Ana səhifə »  Qəzetin pdf formatı »  Bir istefa haqqında: Con Bolton hansı səbəblərdən işdən uzaqlaşdırıldı?
A+   Yenilə  A-
Bir istefa haqqında: Con Bolton hansı səbəblərdən işdən uzaqlaşdırıldı?

Son günlər dünya mətbuatı ABŞ Prezidentinin milli təhlükəsizlik müşaviri Con Boltonun vəzifəsindən getməsi məsələsini müzakirə edir. Ekspertlər bu hadisənin səbəblərini tapmağa çalışır. Bir istefaya bu qədər maraq göstərilməsi təsadüfi deyil. Söhbət dünyanın ən qüdrətli dövlətinin xarici və təhlükəsizlik siyasətində mühüm rol oynayan şəxsdən gedir. C.Bolton son üç ildə Donald Trampın üçüncü müşaviri idi. Ona qədər həmin vəzifədə çalışanlardan bir qədər artıq işləyə bildi. Lakin nəticə baxımından öz sələflərindən elə də fərqlənmədi. Əksinə, qəfil işdən getməsi ilə daha çox sual yaratdı. Ekspertlərin irəli sürdüyü fikirlər kontekstindən C.Boltonun vəzifədən uzaqlaşdırılmasının geosiyasi aspekti üzərində geniş dayanmağa ehtiyac gördük.

Fikir ayrılığı dərinləşir?

Ekspertlər Con Boltonun Şərqi Avropa turnesinin müəmmalı tərəflərini analiz etməkdə ikən, onun özünün "müəmmalı" olaraq işdən çıxarılması informasiyası yayıldı. Prezident Donald Tramp sentyabrın 9-da "Tvitter" səhifəsi vasitəsilə bildirdi ki, milli təhlükəsizlik məsələləri üzrə müşaviri C.Boltonu işdən azad edib. Səbəb isə bir sıra məsələlər üzrə kəskin fikir ayrılığının olması ilə bağlıdır. Əlbəttə, həmin məsələlər təhlükəsizlik sahəsinə aiddir. Ancaq konkret olaraq onlardan hansına və ya hansılara görə C.Bolton vəzifəsindən getməli olub, bu, izah edilmir.

Əslində, ekspertlər bütövlükdə fikir ayrılığının bağlı ola biləcəyi məsələləri təxmin edirlər. Bu sırada Əfqanıstan, İran, Rusiya, Şimali Koreya, Venesuela və Yaxın Şərq göstərilir. Yəni Avropa istiqamətindən narazılığın olduğu təxmin edilmir. Çin məsələsi ilə bağlı da hansısa konkret detal göstərilmir. Belə çıxır ki, D.Trampla C.Bolton arasında mövqe fərqliliyi Amerikanın ciddi problemlərinin olduğu istiqamətlərdə nə dərəcədə sərt davranması ilə əlaqəlidir. Məsələnin bu cür qoyuluşunun öz səbəbləri vardır. Ekspertlər əmindirlər ki, D.Tramp ilə C.Boltonu birləşdirən məqam xarici siyasətdə sərt və radikal addımlar atmaqla bağlıdır. Təcrübə göstərir ki, D.Tramp əksər hallarda kifayət qədər radikal davrana bilir. Lakin D.Tramp həm də yeri gələndə geri çəkilməyi də bacarır. Məsələn, o, ticarət mübahisəsini real hərbi toqquşmaya çevirmir. İran məsələsində də son anda hərbi əməliyyatlardan çəkindi.

