Ana səhifə »  Qəzetin pdf formatı »  Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır
A+   Yenilə  A-
Bakı Ali Neft Məktəbi yeni tədris ilinə uğurla başlayır

Bakı Ali Neft Məktəbində (BANM) 2019/2020-ci tədris ilinin başlanması münasibətilə “Bilik günü”nə həsr olunmuş təntənəli tədbir keçirilib.
AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının dövlət himni səsləndirildikdən sonra Bakı Ali Neft Məktəbinin rektoru Elmar Qasımov 2019/2020-ci tədris ilində yüksək balla tələbə adını qazanmış gəncləri və onların valideynlərini yeni tədris ili münasibətilə təbrik edib. Ali məktəbin qısa zamanda əldə etdiyi uğurlardan, görülən işlər və perspektivlərdən danışan Elmar Qasımov bildirib ki, Prezident İlham Əliyevin “2019/2020-ci tədris ilində Azərbaycan Respublikasının ali məktəblərinə daxil olmuş tələbələrə Prezident təqaüdünün verilməsi” haqqında Sərəncamına əsasən, Bakı Ali Neft Məktəbinin 23 tələbəsi Prezident təqaüdünə layiq görülüb. Rektor qeyd edib ki, ali məktəbin yarandığı ildən bu günə qədər Prezident təqaüdçülərinin sayı 150 nəfərə çatıb. O, yarandığı ildən indiyədək BANM-in 26 tələbəsinin 700 bal toplayaraq ölkə üzrə rekorda imza atdığını vurğulayıb.
Rektor, həmçinin qeyd edib ki, bu il ali təhsil müəssisələrinə keçirilmiş qəbul imtahanlarının ixtisas seçimi nəticəsində Bakı Ali Neft Məktəbinin 2 ixtisası - informasiya təhlükəsizliyi - 673,5 bal, proseslərin avtomatlaşdırılması mühəndisliyi - 657,8 bal olmaqla, növbəti dəfə ölkə universitetləri arasında ən yüksək keçid balı olan ixtisaslardır.
Elmar Qasımov I qrup üzrə keçirilmiş test imtahanlarında ən yüksək bal toplayan tələbələrin BANM-i seçməsinin ənənə halını almasını xüsusi vurğulayıb.
“Bizim ali məktəbi bitirən bütün məzunlar işlə təmin olunur. Onlar SOCAR-ın bir çox müəssisələrində, o cümlədən Türkiyədə “PETKİM” və “STAR” zavodlarında, BP, “Maire Technimont Group”, “Halliburton” və digər transmilli şirkətlərdə çalışırlar. Eyni zamanda, dünyanın bir çox inkişaf etmiş ölkələrinin nüfuzlu ali məktəblərinin magistratura və doktorantura proqramlarına qəbul olunublar”, - deyə Elmar Qasımov bildirib.
Tədbirdə çıxış edən SOCAR-ın prezidenti Rövnəq Abdullayev BANM-in kollektivini, tələbələri və valideynləri yeni tədris ilinin başlanması münasibətilə təbrik edib. O deyib: “Bakı Ali Neft Məktəbi cəmi 7 ildir fəaliyyət göstərir. Bu qısa müddətdə dinamik inkişafı və uğurları ilə layiqli yer tutmuş, ölkə gənclərinin dərin rəğbətini qazanmışdır. Təsadüfi deyil ki, builki qəbul imtahanlarında 1-ci qrup üzrə ən yüksək nəticə göstərmiş və Prezident təqaüdünə layiq görülmüş 23 tələbə üstünlüyü Bakı Ali Neft Məktəbinə verib. Bu məktəb, Prezident İlham Əliyevin iştirakı ilə açılışını etdiyimiz bu möhtəşəm kampus Azərbaycan tarixinin yeni dövrünün nailiyyətlərini təzahür etdirir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin yüksək texnoloji biliklərə sahib ingilisdilli neftçi mütəxəssislərin hazırlanması istiqamətində qarşıya qoyduğu hədəflərə uyğun olaraq bu gün Bakı Ali Neft Məktəbində beynəlxalq təhsil konsepsiyasına uyğun tədris və təhsil mühiti formalaşdırılıb”.
