Ana səhifə »  Qəzetin pdf formatı »  "Amulsar" problemi: Paşinyan üçün siyasi dilemma
A+   Yenilə  A-
"Amulsar" problemi: Paşinyan üçün siyasi dilemma

Ermənistan hakimiyyətinin səbatsız xarici siyasət yeritdiyi çoxdan məlumdur. Nikol Paşinyan baş nazir seçiləndən sonra isə vəziyyət daha da ağırlaşıb. Ekspertlər onun siyasi karyerasının özü üçün faciəvi sonluqla bitəcəyi haqqında proqnozlar verirlər. Son zamanlar bunu təsdiq edən hadisələr artıb. Ermənistan cəmiyyəti "Amulsar" qızıl mədəni ətrafında yaranmış siyasi böhranın gərginliyi altındadır. Hazırda bu problemi həll etmək mümkün olmur. Çünki N.Paşinyana həm Moskvadan, həm də Vaşinqtondan təzyiq göstərilir. Ümumiyyətlə, bu cür vəziyyətin yaranması səbəbləri arxasında hansı məqamların dayandığı ilə bağlı müxtəlif fikirlər vardır. Biz məsələnin üzərində geosiyasi kontekstdə geniş dayanmağa ehtiyac görürük.

"Qısır dağ"dakı mədən: baş nazirin başağrısı

Ermənistanın baş nazirinin siyasi karyerasını dar ağacında bitirmə ehtimalının olduğu haqqında bir müddətdir ki, KİV-də proqnozlar verilir. Məsələ konkret olaraq onun asılıb-asılmamasında deyil. Obrazlı şəkildə N.Paşinyanın idarəçilik üsulunun və geosiyasi kursunun perspektivinin olmadığı ifadə edilir. Təcrübə göstərir ki, doğrudan da, Ermənistan hakimiyyəti olduqca ziddiyyətli və gərgin bir vəziyyətlə üzləşib.

Erməni mətbuatı artıq bir aydır ki, "Amulsar" mədəni haqqında informasiyalar yayır. "Amulsar" sözü "Qısır dağ" kimi tərcümə olunur. Ancaq 2006-cı ildə orada 31 milyon ton filiz, 40 ton isə qızıl olduğunu aşkarladılar. Kəşfiyyat işlərini 10 il müddətində Britaniya-Amerika şirkəti olan "Lydian Armenia" aparıb. 2016-cı ildən isə onun istismarına start verilib. Statistik məlumata görə, şirkət bu işə 400 milyon ABŞ dolları sərmayə qoyub. Ermənistan hakimiyyəti bu məbləği ölkə tarixinin ən böyük sərmayə proqramı adlandırır. Əlbəttə, Ermənistan üçün 400 milyon dollar böyük rəqəm sayılmalıdır, çünki bu ölkə üçün 100 milyon da çox sayılır. Lakin Azərbaycanın həyata keçirdiyi layihələr fonunda 400 milyon olduqca xırda rəqəmdir.

Hər bir halda ermənilərin bu "nəhəng" layihə ilə fəxr etməsi çox çəkmədi. Ekspertlər vurğulayırlar ki, Rusiya Təhlükəsizlik Şurasının katibi Nikolay Patruşev İrəvana bu il avqustun 12-13-də səfər edəndən sonra qızıl mədənini istismar edənlərin qara günləri başlayıb. N.Paşinyan N.Patruşev gedəndən dərhal sonra "suveren və müstəqil" qərar qəbul edərək, "Amulsar" işi ilə bağlı olan yüksək vəzifəli ermənini işdən çıxarıb, eyni zamanda, qızıl mədəninin istismarına qadağa qoyub.