Bundan başqa, D.Tramp Əfqanıstandan, Suriyadan hərbi qüvvələri çıxarmaqla bağlı qərar qəbul etsə də, bunların da qarşısını Ağ Evdəki və Pentaqondakı "qırğılar" hər dəfə alıblar. Görünür, bu kimi səbəblərdəndir ki, D.Tramp milli təhlükəsizlik üzrə müşavirlərini tez-tez dəyişməli olur. Son üç ildə o, üç müşavir dəyişib. Maykl Flinn cəmi bir ay (yanvar-fevral 2017-ci il), Herbert Makmaster isə bir ildən bir az çox işlədi (fevral, 2017 – aprel, 2018). C.Bolton həmin vəzifədə 2018-ci ilin aprelindən 2019-cu ilin sentyabrına qədər oldu. Maraqlıdır ki, hər üç müşavir üçün təxminən eyni fikirləri deyirlər – təhlükəsizliyin bir sıra istiqamətlərilə bağlı Prezidentlə fikir ayrılığı. ABŞ-ın xarici siyasətinin geosiyasi aspekti ilə əlaqəli maraqlı cəhət də bununla bağlıdır.

D.Tramp milli təhlükəsizlik məsələsində müşavirləri ilə niyə ümumi dil tapa bilmir? Görünür, burada Amerika üçün mürəkkəb bir dönəmdən söhbət gedir. Vaşinqtonun xarici siyasətdə düzəlişlər etmək məcburiyyəti qarşısında qaldığı hiss edilir. Çünki dünya artıq onu birmənalı surətdə lider kimi qəbul etmir. Ona alternativ ola biləcək güclər meydana çıxıb. Belə görünür ki, Amerika üçün buna qarşılıq optimal xarici siyasət kursu ilə bağlı hakimiyyət dairələrində konsensus yoxdur.

Bunun konkret təzahürlərindən biri "Taliban"la aparılan danışıqlar ətrafında özünü göstərib. Ekspertlərin rəyinə görə, son anda "Taliban" hərəkatı ilə imzalanmalı olan sənəddən vaz keçilməsində C.Boltonun rolu olub. O, açıq şəkildə "Taliban"la aparılan danışıqların əleyhinə olub. D.Tramp isə bütün gücü ilə bu təşkilatla anlaşıb, Əfqanıstanda yeni mərhələni başlatmağa çalışır.

Digər məsələ kimi İran göstərilir. C.Bolton İranla hər hansı anlaşmaya qarşıdır. O, Tehranın "cəzalandırılması"na üstünlük verir. Şimali Koreya məsələsində də C.Boltonun kifayət qədər sərt mövqe tutduğu bildirilir. Nəhayət, maraqlıdır ki, C.Bolton bir neçə dəfə BMT-nin yararsızlığını da ifadə edib. O, bu təşkilatın heç bir iş görmədiyini və çoxmərtəbəli binanı zəbt etdiyini açıq deyib. Fikrinə davam edərək ifadə edib ki, əgər həmin binanın mərtəbələri boşalsa, elə bir dəyişiklik olmayacaq, dünya ziyana düşməyəcək.

Yeniləşmənin ziddiyyətləri

Belə görünür ki, C.Bolton kifayət qədər sərt mövqeli siyasətçidir. Bəs onda D.Tramp nəyə görə onu özünə müşavir seçmişdi? Məsələnin maraqlı tərəfi bundan ibarətdir. Bu hal Amerika siyasi elitasında əksər məsələlər üzrə fikir ayrılığının dərinləşməsini göstərmirmi? Ekspertlər, əslində, bu fikrin üstündə dayanırlar. Onlar belə hesab edirlər ki, C.Boltonun istefası şəxsi münasibət məsələsi ilə bağlı deyil. Burada bütövlükdə ABŞ hakimiyyət dairələrində getdikcə mövqe fərqliliyinin artması əsas səbəbdir. Xüsusilə Rusiya və Çin məsələsində bu tendensiya özünü daha qabarıq göstərir.

