Ana səhifə »  Qəzetin pdf formatı »  Regionlarda pambıq sahələrindən bol məhsul toplanacağı gözlənilir
A+   Yenilə  A-
Regionlarda pambıq sahələrindən bol məhsul toplanacağı gözlənilir

Bu il 104,9 min hektar sahədə pambıq əkini aparılıb və ümumi məhsuldarlığın daha yüksək olması proqnozlaşdırılır
Dinamik inkişafa malik olan Azərbaycanda həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər nəticəsində çoxsaylı nailiyyətlər qazanılıb. Və bu nailiyyətlərdən, uğurlardan kənd təsərrüfatı sahəsinə də pay düşüb. Daha dəqiq desək, ölkəmizdə digər sahələrdə olduğu kimi, aqrar sektorun inkişafı istiqamətində də aparılan uğurlu siyasət səmərəli nəticələr verməkdədir. Bu kontekstdə o da qeyd edilməlidir ki, respublikamızda aqrar sektorda bir sıra gəlirli sahələrin, o cümlədən pambıqçılığın inkişaf etdirilməsi diqqət mərkəzində saxlanılır.
Yeri gəlmişkən qeyd edək ki, ötən il respublika üzrə 132,5 min hektarda pambıq becərilib. Pambıq qəbulu məntəqələrinə ölkə üzrə 232 min 231 ton məhsul təhvil verilib ki, bu da əvvəlki ilə nisbətən 12,1 faiz çoxdur. Bu il isə respublikada 104,9 min hektar sahədə pambıq əkini aparılıb və ümumi məhsuldarlığın daha yüksək olması proqnozlaşdırılır. Kənd təsərrüfatı naziri İnam Kərimovun qeyd etdiyi kimi, ötən il xam pambığın alış qiymətinin hər ton üçün 650 manat müəyyən edilməsi pambıq istehsalını fermerlər üçün sərfəli sahəyə çevirib. “Cari ildə taxıl və pambıq istehsalındakı artımın yalnız məhsuldarlığın yüksəldilməsi hesabına əldə olunması qarşıda duran vacib hədəflərdəndir”, - deyə İ.Kərimov vurğulayıb.
Xatırladaq ki, ölkəmizdə indiyədək pambıqçılığın inkişafı ilə bağlı aktual məsələlərin müzakirə edildiyi bir neçə müşavirə keçirilib, müvafiq Dövlət Proqramı qəbul edilib. Eyni zamanda, pambıqçılıqla məşğul olan fermerlərə dəstək tədbirləri gücləndirilib - onlara verilən subsidiyalar, tədarük olunan məhsulun alış qiyməti artırılıb. Bundan başqa, regionlarda pambıq əkib-becərən fermerlərə dövlət tərəfindən gübrə və texnika ilə təchizat sarıdan da hər cür köməklik göstərilir.
Eyni zamanda, bu yaxınlarda Sabirabad rayonunda kənd təsərrüfatı naziri İnam Kərimovun sədrliyi ilə “Azərbaycan Respublikasında pambıqçılıqda 2019-cu ildə qarşıda duran vəzifələr” mövzusunda keçirilən respublika müşavirəsində Kənd Təsərrüfatı Nazirliyi Aparatının nümayəndələri, “Meliorasiya və Su Təsərrüfatı” ASC-nin rəhbər heyəti, rayon İcra Hakimiyyəti strukturunun məsul şəxsləri, nazirliyin tabeli qurumlarının, Dövlət Aqrar İnkişaf Mərkəzlərinin rəhbərləri, pambıqçılıqla məşğul olan 100-dən çox fermer, eləcə də pambıq emalı müəssisələrinin nümayəndələri iştirak ediblər. Müşavirədə Sabirabad rayon İcra Hakimiyyətinin başçısı Siraqəddin Cabbarov Prezident İlham Əliyevin tapşırığına əsasən Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində kompleks tədbirlərin həyata keçirildiyini deyib. Sabirabadın kənd təsərrüfatı istehsalı, o cümlədən pambıqçılıq sahəsində böyük potensiala və ənənəyə malik olduğunu vurğulayan S.Cabbarov aqrar sahədə mövcud vəziyyət, əldə edilmiş nailiyyətlər barədə məlumat verib.
Kənd təsərrüfatı naziri İ.Kərimov Prezident İlham Əliyev tərəfindən aqrar sahənin inkişafının prioritet istiqamət kimi elan edildiyini deyib. Bildirib ki, həyata keçirilən tədbirlər nəticəsində aqrar sahədə inkişaf tempi davam edir: “Azərbaycan Prezidenti tərəfindən həyata keçirilən aqrar islahatlar kənd təsərrüfatının daha da inkişafını nəzərdə tutur və bu məqsədlə dövlət tərəfindən çox böyük dəstək tədbirləri həyata keçirilir. Taxılçılıq, toxumçuluq, heyvandarlıq, arıçılıq, şəkər çuğunduru və pambıqçılığın inkişafı üçün subsidiya verilir. O cümlədən aqrar sahədə texnika təminatı ilə bağlı dövlət tərəfindən güzəştlər tətbiq edilir. Təsadüfi deyil ki, həyata keçirilən tədbirlər nəticəsində son bir neçə ildə aqrar sektorda daim inkişaf tempi müşahidə olunur. Məhz həyata keçirilən tədbirlər nəticəsində 2018-ci ildə kənd təsərrüfatı məhsullarının ümumi istehsal həcmi əvvəlki illə müqayisədə 4,6 faiz, bu ilin 6 ayında isə təxminən 13 faiz artıb”.
Azərbaycanda pambıqçılığın zəngin tarixi ənənəyə və böyük potensiala malik olduğunu bildirən nazir pambıqçılığın inkişaf etdirilməsi ilə bağlı Prezident İlham Əliyevin qəbul etdiyi qərarların, verdiyi tapşırıq və tövsiyələrin ölkəmizdə bu sahənin sürətli inkişafı üçün qısa müddətdə əlverişli şərait yaratdığını diqqətə çatdırıb. Nazir çıxışında Azərbaycanda pambıqçılığın inkişafı istiqamətində görülən kompleks tədbirlərə toxunub, pambıqçılıq sahəsində istehsal olunmuş məhsula görə subsidiya siyasətinin tətbiqindən danışıb, dövlətin dəstəyi ilə fermerlərin gübrə, maşın və texnika ilə təminatı sahəsində irimiqyaslı tədbirlər görüldüyünü deyib. İ.Kərimov həmçinin pambıqçılığın inkişafı, hədəflər və perspektivlər, eləcə də kənd təsərrüfatının inkişafı istiqamətində görülən işlər, qarşıda duran vəzifələr barədə fermerləri məlumatlandırıb.
Qeyd edək ki, pambıqçılıqda məhsuldarlığın artırılması üçün müxtəlif tədbirlər həyata keçirilir. Bu günlərdə də Bitki Mühafizə və Texniki Bitkilər Elmi-Tədqiqat İnstitutunun Ucarda yerləşən Şirvan Təcrübə Stansiyasında Çin texnologiyası əsasında becərilən pambığın bioloji məhsuldarlığının təyin olunması üzrə sahə nümayişi keçirilib. Kənd Təsərrüfatı Nazirliyinin, Azərbaycan Dövlət Aqrar Universitetinin əməkdaşlarının, Bitki Mühafizə və Texniki Bitkilər İnstitutunun alimlərinin, fermerlərin və tədarük şirkətlərinin nümayəndələrinin iştirak etdiyi nümayişdə üç işçi qrupu yaradılıb.
Kənd Təsərrüfatı Nazirliyinin İctimaiyyətlə əlaqələr və informasiya təminatı şöbəsindən bildiriblər ki, işçi qrupu tərəfindən hektara düşən bitki sayı, hər bitkiyə düşən qoza sayı, lif və çiyid çıxımı dəqiqliklə hesablanaraq təhlil olunub, elmi nəticələr yerində aktlaşdırılıb.
Nazirliyin Təhsil və təlim şöbəsinin müdiri İmran Cümşüdov və Bitkiçiliyin təşkili və monitorinqi şöbəsinin müdiri Rəfail Quliyev yeni texnologiya üzərində aparılmış elmi nəticələri açıqlayıblar. Bildirilib ki, üç saat aparılan tədqiqat nəticəsində məhsuldarlığın 90 sentnerdən, hər qozadan lif çıxımının isə 40 faizdən yüksək olduğu müəyyən olunub.
Mütəxəssislər qeyd ediblər ki, pambıqçılığın qarşısında duran əsas hədəf hektara düşən məhsuldarlığın daha da yüksəldilməsi, fermer və tədarükçü şirkətlərin marağında olan lif çıxımının göstəricilərini yaxşılaşdırmaqdır. Bu məqsədlə hazırda Tərtər rayonunda yunan, Beyləqan rayonunda isə türk texnologiyası əsasında pambıq əkini aparılaraq yeni əkin-becərmə metodları öyrənilir. Gələcəkdə hər üç təcrübə birləşdirilərək innovativ əkin sxemləri tətbiq ediləcək.
Bu məqamda qeyd edək ki, artıq bir necə gündür pambıqçılıq rayonlarında əl ilə pambıq yığımına başlanılıb və yaxın günlərdən etibarən kombaynlar vasitəsi ilə kütləvi yığım prosesinə start veriləcək. “Aqrolizinq” ASC-nin İdarə Heyətinin sədri Elmin Rəhmanov keçirdiyi mətbuat konfransında bildirib ki, hazırda Cəmiyyətin rayon bölmələrinin istifadəsində olan pambıqyığan kombaynlar yığıma hazırlanır. Belə ki, növbəti həftədən etibarən “Aqrolizinq” ASC-nin rayon bölmələrinin istifadəsində olan müasir tipli 123 kombayn vasitəsi ilə yığım həyata keçiriləcək. Eyni zamanda, pambıqçılıq sahəsində fəaliyyət göstərən iri şirkətlər tərəfindən də 288 pambıqyığan kombayn yığıma cəlb olunacaq: “Hesab edirik ki, hazırda istifadədə olan 411 kombayn vasitəsi ilə 100 min hektardan çox olan pambıq sahəsində yığımın təşkil olunmasında heç bir çətinlik yaşanmayacaq. Qeyd edim ki, cari ildə Azərbaycanda 21 rayonda 100 min hektardan çox sahədə pambıq əkini həyata keçirilib. Bunun 96 min 241 hektarı hüquqi şəxslərə, 3 min 871 hektarı fiziki şəxslərə məxsusdur”.
Ekspert Cəfər İbrahimli isə açıqlamasında bu sahənin ixracda, eləcə də qeyri-neft sektorunun inkişafında oynadığı önəmli roldan danışıb. Onun sözlərinə görə, cari ildə pambıq sahələrinin azalmasına baxmayaraq, bu il məhsuldarlığın artırılması hesabına ən az 2018-ci ildəki qədər məhsul tədarük edilməsi gözlənilir: “Əslində, əkin ərazilərinin artırılması ilə deyil, məhsuldarlığın yüksəldilməsi hesabına istehsal həcmini artırmaq iqtisadi cəhətdən daha səmərəlidir. Son illərdə məhsuldarlığa paralel olaraq ümumi istehsal həcminin artması fonunda mahlıc və pambıq ipliyinin ixracında artım müşahidə edilib. Belə ki, 2019-cu ilin ilk 7 ayı ərzində ixrac məhsulları arasında təxminən 100 milyon ABŞ dolları həcmində pambıq mahlıcı və iplik ixrac olunub. Bu isə ötən ilin eyni dövrü ilə müqayisədə 75 faiz artım deməkdir. Ümumilikdə, pambıq və iplik qeyri-neft məhsulları arasında ixrac həcminə görə 3-cü sırada qərarlaşıb və bu qrup malların ümumi ixracının təxminən 10 faizini təşkil edir. Ən böyük ixracatçı şirkətlərin sıralanmasına nəzər salsaq, pambıq tədarükü ilə məşğul olan əksər şirkətlərin adı ilk onluğa daxil olub. Ən böyük ticarət tərəfdaşlarımız olan Türkiyə və Rusiyanın pambıq mahlıcına tələbini nəzərə alsaq, ölkəmiz daha böyük həcmdə ixrac potensialına malikdir”.
Ekspert qeyd edib ki, pambıqçılığın inkişafı yüngül sənaye müəssisələrinin fəaliyyətinin bərpasına və yenilərinin yaradılmasına səbəb olacaq. Nəticədə isə daxili bazarın bu mallara olan təlabatı yerli istehsal hesabına qarşılanacaq, idxal azalacaq.
Qeyd etdiyimiz kimi, pambıqçılığa dövlət tərəfindən göstərilən diqqət və qayğı fermerlərin bu sahəyə marağını daha da artırıb. Belə rayonlardan biri də Salyandır. Əkin sahəsinə göstərilən düzgün aqrotexniki qulluq nəticəsində Salyanda bu il bol məhsul gözlənilir. Keçən il 7055 hektar sahədə pambıq əkilmiş, 10343 ton məhsul götürülmüşdü. Hazırda pambıqçılıq rayonun aqrar sektorunun prioritet sahələrindən birinə çevrilib.
Bir neçə gündür ki, Salyanda pambıq yığımına başlanılıb. Qısa müddətdə sahələrdən 111,6 ton məhsul toplanaraq tədarük məntəqələrinə göndərilib. Kollarda qozalar tam açılmadığından yığım hələlik əl ilə aparılır. Gün ərzində sahələrdən 30-35 ton “ağ qızıl” yığılır.

