Ana səhifə »  Qəzetin pdf formatı »  Azərbaycanda beynəlxalq standartlara uyğun müasir milli təhsil sisteminin qurulması əsas prioritetlərdən biridir
A+   Yenilə  A-
Azərbaycanda beynəlxalq standartlara uyğun müasir milli təhsil sisteminin qurulması əsas prioritetlərdən biridir

Prezident İlham Əliyev: Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir
Uzun yay tətilindən sonra məktəblərin sinif otaqlarında, universitetlərin, institutların auditoriyalarında yenidən izdiham yaşandı, şagirdlər, tələbələr yeni dərs ilinə başladılar.
Əlamətdar haldır ki, respublikamızda yeni dərs ilinin başlaması böyük bayram kimi qeyd olunur. Bu da ilk növbədə o amillə bağlıdır ki, Azərbaycanda təhsil hər bir ailənin bu və ya digər şəkildə bağlı olduğu bir sahədir. Hər bir ailə, hər bir valideyn öz övladının yüksəksəviyyəli təhsil almasında maraqlıdır və bu sahədə gedən prosesləri, dəyişiklikləri diqqətlə izləyir.
Eyni zamanda, müasirləşməni strateji hədəf kimi müəyyənləşdirən Azərbaycan dövləti ölkədə yüksəksəviyyəli insan kapitalının formalaşmasına güclü siyasi iradə nümayiş etdirir və buna görə də təhsilin inkişafına hərtərəfli dəstək göstərir. Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq respublikamızda təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması cəmiyyətdən gələn sosial sifarişlər əsasında qurulan dövlət siyasətində qarşıya qoyulan mühüm vəzifələr sırasında yer alır.
Azərbaycan özünün güclü potensialına əsaslanaraq təhsilin inkişafına hərtərəfli dəstək verir
Son 15 ildə Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə strateji hədəflərə hesablanan məqsədyönlü siyasət aparılıb, zamanın çağırışlarına uyğun genişmiqyaslı islahatlar reallaşdırılıb və nəticədə ölkəmizin iqtisadi potensialı əhəmiyyətli dərəcədə artıb. Bəhs olunan dövrdə dünyada iqtisadi baxımdan respublikamız kimi dinamik inkişaf edən ölkələrin sayı çox az olub. 2004-cü ildən bəri Azərbaycanın iqtisadiyyatı 3 dəfədən çox genişlənib ki, bu da çox yaxşı göstəricidir. Bu gün respublikamız tam müstəqil, heç bir kənar gücdən asılı olmayan iqtisadiyyata malikdir.
Eyni zamanda, ölkəmizin maliyyə imkanları əhəmiyyətli dərəcədə genişlənib. Bu gün respublikamız 49 milyard dollar həcmində strateji valyuta ehtiyatlarına malikdir. Ölkəmiz özünün geniş imkanlarından məqsədyönlü şəkildə istifadə edir və prioritet sahələrin inkişafına hərtərəfli dəstək verir. Təhsil də məhz belə sahələrdəndir. Prezident İlham Əliyev Azərbaycan müəllimlərinin XV qurultayının iştirakçılarına ünvanladığı təbrikində ölkəmizin iqtisadiyyatının güclənməsinin təhsilin inkişafına müsbət təsir göstərdiyini nəzərə çatdıraraq vurğulayıb: “İqtisadiyyatımızın tərəqqisi ölkəmizdə təhsilin inkişafına da öz müsbət təsirini göstərmişdir. Sosial siyasətimizin əsas prioritetlərindən biri ölkəmizdə zamanın çağırışlarına cavab verən və beynəlxalq standartlara uyğun milli təhsil sisteminin qurulmasıdır”.
Dövlət başçısının təbrikindən gətirdiyimiz sitatdan da göründüyü kimi, Azərbaycan özünün milli təhsil sistemini dünyadakı ən qabaqcıl təcrübə əsasında qurmağı hədəfləyib. Qarşıya qoyulan məqsədlərə çatmaq üçün bir sıra mühüm sənədlər qəbul olunub. “Bilik iqtisadiyyatı”na keçid və ölkənin modernləşməsi üçün həlledici amil kimi insan kapitalının inkişafını təmin edəcək “Azərbaycan Respublikasında təhsilin inkişafı üzrə Dövlət Strategiyası”nın icrasına başlanılmasından altı il keçir. Bu müddətdə ölkəmizdə müasir təhsil quruculuğu istiqamətində uğurlu addımlar atılıb və Azərbaycan təhsilinin dünya təhsil sisteminə inteqrasiyası sürətlənib. Bəhs olunan təbrikdə də vurğulandığı kimi, ümumi təhsildə yeni proqramların tətbiqi başa çatdırılmış, tədrisdə müasir texnologiya və innovasiyaların istifadəsi genişlənmiş, “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” müvəffəqiyyətlə başa çatmış və yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunmuşdur.
Ölkəmizdə həm orta, həm ali məktəblərdə təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində görülən işlər ardıcıl səciyyə daşıyır. Cari il sentyabrın 11-də keçirilən təhsil işçilərinin ənənəvi respublika konfransında təhsil naziri Ceyhun Bayramov ölkəmizdə təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşdırılması istiqamətində görülən işlərdən ətraflı bəhs edib. Təhsil Nazirliyinin rəsmisi bildirib ki, tam orta təhsil səviyyəsində təmayülləşmənin əhatə dairəsi cari tədris ilində genişləndirilib və 2 min 140 sinifdə 47 min 930 şagird təmayüllər üzrə təhsilə cəlb edilib. Ötən il ölkəmizin bir sıra şəhər və rayonlarında 60 lisey sinif yaradılıb. Cari tədris ilində də bu istiqamətdə işlər davam etdiriləcək, siniflərin sayı artırılacaq. Gəncə şəhərində və Quba rayonunda Təhsil Nazirliyinin tabeliyindəki Fizika, riyaziyyat və informatika təmayüllü Respublika liseyinin, Şirvan və Şəki şəhərlərində isə nazirliyin tabeliyindəki Kimya-biologiya təmayüllü Respublika liseyinin sinifləri yaradılacaq. Siniflərin yaradılmasında əsas məqsəd bölgələrdə istedadlı uşaq və gənclərin potensial imkanlarının aşkarlanması, inkişaf etdirilməsi və onların səmərəli təhsil almaları üçün lazımi şəraitin yaradılmasıdır. Bu siniflərin beynəlxalq olimpiadalara hazırlıq mərkəzi funksiyasını daşıması da nəzərdə tutulur.
Tədrisdə İKT-dən istifadə imkanlarının genişləndirilməsi, “Rəqəmsal bacarıqlar” layihələri barədə məlumatları diqqətə çatdıran Ceyhun Bayramov qeyd edib ki, layihə növbəti tədris ilində 100-dən çox məktəbi və 90 mindən artıq şagirdi əhatə edəcək. Növbəti tədris ilində ilk dəfə olaraq 6000-dən çox şagird əhatə edilməklə məktəblərdə STEAM-in (təbiət elmləri, texnologiya, mühəndislik, incəsənət və riyaziyyatın inteqrativ öyrədilməsi) tədrisinə start veriləcək.
Hazırda respublikamızda UNİSEF və Avropa İttifaqının maliyyə dəstəyi ilə həyata keçirilən 3-5 yaşlı uşaqların icma əsaslı məktəbəqədər təhsilə cəlb olunması layihəsi uğurla reallaşdırılır. Qeyd edək ki, növbəti tədris ilində icma əsaslı məktəbəqədər qrupların sayının artırılaraq 300-ə, uşaqların isə 6000 nəfərə çatdırılması nəzərdə tutulur.
Ölkəmizdə təhsil sistemində ardıcıl şəkildə həyata keçirilən islahat tədbirləri öz növbəsində bu sahədə diqqətəlayiq uğurların əldə olunmasını şərtləndirib. Son illərdə respublikamızın ümumtəhsil məktəblərinin və ali təhsil müəssisələrinin təmsilçilərinin beynəlxalq olimpiada və bilik yarışlarında uğurlar qazanmaları deyilənləri bir daha təsdiqləyir. Belə bir faktı vurğulamaq yerinə düşər ki, Azərbaycan məktəbliləri son beş ildə 4-ü qızıl, 34-ü gümüş və 108-i bürünc olmaqla ümumilikdə 146 medal qazanıblar.
Yuxarıda vurğuladığımız kimi, respublikamızda yeni “2019-2023-cü illər üçün Azərbaycan Respublikasında ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” qəbul olunub. Hazırda bu proqram uğurla icra edilir. Son vaxtlarda respublikamızın ali təhsil müəssisələrinin flaqmanı sayılan Bakı Dövlət Universitetinin beynəlxalq reytinqi xeyli yüksəlib. Bu nüfuzlu ali təhsil ocağının qəbul planı və qəbul olunan tələbələrin sayı ildən-ilə artır. BDU-dan verilən məlumatda bildirilir ki, 2019-2020-ci tədris ilində də ölkə üzrə ali təhsil müəssisələrinə keçirilən qəbul imtahanlarında ən çox tələbə qəbulu bu ali məktəbin payına düşür. Belə ki, Qazax filialı da daxil olmaqla ali təhsilin bakalavriat və magistratura səviyyələri üzrə BDU-ya qəbul olunanların ümumi sayı 6 min 462 nəfər təşkil edib. Onlardan 5 min 127 nəfər 66 ixtisas üzrə bakalavriat səviyyəsinə, 550 nəfər Qazax filialına, 785 nəfər isə 44 ixtisas və 231 ixtisaslaşma üzrə magistratura səviyyəsinə qəbul olunub. Təbiət, fundamental, humanitar və sosial elmlər sahəsi üzrə çoxprofilli ali təhsil ocağı olan Bakı Dövlət Universitetində hazırda təhsil alan tələbələrin ümumi sayı 23 mindən çoxdur.
Azərbaycanın nüfuzlu ali məktəbləri sırasında yer alan Azərbaycan Dövlət İqtisad Universiteti “UNEC-100” İnkişaf Strategiyasını qəbul edib. “UNEC-100” İnkişaf Strategiyasının məqsədlərindən biri Azərbaycan Dövlət İqtisad Universitetinin beynəlmiləl universitetə çevrilməsidir. Bu strategiya çərçivəsində UNEC-də əcnəbi təhsilalanların payının artırılması, beynəlxalq mübadilə proqramlarında daha çox tələbə, müəllim və inzibati heyətin iştirakının təmin edilməsi, beynəlxalq ikili diplom, o cümlədən ingilis dilində təhsil proqramlarının sayının davamlı artırılması hədəflənib. Qeyd edək ki, “UNEC-100” İnkişaf Strategiyasının 2030-cu ilə qədər reallaşdırılması nəzərdə tutulub.
Azərbaycan Dillər Universiteti də beynəlxalq əlaqələrini genişləndirir. Sentyabrın 11-də Bakı Biznes Mərkəzində Azərbaycan Dillər Universiteti (ADU) ilə Ural Federal Universiteti arasında əməkdaşlıq haqqında müqavilə imzalanıb. İmzalanma mərasimində çıxış edən ADU-nun rektoru, akademik Kamal Abdulla tərəflər arasında imzalanmış müqaviləni yüksək qiymətləndirib. Rektor gələcəkdə bir çox birgə layihələrin həyata keçiriləcəyinə, tələbə mübadiləsinin reallaşacağına ümidvar olduğunu deyib.
Builki tədris ilində ADA Universitetinə 12 yeni ölkədən, o cümlədən Belarus, Butan, Qana, Litva, Mozambik, Nepal, Fələstin, Filippin, Səudiyyə Ərəbistanı, Seyşel adaları, Slovakiya və Tacikistandan tələbə qəbul olunub. Ümumilikdə isə universitetdə 45 ölkə öz tələbələri ilə təmsil olunub. ADA Universitetinin icraçı prorektoru Fariz İsmayılzadənin sözlərinə görə, ali təhsil ocağının əlaqələri genişləndirərək tədris mühitini beynəlmiləlləşdirməsi vacib məqsədlərdən biridir.
Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi bu sahədə uğurların artmasını şərtləndirən əsas amillərdən biridir
Güclü maddi-texniki baza olmadan təhsil sahəsində uğurlardan bəhs etmək də mümkün deyil. Təhsilin maddi-texniki bazasının möhkəmləndirilməsi bu sahədə uğurların artmasını şərtləndirən əsas amillərdən biridir. Ölkəmizdə Prezident İlham Əliyevin siyasi iradəsinə uyğun olaraq təhsilin maddi-texniki bazasının daha da möhkəmləndirilməsi üçün ardıcıl tədbirlər həyata keçirilir, o cümlədən yeni çoxsaylı təhsil müəssisələri tikilib istifadəyə verilir. Yeni tikilən təhsil ocaqları, bir qayda olaraq, ən müasir avadanlıqlarla və lazımi dərs vəsaitləri ilə təmin olunur. Son 15 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə ayrıca Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. 2019-cu ildə ölkə üzrə 84 yeni təhsil müəssisəsinin tikintisi və əsaslı təmiri həyata keçirilir. Bu təhsil müəssisələrindən 43-ü sentyabr ayının 15-nə qədər məktəb kollektivlərinin istifadəsinə verilib. Digər 41 məktəbdə isə işlər ilin sonuna qədər yekunlaşacaq. Bundan başqa, cari ildə müvafiq Dövlət Proqramına uyğun olaraq 257 məktəbdə təmir işləri görülüb. Prezident İlham Əliyev Bakının Sabunçu rayonunun Maştağa qəsəbəsindəki Savalan yaşayış massivində 28 nömrəli tam orta məktəbin açılış mərasimindəki çıxışında ölkəmizdə təhsilin inkişafı məqsədilə genişmiqyaslı tədbirlər həyata keçirildiyinə diqqət çəkərək vurğulayıb ki, Azərbaycanda təhsilə çox böyük diqqət yetirilir. Dövlət başçısı yeni məktəblərin inşasını təhsil sahəsinə böyük töhfə kimi dəyərləndirərək deyib: “Son 15 il ərzində Azərbaycanda 3 mindən çox məktəb tikilib və əsaslı təmir edilib. Bu, təhsil sahəsinə çox böyük töhfədir”.
Ümumiyyətlə, respublikamızda gənc nəslin yüksək savad alması, vətənpərvərlik ruhunda böyüməsi üçün məqsədyönlü dövlət siyasəti reallaşdırılır və bu vacib işdə bütün cəmiyyət iştirak edir. Məsələn, ölkəmizdə dövlətin məqsədyönlü təhsil siyasətinə Cənubi Qafqaz coğrafiyasının ən böyük ictimai təşkilatı olan Heydər Əliyev Fondu böyük dəstək göstərir. Fond ölkəmizdə təhsillə bağlı önəmli layihələr həyata keçirir. Belə ki, son illərdə ölkəmizdə Heydər Əliyev Fondu tərəfindən “Təhsilə dəstək”, “Uşaq evləri və internat məktəblərinin inkişafı proqramı”, “Məktəbəqədər təhsil müəssisələrinin inkişafı”, “Yeniləşən Azərbaycana yeni məktəb” layihələri uğurla reallaşdırılmaqdadır. 2019-cu ildə Heydər Əliyev Fondunun xətti ilə 14 yeni məktəb binasının tikintisi, 8 məktəbin əsaslı təmiri həyata keçirilir.
Ölkədə məktəb tikintisinə dair yeni proqram uğurla icra edilir
Dövlət başçısının ölkənin təhsil müəssisələrinin infrastrukturunun yeniləşdirilməsi ilə bağlı qarşıya qoyduğu vəzifələr, həmçinin qəzalı vəziyyətdə olan məktəbləri əhatə edir. Son 15 ildə çox sayda qəzalı vəziyyətdə olan məktəb binaları ya əsaslı təmir edilərək normal vəziyyətə gətirilib, ya da onların yerində təzə məktəb binaları tikilib. Prezident İlham Əliyev qəzalı vəziyyətdə olan məktəblərin yenidən qurulması ilə bağlı bir neçə Sərəncam imzalayıb və həmin sərəncamlara uyğun olaraq qəzalı məktəblərin yenilənməsinə böyük məbləğdə vəsait ayrılıb. Məsələn, dövlət başçısının “Qəza vəziyyətində olan ümumtəhsil məktəbləri üçün yeni binaların tikilməsi və bir sıra məktəblərdə əsaslı təmir işlərinin aparılması haqqında” 16 avqust 2007-ci il tarixli Sərəncamı ilə Azərbaycan Respublikası Prezidentinin Ehtiyat Fondundan 14 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının tikintisi, təmiri və ali təhsil müəssisələrinin maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” 23 iyun 2008-ci il tarixli Sərəncamı ilə 25 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəb binalarının yenidən qurulması işinin davam etdirilməsi barədə” 23 iyun 2009-cu il tarixli Sərəncamı ilə 13 milyon, “Qəza vəziyyətində olan ümumtəhsil məktəblərinin yenidən qurulması ilə bağlı əlavə tədbirlər haqqında” 4 dekabr 2009-cu il tarixli Sərəncamı ilə 3 milyon manat vəsait ayrılıb. Bütün bunlar respublikamızda təhsil sektorunda ağrılı məsələlərdən olan qəzalı məktəblər probleminin həllinə güclü təkan verib.
Respublikamızda təhsil infrastrukturunun müasirləşdirilməsi proqramı çərçivəsində yeni layihə də uğurla icra edilir. Söhbət regionlarda kontingenti az olan təhsil ocaqları üçün modul tipli məktəb binalarının quraşdırılıb istifadəyə verilməsindən gedir. Ölkəmizdə bu prosesə 2017-ci ildən start verilib. Həmin ildə respublikanın 40 rayonunda təxminən beş min şagirdi əhatə edən yüz modul tipli məktəb inşa edilib. Quraşdırılması asan başa gələn modul tipli məktəblərin inşası 2018-ci ildə də davam etdirilib. Belə ki, Prezident İlham Əliyevin imzaladığı müvafiq sərəncamlara əsasən, Xaçmaz, Quba, Qusar, Şabran, Siyəzən və Xızı rayonlarında 1332 şagird yerlik modul tipli 22 məktəbin, Lənkəran, Lerik və Astara rayonlarında 860 şagird yerlik modul tipli 16 məktəbin, Biləsuvar, Beyləqan, İmişli, Neftçala və Saatlı rayonlarında 824 şagird yerlik modul tipli 12 məktəbin inşası həyata keçirilib.
Bu istiqamətdə işlər 2019-cu ildə də intensiv şəkildə davam etdirilir. Cari ildə respublikamızın müxtəlif bölgələrində inşa olunan yeni təhsil ocaqlarının təxminən 50-si modul tipli məktəblərdir. Cari ildə ölkə ərazisində modul tipli məktəblərin inşası Prezident İlham Əliyevin 10 iyun 2019-cu il tarixində imzaladığı “Azərbaycan Respublikasında təhsil infrastrukturunun inkişafı ilə əlaqədar tədbirlər haqqında” Sərəncama əsasən həyata keçirilir. Bəhs olunan Sərəncamla respublika ərazisində modul tipli məktəblərin quraşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.16.2-ci yarımbəndində göstərilmiş 18,0 (on səkkiz) milyon manat vəsait Azərbaycan Respublikasının Təhsil Nazirliyinə ayrılıb. Ümumiyyətlə, ölkə ərazisində qəzalı məktəblərin sökülməsi və onların yerində yeni məktəblərin tikintisi proqramının yaxın bir neçə il ərzində tamamlanması gözlənilir. Prezident İlham Əliyev Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bununla bağlı fikirlərini nəzərə çatdıraraq “Qəzalı vəziyyətdə olan məktəblərin yenidən tikilməsi, hesab edirəm ki, maksimum iki il çəkə bilər. Bu il və gələn il biz bu proqramı başa çatdırmalıyıq”, - deyə vurğulayıb.
Respublikamızda təhsilin inkişafına göstərilən diqqət və qayğı sayəsində cəmiyyətdə müəllimlərin nüfuzu artıb
Ölkəmizdə təhsilin keyfiyyət göstəricilərinin yaxşılaşmasında müəllimlərin müstəsna rolu var. Sevindirici haldır ki, respublikamızda təhsilin inkişafına göstərilən diqqət və qayğı sayəsində cəmiyyətdə müəllim peşəsinin nüfuzu artıb.
Yeri gəlmişkən, yuxarıda bəhs olunan konfransda təhsil naziri C.Bayramov ölkədə müəllimin nüfuzunun, peşəkarlıq səviyyəsinin yüksəldilməsi, istedadlı insanların müəllim peşəsinə cəlb edilməsi istiqamətində görülən işlərdən də söz açıb. Vurğulayıb ki, həyata keçirilən bütün tədbirlər cəmiyyətdə işə qəbulun obyektivliyinə inam formalaşdırıb və 2019-cu ildə müsabiqədə iştirak edənlərin sayı əvvəlki illərə nisbətən xeyli artıb, müraciət edənlərin sayı 55 mini ötüb. Ümumilikdə, son 5 ildə məktəblərin müəllim tərkibi keyfiyyət baxımından yaxşılaşıb, 20 mindən çox gənc müəllim işə qəbul olunub.