Rusiyanın Amerikadakı seçkilərə müdaxiləsi ilə bağlı səs-küy səngimir. Aparılan təhqiqatlar bir nəticə verməsə də, yenə də siyasilər bu məsələdən bəhs edirlər. D.Trampın Rusiyanı G7-yə dəvət etmək istəyində olmasına da bir sıra hallarda məhz bu kontekstdə qiymət verməyə çalışırlar. Ancaq D.Trampın bu təklifi Rusiyanı Çindən ayırmaq məqsədi ilə verdiyi məlumdur. Belə görünür ki, Amerika iqtidarında fikir birliyinə nail olmaq xeyli çətinləşib. C.Boltonun Şərqi Avropaya səfəri və "Taliban" ilə aparılan danışıqlar fonunda vəzifədən getməsi isə Vaşinqtonun uğurlu addım ata bilmədiyi təəssüratını yaradır. Ən azından bu istiqamətlərdə problemlər kifayət qədərdir. Əks halda, C.Bolton indi başqa səfərə hazırlaşırdı.

Belə bir vəziyyət özlüyündə qlobal geosiyasətdə silkələnmələr ehtimalından xəbər verir. Çünki hiss olunur ki, Vaşinqton məqsədlərinə nail ola bilmir və necə nail olmaq haqqında da konkret təsəvvürü yoxdur. Dünyanın ən güclü dövlətində bu cür qeyri-müəyyənliyin olması təhlükəli tendensiyadır. Digər tərəfdən, dünyanın başqa böyük gücləri bundan daha da ruhlana və Amerikanın apardığı siyasi kursa müqavimətini daha da artıra bilərlər. Bu, qlobal miqyasda ümumi vəziyyətin daha da mürəkkəbləşəcəyini istisna etmir.

Maraqlıdır ki, C.Bolton Böyük Britaniyanın Avropa İttifaqını tərk etməsi – "Breksit"lə bağlı ciddi proseslərin getdiyi bir mərhələdə işdən uzaqlaşdırıldı. Londonun bununla hansı bağlantısının olduğu haqqında bir informasiya yoxdur. Lakin ekspertlərə görə, söhbət, ümumiyyətlə, Avratlantik məkanının gələcəyi ilə əlaqəli ola bilər. Son vaxtlar Pakistanla Hindistan arasında münasibətlərin gərginləşməsi fonunda Avratlantik məkanı və Asiya mövzusu aktuallaşır. Bu kontekstdə də Böyük Britaniyanın Qərb siyasətində mövqeyi önəm kəsb edir. Məhz həmin aspektdə də Böyük Britaniyanın baş naziri Boris Consonun mövqeyinin zəifləməsi düşündürücü görünür. Məlumdur ki, D.Tramp onu dəstəkləyir. Deməli, C.Bolton bu istiqamətdə də kifayət qədər səmərəli çalışmayıb.

Başqa bir çətinlik Venesuela ilə əlaqəlidir. C.Bolton Venesuelaya qarşı sərt hərbi müdaxilə tələb edirdi. D.Tramp isə Latın Amerikası qitəsində ABŞ üçün mürəkkəb hərbi situasiya yaratmağı riskli hesab edir. O, belə məqamlarda daha çevik diplomatiyaya üstünlük verir. Aydındır ki, bu, C.Boltonun stili deyil.

Nəhayət, C.Boltonun istefasından bir qədər sonra İsrailin baş naziri Binyamin Netanyahunun dünyanı silkələyən bəyanat verməsi maraq doğurur. O, Knessetə seçkilərdən sonra İsrailin müstəqilliyini İordan vadisinədək yayacağını deyib. Beynəlxalq aləm bundan narahatlığını bildirib. Çünki belə bir davranış zəncirvarı olaraq başqa regionlarda da problemlər yarada bilər.