(davamı növbəti sayımızda)
Nardar BAYRAMLI

 
  • Oxunub:  1530  |  
  • Tarix:  17-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub

18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb
18 Oktyabr 17:05
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib
18 Oktyabr 17:00
Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
18 Oktyabr 16:51
İlk dəfə Azərbaycanın turizm potensialı Sinqapurda təbliğ edilib
18 Oktyabr 16:50
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
18 Oktyabr 16:47
MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb
18 Oktyabr 16:43
Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
18 Oktyabr 16:40
Naqif Həmzəyev: Ölkədə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb
18 Oktyabr 16:38
Rauf Əliyev: Bu gün müstəqil Azərbaycan dünyada söz sahibi olan dövlətdir
18 Oktyabr 16:33
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib
18 Oktyabr 16:25
İlham Məmmədov: Azərbaycan öz dinamik inkişafını bundan sonra da uğurla davam etdirəcək
18 Oktyabr 16:15
Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu keçirilir
18 Oktyabr 16:11
Doqquz ayda dəmir yolu ilə 2,5 milyon sərnişin daşınıb
18 Oktyabr 16:08
Rabatda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə rəsmi qəbul təşkil edilib
18 Oktyabr 15:36
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib
18 Oktyabr 15:05
Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər
18 Oktyabr 14:57
BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib
18 Oktyabr 14:44
18 oktyabr 1991-ci il - Naxçıvandan başlanan müstəqillik uğrunda siyasi mübarizənin təntənəsi
18 Oktyabr 14:39
“Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dəyirmi masa keçirilib
18 Oktyabr 14:35
XİN: Azərbaycan hər zaman Ukraynanın etibarlı və yaxın dostu olub
18 Oktyabr 14:27
Azərbaycan ilə Namibiya arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike imzalanıb
18 Oktyabr 14:15
Siyavuş Novruzov: Biz müstəqil dövlətimizə xidməti sözdə deyil, əməlimizlə təsdiq edirik
18 Oktyabr 14:11
Fəzail İbrahimli: 18 oktyabr 1991-ci il Azərbaycan tarixində mühüm yer tutur
18 Oktyabr 14:10
YAP İcra Katibliyində 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirilib
18 Oktyabr 13:58
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
18 Oktyabr 13:55
Düşənbədə MDB gömrük orqanlarının əməkdaşlıq məsələləri müzakirə edilib
18 Oktyabr 13:01
“Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib
18 Oktyabr 12:45
1991- ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir
18 Oktyabr 12:41
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir
18 Oktyabr 12:37
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18 Oktyabr 12:15
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18 Oktyabr 12:06
Ukrayna telekanalında Azərbaycanla bağlı geniş veriliş yayımlanıb
18 Oktyabr 11:57
Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 11:55
Azərbaycanda 18,1 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib
18 Oktyabr 11:48
Parlamentlərarası İttifaqın komitə iclasında humanitar fəlakət mövzusunda müzakirələr aparılıb
18 Oktyabr 11:44
Sahibə Qafarova: Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır
18 Oktyabr 11:33
Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar
18 Oktyabr 11:29
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
18 Oktyabr 11:24
“TÜRKSOY-25: şərəfli yolun astanasında” kitabı işıq üzü görüb
18 Oktyabr 11:08
Metrodan istifadə edənlərin sayı artıb
18 Oktyabr 11:01
İsveçrədən geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək
18 Oktyabr 10:58
Türkdilli xalqların teatr ənənələri və onların modifikasiya problemləri müzakirə olunub
18 Oktyabr 10:20
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 10:07
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub
18 Oktyabr 10:06
18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
18 Oktyabr 10:02
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
18 Oktyabr 10:00
BSU-da tədbir: 50 il qüdrətli Azərbaycan naminə
18 Oktyabr 09:55
Hikmət Babaoğlu: Ölkəmizdə əldə edilən uğurlar aparılan düzgün siyasətin nəticəsidir
18 Oktyabr 09:51
Gənclər Fondu 13-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb
18 Oktyabr 09:48
Əli Kərimli insanları kütləvi itaətsizliyə çağırır
18 Oktyabr 09:45
Azərbaycanlı alimin Ankara Sosial Elmlər Universitetində mühazirəsi dinlənilib
18 Oktyabr 09:42
Regionlarda pambığın tez və itkisiz toplanması üçün bütün imkanlardan səmərəli istifadə edilir
17 Oktyabr 22:51
Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir
17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+15 +18