Ana səhifə »  Qəzetin pdf formatı »  Şəhərtipli müasir Badamlı qəsəbəsi
A+   Yenilə  A-
Şəhərtipli müasir Badamlı qəsəbəsi

Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilib
Ulu öndər Heydər Əliyev siyasi xəttinin bəhrəsi olan müasir Badamlı qəsəbəsində şəhər infrastrukturu yaradılıb. Aparılan quruculuq işləri qəsəbəni yeni inkişaf mərhələsinə çıxarıb. Qəsəbədə yerləşən yaşayış binalarının və avtomobil yolunun yenidən qurulması, xidmət mərkəzinin və zavodun inşası yeni iş yerlərinin açılmasına, sakinlərin məşğulluğunun və rahat yaşayışının təminatına hesablanıb.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, sentyabrın 11-də Şahbuz rayonunun Badamlı qəsəbəsində avtomobil yolu və xidmət mərkəzi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib, avtomobil yolunda və xidmət mərkəzində yaradılan şəraitlə tanış olub.

Məlumat verilib ki, əsaslı şəkildə yenidən qurulan 5,3 kilometrlik Badamlı qəsəbə avtomobil yoluna yeni asfalt örtük salınıb, yolun kənarlarında 3090 metr məsafədə beton su kanalı çəkilib. Yol boyunca 53 su keçidi tikilib, 2 körpü əsaslı təmir olunub. Yolun tikintisi zamanı çay yatağında sahilbərkitmə işləri aparılıb, 2400 metrlik qəsəbədaxili yollara isə qum-çınqıl qatı verilib.

Xidmət mərkəzi ilə tanışlıq zamanı bildirilib ki, mərkəzdə bərbərxana, qadın gözəllik salonu, ət satışı yeri, ərzaq və təsərrüfat malları mağazaları, eləcə də çörək sexi yerləşir. Ərzaq mağazasında ailə təsərrüfatlarında istehsal olunan məhsulların, təsərrüfat malları mağazasında isə ailə təsərrüfatları üçün müxtəlif taraların satışı həyata keçirilir.

Çörək sexi istehsal sahəsi, mətbəx, anbar və texniki otaqlardan ibarətdir. Sahibkar Rövşən Abbasov çörək sexinin fəaliyyəti üçün yaradılan şəraitə görə minnətdarlıq edib.

Xidmət mərkəzində 10 nəfər işlə təmin olunub, həyətdə abadlıq işləri aparılıb.

Ali Məclisin Sədri xidmət mərkəzində əhalinin tələbatına uyğun məhsulların satışına üstünlük verilməsi barədə tapşırıqlar verib.

Sonra qəsəbə sakinləri ilə görüş olub.

Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Hicran Rüstəmov çıxış edərək deyib ki, muxtar respublikada geniş quruculuq işləri aparılır. Bu tədbirlərin tərkib hissəsi olaraq 2017-ci ildən Şahbuz rayonunun Badamlı qəsəbəsində də kompleks quruculuq işlərinə başlanılıb. Qəsəbə avtomobil yolu yenidən qurulub, xidmət mərkəzi tikilib, yaşayış binaları təmir olunub. Tikinti işlərinin aparılması üçün hərtərəfli şərait yaradılıb, keyfiyyətə diqqət artırılıb, inşaatçılar qayğı ilə əhatə olunublar. Hicran Rüstəmov göstərilən diqqətə görə inşaatçılar adından minnətdarlıq edib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Badamlı qəsəbəsində görülən işlər münasibətilə sakinləri təbrik edib, əməyi olanlara təşəkkürünü bildirərək deyib: Bu gün ölkəmizdə ümummilli liderimiz Heydər Əliyevin yolunun uğurla davam etdirilməsinin nəticəsidir ki, kəndlərimiz, qəsəbələrimiz, rayonlarımız, şəhərlərimiz abadlaşır, əhalinin rahat yaşayışı təmin edilir. Şahbuz rayonunun Badamlı qəsəbəsi də abadlaşan yaşayış məntəqələrindəndir. Dövlət qayğısı nəticəsində ötən dövrdə qəsəbədə kompleks quruculuq işləri görülmüşdür. Məktəb və qəsəbə mərkəzi tikilmiş, mənzillər dayanıqlı təbii qaz, elektrik enerjisi və rabitə xidməti ilə təmin olunmuşdur. Bu gün isə qəsəbə yolu və xidmət mərkəzi istifadəyə verilir.