Beləliklə, bu qənaətə gəlmək olar ki, C.Boltonun işdən uzaqlaşdırılması Vaşinqtonun xarici siyasət kursunda mövcud olan ümumi problemlərlə bağlı ola bilər. Yəni onu ancaq C.Boltonun mövqeyi ilə əlaqələndirmək yarımçıqlıqdır. Bu səbəbdən C.Boltonu kimin əvəz edəcəyi maraqlıdır. Yeni milli təhlükəsizlik müşavirinin vəziyyəti köklü surətdə dəyişəcəyinə inanmaq çətindir. Əslində, həmin vəzifənin səlahiyyəti də nəyisə dəyişməkdən ibarət deyil. O, əsas olaraq Prezidentin yeritdiyi siyasəti səmərəli həyata keçirmək və dövlət başçısına milli təhlükəsizliklə əlaqəli təkliflər verməkdir.

Bu səbəbdəndir ki, ekspertlər daha çox "yeni müşavir nə qədər vəzifədə qala biləcək?" kimi sual verirlər. Əslində isə geosiyasi kontekstdə daha maraqlısı başqa sualla bağlıdır. Konkret olaraq, D.Trampın xarici siyasətdə istədiyini yeni müşavir fəaliyyətində tam ifadə edə biləcəkmi? Və bu siyasət ABŞ-ı və onunla bərabər dünyanı haraya aparacaq?

Newtimes.az

 
  • Oxunub:  2340  |  
  • Tarix:  12-09-2019  |  
  •    Çap et   |  

Qəzetin son buraxılışı

Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir

28 Fevral 10:02
Cənub Qaz Dəhlizi ilin sonuna kimi tam istismara veriləcək
28 Fevral 09:46
İtaliya dünyada Azərbaycanın birinci ticarət və ixracat tərəfdaşıdır
28 Fevral 09:41
Azərbaycan-Türkiyə münasibətləri yeni inkişaf mərhələsinə keçib
28 Fevral 09:32
MƏŞĞULLUQ SİYASƏTİNİN SƏMƏRƏLİLİYİ DÖVLƏTİN SOSİAL SAHƏDƏKİ PERSPEKTİVLƏRİNİN İFADƏSİDİR
28 Fevral 09:29
Regionlarda Dövlət Proqramının icrası ilə əlaqədar bütün lazımi tədbirlər həyata keçirilir
28 Fevral 09:25
Magistratura üzrə respublika birincisi: Müəllimlərim mənə çox inanırdılar
28 Fevral 09:23
Azərbaycanda koronavirus aşkarlanmayıb
28 Fevral 09:21
Azərbaycanın regionlarında müasir sənaye quruculuğu geniş vüsət alıb
28 Fevral 09:19
Dostluq, qardaşlıq və strateji tərəfdaşlığa əsaslanan Türkiyə-Azərbaycan münasibətləri uğurla inkişaf edir
27 Fevral 22:10
Azərbaycanla Böyük Britaniya arasında mədəniyyət və yaradıcı sənayelər sahəsində əməkdaşlıq müzakirə olunub
27 Fevral 22:00
Ombudsman 2019-cu il üzrə məruzəsini təqdim edib
27 Fevral 21:52
Azərbaycan Respublikasının prokurorluq orqanları beynəlxalq tərəfdaşları ilə əməkdaşlığı uğurla davam etdirir
27 Fevral 21:51
Londonda Xocalı faciəsi qurbanlarının xatirəsi anılıb
27 Fevral 21:49
Rumıniya artan təbii qaz tələbatının Azərbaycan resursları hesabına ödənilməsində maraqlıdır
27 Fevral 21:40
Azərbaycan Dillər Universiteti beynəlxalq əlaqələrini genişləndirir
27 Fevral 21:31
Azərbaycan ilə Böyük Britaniya arasında təhsil sahəsində əməkdaşlığın inkişaf perspektivləri müzakirə edilib
27 Fevral 21:27
Bakıda İslam Əməkdaşlıq Təşkilatının Gənclər və İdman Nazirlərinin Daimi Şurasının iclası keçirilib
27 Fevral 21:06
AQTA laboratoriyaları koronavirusla bağlı gücləndirilmiş rejimdə çalışır
27 Fevral 20:58
Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığına dair müzakirələr aparılıb
27 Fevral 20:40
UNEC-də konfrans: Universitetlərdə akademik tədqiqatların kommersiyalaşmasında beynəlxalq reallıqlar və yeni çağırışlar
27 Fevral 20:35
"Xocalıya ədalət!" kampaniyası çərçivəsində İsraildə soyqırımı qurbanlarının Xatirə günü keçirilib
27 Fevral 20:07
Dövlət Turizm Agentliyinin ölkə vətəndaşlarına və turoperatorlara müraciəti
27 Fevral 20:00
Azərbaycanda koronavirusla bağlı təhlükənin qarşısının alınması məqsədilə Nazirlər Kabineti yanında qərargah yaradılıb
27 Fevral 17:44
Çili ilə əməkdaşlıq müzakirə olunub
27 Fevral 17:37
Dövlət Sərhəd Xidmətində istefaya buraxılan generallarla görüş keçirilib
27 Fevral 17:30
Ukrayna mətbuatında Xocalı soyqırımına dair məqalə dərc edilib
27 Fevral 17:17
İlahiyyat İnstitutunda seminar: Bioetika və din
27 Fevral 17:10
Bakıda beynəlxalq tikinti forumu keçirilib
27 Fevral 16:57
Bakı Konqres Mərkəzində Varisin yeni romanı təqdim olunub
27 Fevral 16:50
Energetika Nazirliyində Avropa Yenidənqurma və İnkişaf Bankının nümayəndələri ilə müzakirələr aparılıb
27 Fevral 16:48
Ov mövsümü martın 7-də bitəcək
27 Fevral 16:42
Azərbaycan və Türkiyə arasında qarşılıqlı əməkdaşlıq əlaqələrimizin yeni mərhələyə qədəm qoymasına təkan verəcək - Sona Əliyeva
27 Fevral 16:27
Böyük Britaniya qəzeti Xocalı soyqırımından yazıb
27 Fevral 16:22
Prezident İlham Əliyev Artur Rasi-zadəyə 1-ci dərəcəli “Vətənə xidmətə görə” ordenini təqdim edib
27 Fevral 16:09
Gündüz İsmayılov: Dini sabitliyin qorunub saxlanılmasında maarifləndirmə faktoru önəmli rol oynayır
27 Fevral 15:56