Nazir bildirib ki, bu il 500-dən çox bal toplayan abituriyentlərin 25 faizi müəllimlik ixtisasını seçib. Bu isə müəllim peşəsinin rəqabətliliyi, təhsilin keyfiyyəti haqqında müsbət proqnozlar söyləməyə imkan verir. Prezident İlham Əliyev yuxarıda bəhs olunan təbrikində ölkəmizdə müəllimlərin nüfuzunun artmasından məmnunluğunu bildirərək vurğulayıb: “Müəllim əməyinin stimullaşdırılması tədbirləri nəticəsində cəmiyyətimizdə müəllimin nüfuzu yüksəlmiş, istedadlı gənclərin müəllimlik peşəsinə marağı əhəmiyyətli dərəcədə artmışdır. Qazanılan uğurlar dövlətin təhsil sahəsinin davamlı inkişafına diqqət və qayğısının təzahürü, eyni zamanda, Azərbaycan müəlliminin fədakar əməyinin bəhrəsidir”.
Sonda onu da qeyd edək ki, ölkədə aparılan əməkhaqqı islahatları çoxsaylı müəllimlər ordusunun böyük sevincinə səbəb olub. Konfransda da bildirildiyi kimi, müəllimlərin diaqnostik qiymətləndirilməsi aparılıb. Nəticədə 150 mindən artıq müəllimin dərs yükü 1,5 dəfə, əməkhaqqı isə orta hesabla 2 dəfə artıb. Təhsil sahəsində əməkhaqlarının artırılması sistemli və davamlı xarakter daşıyır. Sentyabrın 1-də qüvvəyə minən Sərəncam nəticəsində müəllimlərin orta aylıq əməkhaqqı təxminən 600 manatı keçib. Bu artımdan sonra ümumtəhsil sistemində çalışan 5 mindən çox müəllimin əməkhaqqı 1000 manatı ötüb.
Mübariz ABDULLAYEV

 
  • Oxunub:  1920  |  
  • Tarix:  18-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub

18 Oktyabr 12:45
1991- ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir
18 Oktyabr 12:41
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir
18 Oktyabr 12:37
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18 Oktyabr 12:15
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18 Oktyabr 12:06
Ukrayna telekanalında Azərbaycanla bağlı geniş veriliş yayımlanıb
18 Oktyabr 11:57
Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 11:55
Azərbaycanda 18,1 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib
18 Oktyabr 11:48
Parlamentlərarası İttifaqın komitə iclasında humanitar fəlakət mövzusunda müzakirələr aparılıb
18 Oktyabr 11:44
Sahibə Qafarova: Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır
18 Oktyabr 11:33
Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar
18 Oktyabr 11:29
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
18 Oktyabr 11:24
“TÜRKSOY-25: şərəfli yolun astanasında” kitabı işıq üzü görüb
18 Oktyabr 11:08
Metrodan istifadə edənlərin sayı artıb
18 Oktyabr 11:01
İsveçrədən geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək
18 Oktyabr 10:58
Türkdilli xalqların teatr ənənələri və onların modifikasiya problemləri müzakirə olunub
18 Oktyabr 10:20
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 10:07
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub
18 Oktyabr 10:06
18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
18 Oktyabr 10:02
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
18 Oktyabr 10:00
BSU-da tədbir: 50 il qüdrətli Azərbaycan naminə
18 Oktyabr 09:55
Hikmət Babaoğlu: Ölkəmizdə əldə edilən uğurlar aparılan düzgün siyasətin nəticəsidir
18 Oktyabr 09:51
Gənclər Fondu 13-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb
18 Oktyabr 09:48
Əli Kərimli insanları kütləvi itaətsizliyə çağırır
18 Oktyabr 09:45
Azərbaycanlı alimin Ankara Sosial Elmlər Universitetində mühazirəsi dinlənilib
18 Oktyabr 09:42
Regionlarda pambığın tez və itkisiz toplanması üçün bütün imkanlardan səmərəli istifadə edilir
17 Oktyabr 22:51
Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir
17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+15 +18