Ana səhifə »  Qəzetin pdf formatı »  “Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub
A+   Yenilə  A-
“Multikulturalizmə giriş” dərsliyinin təqdimatı olub

Sentyabrın 14-də Azərbaycan Dillər Universitetində “Multikulturalizmə giriş” dərsliyinin təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbiri giriş sözü ilə açan Azərbaycan Dillər Universitetinin (ADU) rektoru, akademik Kamal Abdulla ölkəmizdəki tolerant mühitdən, Azərbaycan multikulturalizmindən bəhs edib. Bildirib ki, Azərbaycanda istər millətlərarası və dinlərarası münasibətlər, istərsə də multikultural dəyərlər sahəsində əsrlərboyu təşəkkül tapan ənənələr mövcuddur. Multikultural əhval-ruhiyyə və multikultural dəyərlərə qayğıkeş münasibət əsrlərdən bəri Azərbaycan xalqına xas olan keyfiyyətdir. Əsası Ümummilli Lider Heydər Əliyev tərəfindən qoyulan multikulturalizm siyasəti Prezident İlham Əliyev tərəfindən daha da möhkəmləndirildi və hazırda uğurla davam etdirilir. Dövlətimizin başçısının müvafiq Sərəncamı ilə 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan edilməsi isə ölkəmizdə bu məsələyə olan xüsusi diqqətin təzahürüdür.
Akademik Kamal Abdulla deyib: “Azərbaycana gələn xarici qonaqlar və turistlər ölkəmizdəki tolerant mühiti, dövlətimizin apardığı multikulturalizm siyasətini yüksək dəyərləndirirlər. Azərbaycan multikulturalizminin müasir dövrdə təntənəsini xarici vətəndaşlar heyranlıqla qarşılayırlar. Bu sahədə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) fəaliyyətini xüsusi qeyd etmək lazımdır. Mərkəz yarandığı gündən Prezident İlham Əliyevin qarşıya hədəf kimi qoyduğu Azərbaycan multikulturalizminin dünyada tanıdılması, beynəlxalq arenada təbliği və təşviqi ilə bağlı mühüm layihələr həyata keçirir. Mərkəzin önəmli layihələrindən biri də mütəmadi olaraq ildə iki dəfə təşkil edilən beynəlxalq multikulturalizm yay və qış məktəbləridir. Dəyərli ənənəyə çevrilmiş bu məktəblərin nəticəsi olaraq, xaricdə Azərbaycanın gənc dostlarının və onların yaxın çevrəsinin timsalında ölkəmizin haqq işini dəstəkləyən intellektual gənclərdən ibarət ünsiyyət platforması - “Azərbaycanın Gənc Dostları Klubu” formalaşıb. Bunun nəticəsidir ki, yay və qış məktəblərinin iştirakçıları arasında səmimi münasibətlər qurulur, onlar mütəmadi olaraq ölkəmizin multikulturalizm modeli haqqında məlumatlandırılır. BBMM-nin “Azərbaycan multikulturalizmi” fənninin yerli və xarici ölkə universitetlərində tədrisi layihəsi uğurla davam edir. Layihə çərçivəsində dünyanın 21 aparıcı universitetində “Azərbaycan multikulturalizmi” fənni magistratura pilləsində tədris olunur”.
Diqqətə çatdırılıb ki, Azərbaycan Respublikası Prezidentinin tövsiyəsi və Təhsil nazirinin müvafiq əmri ilə 2019-2020-ci tədris ilindən etibarən ölkəmizin bütün ali təhsil məktəblərinin bakalavr səviyyələrində “Multikulturalizmə giriş” əsas fənn kimi tədris ediləcək. Bu məqsədlə Bakı Beynəlxalq Multikulturalizm Mərkəzi tərəfindən fənni tədris edəcək müəllimlərin bilik səviyyələrini artırmaq üçün sentyabrın 2-dən 13-dək hazırlıq treninqi təşkil olunub. Treninqdə yüzdən çox müəllim iştirak edib.
Azərbaycan Respublikası Təhsil Nazirliyi, Mənəvi Dəyərlərin Təbliği Fondu və Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin birgə layihəsi olan “Multikulturalizmə giriş” dərsliyi nəşr edilib. Kitabın elmi redaktoru və “Ön söz”ün müəllifi Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri, akademik Ramiz Mehdiyevdir. Dörd bölmədən ibarət kitabın 1-ci bölməsində “Multikulturalizmə giriş” fənninin predmetindən və əhəmiyyətindən bəhs edilib. Digər bölmələrdə isə dini, etnik müxtəliflik və multikulturalizm mövzularına geniş yer verilib.
Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının Millətlərarası münasibətlər, multikulturalizm və dini məsələlər şöbəsinin müdiri Etibar Nəcəfov deyib: “Ölkələrin elm, təhsil, mədəniyyət, iqtisadi, siyasi, səhiyyə və digər sahələrdəki nailiyyətləri müvafiq göstəricilər vasitəsilə müəyyən olunur. Bu göstəricilərlə ölkələrin müvafiq sahə üzrə yeri müəyyən olunur. Multikulturalizm sahəsində də müəyyən göstəricilər var. Multikulturalizm ölkənin inkişafının mühüm bir sahəsini əks etdirir ki, bu da ilk növbədə, etnik mədəni müxtəlifliklərin qorunmasıdır. Etnik mədəni müxtəlifliklərin qorunmasının əhəmiyyəti ondan ibarətdir ki, bu, ilk növbədə, cəmiyyətdə inteqrasiya proseslərinə səbəb olur və şərait yaradır. Multikulturalizm sahəsində ölkələrin inkişaf səviyyəsini müəyyən etmək digər sahələrlə müqayisədə bir qədər çətindir. Çünki bəzi istisnalar olmaqla buna dair əsaslı şəkildə göstəricilər tətbiq olunmayıb. 2015-ci ildən ölkəmizin ali təhsil müəssisələrində, BBMM tərəfindən isə xarici ölkələrin ali məktəblərində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunması dövlətimiz tərəfindən bu siyasətin mühüm təzahürüdür. Fənnin tədrisi təkcə idraki xarakter daşımır, bunun çox böyük siyasi, praktik əhəmiyyəti var. Fənnin tədrisi tələbələri multikulturalizmlə bağlı məlumatlandırmaqla yanaşı, cəmiyyətdəki inteqrasiya proseslərinə də müsbət təsir göstərəcək. Bu sahədə “Multikulturalizmə giriş” dərsliyinin nəşr olunması böyük əhəmiyyət daşıyır”.
Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı multikultural, tolerant dəyərlərimizin öyrənilməsində “Azərbaycan multikulturalizmi” fənninin tədris olunmasının vacibliyini qeyd edib, bu sahədə “Multikulturalizmə giriş” dərsliyinin mükəmməl hazırlandığını diqqətə çatdırıb. Azərbaycanın dövlət-din modelinin bu gün bütün dünya ölkələri üçün örnək olduğunu vurğulayan Dövlət Komitəsinin sədri bildirib ki, hazırda müsəlman ölkələrində bu təcrübə geniş şəkildə öyrənilir.
Mübariz Qurbanlı deyib: “Müasir dövrdə multikulturalizmin təbliği, təşviqi çox vacibdir. Ölkəmizdəki tolerant mühit, Azərbaycanın multikulturalizm modeli dünya ölkələrində çox müsbət qarşılanır və tədqiq olunur. Biz beynəlxalq tədbirlərdə bunun şahidi oluruq”.
Təhsil Nazirliyinin Beynəlxalq əməkdaşlıq şöbəsinin müdiri Nicat Məmmədli, Mənəvi Dəyərlərin Təbliği Fondunun icraçı direktoru Mehman İsmayılov, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin (BBMM) icraçı direktoru Rəvan Həsənov, Azərbaycan Texnologiya Universitetinin müəllimi Əyyub Kərimov və treninq iştirakçısı, ADU-nun müəllimi Jalə Əsədova çıxış edərək Azərbaycan multikulturalizmi modelinin öyrənilməsində, milli-mənəvi dəyərlərimizin təbliğində “Multikulturalizmə giriş” dərsliyinin və “Azərbaycan multikulturalizmi” fənninin əhəmiyyətindən söz açıblar.
Tədbir çərçivəsində ölkənin müxtəlif universitetlərindən treninqdə iştirak etmiş 100-dən çox müəllimə sertifikat verilib.

 
  • Oxunub:  1500  |  
  • Tarix:  17-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub

18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb
18 Oktyabr 17:05
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib
18 Oktyabr 17:00
Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
18 Oktyabr 16:51
İlk dəfə Azərbaycanın turizm potensialı Sinqapurda təbliğ edilib
18 Oktyabr 16:50
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
18 Oktyabr 16:47
MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb
18 Oktyabr 16:43
Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
18 Oktyabr 16:40
Naqif Həmzəyev: Ölkədə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb
18 Oktyabr 16:38
Rauf Əliyev: Bu gün müstəqil Azərbaycan dünyada söz sahibi olan dövlətdir
18 Oktyabr 16:33
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib
18 Oktyabr 16:25
İlham Məmmədov: Azərbaycan öz dinamik inkişafını bundan sonra da uğurla davam etdirəcək
18 Oktyabr 16:15
Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu keçirilir
18 Oktyabr 16:11
Doqquz ayda dəmir yolu ilə 2,5 milyon sərnişin daşınıb
18 Oktyabr 16:08
Rabatda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə rəsmi qəbul təşkil edilib
18 Oktyabr 15:36
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib
18 Oktyabr 15:05
Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər
18 Oktyabr 14:57
BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib
18 Oktyabr 14:44
18 oktyabr 1991-ci il - Naxçıvandan başlanan müstəqillik uğrunda siyasi mübarizənin təntənəsi
18 Oktyabr 14:39
“Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dəyirmi masa keçirilib
18 Oktyabr 14:35
XİN: Azərbaycan hər zaman Ukraynanın etibarlı və yaxın dostu olub
18 Oktyabr 14:27
Azərbaycan ilə Namibiya arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike imzalanıb
18 Oktyabr 14:15
Siyavuş Novruzov: Biz müstəqil dövlətimizə xidməti sözdə deyil, əməlimizlə təsdiq edirik
18 Oktyabr 14:11
Fəzail İbrahimli: 18 oktyabr 1991-ci il Azərbaycan tarixində mühüm yer tutur
18 Oktyabr 14:10
YAP İcra Katibliyində 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirilib
18 Oktyabr 13:58
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
18 Oktyabr 13:55
Düşənbədə MDB gömrük orqanlarının əməkdaşlıq məsələləri müzakirə edilib
18 Oktyabr 13:01
“Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib
18 Oktyabr 12:45
1991- ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir
18 Oktyabr 12:41
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir
18 Oktyabr 12:37
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18 Oktyabr 12:15
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18 Oktyabr 12:06
Ukrayna telekanalında Azərbaycanla bağlı geniş veriliş yayımlanıb
18 Oktyabr 11:57
Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 11:55
Azərbaycanda 18,1 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib
18 Oktyabr 11:48
Parlamentlərarası İttifaqın komitə iclasında humanitar fəlakət mövzusunda müzakirələr aparılıb
18 Oktyabr 11:44
Sahibə Qafarova: Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır
18 Oktyabr 11:33
Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar
18 Oktyabr 11:29
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
18 Oktyabr 11:24
“TÜRKSOY-25: şərəfli yolun astanasında” kitabı işıq üzü görüb
18 Oktyabr 11:08
Metrodan istifadə edənlərin sayı artıb
18 Oktyabr 11:01
İsveçrədən geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək
18 Oktyabr 10:58
Türkdilli xalqların teatr ənənələri və onların modifikasiya problemləri müzakirə olunub
18 Oktyabr 10:20
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 10:07
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub
18 Oktyabr 10:06
18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
18 Oktyabr 10:02
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
18 Oktyabr 10:00
BSU-da tədbir: 50 il qüdrətli Azərbaycan naminə
18 Oktyabr 09:55
Hikmət Babaoğlu: Ölkəmizdə əldə edilən uğurlar aparılan düzgün siyasətin nəticəsidir
18 Oktyabr 09:51
Gənclər Fondu 13-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb
18 Oktyabr 09:48
Əli Kərimli insanları kütləvi itaətsizliyə çağırır
18 Oktyabr 09:45
Azərbaycanlı alimin Ankara Sosial Elmlər Universitetində mühazirəsi dinlənilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+15 +18