Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb
A+   Yenilə  A-
Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi Baş katib Antonio Quterreşə məktub ünvanlayıb

Azərbaycanın BMT-dəki daimi nümayəndəliyi təşkilatın Baş katibi Antonio Quterreşə məktub ünvanlayıb. Bu barədə AZƏRTAC-da daimi nümayəndəlikdən məlumat verilib.

Müvəqqəti işlər vəkili Tofiq Musayev tərəfindən imzalanan məktubda deyilir ki, Ermənistanın daimi nümayəndəsinin BMT-nin Baş katibinə ünvanladığı 2019-cu il 29 iyul tarixli məktuba Azərbaycan ərazisində Ermənistan tərəfindən yaradılmış qondarma irqçi rejim tərəfindən “Davamlı İnkişaf Məqsədlərinin icra olunması ilə bağlı milli hesabat” adlı sənəd əlavə edilib. Biz Ermənistanın BMT-yə üzvlüyündən açıq-aşkar sui-istifadə edərək beynəlxalq ictimaiyyəti bu cür tamamilə saxtalaşdırılmış vasitələrlə yanlış istiqamətə yönləndirməsinə qəti şəkildə etirazımızı bildiririk. Biz BMT-də Ermənistan tərəfindən bu qanunsuz rejimin kağızlarının yayılmasına bir daha kəskin etirazımızı bildiririk. Bu cür sənədlər, hər şeydən əvvəl, heç bir hüquqi qüvvəyə malik deyil və onları rədd edərək nəzərə almamaq lazımdır.

Məktubda qeyd edilir ki, Ermənistanın Azərbaycanın beynəlxalq səviyyədə tanınan ərazisini – Dağlıq Qarabağ regionunu və işğal olunmuş digər rayonları – “Dağlıq Qarabağ Respublikası” və ya “Arsax” kimi bir çox fərqli qondarma adlarla təqdim etmək cəhdləri hüquqi cəhətdən etibarsız hesab edilir. Bu, beynəlxalq hüququ, Azərbaycanın Konstitusiyasını və qanunvericiliyini, Birləşmiş Millətlər Təşkilatı tərəfindən coğrafi adların beynəlxalq standardlaşdırılması qaydaları və prinsiplərini açıq-aşkar pozur. Bu cür cəhdlər açıq-aşkar tarixi təhrif etmək və saxtalaşdırmaqdır, eləcə də Azərbaycanın işğal edilmiş ərazilərindəki mədəni və tarixi irsinin bütün izlərini silmək cəhdidir.

Hamıya məlumdur ki, Ermənistan silahlı qüvvələrindən istifadə edərək Azərbaycanın bir hissəsini, o cümlədən Dağlıq Qarabağ regionunu, onun ətrafındakı yeddi rayonu və bəzi digər əraziləri işğal edib və işğal etdiyi ərazilərdə erməni olmayan bütün şəxslərə qarşı etnik təmizləmə həyata keçirib. Bu təcavüz saya-hesaba gəlməyəcək qədər çox insan faciəsi və əzablarına səbəb olub. Ermənistan tərəfindən başladılan bu müharibə on minlərlə insanın həyatına son qoyub, şəhərləri, rayonları və kəndləri xarabalığa çevirib və 1 milyondan çox azərbaycanlının məcburi şəkildə öz evlərindən və mülkiyyətlərindən sürgün edilməsinə səbəb olub. Bu münaqişə nəticəsində minlərlə insan itkin düşüb.

Azərbaycanın işğal edilmiş ərazilərində Ermənistan tərəfindən yaradılmış qondarma rejimin qeyri-qanuniliyi beynəlxalq səviyyədə dəfələrlə bəyan edilib. BMT Təhlükəsizlik Şurası özünün 822 (1993), 853 (1993), 874 (1993) və 884 (1993) saylı qətnamələrində Azərbaycana qarşı istifadə olunan güc tətbiqini və ərazilərin işğalını qınayıb, Azərbaycanın ərazi bütövlüyünə və beynəlxalq sərhədlərinin toxunulmazlığına hörmətini bildirib, güc tətbiq edərək əraziyə sahib olmağın yolverilməzliyini bildirib. Ermənistanın ərazi iddialarına və təcavüzkar hərəkətlərinə cavab verərkən BMT Təhlükəsizlik Şurası Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olduğunu bir daha təsdiq edib və Ermənistandan işğal edilmiş ərazilərdən işğalçı dəstələrin dərhal, tamamilə və qeyri-şərtsiz çıxarılmasını tələb edib. Bir sözlə, Təhlükəsizlik Şurası silahlı gücün Azərbaycana qarşı tətbiq olunduğunu təsdiqləyib, bu cür hərəkətlərin qeyri-qanuni olduğunu bildirib, bunu açıq-aşkar suverenliyin və ərazi bütövlüyünün pozulması kimi qiymətləndirib. Ermənistan Respublikası öz hərbi sursatlarının istifadəsi ilə Dağlıq Qarabağ münaqişəsində ilk zamandan bəri mühüm dərəcədə iştirak edib. Bununla da sözügedən ərazilərin əldə olunmasına və nəzarət altında saxlanılmasına həlledici dəstək verib və dəstək verməkdə davam edir. Həmin ərazilərdəki rejim Ermənistanın göstərdiyi hərbi, siyasi, maliyyə və digər dəstəklərlə ardıcıl olaraq Dağlıq Qarabağda və ətraf ərazilərdə effektiv nəzarəti həyata keçirir.

Bundan əlavə, Davamlı İnkişaf Məqsədləri ilə bağlı məsuliyyətsiz spekulyasiyalara yol açan Ermənistan nədənsə yaddan çıxarır ki, BMT-nin Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı 2030-cu il Gündəliyinə əsasən Könüllü Milli hesabatların təqdim edilməsi BMT-yə üzv olan dövlətlər üçün nəzərdə tutulub və həmin hesabatlar dövlət tərəfindən nizamlanır və dövlətin himayəsi altında hazırlanır. Ən əsası, Dayanıqlı İnkişaf Məqsədləri ilə bağlı 2030-cu il Gündəliyində qeyd olunduğu kimi, dövlət və hökumət başçıları, eləcə də yüksəksəviyyəli nümayəndələr bu Gündəliyin beynəlxalq hüquqa uyğun olaraq dövlətlərin hüquq və öhdəliklərini nəzərə alaraq həyata keçirilməsini yekdilliklə bəyan ediblər və dövlətlərin ərazi bütövlüyü və siyasi müstəqilliyinə hörmət olunmasının vacibliyini bir daha təsdiqləyiblər. Belə bir şəraitdə Ermənistan Azərbaycanın işğal olunmuş ərazilərində yaratdığı qanunsuz marionet rejimini təbliğ və təşviq etməklə beynəlxalq ictimaiyyətin mövqeyinə tamamilə hörmətsiz yanaşdığını və Birləşmiş Millətlər Təşkilatının Nizamnaməsinə və beynəlxalqı hüququn ümumi qəbul edilmiş norma və prinsiplərinə riayət etmək istəmədiyini nümayiş etdirir. Bu cür hərəkətlər, eyni zamanda, Ermənistanın siyasətinin Dağlıq Qarabağ münaqişənin siyasi yolla həlli məqsədlərinə necə zidd olduğunu göstərir.

Ermənistan hökuməti dərk etməlidir ki, başqa bir suveren dövlətin ərazisinin ələ keçirilməsi heç vaxt onun istədiyi siyasi və hüquqi nəticəni verməyəcək. Şübhəsiz ki, rəsmi İrəvan öz silahlı qüvvələrini Azərbaycanın Dağlıq Qarabağ bölgəsindən və bütün işğal olunmuş ərazilərindən çıxarmağa məcbur olacaq. Təxribatlara vaxt sərf etmək əvəzinə, Ermənistan bu dayanıqsız status-kvonun uzadılması kimi mənfur niyyətlərindən əl çəkməli və öz beynəlxalq öhdəliklərini vicdanla yerinə yetirməlidir.

 
  • Oxunub:  1920  |  
  • Tarix:  23-08-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir

15 Noyabr 16:38
Erməni deputatlar Vaşinqtonda sual atəşinə tutulublar
15 Noyabr 16:24
BMT-nin Sivilizasiyalar Alyansı ilə əməkdaşlıq müzakirə olunub
15 Noyabr 16:18
Prezident İlham Əliyev KAICIID Beynəlxalq Dinlərarası və Mədəniyyətlərarası Dialoq Mərkəzinin Baş katibini qəbul edib
15 Noyabr 16:15
Rob Sobhani: Dünya dini liderlərinin II Bakı Sammiti Azərbaycanın dini azadlıq nümunəsi olduğunu nümayiş etdirir
15 Noyabr 16:09
Prezident İlham Əliyev Qüds Sefardi ortodoks baş ravvinini qəbul edib
15 Noyabr 15:59
Vüqar Rəhimzadə: Azərbaycan nadir qlobal dialoq və əməkdaşlıq məkanına çevrilib
15 Noyabr 15:34
Azərbaycan 13 milyard dollarlıq neft və bitumlu minerallardan alınan neft məhsulları ixrac edib
15 Noyabr 15:26
Mədəniyyət naziri və müavinləri bölgələrdə vətəndaşlarla görüşüb
15 Noyabr 15:24
Azərbaycanla Gürcüstanın dəmir yollarının əməkdaşlığının perspektivləri müzakirə olunub
15 Noyabr 15:20
Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin rəhbərliyi Masallı və Yardımlıda vətəndaşları qəbul edib
15 Noyabr 15:18
Zoltan Hernyeş: İnsan hüquqları ilə süni intellekt məsələlərin əlaqəsi mühüm məsələlərdən biridir
15 Noyabr 15:14
Prezident İlham Əliyev Rusiyanın Şimali Qafqaz respublikalarından olan bir qrup müsəlman din xadimindən ibarət nümayəndə heyətini qəbul edib
15 Noyabr 15:08
BDU-nun 100 illik yubileyi ilə bağlı yaradıcılıq müsabiqəsinə yekun vurulub
15 Noyabr 15:06
Avropa İnvestisiya Bankı 2021-ci ildən ənənəvi enerji mənbələri üzrə layihələri maliyyələşdirməyəcək
15 Noyabr 14:46
Dünya dini liderlərinin II Bakı Sammitinin yekunlarına dair mətbuat konfransı keçirilib
15 Noyabr 14:37
2025-ci ildən sonra neft tələbatındakı artım tempi yavaşlayacaq
15 Noyabr 14:35
Ravvin Eli Abadi: Azərbaycan dünyada multikulturalizm və dinlərarası əməkdaşlıq diyarı kimi tanınır
15 Noyabr 14:07
Bakı Dövlət Universitetində tədbir: Ozan sənəti milli sərvətimizdir
15 Noyabr 14:03
Azərbaycanın Energetika naziri Dayanıqlı İnkişaf Məqsədləri üzrə Qazaxıstan sammitində iştirak edib
15 Noyabr 13:56
Dünya dini liderlərinin II Sammitinin Bakı Bəyannaməsi qəbul edilib
15 Noyabr 13:22
Naybori Sammiti çərçivəsində Azərbaycanda qadın hüquqları sahəsində görülmüş işlərdən danışılıb
15 Noyabr 13:17
Baş prokuror Abşeron rayonunda vətəndaşları qəbul edib
15 Noyabr 13:13
Dünya dini liderlərinin II Bakı Sammiti plenar iclasla işini davam etdirir
15 Noyabr 12:59
AVCİYA bələdiyyə seçkiləri ilə bağlı maarifləndirmə tədbirlərinə başlayıb
15 Noyabr 12:55
Bakının Türkan qəsəbəsində sakinlərin problemləri dinlənilib
15 Noyabr 12:54
Senator Lindsi Qrem qondarma “erməni soyqırımı”nın tanınması haqqında qətnaməni ABŞ Senatında bloklayıb
15 Noyabr 12:50
Qadın kimyaçılara həsr olunan tədbir
15 Noyabr 12:46
2020-ci ilin dövlət büdcəsinin 39.5 faizi bilavasitə sosial məqsədlərə yönələcək
15 Noyabr 12:43
Azərbaycanın Xarici İşlər naziri 10-cu Sir Bani Yas Forumunda iştirak edəcək
15 Noyabr 12:42
Ümidlər və proqnozlar: Ərdoğanın Vaşinqton səfərinin nəticələri
15 Noyabr 12:06
Stanislav Zvolenski: Bakı Sammiti müxtəlif dinlər və təriqətlər arasında dialoqun və əməkdaşlığın inkişafına töhfə verəcək
15 Noyabr 11:48
AMEA-nın Gənc Alim və Mütəxəssislər Şurasının bölmə katibləri hesabat veriblər
15 Noyabr 11:43
Azərbaycanda startaplar üçün “StartupFest 2019” keçiriləcək
15 Noyabr 11:39
Los Anceles sinaqoqunda Qarabağ həqiqətlərinə həsr olunmuş geniş tədbir keçirilib
15 Noyabr 11:27
“Avro 2020”: Bu gün 11-ci tur çərçivəsində səkkiz qarşılaşma oynanılacaq
15 Noyabr 11:26
Müxtəlif qoşun növlərinin cəlb olunduğu əməliyyat təlimi davam edir
15 Noyabr 11:23
Nazir Əbülfəs Qarayev İranın Mədəniyyət və İslami Əlaqələr Təşkilatının sədri ilə görüşüb
15 Noyabr 11:12
Zərdab–Qaravəlli avtomobil yolu yenidən qurulub
15 Noyabr 11:07
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 20 dəfə pozub
15 Noyabr 10:51
“Euronews” televiziya kanalı Bakı Caz Festivalı haqqında reportaj yayımlayıb
15 Noyabr 10:48
Bakıda ilk dəfə olaraq “Süni intellekt və insan hüquqları” mövzusunda beynəlxalq konfrans işə başlayıb
15 Noyabr 10:39
Daşkənddə Asiya İnkişaf Bankının Mərkəzi Asiya Regional İqtisadi Əməkdaşlıq Proqramı çərçivəsində 18-ci Nazirlər Konfransı keçirilib
15 Noyabr 10:29
Belarusda Azərbaycanın turizm imkanları təqdim olunub
15 Noyabr 10:17
Prezident İlham Əliyev: Azərbaycanda bütün nəqliyyat infrastrukturu yeniləşir, müasirləşir
15 Noyabr 10:15
Milli Məclisdə 2020-ci ilin dövlət büdcəsi zərfinə daxil olan sənədlərin müzakirəsi başa çatıb
15 Noyabr 10:13
Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill Bakıda “Jen Mironosits” pravoslav kafedral kilsəsini ziyarət edib
15 Noyabr 10:07
Beyləqanda tullantı sutəmizləyici qurğunun tikintisi yekunlaşır
15 Noyabr 10:04
AzTU-da sərgi: dəyəri 5 min manatdan baha olan əl işi müsabiqəyə çıxarıldı
15 Noyabr 10:03
Mərkəzi Seçki Komissiyası bələdiyyə seçkiləri ilə əlaqədar Şəkidə seminar-müşavirə təşkil edib
15 Noyabr 09:57
Qaradağ rayonunda qeyri-qanuni dini tədris kursunun fəaliyyət göstərdiyi aşkarlanıb
15 Noyabr 09:56
Bakcell Azərbaycanda ən sürətli mobil internet təqdim edir
15 Noyabr 09:50
Azercell-in dəstəyi ilə sayca beşinci Uşaq Paralimpiya Oyunları keçirilib
15 Noyabr 09:48
“Nar”ın sosial layihəsi nüfuzlu beynəlxalq müsabiqədə qalib olub
15 Noyabr 09:46
Azərbaycanın regionlarında payızlıq taxıl səpini uğurla davam etdirilir
14 Noyabr 22:19
Azərbaycanın Xarici İşlər naziri BMT-nin Sivilizasiyalar Alyansı üzrə Ali nümayəndəsi ilə görüşüb
14 Noyabr 22:14
Ali Erbaş: Terror təşkilatlarına yardım edənlərə Bakı Sammiti vasitəsilə mesaj göndərməyə çalışacağıq
14 Noyabr 22:12
Milli Xalça Muzeyində “Muzeylər, tekstil kolleksiyaları və qarşılıqlı əməkdaşlıq perspektivləri” adlı konfransın açılışı olub
14 Noyabr 22:10
Azərbaycan və Kolumbiya arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 21:20
Məhkəmə-Hüquq Şurasının növbəti iclası keçirilib
14 Noyabr 21:13
Martin Pammer: Azərbaycan dinlər arasında dialoqun təmin olunmasında mühüm rol oynayır
14 Noyabr 21:11
Dünya dini liderlərinin II Sammiti işini plenar iclasla davam etdirib
14 Noyabr 21:01
İsrailin Azərbaycandakı səfirinin diplomatik fəaliyyəti başa çatır
14 Noyabr 20:57
AQTİ “Məktəbəqədər təhsil müəssisələrində qida təhlükəsizliyi” mövzusunda təlimlərə başlayıb
14 Noyabr 20:53
Prezident İlham Əliyevin təşəbbüsü xalqlar və dövlətlər arasında əməkdaşlığa böyük töhfədir
14 Noyabr 20:51
Şeyxülislam Allahşükür Paşazadə Moskvanın və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşüb
14 Noyabr 20:49
Azərbaycan ilə Sinqapur arasında əməkdaşlıq məsələləri müzakirə olunub
14 Noyabr 20:46
Diasporla İş üzrə Dövlət Komitəsinin nümayəndə heyətin Vyanada görüşləri davam etdirir
14 Noyabr 20:43
Milli Məclisin deputatları Belarusda keçiriləcək parlament seçkilərini müşahidə edəcəklər
14 Noyabr 20:37
Mirzəcan Xəlilov: Gələn ilin dövlət büdcəsində qeyri-neft sektoruna verilən üstünlük xüsusi olaraq nəzərə çarpır
14 Noyabr 20:33
Tahir Süleymanov: Ölkəmizin müsbət reallıqları, inkişaf meylləri gələn ilin büdcə proqnozlarının müəyyənləşdirilməsinə də öz müsbət təsirini göstərib

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
HAVA HAQQINDA
Bakı
gündüz+12 +14
gecə+9 +11