İçərişəhərin UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinin 20 illiyi qeyd olunacaq
27 Fevral 15:50
Vüqar Rəhimzadə: İmzalanan mühüm sazişlər Azərbaycana və Türkiyəyə böyük dividentlər gətirəcək
27 Fevral 15:43
Müdafiə naziri Anjey Kaspşiklə görüşüb
27 Fevral 15:38
Ödənişli ictimai işlərə nəzarətin gücləndirilməsi məqsədilə 2020-ci ildə nəzərdə tutulan tədbirlər
27 Fevral 15:17
Elçin Əhmədov: Azərbaycan-Türkiyə həmrəyliyi regional təhlükəsizlik baxımından mühüm əhəmiyyət kəsb edir
27 Fevral 15:12
Dövlət Neft Fondunun aktivləri 43,3 milyard dollara çatıb
27 Fevral 14:54
Bilal Dündar: Azərbaycan-Türkiyə müttəfiqliyi bölgəmizdə sülh və sabitlik üçün əsaslı zəmin rolunu oynayır
27 Fevral 14:43
Azərbaycan Texniki Universitetinin tələbə-rektoru ilin idmançısı seçilib
27 Fevral 14:41
Pərviz Şahbazov: Bu ilin payızında Cənub Qaz Dəhlizi tam hazır olacaq
27 Fevral 14:28
ABŞ Konqresində Xocalı faciəsinin 28-ci ildönümünü ilə bağlı anım tədbiri keçirilib
27 Fevral 14:20
Azad Rəhimov: Koronavirusla əlaqədar Azərbaycanda heç bir yarışa məhdudiyyət qoyulmayıb
27 Fevral 14:15
QHT-lərə Dövlət Dəstəyi Şurasının illik hesabat konfransı keçirilib
27 Fevral 14:14
“Elektrik və istilik enerjisi, habelə qaz təchizatı sahəsində payız-qış mövsümünə hazırlıq işlərinin aparılması Qaydası” təsdiqlənib
27 Fevral 14:09
Yol polisi: Hər bir hərəkət iştirakçısı diqqətli və məsuliyyətli olmalıdır
27 Fevral 13:19
Almaniyalı tədqiqatçı “nex24.news” saytına müsahibəsində Xocalıda törədilmiş erməni vəhşiliyindən danışıb
27 Fevral 12:51
Bakıda İslam Ölkələri Könüllülərinin Beynəlxalq Forumu keçirilib
27 Fevral 12:44
Novruz bayramı ilə əlaqədar növbəti “DOST xonçası” aksiyası başlayır
27 Fevral 12:40
Xalça Muzeyində “Xocalı – Azərbaycanın qara tarixinin qanlı səhifəsi” mövzusunda mühazirə dinlənilib
27 Fevral 12:25
Prezident İlham Əliyev Böyük Britaniya Baş Nazirinin Azərbaycan üzrə ticarət elçisinin rəhbərlik etdiyi nümayəndə heyətini qəbul edib
27 Fevral 12:15
Azərbaycanda musiqi və incəsənət məktəblərinə şagird qəbulu elektron formada aparılacaq
27 Fevral 12:09
Azərbaycanda ova icazə verilən ərazilər müəyyənləşib
27 Fevral 11:55
ETSN qanunsuz ovlanan heyvanlarla bağlı cərimə məbləğlərini açıqlayıb
27 Fevral 11:53
Rezidenturaya sənəd qəbulu bu gün yekunlaşır
27 Fevral 11:49
Ötən ay ölkəyə 61 milyon dollar dəyərində avtomobil idxal edilib
27 Fevral 11:37
Bakı Ali Neft Məktəbinin nümayəndə heyəti Avrasiya Beynəlxalq Ali Təhsil Sammitində iştirak edib
27 Fevral 11:34
Mədəniyyət və incəsənət biznesinə dair Forum təşkil olunub
27 Fevral 11:27
Azərbaycan ötən ay ən çox İtaliyaya məhsul göndərib
27 Fevral 11:18
Aqrar Sığorta Fondu ilə TARSİM arasında aqrar əməkdaşlıq üzrə Niyyət Bəyannaməsi imzalanıb
27 Fevral 10:52
Naqif Həmzəyev Türkiyədə keçirilən “Xocalıya Ədalət həftəsi”ndə iştirak edir
27 Fevral 10:48
Məktəblərdə tədris ilinin müddəti təsdiqlənib
27 Fevral 10:19
Ermənistan silahlı qüvvələrinin bölmələri atəşkəs rejimini 26 dəfə pozub
27 Fevral 09:39
Azərbaycanda sanitar-epidemioloji vəziyyət xüsusi nəzarətdədir
27 Fevral 09:36
Azərbaycanın regionlarında turizmin inkişafı üçün mühüm tədbirlər görülür
27 Fevral 09:29
Yüksək səviyyədə olan Azərbaycan-Türkiyə münasibətləri iki dost xalqın iradəsini əks etdirir
26 Fevral 21:05
BMT-nin İnsan Hüquqları Şurasının 43-cü sessiyasının yüksək səviyyəli seqmentində Ermənistan-Azərbaycan münaqişəsindən danışılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1
2 3 4 5 6 7 8
9 10 11 12 13 14 15
16 17 18 19 20 21 22
23 24 25 26 27 28 29
HAVA HAQQINDA
Bakı
gündüz+10 +14
gecə+5 +8