Ana səhifə »  Qəzetin pdf formatı »  Aslan İsmayılov və oğlu erməni casusun "qolları arasında" - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR
A+   Yenilə  A-
Aslan İsmayılov və oğlu erməni casusun "qolları arasında" - DTX-nı hərəkətə keçirəcək şok FOTOLAR

Aslan İsmayılov və oğlu Ziyəddinin Erməni Tələbələr Assosiasiyasının lideri olmuş Kristina Puşua ilə əməkdaşlığının pərdəarxası

Bir neçə saniyə diqqətinizi yuxarıdakı fotoya cəmləyin və şəkildəki xanımcığaza diqqətlə baxın. Çoxmu gözəldir? Əgər bu suala cavabınız müsbətdirsə, o zaman heç tələsməyin, mən sizə onun lap yaxşı vaxtlarına aid, necə deyərlər, əntiqə şəkillər də təqdim edəcəm. Xanımcığaz Kristina Puşaudur. Bu ad sizə heç nə demir? Tanımırsınız? Vallah, doğrusu, heç mən də tanımırdım dünənə qədər. Ta o dəqiqəyə qədər ki, keçmiş vəkil, Aslan İsmayılov kod adı ilə Azərbaycanda ictimai narazılığı körükləyəcəyini açıq şəkildə hər kəsə vəd etmiş məşhur avantürist öz "Facebook" səhifəsində onun haqqında danışanadək! Aslan İsmayılov bildirmişdi ki, Gürcüstandan Ukraynaya iki soydaşımız səfər edib, orada Mixail Saakaşvilinin evində qonaq olub:

 

“Gürcüstanda fəaliyyət göstərən "Yeni Liderlər Təşəbbüsü" layihəsi 5 sessiyadan ibarət olaraq təxminən 1 ay davam edib. Təlimlərdə 600-yə yaxın iştirakçı, 5000-dən çox müraciət edən olub. Təlimlər və Saakaşvili ilə görüş Yeni Liderlər Təşəbbüsü qeyri-hökumət təşkilatının direktoru Kristina Puşau tərəfindən təşkil olunub. Təşkilatın azərbaycanlılar üzrə koordinatoru, həmçinin təlimlərdə mühazirə söyləyən Ziyəddin İsmayılovdur”.

https://24news.ge/read/id/9417?fbclid=IwAR0pZeornHMlZcEuCmez6AHl6HC4b0rChj7B1GTnVP2bdL50C28Tj72pSR8

Ziyəddin Aslan İsmayılovun oğludur və ilk baxışda belə bir paylaşım öz övladının vətəndaş cəmiyyətinin inkişafında səmərəli rol oynamasından iftixar hissi keçirən atanın öz duyğularını izləyiciləri ilə bölüşməsi təəssüratı oyadır. Amma bu təəssürat Aslan İsmayılovu tanımayan, onun mahiyyətinə bələd olmayan sadəlövh insanlarda yarana bilərdi, mən də yox! Aslan İsmayılovun yumşaq, çox yumşaq desəm, salamat adam olmadığını dəqiq bildiyimdən, paylaşımdakı “layihə” və “koordinator” sözlərini görən kimi, ağlıma ermənilər gəldi. Aslan İsmayılov Azərbaycana, azərbaycanlılara, vətəndaş cəmiyyətinin inkişafı kimi idealist təşəbbüslərə qoşulan bir oğulla əsla və əsla qürur duymazdı. Bir el deyimini dəyişib desək, atası gəzən ağacı balası budaq-budaq gəzməli, ermənilərlə iş birliyi qurmalı idi.

 

Çox adam bilir ki, hələ 1989-cu ildə “Sumqayıt hadisələri” ilə bağlı imperiya prokuroru olaraq iştirak etdiyi məhkəmə prosesində o, ermənipərəst mövqe tutmuş, ermənilərə qarşı zorakılıq törətməkdə təqsirli bilinən bir çox soydaşımıza ölüm hökmü də daxil ən ağır cəzalar istəmişdi. Lap yaxın günlərə qədər azərbaycanlı iş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənlini Türkiyədəki “Emre Piliç” şirkətinin ortaqları olan ermənilərin etibarnaməsi əsasında divana çəkir, ancaq vəkil statusu olmadan hüquqi mübahisəni məhkəmədə deyil, sosial şəbəkədə söyüş, təhqir, böhtanla aparırdı.

