 822, 853, 874 və 884 saylı qətnamələrində Azərbaycanın ərazi bütövlüyü, suverenliyi və sərhədlərinin toxunulmazlığının zəruriliyi bir daha təsdiq olunur, işğalçı qüvvələrin işğal etdikləri Azərbaycan ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxması göstərilir. Ancaq BMT Təhlükəsizlik Şurasının dörd qətnaməsinə, Qoşulmama Hərəkatının, Avropa Şurası Parlament Assambleyasının, İslam Əməkdaşlıq Təşkilatının və eləcə də digər beynəlxalq təşkilatların qəbul etdiyi sənədlərə baxmayaraq indiyə kimi Ermənistan Respublikasının açıq-aşkar hərbi işğalçılıq mövqeyi tutması ucbatından münaqişə ölkəmizin ərazi bütövlüyü və suverenliyi çərçivəsində öz həllini tapmamışdır.

Füzuli və Cəbrayıl rayonlarının Ermənistan silahlı qüvvələri tərəfindən işğalının 26-cı ildönümündə beynəlxalq birlikləri Azərbaycan xalqına qarşı bu gün də davam edən təcavüz hərəkətlərinə obyektiv siyasi-hüquqi qiymətin verilməsi üçün ölkəmizin haqlı mövqeyini müdafiə etməyə, tarixi, memarlıq və dini abidələrimizin məqsədyönlü şəkildə dağıdılması, talan edilməsi və mənimsənilməsinə, eləcə də bu işğala son qoyulmasına çağırırıq.

Biz bütün beynəlxalq təşkilatlardan tələb edirik ki, Ermənistanın təcavüzünün qurbanı olan bir milyondan çox insanın haqq səsi eşidilsin və pozulmuş hüquqlarımızın bərpa olunması üçün ermənilərin cinayətkar əməlləri beynəlxalq səviyyədə qınaq obyektinə çevrilsin. Eyni zamanda, Azərbaycan dövləti və xalqı bu işğalla heç vaxt barışmayacaq. Bu baxımdan, Azərbaycan Ordusunun 3 il əvvəl - 2016-cı il aprelin 2-dən 5-dək davam edən uğurlu əks-hücum əməliyyatları ölkəmizə hərbi-strateji nöqteyi-nəzərdən çox böyük üstünlüklər verdi. İlk növbədə, Azərbaycan çox mühüm psixoloji qələbə qazandı. Azərbaycan Ordusu Qarabağın şimal və cənub hissələrində çox böyük strateji əhəmiyyətə malik yüksəklikləri, o cümlədən Füzuli, Cəbrayıl və Ağdərə rayonlarının bir hissəsini azad etdi. Bununla da, Azərbaycan öz torpaqlarını azad etmək bacarığını, potensialını, döyüş əzmini göstərdi. Nəticədə, 4 günlük döyüşlərin beynəlxalq əks-sədası da dərhal eşidildi və Ermənistanın Azərbaycan torpaqlarının 20 faizini işğal altında saxlaması bir daha bütün dünyaya xatırladıldı. Bununla yanaşı, Azərbaycan Ordusunun həyata keçirdiyi uğurlu əks-hücum hərbi əməliyyatı nəticəsində Lələtəpə yüksəkliyinin işğaldan azad edilməsi nəticəsində 1994-cü ildə işğaldan azad edilmiş Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində insanların təhlükəsiz yaşaması mümkün oldu. Tarixən burada yaşamış dinc əhalinin öz doğma yurdlarına qayıtması üçün Azərbaycan Silahlı Qüvvələrinin tam nəzarətinə keçmiş həmin ərazilərdə əsaslı yenidənqurma işlərinin başlanmasına şərait yarandı. Azərbaycan dövləti tərəfindən kəndin yenidən qurulması və məcburi köçkünlərin təhlükəsiz şəkildə kəndə geri qayıtması təmin olundu.