Avqustun 15-də isə Ermənistan İstintaq Komitəsinin rəhbəri Ayk Qriqoryan "Earth Link & Advanced Resources Development" (ELARD) beynəlxalq ekspert qrupunun geniş bir rəyini təqdim edib. Orada göstərilib ki, "Amulsar" ekoloji təhlükə törətmir. Yaxşı qərarlarla isə riskləri idarə etmək olar. Bundan sonra avqustun 19-da baş nazir N.Paşinyan çıxış edərək "Amulsar"ı istismar etməyin mümkün olduğunu yenə də "suveren və müstəqil" qərarla elan edib. Əsl həngamə də bundan sonra başlayıb.

Məsələ ondan ibarətdir ki, həmin çıxışında N.Paşinyan işarə verib ki, "Amulsar"ın istismarının qadağan olunması qərarı bir sıra başqa şirkətlər tərəfindən siyasiləşdirilir. Onlar pul verərək insanları yolları kəsməyə təhrik edir və qızıl-filiz yataqlarını özləri ələ keçirmək istəyirlər. Burada maraqlısı odur ki, N.Paşinyan üçün "bumeranq effekti" başlayıb. Onun bir vaxtlar özünün hakimiyyətə gəlmək üçün istifadə etdiyi üsuldan indi özünə qarşı istifadə edirlər.

Sonra aydın olacaq ki, N.Paşinyana badalaq gələnlər arasında onun parlamentdəki müttəfiqi Qaqik Sarukyan da var. Bu adamın həmin mədənə iddialı olduğu üzə çıxıb. Q.Sarukyan sentyabrın 9-da çıxış edərək belə deyib ki, əgər xalq razı deyilsə, iddiasından əl çəkə bilər. İndi mədəni istismar edən şirkət isə 400 milyondan danışır, lakin real elə bir mənzərə yoxdur. Yəni Q.Sarukyan da hesab edir ki, "Amulsar" ilə bağlı fərqli qərar olmalıdır.

Erməni ekspertlər bunları Q.Sarukyanın ikiüzlülüyü kimi qiymətləndiriblər. Onun bir vaxtlar Robert Koçaryana, Serj Sarkisyana və başqa siyasətçilərə eyni zamanda xidmət etməsini xatırladıblar. Yekun olaraq belə qənaətə gəlinir ki, "Amulsar" məsələsi də siyasi aspektlidir. Əsas problem bu prosesin arxasında kimlərin dayanmasındadır. Baş nazir N.Paşinyan avqustun 23-də Cermuxa gedərək etirazçılarla söhbət edib. Fəallar ""Amulsar" qoruq kimi qalsın" şüarı ilə çıxış edirlər. Ancaq insanlar N.Paşinyanın dediklərini qəbul etməyiblər. Avqustun 28-də baş nazir ELARD nümayəndələri ilə görüş keçirib və ondan sonra yenidən müəmmalı danışıb. Aydın görünürdü ki, baş nazir tərəddüd edir. Bu hadisədən "Lydian Armenia" narazılığını bildirib və aranı qatan şirkətlər haqqında Ermənistan hakimiyyətindən informasiya istəyib.

Siyasi tərəddüdlər: bumeranq Nikola qayıdır

Ondan bir gün sonra Rusiyanın Ermənistandakı səfiri Cermuxdakı istirahətindən foto paylaşıb. Bundan ekspertlər baş verənlərin arxasında Moskvanın dayandığı nəticəsini çıxarıblar. Görünür, sentyabrın 2-də ABŞ-ın ticarət palatasının məsələ ilə bağlı mövqe bildirməsi də təsadüfi deyil. Amerikalılar N.Paşinyanın bütün bu işlərin arxasında kimlərin dayandığını aydınlaşdırıb tədbir görəcəyinə ümid edirlər.

Bütün bunlardan sonra N.Paşinyan daha geniş tərkibdə iclas keçirərək, müzakirələr aparıb, onların nəticəsini sentyabrın 9-da elan edib. Yenidən mədənin istismar edilməsindən bəhs edib. Buna siyasilər də reaksiya veriblər. "Sasna Srer" qruplaşmasının rəhbəri Jirayr Səfilyan N.Paşinyanla görüşərək, "Amulsar"ın istismarı qərarından dönməyin onun üçün çox pis qurtara biləcəyini, eyni zamanda, Ermənistanın beynəlxalq etibarının sıfıra enəcəyini bildirib.

Konkret olaraq, J.Səfilyan deyib ki, fürsət gözləyən qüvvələr küçələrdə etiraz aksiyaları təşkil edəcəklər və baş naziri öz üsulu ilə hakimiyyətdən yıxacaqlar. Bununla həm Ermənistanın demokratikliyi, həm də "məxməri inqilab" nağılları puç olacaq. Üstəlik, N.Paşinyan məhkəmə qarşısında cavab verəcək. Onu siyasi mənada dar ağacına çəkəcəklər.

Deməli, əslində, "Amulsar" hadisələri N.Paşinyanı öz metodu ilə vurmaq üçündür. Bir vaxtlar küçədə qətiyyətli görünən N.Paşinyan indi nə edəcəyini qətiləşdirə bilmir. Bir ay ərzində üç dəfə qərarını dəyişib. Moskva təzyiq edəndə, onun sözünü deyir, Vaşinqton etiraz edəndə isə dərhal mövqeyini dəyişir. Bu, tipik erməni tərəddüdüdür və onu ifadə edir ki, Ermənistan hələ də dövlət kimi formalaşa bilməyib.

Həmin kontekstdə R.Koçaryan tərəfdarlarının da etirazlara başlaması maraq doğurur. Ekspertlər hesab edirlər ki, bu iki hadisə bir-biri ilə bağlıdır. Eyni zamanda, erməni KİV-in məlumatlarına görə, Kremldən N.Paşinyana R.Koçaryan məsələsini müsbət həll etmək üçün on gün vaxt verilib.

Bu deyilənlər Ermənistanla bağlı maraqlı geosiyasi nəticələr çıxarmağa əsas verir. Məlum olur ki, Ermənistan hakimiyyəti növbəti dəfə dalana dirənib – o, böyük güclərin maraqları arasında sıxılır. Bundan başqa, Rusiyanın "Amulsar" problemini qaldırması yalnız R.Koçaryanla bağlı görünmür. Kreml həmin addımla bütün dünyaya nümayiş etdirir ki, N.Paşinyanın suverenlikdən, iri layihələrdən, böyük sərmayə qoyuluşundan dəm vurmasının real əsası yoxdur. Bu məsələlərdə əsl söz sahibi Moskvadır. Buna görədir ki, artıq 400 milyon dollar sərmayə qoymuş Qərb şirkəti belə Ermənistandan cibiboş yola salına bilər.

Bunlar N.Paşinyanın siyasi olaraq tam iflası deməkdir. Moskva bir zərbə ilə onu yerlə-yeksən edir. Təbii ki, Ermənistanda etiraz aksiyaları bundan sonra yeni mərhələdə davam edəcək. N.Paşinyan indi hakimiyyət dəhlizindən küçəyə baxır. Yəqin ki, özünü orada görmək istərdi. Çünki hakimiyyətdə olmaqdan küçədə ağzına gələni danışmaq daha asandır. Ancaq artıq gecdir. Ona sübut edirlər ki, demokrat və ya liberal olmaq asan deyil. Bunun üçün güclü cəmiyyət, siyasi ənənə və əsl demokratik ruh lazımdır. Bunların heç biri isə ermənilərin tarixində olmayıb.

Belə görünür ki, N.Paşinyanın siyasi rəqibləri daha da fəallaşacaqlar. Onlar hiss edirlər ki, N.Paşinyan rasionalizmdə və real siyasətdə çox zəifdir. Onun məğlubiyyəti qaçılmazdır. Ermənistanın daxili ziddiyyətlər içində çırpınması onun regiondakı geosiyasi mövqeyinə də təsir edəcək. Bu baxımdan hazırkı erməni iqtidarının, ümumiyyətlə, siyasi perspektivinin olmadığı nəticəsini çıxarmaq çətin deyildir.