Ali Məclisin Sədri deyib: Ötən əsrin 90-cı illərinin ağır dövrü Badamlı qəsəbəsində də insanların rahatlığının pozulmasına səbəb olmuş, çətinliklər yaranmışdır. Məlum olduğu kimi, bu qəsəbə təbii sərvətimiz olan Badamlı suyuna görə tanınıb. 1945-ci ildən sonra Badamlı suyu istehsal olunmağa başlanıb. Keçmiş Sovetlər Birliyinin bütün respublikalarına Badamlı suyu göndərilmiş, bu su həm Badamlı qəsəbəsini və Şahbuz rayonunu, həm də Naxçıvan Muxtar Respublikasını və Azərbaycanı tanıtmışdır. Lakin ötən əsrin 90-cı illərindəki ağır günlər zavodun da fəaliyyətinin pozulmasına səbəb olmuşdu. Ötən dövrdə dövlətimizin qayğısı nəticəsində qəsəbənin inkişafı təmin edilmiş, Badamlı suyunun əvvəlki şöhrəti özünə qaytarılmışdır. Vaxtilə yalnız keçmiş Sovetlər Birliyində tanınan bu su hazırda dünyanın müxtəlif ölkələrinə də ixrac olunur. Qəsəbədə kompleks quruculuq işlərinin görülməsi və Badamlı suyunun istehsalı üçün müasir zavodun inşa olunması sakinlərin rahat yaşayışına xidmət edir. Eyni zamanda, həyata keçirilən bu tədbirlər qəsəbədə məskunlaşmanı daha da artıracaqdır. Ona görə də sakinlər tikilənləri, qurulanları qoruyub saxlamalı, onlardan düzgün istifadə edərək gələcək nəsillərə çatdırmalı, yaşıllıqlar artırılmalıdır.

Ali Məclisin Sədri qəsəbə sakinlərini bir daha təbrik edib, onlara rahat həyat arzulayıb.

Sakin İxtiyar Quliyev deyib: “Bu gün Naxçıvan Muxtar Respublikasının ən ucqar kəndindən tutmuş şəhərlərinə qədər bütün yaşayış məntəqələri abadlaşdırılır, müasir sosial obyektlər tikilir, yollar çəkilir. Naxçıvana gələn qonaqlar buradan ən xoş təəssüratlarla ayrılırlar. Aparılan quruculuq işləri insanların rahat yaşayışı ilə yanaşı, həm də turizmin inkişafına öz müsbət təsirini göstərir. Şahbuz rayonunun da hər bir kəndində, eləcə də Badamlı qəsəbəsində geniş abadlıq işləri aparılıb. Qəsəbədəki 6 çoxmənzilli yaşayış binası əsaslı təmir olunmuş, qəsəbə mərkəzi, məktəb binası və xidmət mərkəzi tikilmiş, yollarımız yenidən qurulmuşdur. Badamlı zavodunun tikintisi isə yeni iş yerlərinin açılması, onlarla ailənin güzəranının yaxşılaşması deməkdir. 2019-cu il muxtar respublikada “Ailə təsərrüfatları ili” elan olunmuşdur. Bundan ruhlanan qəsəbə sakinləri yeni təsərrüfatlar yaradıblar. Görülən bu işlərin hamısı ümummilli liderimiz Heydər Əliyevin siyasi xəttinin bəhrəsidir. Yaşasın ulu öndər Heydər Əliyevin siyasi xətti! Yaşasın müstəqil Azərbaycan! Yaşasın doğma Naxçıvan! Yaşasın Heydər Əliyev siyasi xəttinin davamçıları!”

İxtiyar Quliyev yaradılan şəraitə görə qəsəbə sakinləri və rayon ictimaiyyəti adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

X X X

Quruculuq işləri aparılarkən Badamlı qəsəbəsindəki 48 mənzilli 6 yaşayış binası da yenidən qurulub, dam örtükləri dəyişdirilib, elektrik və su sistemi yenilənib, fasadları təmir olunub. Binaların həyətlərində də abadlıq işləri aparılıb, asfalt döşənib, yaşıllıq sahələri salınıb.

Badamlı mineral suyu müasir zavod kompleksində istehsal olunacaq

Sentyabrın 11-də Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov “Badamlı” Mineral Sular Zavodunun inşası ilə maraqlanıb.

Bildirilib ki, zavodda və ikimərtəbəli inzibati binada əsas tikinti işləri başa çatdırılıb. Zavodun ərazisinə asfalt örtük salınmış, Badamlı suyunun mənbəyi yenidən qurulmuşdur. Su öz axını ilə zavoda veriləcəkdir. Xammal anbarı, istehsal və hazır məhsul sahələrindən ibarət olacaq zavodda Fransanın “SİDEL” şirkətinin istehsalı olan ən müasir avadanlıqlar quraşdırılır. Üç istehsal xətti olacaq zavodda qazlı və qazsız olmaqla müxtəlif ölçülü qablaşdırmada 15 növdə Badamlı suyu istehsal ediləcəkdir. İstehsal prosesi tam avtomatlaşdırılacaq, məhsulların keyfiyyəti nəzarətdə saxlanılacaqdır. İstifadəyə verildikdən sonra zavodda 200-ə yaxın iş yeri açılacaqdır.

Ali Məclisin Sədri zavodda işlərin ilin sonuna qədər başa çatdırılması, ərazinin abadlaşdırılması və yaşıllıqların salınması barədə tapşırıqlar verib.

 
  • Oxunub:  2850  |  
  • Tarix:  11-09-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Azərbaycan regionda strateji nəqliyyat qovşağına çevrilib

