“Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransı başa çatıb
31.08.2019 [16:04]
Bakı Dövlət Universitetində bu ali təhsil ocağının 100 illik yubileyinə həsr olunan “Riyaziyyat və onun tətbiqləri” 8-ci Beynəlxalq Avrasiya Konfransının (IECMSA-2019) bağlanış mərasimi keçirilib.
BDU-dan AZƏRTAC-a bildiriblər ki, mərasimdə çıxış edən rektor Elçin Babayev dörd gün davam edən konfransın işini yüksək qiymətləndirib, bölmə iclaslarında təqdim olunan məruzələrin, aparılan elmi müzakirələrin uğurlu nəticələr verəcəyinə əminliyini vurğulayıb. Rektor gələcəkdə dünyanın tanınmış riyaziyyatçılarının iştirakı ilə BDU-nun tələbə, magistr və doktorantları üçün riyaziyyat üzrə məktəblərin təşkil olunması təklifini irəli sürüb.
Türkiyənin Sakarya Universitetinin professoru Murat Tosun Bakı Dövlət Universitetinin əsas tərəfdaşlığı və ev sahibliyi ilə keçirilən konfransın faydalı olduğunu bildirib və təqdim olunan məqalələrin toplu şəklində və indekslənən jurnallarda dərc olunacağı haqqında məlumat verib.
Sonra beynəlxalq konfransın bölmə iclaslarına rəhbərlik edən yerli və xarici alimlərin hesabatları dinlənilib.
Rektor Elçin Babayev Türkdilli Dövlətlərin Riyaziyyatçılar Cəmiyyətinin fəxri prezidenti, tanınmış alim, bacarıqlı elm təşkilatçısı Hilmi Hacısalihoğlunu Azərbaycan və Türkiyə arasında elmi əməkdaşlığın inkişafına verdiyi töhfələrə görə “BDU-nun Fəxri diplomu” ilə təltif edib.
Bakı Dövlət Universitetinin bir qrup əməkdaşı konfransın təşkilində göstərdikləri xidmətlərə görə Təşkilat Komitəsi tərəfindən sertifikata layiq görülüb.
Türkiyənin Sakarya, Beynəlxalq Balkan Universiteti, Firat Universiteti, Təkirdağ Namiq Kamal Universiteti, Kocaeli Universiteti, Amasya Universiteti, Qazi Universiteti və Türk Dünyası Riyaziyyat Cəmiyyətinin dəstəyi ilə təşkil olunan konfransda cəbr, topologiya, riyazi analiz və diferensial tənliklər, statistika, tətbiqi riyaziyyat, riyazi təhsil, diskret riyaziyyat, informasiya təhlükəsizliyi, həndəsə və riyaziyyatın digər sahələri ilə bağlı 43 ölkədən daxil olmuş 243 elmi məruzə dinlənilib.
Xəbər lenti
Hamısına baxMaraqlı
29 May 22:25
Maraqlı
29 May 21:19
Dünya
29 May 20:41
Dünya
29 May 19:22
Dünya
29 May 18:17
İdman
29 May 17:29
Dünya
29 May 16:45
Dünya
29 May 15:33
Dünya
29 May 14:19
İdman
29 May 13:24
Sosial
29 May 12:38
Dünya
29 May 12:31
Dünya
29 May 11:40
Dünya
29 May 10:17
Dünya
29 May 09:50
Dünya
29 May 09:25
Dünya
29 May 08:51
İdman
29 May 08:38
Siyasət
28 May 23:45
Siyasət
28 May 22:08
Siyasət
28 May 21:36
Siyasət
28 May 20:31
Dünya
28 May 19:40
Dünya
28 May 18:32
Dünya
28 May 17:27
Gündəm
28 May 16:49
Siyasət
28 May 16:29
Dünya
28 May 16:19
Siyasət
28 May 16:09
Siyasət
28 May 16:08
Sosial
28 May 15:25
Siyasət
28 May 15:22
Siyasət
28 May 14:59
Gündəm
28 May 14:59
Gündəm
28 May 14:33
Gündəm
28 May 14:21
Gündəm
28 May 13:42
Dünya
28 May 13:40
Siyasət
28 May 13:13
Gündəm
28 May 12:59
Siyasət
28 May 12:34
Dünya
28 May 12:19
Siyasət
28 May 11:45
Dünya
28 May 11:25
Siyasət
28 May 10:45
Siyasət
28 May 10:33
Dünya
28 May 10:33
Siyasət
28 May 09:34
Siyasət
28 May 09:27
Dünya
28 May 08:49
Dünya
27 May 23:19
Gündəm
27 May 22:35
Dünya
27 May 21:40
Dünya
27 May 20:17
Siyasət
27 May 19:36
Dünya
27 May 19:25
Dünya
27 May 18:20
Dünya
27 May 17:31
Dünya
27 May 16:22
İdman
27 May 15:38
Siyasət
27 May 15:38
Siyasət
27 May 15:37
Hadisə
27 May 15:10
Dünya
27 May 14:59
Dünya
27 May 14:25
Mədəniyyət
27 May 13:41
Dünya
27 May 13:17
Dünya
27 May 12:59
Gündəm
27 May 12:23
Gündəm
27 May 11:35