Ancaq əsas məsələ bütövlükdə Cənubi Qafqazın geosiyasi mənzərəsindədir. Burada ümumi vəziyyət sabitlikdən çıxa bilər. Kənardan olan təsirlərin neytrallaşdırılması mürəkkəbləşir, çünki mübarizə aparanlar çox güclüdürlər. Qalır yerli dövlətlərin konstruktiv siyasət yeritməsi. Ermənistan isə hələlik bunun iqtidarında deyil.

Newtimes.az

 
  • Oxunub:  1320  |  
  • Tarix:  11-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Birinci vitse-prezident Mehriban Əliyeva “Əsrin müqaviləsi”nin 25 illiyi ilə əlaqədar İnstaqram səhifəsində paylaşım edib

23 Sentyabr 20:37
Berlin Humboldt Universitetində Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi-praktiki konfrans keçirilib
23 Sentyabr 20:33
Nyu-Yorkda Azərbaycan və Niderland Xarici İşlər nazirlərinin görüşü olub
23 Sentyabr 20:30
Azərbaycan BMT-nin Dayanıqlı İnkişaf naminə Genişzolaqlı Komissiyasının illik iclasında təmsil edilib
23 Sentyabr 20:15
Nazirlər Kabinetinin növbəti iclası keçirilib
23 Sentyabr 20:12
Azərbaycan Texniki Universitetinin rektoru birinci kurs tələbələri ilə görüşüb
23 Sentyabr 20:09
Azərbaycan-Argentina münasibətlərinə dair müzakirələr aparılıb
23 Sentyabr 20:05
Azərbaycan və Rusiya gəncləri Sankt-Peterburqda bir araya gəldilər
23 Sentyabr 20:02
ADU-da Ülvi Bünyadzadənin xatirəsi anılıb
23 Sentyabr 20:01
Rusiya Federasiya Şurası Xəzərin Hüquqi Statusu haqqında Konvensiyanın ratifikasiyasını sentyabrın 25-də müzakirə edəcək
23 Sentyabr 19:59
İstanbulda Mübariz İbrahimovun adını daşıyan məktəbə dərsliklər paylanılıb
23 Sentyabr 19:55
Cəmşid Naxçıvanski Muzeyi istifadəyə verilib
23 Sentyabr 19:53
Azərbaycan Milli Məclisinin Sədri Nur-Sultanda Naxçıvan Sazişinin 10 illiyi ilə bağlı keçirilən dəyirmi masada iştirak edib
23 Sentyabr 17:52
Tərtərdə qanvermə aksiyası keçirilib
23 Sentyabr 17:41
Vüqar Rəhimzadə: "Əsrin müqaviləsi" Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı
23 Sentyabr 17:38
Naqif Həmzəyev gənc partiya fəalları ilə görüşüb
23 Sentyabr 17:29
Erməni deputatlar QDİƏT PA Komitəsinin iclasında tək qaldıqlarını etiraf ediblər
23 Sentyabr 17:18
Bakıda “Dinşünaslıq ekspertizası: hüquq və təcrübə” mövzusunda konfrans keçirilib
23 Sentyabr 17:12
Azərbaycan nümayəndə heyəti “Avro 2020”də fan-zonaların təşkilinə dair kreativ seminarda iştirak edib
23 Sentyabr 17:07
Muxtar respublika üzrə sərnişindaşıma fəaliyyəti göstərən nəqliyyat vasitələri texniki baxışdan keçirilir
23 Sentyabr 16:46
Əmanətlərin tam sığortalanması sisteminin kənarlaşdırılması mexanizmlərinin hazırlanmasına dair seminar keçirilib
23 Sentyabr 16:43
Bakıda kütləvi futbol həftəsi festivalı keçiriləcək