Milli Məclis sədrinin müavini Bahar Muradova Ümummilli Lider Heydər Əliyevin təhsilə xüsusi önəm verdiyini xatırladıb, Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyevanın bu sahəyə böyük diqqət göstərdiklərini deyib.
Bahar Muradova bildirib ki, son illər ölkəmizdə təhsil sistemində əldə edilən uğurlar təhsilverənlərin peşəkarlığı ilə yanaşı, Azərbaycan dövlətinin iqtisadi imkanlarının artmasının, regionda və dünyada mövqeyinin möhkəmlənməsinin nəticəsidir.
Sosial Tədqiqatlar Mərkəzinin İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Zahid Oruc təhsil sistemində tətbiq edilən innovasiyalar sayəsində bu gün BANM kimi yüksək infrastruktura malik və keyfiyyətli tədris metodu ilə seçilən ali təhsil müəssisəsinin fəaliyyət göstərdiyini qeyd edib: “Ölkə Prezidentinin tapşırığı ilə yaradılan BANM beynəlxalq proqramlar əsasında, eləcə də Avropada mühəndis hazırlığına dair laborator və digər təcrübi avadanlıqlarla təchiz olunan komplektləşmiş bir elm təhsil ocağı kimi uğurla fəaliyyət göstərir”.
Dövlət İmtahan Mərkəzinin (DİM) 2019/2020-ci tədris ili üzrə keçirilən qəbul imtahanında I qrup üzrə ən yüksək bal (690.5 bal) toplayaraq BANM-in informasiya təhlükəsizliyi ixtisasını seçən Əsmər Hacızadə bildirib ki, əsas məqsədi ixtisası üzrə peşəkar mütəxəssis kimi ölkəmizə faydalı olmaqdır. O, hədəfinə çatmaq üçün bu ali məktəbin düzgün ünvan olduğunu vurğulayıb.
Bakı Ali Neft Məktəbi ilə BMT-nin Təlim və Tədqiqatlar İnstitutunun proqramı əsasında həyata keçirilən “Nigeriyanın neft və qaz sənayesində kadr potensialının gücləndirilməsi” layihəsi çərçivəsində BANM-ə qəbul olmuş nigeriyalı tələbə Somtoçukvu Çidinma tədbir iştirakçılarını Azərbaycan dilində salamlayıb, bu ali məktəbdə təhsilə başlamasından qürur duyduğunu qeyd edib.
Bu il əkiz övladları Bakı Ali Neft Məktəbinin neft-qaz mühəndisliyi ixtisasına qəbul olan Namiq Azadlı çıxış edərək, oğlanları Rəşad və Rəşidlə yanaşı, yüksək bal toplamış bütün gənclərə göstərilən diqqət və qayğıya görə ölkə rəhbərliyinə təşəkkür edib. Namiq Azadlı övladlarının da onun yolunu davam etdirərək, neft-qaz sahəsinə maraq göstərməsindən və BANM-i seçməsindən məmnunluğunu ifadə edib.
Qeyd edək ki, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev tərəfindən imzalanmış Sərəncama əsasən, Rəşad Azadlı Prezident təqaüdünə layiq görülüb.
Hazırda SOCAR Türkiyədə istehsalat mühəndisi vəzifəsində çalışan Orxan Əlizadə məzunlar adından sevimli müəllimlərinə minnətdarlıq edərək, BANM-in tələbələrin layiqli kadrlar kimi yetişməsində əvəzsiz rolundan danışıb.
Sonra 2019/2020-ci tədris ilində BANM-ə qəbul olunmuş tələbələrin hər birinə tələbə vəsiqələri təqdim edilib.

 
  • Oxunub:  1770  |  
  • Tarix:  17-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
YAP İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib

07 Dekabr 16:15
Mərkəzi Seçki Komissiyasının növbədənkənar parlament seçkiləri ilə bağlı iclası keçirilib
07 Dekabr 16:10
SOCAR “Total” şirkəti ilə “Abşeron” layihəsinə dair müzakirələr aparıb
07 Dekabr 16:04
Kamilə Əliyeva: Mehriban xanım Əliyevanın təşəbbüsü Azərbaycanın qlobal ekoloji tarazlığın qorunmasına töhfəsi, vətəndaş həmrəyliyimizin nümunəsi kimi yadda qalacaq
07 Dekabr 16:02
Səbail rayon seçiciləri Bələdiyyə seçkilərində YAP-ın namizədlərini dəstəkləyir
07 Dekabr 13:50
Vüqar Bayramov: TANAP daxil olmaqla Cənub Qaz Dəhlizinin reallaşması birbaşa Azərbaycan Prezidentinin siyasi iradəsi nəticəsində baş verib
07 Dekabr 13:41
Jalə Əliyeva: Bu məsələ ümummilli maraqları qorumaq deməkdir
07 Dekabr 13:33
Sevinc Hüseynova: Ölkəmizdə aparılan islahatlar son vaxtlar daha böyük vüsət alıb
07 Dekabr 12:49
Fəzail İbrahimli: Ulu Öndər Heydər Əliyev hakimiyyətdə olduğu bütün dövrlərdə xalqımız üçün misilsiz xidmətlər göstərib
07 Dekabr 12:46
Gəncə gəncləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 12:43
Nəriman Əliyev: Parlament islahatları ölkəmiz üçün təbii qanunauyğunluqdur
07 Dekabr 10:43
Ermənistan silahlı qüvvələrinin bölmələri snayper tüfənglərindən istifadə etməklə atəşkəs rejimini 24 dəfə pozub
07 Dekabr 10:38
Moskvada MDB İqtisadi Şurasının 84-cü iclası keçirilib
07 Dekabr 10:32
YAP Qaradağ rayon təşkilatı Lökbatan qəsəbəsində seçicilərlə görüş keçirib
07 Dekabr 10:31
Tərtər seçiciləri YAP-ın namizədlərinə səs verəcəklər
07 Dekabr 10:30
Mingəçevirdə bələdiyyə seçkiləri ilə əlaqədar mədəniyyət işçiləri ilə görüş keçirilib
07 Dekabr 10:28
YAP Ağstafa rayon təşkilatında bələdiyyə seçkiləri ilə əlaqədar növbəti görüş keçirilib
07 Dekabr 10:24
Qazax rayonunun Birinci Şıxlı, İkinci Şıxlı, Aslanbəyli və Qaymaqlı kəndlərində seçicilərlə görüşlər keçirilib
07 Dekabr 10:23
Azərbaycan ilə Gürcüstan arasında elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın perspektivləri müzakirə olunub
07 Dekabr 10:22
Bərdə rayonunda bələdiyyə seçkiləri ilə əlaqədar Həsənqaya, Tağılar, Hacallı kəndlərində seçicilərlə görüş keçirilib
07 Dekabr 10:20
YAP Sumqayıt şəhər təşkilatının seçki qərargahının üzvləri və namizədlər seçicilərlə görüş keçiriblər
07 Dekabr 10:19
YAP bu seçkilərin də qalibi olacaq
07 Dekabr 10:17
Multikulturalizm siyasətinin ölkəmiz üçün əhəmiyyəti
07 Dekabr 10:14
BDU-da Nəsiminin 650 illik yubileyinə həsr olunmuş respublika elmi konfransı keçirilib
07 Dekabr 10:11
İcbari tibbi sığortanın tətbiqi ilə əlaqədar bu sahə üzrə qanunvericilik təkmilləşdirilir
07 Dekabr 10:07
Ölkəmizdə aqrar sahənin inkişafında mühüm nəticələr əldə olunub
06 Dekabr 21:45
TRASEKA Hökumətlərarası Komissiyasına sədrlik Azərbaycana keçib
06 Dekabr 21:29
Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü ilə keçirilən ekoloji aksiyada 650 mindən çox ağac əkilib
06 Dekabr 21:20
Naxçıvan Muxtar Respublikası Ali Məclisində görüş
06 Dekabr 21:09
Şahbuz rayonunun Türkeş kəndində qapalı suvarma şəbəkəsi istifadəyə verilib
06 Dekabr 20:26
Yevlax: genişmiqyaslı kampaniya zamanı minlərlə ağac əkilib
06 Dekabr 17:53
YAP Zərdab rayon təşkilatı böyük Azərbaycan şairi və mütəfəkkiri Nəsiminin 650 illik yubileyi ilə bağlı ağacəkmə kampaniyası keçirib
06 Dekabr 17:52
YAP Bərdə rayon təşkilatı “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:47
Ekspert: Azərbaycan Prezidentinin islahatları rəqabətədavamlı dövlət və cəmiyyətin formalaşdırılmasına xidmət edir
06 Dekabr 17:38
Kənd Təsərrüfatı Nazirliyinin kollektivi “Bir gündə 650 min ağac əkək” kampaniyasında fəal iştirak edib
06 Dekabr 17:33
Mübariz Qurbanlı: Hər bir vətəndaş ətraf mühiti, təbiəti qorumaq üçün çox işlər görməlidir
06 Dekabr 17:30
650 min ağacın əkilməsi ekoloji təmizliyə, təbiətin yaşıllaşdırılmasına bir çağırışdır - Bəhruz Quliyev
06 Dekabr 17:26
Səhiyyə naziri Neftçalada vətəndaşları qəbul edib
06 Dekabr 16:57
Lənkəran və Cəlilabadda “KOB Dostu” fəaliyyətə başlayıb
06 Dekabr 16:55
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin sədri Gürcüstana səfər edib
06 Dekabr 16:48
Moldovada “Nəsimi dünya dilində” mövzusunda tədbir keçirilib
06 Dekabr 16:47
Almaniyada Azərbaycan mədəniyyətinə hər olunmuş tədbir təşkil edilib
06 Dekabr 16:31
Müdafiə Nazirliyi ağacəkmə aksiyasında iştirak edib
06 Dekabr 16:23
Xəzər rayonunda Nəsiminin 650 illik yubileyi münasibətilə ağacəkmə aksiyası keçirilib
06 Dekabr 16:14
Bir gündə 650 min ağac əkək: Nizami yurdunda əkilən minlərlə ağac təbiətə töhfədir
06 Dekabr 16:09
Nəsimi rayonunda ağacəkmə aksiyası keçirildi
06 Dekabr 16:08
Alessandro Frakasetti: Bu cür təşəbbüslər iqlim dəyişikliyinin fəsadları ilə mübarizə aparmağa kömək edir
06 Dekabr 15:41
Əli Əhmədov: 650 min ağacın əkilməsi kimi möhtəşəm aksiyanın təşəbbüskarı hər cür minnətdarlığa və ehtirama layiqdir
06 Dekabr 15:31
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxı rayonunda ağacəkmə aksiyasında iştirak ediblər
06 Dekabr 15:26
Elman Nəsirov: Ölkə üzrə 650 min ağacın əkilməsinin bir çox baxımdan böyük əhəmiyyəti var
06 Dekabr 15:21
Masallı sakinləri ağacəkmə aksiyasına yüksək əhval-ruhiyyə ilə qoşulublar
06 Dekabr 15:17
Bu gün Qaradağ rayonunda 2 mindən çox ağac əkilib
06 Dekabr 15:13
Ağacların əkilməsi ilə yanaşı, onlara qulluq edilməsi də diqqət mərkəzindədir
06 Dekabr 15:11
Tünzalə Ağayeva: Bugünkü ekoloji aksiyada ilk dəfə ağac əkdim
06 Dekabr 15:09
Milli Məclisin deputatları Gürcüstana səfər edəcəklər
06 Dekabr 14:55
Prezident İlham Əliyev və birinci xanım Mehriban Əliyeva Şamaxıda Şahxəndan türbəsinin ətrafında aparılan abadlıq işləri ilə tanış olublar
06 Dekabr 14:36
Nazir Mikayıl Cabbarov erməni nümayəndənin təxribat xarakterli fikrinə tutarlı cavab verib
06 Dekabr 14:34
Dmitri Savelyev: Mehriban Əliyeva Azərbaycanın müasir beynəlxalq imicini yaradır
06 Dekabr 14:27
Kestutis Yankauskas: Bir gündə 650 min ağacın əkilməsi ekologiyanın təmizlənməsində mühüm rol oynayacaq
06 Dekabr 14:24
Yeni Azərbaycan Partiyası İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə keçirilən ağacəkmə kampaniyasında fəal iştirak edib
06 Dekabr 14:21
Ümumi təhsil məktəblərinin gənclərin çağırışaqədərki hazırlığı rəhbərləri üçün seminar-treninq keçirilib
06 Dekabr 14:17
“Əqli mülkiyyət hüquqlarının müdafiəsinin təminatı: ixtisaslaşmış məhkəmələrin milli və beynəlxalq təcrübəsi” mövzusunda seminar işini davam etdirir
06 Dekabr 14:10
İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar Nərimanov rayonunda ağacəkmə kampaniyası keçirilib
06 Dekabr 14:07
Bahar Muradova: Bu təşəbbüs torpağımızın yaşıllaşmasına, ekologiyanın sağlamlaşmasına çox böyük töhfədir
06 Dekabr 14:04
Korrupsiyaya qarşı mübarizə sahəsində beynəlxalq əməkdaşlıq uğurla davam etdirilir
06 Dekabr 13:59
Heydər Əliyev adına Azərbaycan Ali Hərbi Məktəbinin kursantlarının çöl çıxışları başlayıb
06 Dekabr 13:52
Qətər Azərbaycanın ərazi bütövlüyünü tanıyır və haqq işini dəstəkləyir
06 Dekabr 13:48
Nizami Gəncəvi Beynəlxalq Mərkəzi Çin Xalq Respublikasında fəaliyyətini gücləndirməkdədir
06 Dekabr 13:18
Səfir Auqusto Massari: Bu təşəbbüs insanları təbiətin qorunması istiqamətində həmrəy olmağa çağırır
06 Dekabr 12:58
Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin əməkdaşları ağacəkmə kampaniyasına qoşulublar
06 Dekabr 12:25
Ukraynalı nazir: TRASEKA-ya üzv ölkələrdə tariflərin eyniləşdirilməsi məqsədəuyğun olar

Video

 

Müsahibə

 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6 7
8 9 10 11 12 13 14
15 16 17 18 19 20 21
22 23 24 25 26 27 28
29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+10 +13
gecə+3 +5