Ana səhifə »  Qəzetin pdf formatı »  Dövlət əxlaqı – Nadir Qocabəyli yazır
A+   Yenilə  A-
Dövlət əxlaqı – Nadir Qocabəyli yazır

İnsanlar və dəyərlər dəyişmirsə, hakimiyyəti dəyişməyin nə mənası var...
Pyer Buast

 

Hələ uşaqlıqda “hökumətə işləməməsi ilə” öyünən xeyli adam görmüşəm. Onlar sürücülər, alverçilər, xırda sənətkarlar, həyətində mal-qara, toyuq-cücə saxlayanlar, qəssablar, “manıslar”, ara müğənniləri və sair bu kateqoriyadan olan adamlar idi, yəni düz-əməlli orta təhsil belə almayan, kəmsavad, aşağı intellektli, o qədər də dərin təfəkkürə malik olmayan, kitab oxumayan, televizorda ancaq “davalı kinolara” baxan insanlar. Onlardan biri də atamın dayısı idi və öz avtomobili ilə “xaltura” edirdi. Böyük ailəsini pis dolandırmırdı. Axşamlar işdən sonra içib keflənəndə, bəzən çay içmək üçün bizə gəlir, söhbəti həmişə fırladıb, “bircə gün də hökumətə işləmədiyinin” üzərinə gətirir, bununla lovğalanırdı. Onun bu sözlərinə atamın hər hansı reaksiya verdiyi yadımda deyil. Deyəsən, ona heç əhəmiyyət vermirdi. Məni isə atamın dayısının bu sözləri çox maraqlandırırdı. Görəsən, o bununla niyə belə qürrələnir və niyə bu sözləri tez-tez təkrar edir?

Bu sözlərin sətiraltında nələr yatdığını çox sonralar anladım. Dayı öz bacısı oğluna paxıllıq etdiyi üçün bu cür danışırmış. Çünki bacıoğlu dövlət qulluqçusu, partiya üzvü idi və dayının düşüncəsinə görə bu, qəbahət, necə deyərlər, “zapadlo” idi. O bunu açıq deyə bilmədiyinə görə, eyham vurur, eyni zamanda sərxoş başıyla özünün daha “yaxşı kişi”, “dostoynu”, “krutoy” oğlan olduğunu gözə soxurmuş.

Amma bu adamın məhdud ağlına qətiyyən gəlmirdi ki, “hökumətə işləmədiyinə”, plan və ya vergi vermədiyinə görə məhz dövlət qulluqçusu olan bacısı oğluna borcludur. Yəni qaya kölgəsində yatmaq məsələsi...

Doğrudur, atam onu kimlərəsə tapşıracaq, yaxud himayə edəcək xarakterə malik adam deyildi, amma o adama məhz atama görə toxunmurdular ki, ailəsini dolandırsın. Həm də bəzən dövlət vətəndaşlara bu cür güzəştlər edir. Bunu hər ikisi bilsə də, heç biri dilinə gətirmirdi...

Bir qədər böyüdükdən sonra və sovet hökumətinə qarşı etirazlar başlayanda elə zənn etdim ki, bu adamlar dövlətə işləməməklə rus imperiyasına qarşı çıxırlarmış! Xalq Cəbhəsinin rəhbərləri arasında bu tipli yozumlar yapanlar da vardı. Ancaq bir qədər də yetkinləşdikdən sonra anladım ki, bunlar sadəcə, dövlətin nə olduğu anlamayan, minnətdarlıq, borc duyğusu olmayan, dar düşüncəli, təkəbbürlü, paxıl, məhdud, ədalətsiz, başqalarının zəhmətinin nəticəsini mənimsəməyə meyilli, həmvətəninin payına göz dikən insanlardır. Bunlarda imperiya, yaxud milli dövlət anlayışı, mübarizə əzmi nə gəzir...

