Ana səhifə »  Qəzetin pdf formatı »  Dmitri Savelyev: Təhlükəsizlik sahəsində təcrübə mübadiləsi Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin mühüm tərkib hissəsidir
A+   Yenilə  A-
Dmitri Savelyev: Təhlükəsizlik sahəsində təcrübə mübadiləsi Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin mühüm tərkib hissəsidir

Rusiya ilə Azərbaycan arasında qarşılıqlı fəaliyyət prosesləri xeyli sürətlənməkdədir: cəmi bir həftə ərzində Azərbaycan nümayəndə heyəti Şərq İqtisadi Forumunun işində iştirak edib, Rusiya Təhlükəsizlik Şurasının katibi isə Bakıda öz həmkarı ilə görüşüb. Rusiya Federasiyası Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan Parlamentlərarası Dostluq Qrupunun rəhbəri Dmitri Savelyev bu və digər proseslərin perspektivlərini şərh edir.

-Dmitri İvanoviç, iqtisadiyyat sahəsində Rusiya-Azərbaycan tərəfdaşlığının dinamikası bizim söhbətlərimizin daimi mövzusudur. Qarşılıqlı əmtəə dövriyyəsində vəziyyət necədir?

-Bəri başdan qeyd etməliyəm ki, son illərdə Rusiya Azərbaycanın ticarət tərəfdaşlarının siyahısında davamlı olaraq aparıcı yerlərdən birini tutur, ölkələrimiz arasında ticarətin həcmi isə durmadan artır: cari ilin 7 ayı ərzində əmtəə dövriyyəsinin həcmi 1,6 milyard dollar olub. Bu, 2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 23 faiz çoxdur. Bu il yayda Azərbaycan Rusiyadan taxıl alınması üzrə rekord göstərib: Ulyanovsk vilayətindən ixrac edilən taxılın 70 faizi azərbaycanlı istehlakçılara göndərilib, Azərbaycana taxıl satan ənənəvi tərəfdaş olan Stavropol diyarı isə bu respublikaya 146 min ton taxıl yola salıb. Bu, bir il əvvəlki ilə müqayisədə üç dəfə çoxdur.

-Bu yaxınlarda Bakıda başa çatmış biznes-missiya hər hansı yeni meyilləri aşkar edibmi?

-Azərbaycanın təşəbbüsü ilə başlanmış bu pilot təcrübəsi uğurlu olub: Rusiyanın yeddi regionundan 30-dan çox şirkət öz potensialını Azərbaycan biznes birliyinə təqdim etməyə gəlmişdi. Qarşı tərəfin bu tədbirə marağı çox böyük idi: Azərbaycan tərəfindən 16 sahəni təmsil edən 150 müəssisə bu görüşə qoşulmuşdu. Biznes-missiya dövründə üç kontrakt imzalandı, daha bir neçə saziş isə ilkin razılaşma mərhələsindədir. Rusiyadan ixracın yeni perspektivli istiqamətləri arasında süd məhsulları, taxta-şalban, faner və tikinti armaturunun adlarını çəkmək olar. Azərbaycanlı tərəfdaşlar bu mallar üçün sifarişlərini bizə təqdim etməyə hazırdırlar.

-Şərq İqtisadi Forumu azərbaycanlı sahibkarlarda maraq doğura bildimi?

-Bu maraq qarşılıqlıdır. Üstəlik, dünyada iqtisadi inkişaf sürətinin azalması şəraitində Azərbaycan iqtisadiyyatı kimi inkişaf etməkdə olan iqtisadiyyat iri investorlarda güclü maraq oyadır. Fikrimcə, Odlar Diyarını çoxlu ciddi biznes təklifləri gözləyir. Forum özü isə Azərbaycan üçün ona görə maraqlıdır ki, o, qeyri-iqtisadi səbəblərə görə biznes əlaqələrini məhdudlaşdıran Avropa bazarları ilə müqayisədə siyasi şəraitin qat-qat sərfəli olduğu Asiya bazarlarına yol açır. Azərbaycan Avrasiya məkanında həyata keçirilən bir sıra layihələrdə fəal iştirak edir və bu meyil güclənməkdədir, çünki Azərbaycanın nəqliyyat-logistika potensialı qitə miqyasında inteqrasiyanı gücləndirir. Yeri gəlmişkən, forum müddətində Rusiya ilə Hindistan arasında imzalanmış sənədlər paketi gömrüklə bağlı və digər maneələrin çoxunu aradan qaldırır. Bu o deməkdir ki, Azərbaycanın dəmir yol və dəniz nəqliyyat imkanlarının cəlb edildiyi “Şimal-Cənub” nəqliyyat dəhlizi daha dinamik fəaliyyət göstərəcək. Bu da öz növbəsində, respublikanın regionda iqtisadi və siyasi mövqelərini xeyli gücləndirəcək.

-Son vaxtlar Azərbaycan kibertəhlükəsizlik strategiyasının işlənib hazırlanması ilə məşğuldur. Bu strategiyanın zəruriliyi nə ilə bağlıdır?

-Ölkələrimiz beynəlxalq terrorizm və transmilli cinayətkarlıqla bağlı, əvvəllər misli görünməmiş çağırışlarla üzləşir. Belə çağırışlardan biri texnoloji xarakter daşıyır. Dünya yeni dövrə - məlumat axınına nəzarət sistemlərinin rəqabəti dövrünə qədəm qoyub. Bu halda informasiya mühiti müxtəlif kibernetik hücumlar nəticəsində deformasiyaya məruz qalır. Buna görə də biz xarici informasiya təhlükəsizliyi sistemlərini birlikdə yaratmalıyıq və burada Rusiya Azərbaycana çox kömək edə bilər. Məsələn, bizim xüsusi xidmətlərin nümayəndələri azərbaycanlı həmkarlarına xəbərdarlıq ediblər ki, ilk baxışda heç bir şübhə doğurmayan kompüter oyunlarının və kvestlərin köməyi ilə gəncləri terror qruplarına cəlb etməyin yeni formaları yaranıb. Düşünürəm ki, bu xəbərdarlıq Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən ekstremistlərin vaxtında aşkar olunmasına kömək edəcək. Beləliklə, təhlükəsizlik sahəsində təcrübə mübadiləsi Rusiya ilə Azərbaycanın qarşılıqlı münasibətlərinin mühüm tərkib hissəsinə çevrilir.

 
  • Oxunub:  2070  |  
  • Tarix:  10-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

23 Sentyabr 20:37
Berlin Humboldt Universitetində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
23 Sentyabr 20:33
Nyu-Yorkda Azərbaycan və Niderland Xarici İşlər nazirlərinin görüşü olub
23 Sentyabr 20:30
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf naminə Genişzolaqlı Komissiyasının illik iclasında təmsil edilib
23 Sentyabr 20:15
Nazirlər Kabinetinin növbəti iclası keçirilib
23 Sentyabr 20:12
Azərbaycan Texniki Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb
23 Sentyabr 20:09
Azərbaycan-Argentina münasibətlərinə dair müzakirələr aparılıb
23 Sentyabr 20:05
Azərbaycan və Rusiya gəncləri Sankt-Peterburqda bir araya gəldilər
23 Sentyabr 20:02
ADU-da Ülvi Bünyadzadənin xatirəsi anılıb
23 Sentyabr 20:01
Rusiya Federasiya Şurası Xəzərin Hüquqi Statusu haqqında Konvensiyanın ratifikasiyasını sentyabrın 25-də müzakirə edəcək
23 Sentyabr 19:59
İstanbulda Mübariz İbrahimovun adını daşıyan məktəbə dərsliklər paylanılıb
23 Sentyabr 19:55
Cəmşid Naxçıvanski Muzeyi istifadəyə verilib
23 Sentyabr 19:53
Azərbaycan Milli Məclisinin Sədri Nur-Sultanda Naxçıvan Sazişinin 10 illiyi ilə bağlı keçirilən dəyirmi masada iştirak edib
23 Sentyabr 17:52
Tərtərdə qanvermə aksiyası keçirilib
23 Sentyabr 17:41
Vüqar Rəhimzadə: "Əsrin müqaviləsi" Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı
23 Sentyabr 17:38
Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb
23 Sentyabr 17:29
Erməni deputatlar QDİƏT PA Komitəsinin iclasında tək qaldıqlarını etiraf ediblər
23 Sentyabr 17:18
Bakıda “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda konfrans keçirilib
23 Sentyabr 17:12
Azərbaycan nümayəndə heyəti “Avro 2020”də fan-zonaların təşkilinə dair kreativ seminarda iştirak edib
23 Sentyabr 17:07
Muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələri texniki baxışdan keçirilir
23 Sentyabr 16:46
Əmanətlərin tam sığortalanması sisteminin kənarlaşdırılması mexanizmlərinin hazırlanmasına dair seminar keçirilib
23 Sentyabr 16:43
Bakıda kütləvi futbol həftəsi festivalı keçiriləcək
23 Sentyabr 16:41
Quba–Qusar–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisinə 13,4 milyon manat ayrılıb – SƏRƏNCAM
23 Sentyabr 16:35
“Azərsu” ASC-nin rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edib
23 Sentyabr 16:23
Belçikada “Bir gün avtomobilsiz” aksiyası həyata keçirilib
23 Sentyabr 16:16
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcəkdir
23 Sentyabr 16:13
Səhiyyə Nazirliyi: Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir
23 Sentyabr 16:00
CAR-da keçirilən dünya rəqs müsabiqəsində həmyerlimizin rəhbərlik etdiyi qrup qalib gəlib
23 Sentyabr 15:38
Sevinc Fətəliyeva: Neftdən gələn gəlirlərdən səmərəli istifadə olunması nəticəsində Azərbaycan qüdrətli çevrilib
23 Sentyabr 15:35
Sahibə Qafarova: Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir
23 Sentyabr 15:28
Rauf Əliyev: Bədii Gimnastika üzrə Bakıda keçirilən 37-ci Dünya çempionatı uğurla başa çatdı
23 Sentyabr 15:22
Nazir İnam Kərimov Ağdaşda vətəndaşları qəbul edəcək
23 Sentyabr 15:15
Anjelinanın təhsil məsələsi öz həllini tapdı
23 Sentyabr 15:13
Özbəkistan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim edilib
23 Sentyabr 15:10
Gimnastımız Mixail Malkin Rusiyada dünya kuboku yarışlarında qızıl medal qazanıb
23 Sentyabr 15:06
Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır
23 Sentyabr 14:45
Həştərxanda V Xəzər Mediaforumu açılacaq
23 Sentyabr 14:39
Milli Məclisdə Ələt azad iqtisadi zonası haqqında qanunda dəyişikliklə bağlı müzakirələr aparılıb
23 Sentyabr 14:32
Peyşns Aqommoh: Bakıda keçirilən IAEA 2019 möhtəşəm təşkilatçılığı ilə seçilir
23 Sentyabr 14:22
Deputat: Azərbaycan Prezidentinin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın rifahını təmin edir
23 Sentyabr 13:57
Rendi Bennet: Bakı konfransı IAEA-nın Azərbaycanda təhsilin qiymətləndirilmə sistemi ilə yaxından tanış olmasına kömək edir
23 Sentyabr 13:45
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
23 Sentyabr 13:34
Muxtar respublikada payız suvarma mövsümünə hazırlıq görülür
23 Sentyabr 13:25
Ümumdünya Təmizlik Günü münasibətilə Pirşağı çimərliyində sahilyanı təmizlik aksiyası keçirilib
23 Sentyabr 13:21
Gökçən Acar: Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, azərbaycanlıyıq
23 Sentyabr 12:55
Ədəbiyyat İnstitutunda Hindistan günü keçirilib
23 Sentyabr 12:53
Milli Televiziya və Radio Şurasında Azərbaycanın iri kabel şəbəkə operatorlarının rəhbərləri ilə görüş olub
23 Sentyabr 12:41
Avstraliya Azərbaycanlıları Assosiasiyası deputat Con Aleksandrdan insan hüquqlarına hörmətlə yanaşmağı tələb edib
23 Sentyabr 12:27
“ABAD” 3 yaşını qeyd edir
23 Sentyabr 12:20
Beynəlxalq Valyuta Fondu Azərbaycandakı islahatları müsbət qiymətləndirir
23 Sentyabr 12:16
Los-Anceles səmalarında və küçələrində Qarabağ həqiqətləri
23 Sentyabr 12:12
Birinci vitse-prezident Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb
23 Sentyabr 12:07
Azərbaycana payız gəldi...
23 Sentyabr 12:06
19 ölkədən olan alimlər Arktikada il ərzində iqlim proseslərini öyrənəcəklər
23 Sentyabr 12:03
Bağdad Amreyev: Macarıstanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmaq müraciətini yüksək dəyərləndirdik
23 Sentyabr 11:54
Binəqədi, Yasamal, Nizami və Səbail rayonlarındakı binalarda səyyar qeydiyyat xidmətləri göstəriləcək
23 Sentyabr 11:44
Bakı Nəqliyyat Agentliyi: Paytaxtda 7 kilometrlik velosiped yolu layihələndirilib
23 Sentyabr 11:29
Azərbaycan Turizm Bürosu Çinin ən böyük onlayn turizm platformaları ilə əməkdaşlığa dair memorandum imzalayıb
23 Sentyabr 11:12
Beynəlxalq elmi konfransın iştirakçıları Heydər məscidini və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər
23 Sentyabr 10:44
Sinxua: Çin və Azərbaycan əməkdaşlığın möhkəmləndiriləcəyini vəd edirlər
23 Sentyabr 10:37
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində qarşıya qoyulan vəzifələr müzakirə olunub
23 Sentyabr 09:58
Necdet Ünüvar: Bu medalın təsis olunması və bizlərə təqdim edilməsi üçün Prezident İlham Əliyeva minnətdarlığımı bildirirəm
23 Sentyabr 09:48
Məleykə Abbaszadə: Qiymətləndirmə sahəsində islahatlar aparılması əsas müzakirə mövzularındandır
23 Sentyabr 09:36
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
23 Sentyabr 09:35
Bakıda IAEA 2019 beynəlxalq konfransının açılış mərasimi keçirilir
23 Sentyabr 09:28
Nadir Vəkiloğlu: Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis olunan medalın mənə təqdim olunması çox qürurvericidir
23 Sentyabr 09:22
Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir
23 Sentyabr 09:20
Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli bağlanış mərasimi olub
23 Sentyabr 08:55
İtaliyalı pianoçu Bakıda ilk konsertini verib
23 Sentyabr 08:51
Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatına yekun vurulub
23 Sentyabr 08:46
Fuad Muradov: Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı uzun zaman davam edən danışıqlar həllini tapır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+20 +24
gecə+13 +15