/ / Elçin Mirzəbəyli: Yaranmış problem Ermənistanı investisiyalar üçün cəlbedici olmayan ölkəyə çevirir
Elçin Mirzəbəyli: Yaranmış problem Ermənistanı investisiyalar üçün cəlbedici olmayan ölkəyə çevirir
11.09.2019 [14:56]
Ermənistan ərazisində qızıl ehtiyatlarına görə ikinci sırada duran “Amulsar” mədəninin istismarına lisenziya 2015-ci ildə “Lydian Armenia” şirkətinə verilib. Prosesdə Sarkisyan hakimiyyəti və Amerika-Ermənistan Ticarət Palatası fəal şəkildə iştirak ediblər. Paşinyan hakimiyyətə gəldikdən sonra isə hələ mədənin istismarına başlamayan “Lydian Armenia” şirkətində 3 audit yoxlaması aparılıb. Buna baxmayaraq, “Lydian Armenia” şirkətinin əməkdaşları hələ də mədənin ərazisinə buraxılmırlar.
Siyasi ekspert Elçin Mirzəbəyli AZƏRTAC-a açıqlamasında bildirib ki, Amerika-Ermənistan Ticarət Palatası Ermənistanın baş naziri Nikol Paşinyana ünvanladığı məktubda onun bu məsələdə manipulyativ mövqe sərgilədiyinə eyham vurur. Yaranmış problem birmənalı olaraq neqativ mesajlar verir və Ermənistanı investisiyalar üçün cəlbedici olmayan ölkəyə çevirir. Bu vəziyyət sübuta yetirir ki, xarici investorlar müdafiəsizdir və ədalətsiz münasibətlə qarşılaşırlar.
Ekspert vurğulayıb ki, yaranmış vəziyyət Nikol Paşinyanın Ermənistana sərmayə axınının olacağı barədə proqnoz və vədlərinin əfsanədən başqa bir şey olmadığını da sübuta yetirir. Amerika-Ermənistan Ticarət Palatasının məktubunda Ermənistanın öz öhdəliklərinə sadiq qalmayan bir dövlət olduğu xüsusi vurğulanır. Ermənistanda Amerika-Ermənistan Ticarət Palatasının təşviqi ilə 140 şirkət fəaliyyət göstərir. Palata həmin şirkətlərə də Ermənistanın investisiya üçün əlverişsiz ölkə olduğu barədə xəbərdarlıq edib və onların hüquqlarının müdafiə olunmasında problemlərin yaranacağını bildirib. Mövcud durum sübuta yetirir ki, Nikol Paşinyan nəinki vəd etdiyi kimi Ermənistana investisiya axınını cəlb etmək gücündə deyil, hətta bu günədək erməni diasporunun Ermənistana daşıdığı investisiyaları da qoruyub saxlamağı bacarmır.
E.Mirzəbəyli vurğulayıb ki, maraqlı məqamlardan biri də təkcə ABŞ investorlarının deyil, hətta Rusiya və Avropa İttifaqı ölkələrinə aid olan şirkətlərin də Ermənistanı tərk etmələri və investisiyalarını geri çəkmələridir. Beləliklə, Ermənistanın siyasi və diplomatik müstəvidə etibarsız ölkə statusu sürətlə iqtisadi sferaya daşınır ki, bu da işğalçı ölkənin yeni hakimiyyətinin də verdiyi vədlərin və gurultulu proqnozların əsassız olduğunu təsdiqləyir.
Xəbər lenti
Hamısına baxDünya
19 Aprel 12:21
Xəbər lenti
19 Aprel 12:20
Xəbər lenti
19 Aprel 12:19
Xəbər lenti
19 Aprel 12:06
Xəbər lenti
19 Aprel 11:36
Xəbər lenti
19 Aprel 11:30
Ədəbiyyat
19 Aprel 11:18
Xəbər lenti
19 Aprel 11:07
Sosial
19 Aprel 11:00
Xəbər lenti
19 Aprel 10:55
Maraqlı
19 Aprel 10:54
Sosial
19 Aprel 10:50
Mədəniyyət
19 Aprel 10:45
Sosial
19 Aprel 10:40
İqtisadiyyat
19 Aprel 10:35
İqtisadiyyat
19 Aprel 10:32
MEDİA
19 Aprel 10:30
Xəbər lenti
19 Aprel 10:29
Xəbər lenti
19 Aprel 10:25
Siyasət
19 Aprel 10:23
Xəbər lenti
19 Aprel 10:20
Siyasət
19 Aprel 10:15
Siyasət
19 Aprel 10:10
Gündəm
19 Aprel 10:00
Siyasət
19 Aprel 09:50
Xəbər lenti
19 Aprel 09:33
Xəbər lenti
19 Aprel 09:26
Xəbər lenti
19 Aprel 09:20
Dünya
19 Aprel 08:43
Dünya
18 Aprel 22:01
Xəbər lenti
18 Aprel 20:05
Xəbər lenti
18 Aprel 18:18
Xəbər lenti
18 Aprel 17:52
Xəbər lenti
18 Aprel 17:05
Xəbər lenti
18 Aprel 16:40
Xəbər lenti
18 Aprel 16:09
Xəbər lenti
18 Aprel 16:05
Xəbər lenti
18 Aprel 15:50
Xəbər lenti
18 Aprel 15:47
Xəbər lenti
18 Aprel 15:02
Dünya
18 Aprel 14:43
Xəbər lenti
18 Aprel 14:30
Xəbər lenti
18 Aprel 14:13
Xəbər lenti
18 Aprel 14:07
Sosial
18 Aprel 14:06
Xəbər lenti
18 Aprel 13:55
Siyasət
18 Aprel 13:43
Xəbər lenti
18 Aprel 13:32
Xəbər lenti
18 Aprel 13:14
Xəbər lenti
18 Aprel 13:13
Dünya
18 Aprel 12:45
Sosial
18 Aprel 12:40
Xəbər lenti
18 Aprel 12:27
Xəbər lenti
18 Aprel 12:15
Xəbər lenti
18 Aprel 12:14
Xəbər lenti
18 Aprel 12:10
Xəbər lenti
18 Aprel 11:51
Dünya
18 Aprel 11:43
Xəbər lenti
18 Aprel 11:41
Xəbər lenti
18 Aprel 11:38
Xəbər lenti
18 Aprel 11:12
Xəbər lenti
18 Aprel 11:02
Mədəniyyət
18 Aprel 10:56
Xəbər lenti
18 Aprel 10:49
İqtisadiyyat
18 Aprel 10:44
Xəbər lenti
18 Aprel 10:40
MEDİA
18 Aprel 10:38
Siyasət
18 Aprel 10:34
Siyasət
18 Aprel 10:32
Siyasət
18 Aprel 10:21