Bu səbəbdən də, dinc, əmin-aman, firavan həyat, əmək fəaliyyəti, qurub-yaratmaq üçün dövlətin rolunun zəruriliyini zərrə qədər anlamırlar. Təhlükəsizliklərini dövlətin qoruduğunu da anlamaq istəmir, bir qayda olaraq, hərbi xidmətdən yayınırlar. Dövlətə işləmək istəmir, amma bir az yaşlanan kimi, əl-ayağa düşüb, pensiya üçün ora-bura cumur, haqq-hesab tələb edirlər. Dövlətin ev tikmək, maşın almaq üçün verdiyi borcları (ssuda), yaxud mükafatları almaq üçün hamıdan qabağa düşürlər. Dövlətin uşaq bağçalarından, məktəblərindən, xəstəxanalarından gen-bol və hamıdan zirək yararlanırlar, onlara qapılarının ağzında təslim edilən işıqdan, qazdan, sudan da həmçinin. Bunlar dövlətə “ver yeyim, ört yatım, gözlə canım çıxmasın” düşüncəsiylə baxır, eyni zamanda, ona xidmət etməməklə lovğalanırlar.

Bu adamların dövlətə işləmədikləri ilə lovğalanmaqları bir yana, ona xidmət göstərənləri bəyənmir, lağa qoyur, yaltaq hesab edir, hətta bunu açıq şəkildə dilə gətirməkdən belə çəkinmirlər. Onlar məsələyə adətən bu cür yanaşırlar: mən heç bir müdir, rəis qarşısında hesabat vermirəm, ancaq sən verirsən, mən yuxudan istədiyim zaman qalxıram, amma sən saat 9-da gərək işdə olasan, geciksən uşaq kimi danlanırsan. Mən heç kəs qarşısında əyilmirəm, həmişə başıdik gəzirəm, ancaq sən əyilirsən. Mən işimi itirməmək üçün kimsəyə yarınmaq, yaltaqlanmaq zorunda qalmıram, amma sən qalırsan.

Ancaq bu qədər dayaz və kəmağıl olmasalar anlayarlar ki, onların heç kəsə hesabat verməməsi də, heç kəs qarşısında “əyilməməsi” də, yuxudan istədiyi vaxt qalxması da, dikbaşlıq etməsi də (başıdik gəzməsi yox), “yarınmaq və yaltaqlanmaq” zorunda qalmaması da məhz vətəndaşı olduğu dövlətin ərazisində, həmin dövlətin irili-xırdalı qulluqçularının fəaliyyəti, əməyi sayəsində mümkün olur. Dövlət və onu idarə edən, idarəetmə prosesində min cür problemlə, əzab-əziyyətlə, təhlüklərlə üzləşən məmurlar olmasa, o nəinki bunların hamısını edə, hətta küçədə rahat gəzə, evində sərbəst otura, ailəsini belə qoruya bilməz.

Bir də ki, rəisə hörmət, qaydalara riyaət etmək, böyük-kiçik yeri bilmək, özünü tərbiyəli aparmaq, xoş münasibəti qorumaq, sadə, təvazökar olmaq niyə həmişə yaltaqlıq kimi qiymətləndirilməlidir? Məncə, yalnız kompleksi olan, aşağılıq sindromundan əziyyət çəkən adamlar belə düşünə bilərlər.

Artıq imperiya yoxdur və dövlətimiz 30 ilə yaxındır ki, müstəqildir, ancaq çox təəssüflər olsun ki, bu təfəkkür daşıyıcılarından hələ də tam xilas ola bilməmişik. Bir daha təəssüflə qeyd etməliyəm ki, bu cür adamlar indi daha çox radikal müxalifətin sıralarında cəmləşiblər və bir qayda olaraq onlara azarkeşlik edənlərdir. Onlar yenə dövlətə ağız büzür, dövlət məmurlarını, qulluqçularını yerli-yersiz lağa qoyur, onların əməyini dəyərləndirənləri, haqlarında xoş söz deyənləri “yaltaq” adlandırır, onları hər vəchlə ictimai qınaq obyektinə çevirməyə, gözdən salmağa, onlara şüurlu, riyakar və məkrli şəkildə psixoloji təzyiq göstərməyə çalışırlar. Bu adamlar gənclərin də tərbiyəsini pozur, onları sosial şəbəkələrdə ləyaqətli insanları alçaltmağa, təhqir etməyə sövq edirlər. Bir də görürsən ki, hələ ağzının sarısı getməyən, biliksiz, təcrübəsiz bir gənc dövlət, dövlətçilik üçün böyük işlər görmüş, cild-cild kitablar yazmış xadimin şəxsiyyətinə savadsız və ədəbsiz bir cümlə ilə özünəməxsus şəkildə qiymət verir. Bu adamlar kənardan nə qədər gülünc və tərbiyəsiz, səbatsız, nadan, cahil görünsələr də, bir araya gələndə, sürüləşəndə qorxunc, dağıdıcı kütləyə çevrilə bilir, yetişməkdə olan yeni nəslin əxlaqını pozurlar.

Daha çox Qərbin zahiri effektlərini yamsılamağa meyilli bu adamlar Qərbin özünün də mahiyyətini anlamaqda acizdirlər. Deyl Karnegi kimi müəllifləri oxumağı sevsələr də, anlamırlar.

Bu adamlar dövlət məmurları arasında rast gəlinən əliəyri, rüşvətxor adamları əllərində dəstəvuz edərək, hamını qaralamaq, əyri yolda görmək yolunu seçiblər. Sanki özləri süddən çıxmış qaşıqdırlar. Hələ əllərində heç bir səlahiyyət olmaya-olmaya min cür çirkli işlərə bulaşan, yüz oyundan çıxan, buradakı əliəyri məmurlardan bəxşiş, hesab alan, xaricilərin ölkəmizi öz təsirləri altına salmaq üçün verdikləri qrantları ana südü kimi halal sayan liderlərinin əməllərinə göz yumur, amma dövlətə sədaqətlə, namusla xidmət edən insanlara, onların fəaliyyətini dəyərləndirənlərə qarşı mənəvi terror aparırlar.

Bu adamlar son zamanlar hakimiyyət, hər hansı dövlət məmuru haqqında xoş söz deyən hər kəsə “yaltaq” damğası vurur, onu daş-qalaq eməyə cəhd göstərirlər. Bu kampaniyaya birbaşa qoşulmayan, özünü guya abırlı aparmağa çalışan digər, bir qədər tədbirli kateqoriya isə həmin qaragüruha dolayısı ilə qahmar çıxır, riyakar və hiyləgər fəndlərdən istifadə edir.

Yaltaqlığa gəldikdə isə, görkəmli alman filosofu Fridrix Nitsşe bu haqda yazırdı:

“Bəzən insanlara elə gəlir ki, onlar yaltaqlığa nifrət edirlər, ancaq bilmirlər ki, yalnız onun bu və ya digər formasından xoşları gəlmir”.

Bu adamlar da öz gözlərindəki tiri görmür, başqalarının gözündə tük axtarırlar. İnsanların bir-birinə xoş sözlər deməsi, bir-birinin əməyinə, şəxsiyyətinə, qabiliyyətinə müsbət qiymət verməsi, bir-birinə hörmətlə yanaşması, dövlətə sədaqətlə xidmət etməsi ancaq yaltaqlıq kimi yozulursa, onda dünyada yaltaq olmayan insan yoxdur. Dünyada, insanlar, millətlər, xalqlar, dövlətlər, sivilizasiyalar arasında sülh, əmin-amanlıq, xoşgörü, barışıq, qarşılıqlı, siyasi, iqtisadi, mədəni, mənəvi əlaqələrin olması üçün xoş sözlərə, obyektiv dəyərləndirmələrə, rəğbətli münasibətlərə həmişə ehtiyac var. Bu münasibətlərin dövlət quruculuğunda da mühüm rolu var və bu məsələlər bir çox məqamlarda siyasi etiket, subardinasiyadır. Hamının bir-birini söydüyü, təhqir etdiyi, əsassız, savadsız şəkildə tənqid etdiyi yerdə necə dövlət qurmaq, təşkilatlanmaq, komanda yaratmaq, idarə etmək, layihələr həyata keçirmək olar?! Axı siz nə vaxta qədər ordan-burdan eşitdiyiniz, şəkildə, kinoda gördüyünüz şeylərə inanacaq, fırıldaqçıların felinə düşəcəksiniz? Ya da nə vaxta qədər riyakarlıq, cığallıqla məşğul olacaqsınız? Digər tərəfdən, məgər müxalifətin öz sıralarında belə şeylər yoxdurmu? Hər şey özünüzün dediyiniz kimi, demokratikdirmi?

Siz mənə deyin görüm, AXCP sıralarında Əli Kərimlini tənqid edən bir adam qalıbmı? Barmağınızı qatlayın görək, Əli Kərimlinin iddiaları, mənəm-mənəmliyi, eqoizmi ucbatından indiyəcən AXCP-dən nə qədər adam gedib, neçə qrup ayrılıb, onun “şinelindən” neçə partiya çıxıb? Mən sayardım, ancaq buna çox vaxt lazımdır, həm də hamısının adı yadımda deyil. Keçən yazımda Əli Kərimliyə pay-püş, donos daşıyan, qohum-qardaşını onun yanına cangüdən, çayverən, çantadaşıyan düzəldən müxalifətçilər haqqında yazmışdım. Bəs bunlara nə ad qoyaq?

Bir nəfər hərəkat sədri, tanınmış iqtisadçı var. Cəmiyyət onu Əli Kərimlidən daha abırlı adam kimi tanıyır. Onunla hazırda ortaq dostlarımız olduğundan, mənə hörmətlə yanaşdıqlarından adını çəkmək istəmirəm. Ancaq elə məsələlər də var ki, deməmək olmur, dedizdirirlər.

Deməli, 2003-ci ilin Prezident seçkiləri ərəfəsində bu adamı bizim rayona seçki kuratoru təyin etmişdilər. Həm də yaxın günlərdə İsa Qəmbər rayona seçicilərlə görüşə gələcəkdi deyə, həmin görüşün təşkilinə nəzarət etməliydi. Adam gəldi və bütün müxalifət yığıldı Müsavatın qərargahına. Onun ilk sözü bilirsiniz nə oldu? “Gəlin qoyundan başlayaq. Qoyunu kim gətirəcək və kim kəsəcək?” Mən doğrusu, əvvəlcə karıxdım, qulaqlarıma inanmadım. Qoyun nədir, nə qoyunu? Az sonra başa düşdüm ki, söhbət İsa Qəmbərin ayağının altında kəsiləcək qurbanlıqdan gedir. Hərə yerdən bir söz dedi, biri qışqırdı, biri uladı, biri böyürdü və ara qarışdı, məzhəb itdi, ağız deyəni qulaq eşitmədi.

Burada bir haşiyə çıxıb demək istəyirəm ki, cəhbə və Müsavatın toplantıları üçün bu hal adidir və onlar buna “demokratiya” deyirlər. Dövləti də belə idarə etdikləri üçün bir ildən sonra qaçıb dağıldılar.

Nə başınızı ağrıdım, hərənin ağzından bir avaz gəldi və qoyun yaddan çıxdı. Bunu görən kurator hamını birtəhər sakitləşdirib dedi: “Əvvəlcə gəlin qoyun məsələsini həll edək, ondan sonra digər məsələlərə keçərik...”

İndi sizdən soruşuram, cənab cəbhəçi-müsavatçılar: o qoyun məsələsinin adını nə qoyaq?.. Yaltaqlıq yaxşıdır, yarınmaq yaxşıdır, bütləşdirmək yaxşıdır, ya fetişləşdirmək... Bəlkə, şəxsiyyətə pərəstiş daha yaxşıdır? Yaxud da elə milləti qoyun yerinə qoymaq...

İndi bu adamlar səhərdən-axşamacan sosial şəbəkələrdə boş-boş danışır, yazırlar ki, indiki hakimiyyət ölkəni idarə edə bilmir, korrupsiya belə oldu, inflyasiya elə oldu, qiymətlər belə qalxdı, rüşvət elə getdi, “rejim” getməlidir, demokratik seçki olmalıdır, hakimiyyətə yeni qüvvələr (yəni bunlar) gəlməlidir, xalq azad olmalıdır, sərvətlər ədalətlə bölüşdürülməlidir, neft pullarından xalqa pay verilməlidir və s. bir sürü boş, cəfəng söz.

Mənim sizə bir sualım var: siz o “demokratik” dediyiniz seçkini heç olmasa bircə dəfə öz təşkilatlarınızın bir məclisində, bir qurultayında keçirə bildinizmi? Mən 11 ildə görmədim. Arabir dava-dalaşla buna cəhd olunanda da, ara qarşıdı, məzhəb itdi və heç bir nəticə olmadı. Uzağa getməyək və Müsavat partiyasının son qurultayını xatırlayaq. Normal demokratik seçki keçirib, başqanlığı sakitcə ötürə bildinizmi? Bilmədiniz! Əvəzində nə oldu? Müsavat neçə yerə bölündü, parçalandı, pərən-pərən oldu və əvvəlkindən qat-qat zəiflədi. İndi soruşuram: siz Azərbaycanı da Müsvatın gününə salmaq istəyirsiniz? Budur sizin demokratiya anlayışınız?

Başqa bir misal. Etibar Məmmədovun AMİP sədrliyindən, Lalə Şövkətin Liberal partiyası sədrliyindən, İsa Qəmbərin isə Müsavat başqanlığından getməsi həmin partiyaların hamısını parçaladı və on dəfə zəiflətdi. Amma Heydər Əliyevin dünyasını dəyişməsi və İlham Əliyevin YAP sədri seçilməsi hakim partiyanın tükünü belə tərpətmədi. İndi mənə deyin görüm, hansı yaxşıdır? İdarəetməni kim yaxşı bacarır? Demokratiyanı kim daha düzgün dərk edir və şəraitə uyğunlaşdıra bilir? Əlbəttə ki, YAP, onun ideoloqları, rəhbərləri və funksionerləri. Bu baxımdan ölkəni ən yaxşı idarə edən də elə onlardır. Yoxsa siz onu çoxdan parçalayıb, satıb-sovurmuşdunuz...

Xalqa da hərənin ağzından bir avaz gəldiyi, ağız deyəni qulağın eşitmədiyi, küçədə güllə səslərinin eşidildiyi, populist, cırtqoz adamların nazir olduğu, Prezidentin sayılmadığı, böyük vəzifəli dövlət məmurları arasında ölüm-dirim savaşının getdiyi, ordudan siyasi məqsədlər üçün istifadə olunduğu, böyuk dövlətlərə ultimatumlar verən, öz gücünü və həddini bilməyən, dövlət əxlaqından məhrum insanların idarə etdiyi yox, məhz indiki kimi bir hakimiyyət lazımdır və faydalıdır.

Problemlər, əyintilər, qüsurlar, çatışmazlıqlar, əlbəttə, var. Harada yoxdur ki? İstənilən ölkəyə getsəniz və küçədə xırda bir sorğu keçirsəniz, insanların hökumətdən narazı olduğunu görəcəksiniz. 1996-cı ildə Türkiyənin Ankara şəhərinə ayaq basdığım ilk gün küçədə eşitdiyim ilk söz bilirsiniz nə oldu? Bir maşın yol hərəkəti qaydasını kobud şəkildə pozaraq, az qala yaşlı bir kişini vuracaqdı. Kişi onun ardınca əlini yellədərək dedi; “Dəvəyə dedilər boynun əyri, o da dedi ki, nərəm düz ki...” Amma Azərbaycandakı bayağı, yalan cəbhə təbliğatı Türkiyəni o qədər tərifləmişdi ki, elə bilirdim, orada hər şey idealdır. Eyni təbliğatı indi də Avropa və Amerika ilə bağlı aparırlar. Guya oralarda hər şey qüsursuzdur, amma bizdə bərbad. Habuki reallıq tamamilə fərqlidir və məsələyə tamamilə başqa rakursdan baxılmalıdır.

Ancaq ölkəmizdə müsbət işlər də görüldüyünü, dövlətimizin gücünə, dünyadakı mövqeyinə, beynəlxalq vəziyyətə, xalqımızın yetkinlik və anlayış səviyyəsinə uyğun islahatlar aparıldığını danmaq da olmaz. Doğrudur, bu islahatlar radikal deyil və olmamalıdır. Mövcud hakimiyyət ehtiyatlı olmağın zərurətini, məsuliyyətini hamıdan yaxşı anlayır, populist çağırışlara uymur və öz rasional siyasətini təmkinlə yürüdür.

 
  • Oxunub:  1650  |  
  • Tarix:  15-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir

20 Oktyabr 17:38
Əli Əhmədov: İnanıram ki, törədilən təxribatlara və anti-kostitusion çağırışlara lazımi hüquqi qiymət veriləcək
20 Oktyabr 16:41
Leyla Abdullayeva: Azərbaycanda insanların fundamental hüquq və azadlıqları tam təmin edilir
20 Oktyabr 16:31
Siyasi ekspert: Azərbaycanın İstiqlal tarixini, məfkurəsini, müstəqil yaşamaq iradəsini somvolizə edən ad və tarixlərlə oynanıldığı göz qabağındadır
20 Oktyabr 14:55
Yeni Azərbaycan Partiyası Bakı şəhərində icazəsiz yürüş və antikonstitusion çağırışlarla əlaqədar bəyanat yayıb
20 Oktyabr 14:38
Akademik İsa Həbibbəylinin tədqiqatlarında Naxçıvan ədəbi mühiti xüsusi yer tutur
20 Oktyabr 13:31
Sabah əksər bölgələrdə hava əsasən yağmursuz olacaq
20 Oktyabr 11:45
Polşada ixracatçılar üçün seminar keçirilib
20 Oktyabr 11:18
Qadın cüdoçularımız Sloveniyada 2 qızıl, 3 gümüş və 1 bürünc medal qazanıblar
20 Oktyabr 10:53
Filarmoniyada Türkiyə-Azərbaycan birliyinə həsr olunan ədəbi-musiqili gecə keçirilib
20 Oktyabr 10:50
Oktyabrın 20-si Energetiklər Günüdür
19 Oktyabr 18:17
Radikal müxalifətin ikinci oktyabr iflası
19 Oktyabr 17:54
On dörd müntəzəm marşrut xətti üzrə avtobusların hərəkət sxemində edilən müvəqqəti dəyişiklik aradan qaldırılıb
19 Oktyabr 17:40
BŞBPİ qanunsuz aksiya ilə bağlı məlumat yayıb
19 Oktyabr 17:29
Azərbaycanın Xarici İşlə Nazirliyi Fransanın Lion inzibati məhkəməsinin qərarını alqışlayır
19 Oktyabr 17:05
Səfir Kestutis Yankauskas: Nə qədər çox ağac əksək, təbiəti də bir o qədər yaxşı qorumuş olarıq
19 Oktyabr 17:03
Səfir: Nəsiminin yubileyi ilə əlaqədar bir gündə 650 min ağac əkilməsi təşəbbüsü alqışa layiqdir
19 Oktyabr 16:58
Əli Əhmədov: Küçələrdə səs-küy salan bu insanlar Azərbaycanın reallıqlarından və xalqdan çox uzaq düşüblər
19 Oktyabr 14:57
Çin Azərbaycanı etibarlı dost və mühüm tərəfdaş hesab edir
19 Oktyabr 14:04
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Ankarada qeyd olunub
19 Oktyabr 13:59
Dövlət Miqrasiya Xidmətinin rəisi “GəncLİK” proqramının iştirakçıları ilə görüşüb
19 Oktyabr 13:55
ATAZ strateji cəhətdən önəmli geosiyasi əhəmiyyətə malik olan Azərbaycan və Avstriya arasında bir körpüdür
19 Oktyabr 13:39