28 Yanvar 17:59
Xırdalanın Heydər Əliyev prospekti yenidən qurulur
28 Yanvar 17:58
Deputatlığa namizəd Cavid Osmanov növbəti görüşünü Ağdaş şəhər seçiciləri ilə keçirib
28 Yanvar 17:56
Deputatlığa namizəd Məlahət İbrahimqızı seçicilərlə növbəti görüşlərini keçirib (VİDEO)
28 Yanvar 17:52
Deputatlığa namizəd Kamilə Əliyeva Balakən rayonun Kortala kəndində seçicilərlə görüş keçirdi
28 Yanvar 17:51
Deputatlığa namizəd Nizami Cəfərov Ağstafa rayonu Qırılı kəndində seçicilərlə görüşüb
28 Yanvar 17:49
Konstitusiya Məhkəməsi Aparatının ötənilki fəaliyyətinin yekunlarına dair hesabat iclası keçirilib
28 Yanvar 17:46
Ombudsmanın Şəki və Gəncə regional mərkəzləri tərəfindən seçki hüququ ilə əlaqədar tədbir keçirilib
28 Yanvar 17:34
İcbari tibbi sığorta tədbiq olunan 23 rayonun tibb müəssisələri üzrə 265 min 335 müraciət qeydə alınıb
28 Yanvar 17:14
Mədəniyyət naziri BMT-nin İnkişaf Proqramının Azərbaycandakı rezident nümayəndəsi ilə görüşüb
28 Yanvar 17:08
Azərbaycan ilə Qətərin prokurorluq orqanları arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
28 Yanvar 17:06
Qoşunların yeni tədris dövrünə hazırlığının yoxlanılması davam edir
28 Yanvar 16:58
Gözde Dizdar: "Azərbaycanda demokratik seçkilərin keçirilməsi istiqamətində ciddi addımlar atılıb"
28 Yanvar 16:46
Azərbaycanla Türkiyənin maliyyə bazarlarına qarşılıqlı investisiya yatırımları müzakirə olunub
28 Yanvar 16:29
“ASAN xidmət” mərkəzlərinə gün ərzində 2390 nəfər ilk dəfə müraciət edir
28 Yanvar 16:24
Nazirlər Kabinetində koronavirus epidemiyasına qarşı qabaqlayıcı tədbirlərin görülməsinə dair məsələlər müzakirə edilib
28 Yanvar 15:33
Gözdən əlil seçicilərin səs verməsi üçün Brayl əlifbası ilə bülletenlər çap olunacaq
28 Yanvar 15:13
Gəncə xanımları Pərvin Kərimzadəni dəstəkləyirlər
28 Yanvar 14:59
Yasamalda “Bizim həyət” layihəsi çərçivəsində abadlaşdırılan növbəti həyət sakinlərin istifadəsinə verilib
28 Yanvar 14:40
“Azərenerji” ilə Yaponiyanın “TEPSCO” şirkətinin əməkdaşlığının mövcud vəziyyəti müzakirə edilib
28 Yanvar 14:35
Müdafiə Nazirliyinin hərbi liseylərinə kursant qəbulunun qaydaları açıqlanıb
28 Yanvar 14:31
“Exit-poll” keçirmək istəyən təşkilatların akkreditasiyası üçün müddət sabah başa çatır
28 Yanvar 14:19
Vətəndaşlar əmin ola bilərlər ki, biz onları parlamentdə şərəflə təmsil edəcəyik
28 Yanvar 14:16
Deputatlığa namizəd Fatma Yıldırımın Bərdədə qadın seçicilərlə görüşü keçirilib
28 Yanvar 13:57
Prezident İlham Əliyev Davosda regional təhlükəsizliyin vacibliyindən danışıb
28 Yanvar 13:00
“Avropa Şurası ənənəvi nöqsanlarından qurtularaq yeni inkişaf yoluna başlamalıdır”
28 Yanvar 12:57
Aleksandr Şapiro Suliman: "Azərbaycanda keçiriləcək parlament seçkiləri aparılan islahatların davamıdır"
28 Yanvar 12:42
Azərbaycan nümayəndə heyəti Leninqradın blokadadan azad edilməsinin ildönümü tədbirlərində iştirak edib
28 Yanvar 12:35
120 saylı Cəbrayıl-Qubadlı seçki dairəsindən YAP-ın deputatlığa namizədi Ceyhun Məmmədov seçicilərlə görüşlərini davam etdirir
28 Yanvar 12:10
19 saylı Nərimanov birinci seçki dairəsindən deputatlığa namizəd Hikmət Babaoğlu seçicilərlə növbəti görüşünü keçirib
28 Yanvar 11:16
Rövnəq Abdullayev növbəti dəfə AFFA-nın prezidenti seçilib
28 Yanvar 11:08
Şirin Nexamiya Mixaeli: "Ümid edirik ki, parlament seçkilərindən sonra Azərbaycan daha da güclənəcək"
28 Yanvar 10:54
Azad Rəhimov: Bu il də Azərbaycan idmanı üçün əlamətdar olacaq
28 Yanvar 10:42
Ermənistan silahlı qüvvələri atəşkəs rejimini 21 dəfə pozub
28 Yanvar 10:29
Seçki dairələrində müşahidə aparılması üçün MSK-ya müraciət müddəti yanvarın 30-dək başa çatır
28 Yanvar 10:25
Bakıda Beynəlxalq Holokost Qurbanlarının Anım Günü ilə əlaqədar mərasim keçirilib
28 Yanvar 10:14