Hesab edirik ki, münaqişənin ədalətli həlli Ermənistan silahlı qüvvələrinin işğal olunmuş ərazilərdən çıxarılması haqqında BMT Təhlükəsizlik Şurası tərəfindən qəbul edilmiş müvafiq qətnamələrin icra edilməsindən, Azərbaycan Respublikasının Dağlıq Qarabağ və ətraf yeddi rayonundan təcavüzə məruz qalaraq məcburən köçkün düşmüş azərbaycanlıların doğma torpaqlarına qayıtmasından və beynəlxalq birlik tərəfindən tanınan ölkəmizin ərazi bütövlüyünün bərpasından sonra mümkündür. Yalnız bu halda iki ölkə arasında normal qonşuluq münasibətlərinin qurulması, regionda davamlı və ədalətli sülh təmin oluna bilər.

 
  • Oxunub:  3900  |  
  • Tarix:  23-08-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir

27 Fevral 22:10
Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə olunub
27 Fevral 22:00
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
27 Fevral 21:52
Azərbaycan Respublikasının prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı uğurla davam etdirir
27 Fevral 21:51
Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
27 Fevral 21:49
Rumıniya artan təbii qaz tələbatının Azərbaycan resursları hesabına ödənilməsində maraqlıdır
27 Fevral 21:40
Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir
27 Fevral 21:31
Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
27 Fevral 21:27
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
27 Fevral 21:06
AQTA laboratoriyaları koronavirusla bağlı gücləndirilmiş rejimdə çalışır
27 Fevral 20:58
Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
27 Fevral 20:40
UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşmasında beynəlxalq reallıqlar və yeni çağırışlar
27 Fevral 20:35
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının Xatirə günü keçirilib
27 Fevral 20:07
Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciəti
27 Fevral 20:00
Azərbaycanda koronavirusla bağlı təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında qərargah yaradılıb
27 Fevral 17:44
Çili ilə əməkdaşlıq müzakirə olunub
27 Fevral 17:37
Dövlət Sərhəd Xidmətində istefaya buraxılan generallarla görüş keçirilib
27 Fevral 17:30
Ukrayna mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
27 Fevral 17:17
İlahiyyat İnstitutunda seminar: Bioetika və din
27 Fevral 17:10
Bakıda beynəlxalq tikinti forumu keçirilib
27 Fevral 16:57
Bakı Konqres Mərkəzində Varisin yeni romanı təqdim olunub
27 Fevral 16:50
Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə müzakirələr aparılıb
27 Fevral 16:48
Ov mövsümü martın 7-də bitəcək
27 Fevral 16:42
Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək - Sona Əliyeva
27 Fevral 16:27
Böyük Britaniya qəzeti Xocalı soyqırımından yazıb
27 Fevral 16:22
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib
27 Fevral 16:09
Gündüz İsmayılov: Dini sabitliyin qorunub saxlanılmasında maarifləndirmə faktoru önəmli rol oynayır
27 Fevral 15:56
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq
27 Fevral 15:50
Vüqar Rəhimzadə: İmzalanan mühüm sazişlər Azərbaycana və Türkiyəyə böyük dividentlər gətirəcək
27 Fevral 15:43
Müdafiə naziri Anjey Kaspşiklə görüşüb
27 Fevral 15:38
Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə 2020-ci ildə nəzərdə tutulan tədbirlər
27 Fevral 15:17
Elçin Əhmədov: Azərbaycan-Türkiyə həmrəyliyi regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
27 Fevral 15:12
Dövlət Neft Fondunun aktivləri 43,3 milyard dollara çatıb
27 Fevral 14:54
Bilal Dündar: Azərbaycan-Türkiyə müttəfiqliyi bölgəmizdə sülh və sabitlik üçün əsaslı zəmin rolunu oynayır
27 Fevral 14:43
Azərbaycan Texniki Universitetinin tələbə-rektoru ilin idmançısı seçilib
27 Fevral 14:41
Pərviz Şahbazov: Bu ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq
27 Fevral 14:28
ABŞ Konqresində Xocalı faciəsinin 28-ci ildönümünü ilə bağlı anım tədbiri keçirilib
27 Fevral 14:20
Azad Rəhimov: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb
27 Fevral 14:15
QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilib
27 Fevral 14:14
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası” təsdiqlənib
27 Fevral 14:09
Yol polisi: Hər bir hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmalıdır
27 Fevral 13:19
Almaniyalı tədqiqatçı “nex24.news” saytına müsahibəsində Xocalıda törədilmiş erməni vəhşiliyindən danışıb
27 Fevral 12:51
Bakıda İslam Ölkələri Könüllülərinin Beynəlxalq Forumu keçirilib
27 Fevral 12:44
Novruz bayramı ilə əlaqədar növbəti “DOST xonçası” aksiyası başlayır
27 Fevral 12:40
Xalça Muzeyində “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi” mövzusunda mühazirə dinlənilib
27 Fevral 12:25
Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
27 Fevral 12:15
Azərbaycanda musiqi və incəsənət məktəblərinə şagird qəbulu elektron formada aparılacaq
27 Fevral 12:09
Azərbaycanda ova icazə verilən ərazilər müəyyənləşib
27 Fevral 11:55
ETSN qanunsuz ovlanan heyvanlarla bağlı cərimə məbləğlərini açıqlayıb
27 Fevral 11:53
Rezidenturaya sənəd qəbulu bu gün yekunlaşır
27 Fevral 11:49
Ötən ay ölkəyə 61 milyon dollar dəyərində avtomobil idxal edilib
27 Fevral 11:37
Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
27 Fevral 11:34
Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub
27 Fevral 11:27
Azərbaycan ötən ay ən çox İtaliyaya məhsul göndərib
27 Fevral 11:18
Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb
27 Fevral 10:52
Naqif Həmzəyev Türkiyədə keçirilən “Xocalıya Ədalət həftəsi”ndə iştirak edir
27 Fevral 10:48
Məktəblərdə tədris ilinin müddəti təsdiqlənib
27 Fevral 10:19
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
27 Fevral 09:39
Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir
27 Fevral 09:36
Azərbaycanın regionlarında turizmin inkişafı üçün mühüm tədbirlər görülür
27 Fevral 09:29
Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir
26 Fevral 21:05
BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentində Ermənistan-Azərbaycan münaqişəsindən danışılıb
26 Fevral 20:57
Tehranda Azərbaycan və İran Müdafiə nazirliklərinin birgə işçi qrupunun ikinci iclası keçirilib
26 Fevral 20:07
Moskvada Xocalı faciəsinin 28-ci ildönümünə həsr olunmuş tədbir keçirilib
26 Fevral 19:57
DSX: Türkiyədən yük nəqliyyat vasitələrinin Naxçıvan Muxtar Respublikasına buraxılışı bərpa edilib
26 Fevral 19:49
Ombudsman ABŞ-ın Beynəlxalq Din Azadlığı Komissiyasının nümayəndələri ilə görüşüb
26 Fevral 17:56
Heydər Əliyev Beynəlxalq Aeroportu dünyanın bulud texnologiyalarına tamamilə keçid etmiş ilk hava limanıdır
26 Fevral 17:54
Fəzail İbrahimli: Xocalı faciəsi bütün insanlığa qarşı qətliamdır
26 Fevral 17:53
Pərvin Kərimzadə: Xocalı faciəsi heç vaxt unudulmayacaq qan yaddaşıdır
26 Fevral 17:44
Xocalı faciəsi qurbanlarının xatirəsi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində anılıb
26 Fevral 17:32
Bolqarıstanda Xocalı soyqırımı qurbanlarının xatirəsi silsilə tədbirlərlə anılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA