Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Qubadlı məktəblərində Bilik Günü qeyd edilib

Qubadlı məktəblərində Bilik Günü qeyd edilib

18.09.2019 [09:48]

Sentyabrın 16-da Qubadlı rayonunun ümumtəhsil məktəblərində də Bilik Günü ilə bağlı tədbirlər keçirilib. Qeyd edək ki, məcburi köçkün həyatı yaşyan rayon məktəbləri ölkəmizin 40-a yaxın şəhər və rayonunda məskunlaşıb. Bilik Günü ilə bağlı tədbirlərdə rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov, rayon İcra Hakmiyyətinin məsul işçiləri, idarə, müəssisə rəhbərləri, məktəblərin müəllim və şagird kollektivləri, valideynlər iştirak ediblər.
Sumqayıt şəhərində yerləşən Çaytumas məktəb-liseyində təşkil olunmuş tədbirdə çıxış edən rayon İcra Hakimiyyətinin başçısı Malik İsaqov Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin ölkəmizdə təhsilin inkişafına hər zaman böyük diqqət və qayğı ilə yanaşdığını, bu işi dövlət siyasətinin mühüm bir sahəsi hesab etdiyini bildirib. Qeyd edilib ki, Prezidentimiz İlham Əliyevin diqqət və qayğısı nəticəsində bu gün təhsilin səviyyəsi daha da yüksəlməkdədir. M.İsaqov bildirib ki, təhsil müəssisələrində çalışan işçilərin əməkhaqlarının və tələbələrin təqaüdlərinin artırılması haqqında Azərbaycan Respublikasının Prezidentinin sərəncamları, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın “Yeniləşən Azərbaycana yeni məktəb” proqramı və digər bu kimi tədbirlər dövlətimizin təhsil sahəsinə göstərdiyi diqqətin bariz nümunəsidir.
Tədbirdə bildirilib ki, Qubadlı rayonunun inzibati ərazisi üzrə hazırda 32 ümumtəhsil məktəbi fəaliyyət göstərir ki, onlardan 18-i yeni tikilib, 14-ü əsaslı təmir olunub. Eyni zamanda, 2018/2019-cu tədris ilində Abşeron rayonu St.Sumqayıt ərazisində yerləşən Qubadlı rayon Hal, Dəmirçilər kənd tam orta və şəhər - 4 saylı tam orta məktəbləri üçün yeni binalar istifadəyə verilib, Sumqayıt şəhər 12-ci mkr ərazisində məcburi köçkünlər üçün tikilmiş yeni şəhərcikdə isə Kavdadıq və Əliquluuşağı kənd tam orta məktəbləri üçün yeni bina tikilərək şagird və müəllim kollektivinin istifadəsinə verilib.
Tədbirdə çıxış edənlər ölkəmizin hər bir yerində müasir standartlara cavab verən ümumtəhsil məktəblərinin tikildiyini vurğulayıblar. Daha sonra bu il məktəbə ilk dəfə qədəm qoyan birincilərə uğurlar diləyiblər və “İlk zəng”in səslənməsi ilə yeni dərs ili başlanıb.

Paylaş:
Baxılıb: 117 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Mədəniyyət

Siyasət

Siyasət

Siyasət

Miqrant axını...

17 Aprel 10:32

MEDİA

Siyasət

Mina terroru...

17 Aprel 10:13

Gündəm

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30