23 Sentyabr 16:41
Quba–Qusar–Alpay–Kürkün–Susay avtomobil yolunun tikintisinə 13,4 milyon manat ayrılıb – SƏRƏNCAM
23 Sentyabr 16:35
“Azərsu” ASC-nin rəhbərliyi bölgələrdə vətəndaşları qəbul edib
23 Sentyabr 16:23
Belçikada “Bir gün avtomobilsiz” aksiyası həyata keçirilib
23 Sentyabr 16:16
Hakimliyə namizədlərlə yazılı imtahan keçiriləcəkdir
23 Sentyabr 16:13
Səhiyyə Nazirliyi: Azərbaycanda kəskin respirator virus infeksiyaları və qriplə bağlı epidemioloji vəziyyət sabitdir
23 Sentyabr 16:00
CAR-da keçirilən dünya rəqs müsabiqəsində həmyerlimizin rəhbərlik etdiyi qrup qalib gəlib
23 Sentyabr 15:38
Sevinc Fətəliyeva: Neftdən gələn gəlirlərdən səmərəli istifadə olunması nəticəsində Azərbaycan qüdrətli çevrilib
23 Sentyabr 15:35
Sahibə Qafarova: Azərbaycan dinamik inkişaf yolunda əmin addımlarla irəliləyir
23 Sentyabr 15:28
Rauf Əliyev: Bədii Gimnastika üzrə Bakıda keçirilən 37-ci Dünya çempionatı uğurla başa çatdı
23 Sentyabr 15:22
Nazir İnam Kərimov Ağdaşda vətəndaşları qəbul edəcək
23 Sentyabr 15:15
Anjelinanın təhsil məsələsi öz həllini tapdı
23 Sentyabr 15:13
Özbəkistan nazirinə Azərbaycanın diplomatik xidmət orqanlarının 100 illiyi medalı təqdim edilib
23 Sentyabr 15:10
Gimnastımız Mixail Malkin Rusiyada dünya kuboku yarışlarında qızıl medal qazanıb
23 Sentyabr 15:06
Əlilliyi olan şəxslərin Mərkəzləşdirilmiş Elektron İnformasiya Bazası yaradılır
23 Sentyabr 14:45
Həştərxanda V Xəzər Mediaforumu açılacaq
23 Sentyabr 14:39
Milli Məclisdə Ələt azad iqtisadi zonası haqqında qanunda dəyişikliklə bağlı müzakirələr aparılıb
23 Sentyabr 14:32
Peyşns Aqommoh: Bakıda keçirilən IAEA 2019 möhtəşəm təşkilatçılığı ilə seçilir
23 Sentyabr 14:22
Deputat: Azərbaycan Prezidentinin sosial sahə ilə bağlı inqilabi qərarları hər bir vətəndaşın rifahını təmin edir
23 Sentyabr 13:57
Rendi Bennet: Bakı konfransı IAEA-nın Azərbaycanda təhsilin qiymətləndirilmə sistemi ilə yaxından tanış olmasına kömək edir
23 Sentyabr 13:45
Cahangir Novruzova “Xalq artisti” fəxri adı təqdim olunub
23 Sentyabr 13:34
Muxtar respublikada payız suvarma mövsümünə hazırlıq görülür
23 Sentyabr 13:25
Ümumdünya Təmizlik Günü münasibətilə Pirşağı çimərliyində sahilyanı təmizlik aksiyası keçirilib
23 Sentyabr 13:21
Gökçən Acar: Ulu öndər Heydər Əliyevin dediyi kimi, biz fəxr edirik ki, azərbaycanlıyıq
23 Sentyabr 12:55
Ədəbiyyat İnstitutunda Hindistan günü keçirilib
23 Sentyabr 12:53
Milli Televiziya və Radio Şurasında Azərbaycanın iri kabel şəbəkə operatorlarının rəhbərləri ilə görüş olub
23 Sentyabr 12:41
Avstraliya Azərbaycanlıları Assosiasiyası deputat Con Aleksandrdan insan hüquqlarına hörmətlə yanaşmağı tələb edib