 

Üçüncüsü, Aslan İsmayılovun fəaliyyətini gündəlik diqqətdə saxlayan bir jurnalist, siyasi təhlilçi olaraq adım kimi əmin idim ki, Ermənistan kəşfiyyatının trolları onu ciddi şəkildə dəstəkləyir və bu dəstək öncədən razılaşdırılmış fəaliyyət planı əsasında verilir. Elə bu səbəbdən də düşünürdüm və hətta yaxın dostlara da zaman-zaman deyirdim ki, cidanı çuvalda çox gizlətmək mümkün olmayacaq, bu barədə hər hansı ipucu üzə çıxacaq. Elə bu səbəbdən də Kristina Puşaunun adına “Armenia” yazaraq "Google" axtarış sistemində düyməni basdım və... ŞOK! Daxili inamım bu xanımcığazın ermənipərəst olacağı, İrəvana səfər edib Azərbaycan əleyhinə nitqlər söyləyəcəyi yönündə idi, ancaq qarşıma elə bir fakt çıxdı ki... Məlum oldu ki, Aslan İsmayılovun dəfələrlə öz "Facebook" səhifəsində adını çəkdiyi, fəaliyyətini təqdir etdiyi, həyata keçirdiyi layihələrdə soydaşlarımızı fəal iştirak etməyə çağırdığı, oğlu Ziyəddinin “hayıl-mayıl” şəkillər çəkdirərək rəsmən Azərbaycan üzrə nümayəndəsi olduğu Kristina Puşau... ERMƏNİDİR, ERMƏNİ DİASPORUNUN FƏAL NÜMAYƏNDƏSİDİR!

 

 

Budur, indi təqdim edəcəyim linkdə deyilir ki, Puşau bakalavr təhsilini 2012-ci ildə başa vurub. Bakalavr təhsili aldığı Cənubi Kaliforniya Universitetində Erməni Tələbələr Assosiasiyasına başçılıq edib. Cənubi Kaliforniya Universiteti isə erməni diasporunun mətəsi sayılan Los-Anceles şəhərinin qəlbində yerləşir, həmin universitetdə xeyli sayda hay təhsil alır.

https://ccsddinternblog.wordpress.com/intern-biographies/2015-2016-intern-biographies/?fbclid=IwAR2iavV6-UjDnroq25-nVZElwjtGWHbZWCEROGMCnnHM-4D2Tk_emyflyfI

Odur ki, Erməni Tələbə Assosiasiyasına mənşəcə hay olmayan birinin başçılıq etməsi mümkün deyil. Lakin Kristinanın soyadının “yan” sonluğu ilə bitməməsi onun ailəsinin ABŞ-da çoxdan məskunlaşdığını söyləməyə əsas verir. Hətta bunun əksini fərz etsək və Puşaunun mənşəcə erməni olmadığını (hərçənd buna lüzum yoxdur) düşünsək belə, onun erməni diasporunun təsirində olması faktı öz əhəmiyyətini itirmir. Belə ki, ABŞ-dakı erməni tələbələr assosiasiyaları diasporun beyin mərkəzi sayılan Erməni Araşdırmaları İnstitutunun bir növ gənclik qolları kimi fəaliyyət göstərir. Ayrıca, Kristinanın sosial şəbəkələrdə, açıq internet resurslarında yazdığı ermənilərə dəstək mesajları bir yana, onun başçılıq etdiyi tələbə təşkilatının qondarma “erməni genosidi” ilə bağlı Cənubi Kaliforniya Universitetində təşkil etdiyi aksiya görünən dağa bələdçi axtarmağa yer qoymur.

 

Bir ayağı Gürcüstanda, bir ayağı Los-Ancelesdə olan Kristina heç də sıradan bir aktivist təsiri bağışlamır. O, Gürcüstanın eks-prezidenti Saakaşvili ilə yaxın dostdur, öz dostunu müdafiə məqsədi ilə zaman-zaman aksiyalar təşkil edib. Kristina, həmçinin müxtəlif xarici kütləvi informasiya vasitələrində siyasi ekspert kimi çıxışlar edir, demokratikləşmə prosesinə dəstək adı altına layihələr icra edir, həmin layihələr əsasən Gürcüstanda, Ukraynada “inqilabi proses”lər üçün gənclərin fəallaşdırılmasına xidmət edir. Hər halda, onun okeanın o tayından varıb, Tbilisə gəlib yaşaması, tez-tez Odessaya getməsi, gedərkən özü ilə xeyli sayda cavanı başına yığması arxasında ciddi maliyyə təminatının olduğunun ifadəsidir. Bu cür yüksək maliyyə dəstəyinin isə ABŞ-dakı erməni diasporunun və Saakaşvilinin dostu Corc Sorosun fondu tərəfindən verildiyini təxmin etmək çətin deyil. Heç şübhəsiz, belə bir yüksək hazırlıqlı adam nə ABŞ xüsusi xidmət orqanlarının, nə də Ermənistan kəşfiyyatının diqqətindən, nəzarətindən kənarda qala bilməz. ABŞ məlum, Qafqaza Qafqaz əsilli əməkdaşlarını göndərir. Bəs, necə düşünürsünüz, Kaliforniyada erməni diasporunun fəal nümayəndəsi olan cazibədar bir xanımla Ermənistan kəşfiyyatı bağ qurmamış ola bilərmi? Əlbəttə, yox! Odur ki, artıq Azərbaycan xüsusi xidmət orqanları hərəkətə keçməli, Aslan İsmayılov və onun oğlunun Cənubi Kaliforniya Universitetində Erməni Tələbələr Assosasiyasının lideri olmuş, Saakaşvilinin də qatıldığı inqilabi layihələrə Azərbaycan və azərbaycanlıların cəlb edilməsində hansı rol aldıqlarını araşdırmalıdır.

 

Fotolarda Kristina Puşaunun Erməni Tələbə Assosiasiyasına rəhbərlik etdiyi dönəmlərdə keçirdiyi tədbirlər əks olunub.

Taleh Şahsuvarlı

AzNews.az xəbər portalının Baş redaktoru

 
  • Oxunub:  1650  |  
  • Tarix:  18-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub

18 Oktyabr 12:15
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18 Oktyabr 12:06
Ukrayna telekanalında Azərbaycanla bağlı geniş veriliş yayımlanıb
18 Oktyabr 11:57
Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 11:55
Azərbaycanda 18,1 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib
18 Oktyabr 11:48
Parlamentlərarası İttifaqın komitə iclasında humanitar fəlakət mövzusunda müzakirələr aparılıb
18 Oktyabr 11:44
Sahibə Qafarova: Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır
18 Oktyabr 11:33
Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar
18 Oktyabr 11:29
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
18 Oktyabr 11:24
“TÜRKSOY-25: şərəfli yolun astanasında” kitabı işıq üzü görüb
18 Oktyabr 11:08
Metrodan istifadə edənlərin sayı artıb
18 Oktyabr 11:01
İsveçrədən geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək
18 Oktyabr 10:58
Türkdilli xalqların teatr ənənələri və onların modifikasiya problemləri müzakirə olunub
18 Oktyabr 10:20
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 10:07
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub
18 Oktyabr 10:06
18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
18 Oktyabr 10:02
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
18 Oktyabr 10:00
BSU-da tədbir: 50 il qüdrətli Azərbaycan naminə
18 Oktyabr 09:55
Hikmət Babaoğlu: Ölkəmizdə əldə edilən uğurlar aparılan düzgün siyasətin nəticəsidir
18 Oktyabr 09:51
Gənclər Fondu 13-cü qrant müsabiqəsinin nəticələrini açıqlayıb
18 Oktyabr 09:48
Əli Kərimli insanları kütləvi itaətsizliyə çağırır
18 Oktyabr 09:45
Azərbaycanlı alimin Ankara Sosial Elmlər Universitetində mühazirəsi dinlənilib
18 Oktyabr 09:42
Regionlarda pambığın tez və itkisiz toplanması üçün bütün imkanlardan səmərəli istifadə edilir
17 Oktyabr 22:51
Mətbuat bütün hallarda dövlətin və xalqın milli maraqlarını müdafiə etməlidir
17 Oktyabr 20:39
İqtisadçı ekspert: Müşavirədə mühüm məqamlardan biri islahatların davamlı olması və yeni mərhələyə qədəm qoyması ilə bağlı bəyanat idi
17 Oktyabr 20:27
Azərbaycan ilə Litva arasında idman sahəsində əməkdaşlıq məsələləri müzakirə edilib
17 Oktyabr 20:18
Mariya Zaxarova rusiyalı deputatın işğal olunmuş Dağlıq Qarabağa qanunsuz səfəri haqqında danışıb
17 Oktyabr 20:00
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 19:55
Azərbaycan multikulturalizmi Braziliyada tədris olunur
17 Oktyabr 19:52
Ölkəmiz 71-ci Frankfurt Beynəlxalq Kitab Sərgisində təmsil olunur
17 Oktyabr 19:48
Azərbaycan əhalisinin sayı açıqlanıb
17 Oktyabr 17:49
Rüfət Məmmədov: Azərbaycan Fransa ilə regionlararası əməkdaşlığa böyük önəm verir
17 Oktyabr 17:46
Sona Əliyeva: Türkdilli ölkələr böyük nailiyyətlərə imza atıblar
17 Oktyabr 17:38
Aydın Hüseynov: Azərbaycanda əhalinin sosial müdafiəsi ilə bağlı reallaşdırılan islahatlar dünyada nümunə ola bilər
17 Oktyabr 17:35
BDU-nun 100 illik yubileyi münasibətilə ADPU-da dəyirmi masa
17 Oktyabr 17:31
Şahin İsmayılov: Ermənistan hakimiyyətinin “Qarabağ xalqı” məsələsini qabartması işğal faktını ört-basdır etmək cəhdidir
17 Oktyabr 17:27
Siyavuş Novruzov: "Seçki məsələsində müsavatçılara maarifləndirici kurslar və treninqlər keçə bilərəm" - MÜSAHİBƏ
17 Oktyabr 17:24
David Zalkaliani: Azərbaycan bizim üçün dost və strateji tərəfdaş ölkədir
17 Oktyabr 17:22
Goranboyda Nəsiminin 650 illik yubileyi qeyd edilib
17 Oktyabr 17:19
Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətinə 790 min manat ayrılıb
17 Oktyabr 17:17
BDU-da Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 17:10
Media islahatlara mane olan deyil, onu təbliğ edən institut, Prezidentin ən yaxın ictimai dəstəkçisidir
17 Oktyabr 17:01
Azərbaycanın Müdafiə naziri ATƏT-in Minsk qrupunun həmsədrləri ilə görüşüb
17 Oktyabr 16:59
İqtisadiyyat nazirinin müavinləri bölgələrdə vətəndaşları qəbul edib
17 Oktyabr 16:57
Prezident İlham Əliyev Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin idarə heyətinin sədrini qəbul edib
17 Oktyabr 16:41
Qırğızıstan Daşınar Əmlakın Yüklülüyünün Dövlət Reyestri üzrə Azərbaycanın təcrübəsini öyrənir
17 Oktyabr 16:27
Azərbaycan nümayəndə heyəti Milli Olimpiya Komitələri Assosiasiyasının Baş Assambleyasında iştirak edir
17 Oktyabr 16:19
Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin növbəti iclası keçirilib
17 Oktyabr 16:14
Tahir Mirkişili: Həyata keçirilən sosial-iqtisadi islahatlar əhalinin rifahının daha da yaxşılaşmasına xidmət edir
17 Oktyabr 16:12
Eldəniz Səlimov: Türk Şurasının fəaliyyəti dövründə üzv ölkələr iqtisadi, siyasi və mədəni əlaqələri daha da genişləndirib
17 Oktyabr 16:07
Səbail gənclərindən “Qarabağ Azərbaycandır!” milli həmrəylik hərəkatına dəstək
17 Oktyabr 15:55
“Daily News Hungary” nəşrində Viktor Orbanın Türk Şurasının Zirvə Görüşündə iştirakı barədə məqalə dərc edilib
17 Oktyabr 15:50
DİN və Baş Prokurorluq: İctimai asayişin pozulmasına yönələn qanunsuz hərəkətlərin qarşısı qətiyyətlə alınacaq
17 Oktyabr 15:45
Qusarda Qadın Resurs Mərkəzi fəaliyyətə başlayıb
17 Oktyabr 15:44
Ağdamda Dövlət Müstəqilliyi Günü qeyd olunub
17 Oktyabr 15:31
Bəxtiyar Əliyev: Prezident İlham Əliyev vətəndaşlarımızın sosial müdafiəsinin gücləndirilməsinə daim böyük diqqət yetirir
17 Oktyabr 15:23
Çingiz Abdullayev: 650 min ağac əkmək gözəl təşəbbüsdür və ölkəmizin bütün vətəndaşları bu ideyanı dəstəkləməlidirlər
17 Oktyabr 15:15
18 oktyabr- Müstəqillik haqqında Azərbaycan Respublikasının Konstitusiya Aktının qəbuluna dair 5 tezis
17 Oktyabr 15:00
Akademik Zərifə Əliyeva adına Milli Oftalmologiya Mərkəzinin Şəki filialının rəsmi açılışı olacaq
17 Oktyabr 14:55
Doqquz ayda əsas kapitala 10,1 milyard manat yönəldilib
17 Oktyabr 14:41
Səbail rayonu ilə Litvanın Druskininkay şəhəri arasında qarşılıqlı əməkdaşlıq barədə protokol imzalanıb
17 Oktyabr 14:35
Sədaqət Vəliyeva: Azərbaycanda düşünülmüş uzunmüddətli siyasət ən yüksək səviyyədə həyata keçirilir
17 Oktyabr 14:30
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasətin bəhrəsini hər bir Azərbaycan vətəndaşı öz həyatında hiss edir
17 Oktyabr 14:26
Əli Əhmədov: Azərbaycan Respublikası bütün dünyada ən uğurlu gənc dövlət hesab olunur
17 Oktyabr 14:17
Özbəkistan Bakı-Tbilisi-Qars dəmir yolu ilə yüklərin daşınma həcminin artırılmasında maraqlıdır
17 Oktyabr 14:09
“Gənclər sektorunun idarə edilməsi və gənclər siyasəti üzrə 1-ci Magistr proqramı”nın təqdimat mərasimi keçirilib
17 Oktyabr 14:07
Prezidentin media həssaslığı: islahatlara alternativ yoxdur
17 Oktyabr 14:02
Azərbaycan İqtisadi Əməkdaşlıq və İnkişaf Təşkilatının İnkişafa Yardım Komitəsində iştirakçı statusu qazanıb
17 Oktyabr 13:54
YAP İcra Katibliyində Azərbaycan Respublikasının Təhsil naziri Ceyhun Bayramov mətbuat konfransı keçirib
17 Oktyabr 13:49
YAP Gənclər Birliyinin sədr müavini beynəlxalq konfransda iştirak edib
17 Oktyabr 13:46
Parisdə Azərbaycan-Fransa regionlararası əməkdaşlığın inkişaf etdirilməsi üzrə İdarəetmə Komitəsinin ilk iclası keçirilib

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+15 +18