
BMT Baş Assambleyası konsensus əsasında Türkmənistan Prezidentinin təşəbbüsü ilə “2021-ci ilin Beynəlxalq Sülh və Etimad ili” elan edilməsi haqqında sənədi qəbul edib.
AZƏRTAC xəbər verir ki, sənəd Birləşmiş Millətlər Təşkilatı Baş Assambleyasının 73-cü sessiyasının 106-cı plenar iclasında bütün üzv dövlətlər tərəfindən yekdilliklə qəbul olunub.
İrəli sürülən bu təşəbbüs sülhün qorunması və müxtəlif dövlətlər arasında qarşılıqlı etimad mədəniyyətinin artırılması üçün xüsusi əhəmiyyət kəsb edir.
- Oxunub: 2160 |
- Tarix: 17-09-2019 |
-
Çap et |