23 Sentyabr 12:27
“ABAD” 3 yaşını qeyd edir
23 Sentyabr 12:20
Beynəlxalq Valyuta Fondu Azərbaycandakı islahatları müsbət qiymətləndirir
23 Sentyabr 12:16
Los-Anceles səmalarında və küçələrində Qarabağ həqiqətləri
23 Sentyabr 12:12
Birinci vitse-prezident Mehriban Əliyeva Təhsilin Qiymətləndirilməsi üzrə Beynəlxalq Assosiasiyanın 45-ci illik konfransının iştirakçılarına müraciət ünvanlayıb
23 Sentyabr 12:07
Azərbaycana payız gəldi...
23 Sentyabr 12:06
19 ölkədən olan alimlər Arktikada il ərzində iqlim proseslərini öyrənəcəklər
23 Sentyabr 12:03
Bağdad Amreyev: Macarıstanın Beynəlxalq Türk Mədəniyyəti və İrsi Fonduna üzv olmaq müraciətini yüksək dəyərləndirdik
23 Sentyabr 11:54
Binəqədi, Yasamal, Nizami və Səbail rayonlarındakı binalarda səyyar qeydiyyat xidmətləri göstəriləcək
23 Sentyabr 11:44
Bakı Nəqliyyat Agentliyi: Paytaxtda 7 kilometrlik velosiped yolu layihələndirilib
23 Sentyabr 11:29
Azərbaycan Turizm Bürosu Çinin ən böyük onlayn turizm platformaları ilə əməkdaşlığa dair memorandum imzalayıb
23 Sentyabr 11:12
Beynəlxalq elmi konfransın iştirakçıları Heydər məscidini və “İçərişəhər” Dövlət Tarix-Memarlıq Qoruğunu ziyarət ediblər
23 Sentyabr 10:44
Sinxua: Çin və Azərbaycan əməkdaşlığın möhkəmləndiriləcəyini vəd edirlər
23 Sentyabr 10:37
Naxçıvan Muxtar Respublikası Daxili İşlər Nazirliyində qarşıya qoyulan vəzifələr müzakirə olunub
23 Sentyabr 09:58
Necdet Ünüvar: Bu medalın təsis olunması və bizlərə təqdim edilməsi üçün Prezident İlham Əliyeva minnətdarlığımı bildirirəm
23 Sentyabr 09:48
Məleykə Abbaszadə: Qiymətləndirmə sahəsində islahatlar aparılması əsas müzakirə mövzularındandır
23 Sentyabr 09:36
Ermənistan silahlı qüvvələrinin bölmələri sutka ərzində atəşkəs rejimini 22 dəfə pozub
23 Sentyabr 09:35
Bakıda IAEA 2019 beynəlxalq konfransının açılış mərasimi keçirilir
23 Sentyabr 09:28
Nadir Vəkiloğlu: Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə təsis olunan medalın mənə təqdim olunması çox qürurvericidir
23 Sentyabr 09:22
Azərbaycan İAEA 2019 konfransına ev sahibliyi edir
23 Sentyabr 09:20
Bakıda keçirilən bədii gimnastika üzrə 37-ci dünya çempionatının təntənəli bağlanış mərasimi olub
23 Sentyabr 08:55
İtaliyalı pianoçu Bakıda ilk konsertini verib
23 Sentyabr 08:51
Bakının ev sahibliyi etdiyi bədii gimnastika üzrə 37-ci dünya çempionatına yekun vurulub
23 Sentyabr 08:46
Fuad Muradov: Türkiyədə qanunsuz yaşayan azərbaycanlılarla bağlı uzun zaman davam edən danışıqlar həllini tapır

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30
HAVA HAQQINDA
Bakı
gündüz+20 +24
gecə+13 +15