Azərbaycanlı tələbələr: Zəlzələ bölgəsindən təxliyə olunmağımıza göstəriş verən Prezidentimizə minnətdarıq
28 Yanvar 09:36
Bakcell növbəti dəfə Milli KSM Mükafatının qalibidir
28 Yanvar 09:32
Azərbaycan regionda strateji nəqliyyat qovşağına çevrilib
27 Yanvar 21:16
Mərkəzi Seçki Komissiyasının növbəti iclası keçirilib
27 Yanvar 21:11
Dünya Bankının nümayəndə heyəti Ali Məhkəmədə olub
27 Yanvar 21:09
Hulusi Kılıç: Əminəm ki, parlament seçkiləri Azərbaycanda demokratiyanın təntənəsi kimi tarixə düşəcək
27 Yanvar 20:51
Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyanın “Rossiya-24” televiziya kanalına müsahibəsi
27 Yanvar 18:01
BDU-da qış imtahan sessiyası ilə əlaqədar “Açıq qapı” günü
27 Yanvar 18:00
Məzahir Pənahov: 1374 nəfərin namizədliyi qeydə alınıb
27 Yanvar 17:45
Türkiyənin Ətraf mühit və Şəhərsalma Nazirliyinin nümayəndə heyəti Bakıda səfərdə olub
27 Yanvar 17:43
Deputatlığa namizəd Sadiq Qurbanov Şabranın Əmirxanlı, Dəvəçi, Şahnəzərli kəndlərinin seçiciləri ilə görüşüb
27 Yanvar 17:40
Seçkilərlə əlaqədar 409 beynəlxalq müşahidəçi akkreditasiyadan keçib
27 Yanvar 17:39
Qeydiyyatdan keçən yerli müşahidəçilərin sayı açıqlanıb
27 Yanvar 17:38
MDB müşahidəçi missiyası parlament seçkilərinin monitorinqini davam etdirir
27 Yanvar 17:32
Neft istehsal edən ölkələrin birgə çalışması təşəbbüsünü ilk dəfə Prezident İlham Əliyev irəli sürüb
27 Yanvar 17:12
Yeni Azərbaycan Partiyasının namizədi Azər Badamovun seçicilərlə görüşləri davam edir
27 Yanvar 16:59
Turizm subyektləri üçün qiymətləndirmə - reytinq modulu fəaliyyət göstərəcək
27 Yanvar 16:46
MSK-nın iclasında Milli Məclisə seçkilərdə "exit poll" keçirmək niyyətində olan qurumun müraciətinə baxılıb
27 Yanvar 15:48
Dövlət Komitəsinin sədri “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
27 Yanvar 15:26
Binəqədi II seçki dairəsi dairə seçki komissiyasında seçkilərə hazırlıq işləri uğurla davam etdirilir
27 Yanvar 15:07
Moskvada növbəti erməni təxribatının qarşısı alınıb
27 Yanvar 15:05
Treninqlərə 83 saylı seçki dairəsi üzrə 264 məntəqə seçki komissiyası üzvü cəlb edilib
27 Yanvar 14:38
Milli Məclisə seçkilərdə polisin xidməti fəaliyyətinə dair məsələlər müzakirə olunub
27 Yanvar 14:25
29 saylı Səbail seçki dairəsi dairə seçki komissiyasında maarifləndirici treninqlər təşkil edilib
27 Yanvar 14:10
Misirdə ərəbcə Azərbaycan dilinin qrammatikası kitabın təqdimatı keçirilib
27 Yanvar 13:52
İnanırıq ki, seçicilər daha güclü Azərbaycan naminə Yeni Azərbaycan Partiyasının namizədlərinə səs verəcəklər
27 Yanvar 13:39
Dövlət Miqrasiya Xidmətinin İnformasiya Texnologiyaları Məktəbinin məzunlarına diplomlar təqdim olunub
27 Yanvar 13:32
Sabah Abşeron yarımadasında hava meteohəssas insanlar üçün əsasən əlverişli olacaq
27 Yanvar 13:24
Səadət Bənənyarlı: Azərbaycanda məhkumların seçki hüququndan istifadə etmələri qanunvericiliyə uyğun təşkil olunur
27 Yanvar 12:58
Yeni Azərbaycan Partiyasının 4 saylı Naxçıvan şəhər seçki dairəsindən Azərbaycan Respublikasının Milli Məclisinin deputatliğına namizədi Eldar İbrahimovun seçicilərlə görüşü olub
27 Yanvar 12:54
Yeni Azərbaycan Partiyası parlament seçkilərinə mütəşəkkil qüvvə ilə gedir
27 Yanvar 12:47
Ceyhun Bayramov: Məktəbli formasının qiyməti tələb və təklif əsasında formalaşır
27 Yanvar 12:43
Keçən il Bakı Limanında yükaşırmanın həcmi 7,2 faiz artıb
27 Yanvar 12:42
2020-2021-ci tədris ilində təqaüd alan tələbələrin sayı 50 faizə çatdırılacaq
27 Yanvar 12:38
Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü Cenevrədə olacaq

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4
5 6 7 8 9 10 11
12 13 14 15 16 17 18
19 20 21 22 23 24 25
26 27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+9 +12
gecə+2 +5