Energetiklər ulu öndər Heydər Əliyevin məzarını və Şəhidlər xiyabanını ziyarət ediblər
19 Oktyabr 13:34
Vüsal Hüseynov: Azərbaycan vətəndaşları Qazaxıstanda vizasız 90 gün müddətində qala biləcəklər
19 Oktyabr 13:29
Şahin İsmayılov: Ermənistan hakimiyyəti məqsədli şəkildə Dağlıq Qarabağ münaqişəsini uzatmağa çalışır
19 Oktyabr 13:23
Azərbaycanın Dövlət Müstəqilliyi Günü Strasburqda qeyd edilib
19 Oktyabr 13:20
Azərbaycan Mətbuat Şurası icazəsiz mitinqlə əlaqədar jurnalistlərə və hüquq-mühafizə orqanlarına çağırış edib
19 Oktyabr 13:12
Sevinc Hüseynova: Dünyanın donorlar ailəsinə qoşulan Azərbaycan beynəlxalq müstəvidə nüfuzunu və mövqeyini daha da gücləndirəcək
19 Oktyabr 13:01
Azərbaycan diplomatik xidmət orqanlarının 100 illiyi münasibətilə ağacəkmə aksiyası keçirilib
19 Oktyabr 12:55
Prezident Mun Ce-in: Azərbaycan ilə ali səviyyəli qarşılıqlı səfərlərin reallaşdırılmasını maraqla gözləyirəm
19 Oktyabr 12:22
Dövlət Komitəsinin sədri Ağcabədidə məcburi köçkünləri qəbul edib
19 Oktyabr 12:19
Naxçıvanın Bakıdakı daimi nümayəndəsi Montro-Fot-Yonn şəhərinin meri ilə görüşüb
19 Oktyabr 12:17
“Azərbaycanın 7 möcüzəsi” layihəsinin birinci mərhələsi başa çatıb
19 Oktyabr 12:16
Aktiv məşğulluq tədbirləri nəticəsində gələn il 130 min nəfər işlə təmin olunacaq
19 Oktyabr 12:03
Necdət Ünüvar: Bakıdakı yüksək təşkilatçılıq Türk Şurasının siyasi nüfuzunu daha da yüksəltdi
19 Oktyabr 11:55
Ümummilli lider Heydər Əliyevin Azərbaycanda dövlət quruculuğu sahəsində əvəzsiz xidmətləri var
19 Oktyabr 10:12
SOCAR AQŞ-nin Ankara ofisinin açılışında Azərbaycanın Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 10:08
Azərbaycanda həyata keçirilən iqtisadi islahatlar Vaşinqtonda müzakirə olunub
19 Oktyabr 09:52
Azərbaycan sosial müdafiə sahəsində dünya miqyasında nümunəvi ölkədir
19 Oktyabr 09:47
Mübariz Qurbanlı Mənəvi Dəyərlərin Təbliği Fondunun rəhbərliyini mükafatlandırıb
19 Oktyabr 09:43
UNEC-də Dövlət Müstəqilliyi Günü qeyd olunub
19 Oktyabr 09:41
Dövlət Müstəqilliyinin bərpasının 28-ci ildönümü münasibəti ilə YAP Şəmkir rayon təşkilatında görüş keçirilib
19 Oktyabr 09:39
Balakəndəki Nəsimi adına məktəbin kollektivi şairin xatirəsinə həsr olunan ağacəkmə təşəbbüsünə fəallıqla qoşulacaq
19 Oktyabr 09:37
Abşeron rayonunda bir gündə 20 min ağac əkiləcək
19 Oktyabr 09:35
SOCAR AQŞ və China CAMC Engineering Co., Ltd. - IC İçtaş Construction Industries & Trade Inc. “Duz Gölü yeraltı qaz anbarının genişləndirilməsi” layihəsi üzrə qazma müqaviləsi imzalayıblar
19 Oktyabr 09:32
Radikal müxalifət mitinq keçirmək deyil, qarşıdurma yaratmaq və təxribat törətmək istəyir
18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA