Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nikol Paşinyan yoxsulluqdan əziyyət çəkən əhalini yalan vədlərlə aldadır

Nikol Paşinyan yoxsulluqdan əziyyət çəkən əhalini yalan vədlərlə aldadır

19.09.2019 [09:18]

Beynəlxalq maliyyə qurumlarının hesabatlarında Ermənistan bütün iqtisadi və sosial parametrlərə görə dünyada ən geridə qalmış ölkələrdən biri kimi təqdim olunur
Nikol Paşinyanın hakimiyyəti dövründə sosial-iqtisadi sahədə heç bir ciddi irəliləyiş əldə edə bilməyən işğalçı dövlət ictimai-siyasi sektorda da müəmmalı dövrə qədəm qoyur. Son günlər işğalçı dövlətin hökumətində hüquq-mühafizə orqanlarının rəhbərlərinin istefa dalğası bunu deməyə əsas verir. Nikol Paşinyanın ən etibarlı kadrı hesab olunan təhlükəsizlik xidmətinin rəisi Artur Vanetsyanın müəmmalı istefası, daha sonra polis xidmətinin rəisi Valeri Osipyanın istefaya göndərilməsi hakimiyyətdaxili böhranın yüksələn xətt üzrə getdiyinə dəlalət edir. Bu vəziyyət onu göstərir ki, artıq 1 ildən çoxdur Ermənistana rəhbərlik edən N.Paşinyanın verdiyi vədləri yerinə yetirməməsi komandası daxilində təlatümləri daha da artırıb.
Ölkədə hökm sürən gərgin vəziyyətin fonunda Ermənistan baş naziri Nikol Paşinyanın elan etdiyi “Ermənistan 2050 - Strateji inkişaf” sənədi ölkədə ciddi müzakirə mövzusu olaraq qalmaqdadır. Yuxarıda qeyd edilən səbəblərdən Ermənistanın özündə belə mütəxəssislər bu “sənəd”də verilən vədlərin, reallıqdan uzaq olduğunu qeyd edir, bunu beynəlxalq təşkilatlar tərəfindən verilən proqnozlarla əsaslandırırlar. Belə ki, “Ermənistan 2050 - Strateji inkişaf” sənədində Ermənistanın maliyyə vəziyyəti ilə bağlı qeyri-real hədəflər müəyyən olunub.
Məsələn, sənəddə ən mühüm bəndlərdən biri işsizliyin aradan qaldırılması ilə bağlı olsa da, son 1 ildə Ermənistanda yeni iş yerlərinin açılması yox, xarici sərmayənin qoyulduğu və əhalinin bir qisminin işlədiyi “Lidian-Ermənistan” şirkətinin fəaliyyətini dayandırması işsizlər ordusuna yenilərinin əlavə olunmasına gətirib çıxarıb. Digər tərəfdən, hökumət strukturunda aparılan islahatlar nəticəsində ləğv olunan nazirliklərin işçiləri olan təxminən 5 min nəfərin işsiz qalması faktdır.
Ermənistanın ağır iqtisadi şəraiti və maliyyə çatışmazlığı bu günədək işsizliyin həcminin yüksək qalmasına səbəb olub. Müstəqilliyin ilk illərində tək rəqəmli işsizlik səviyyəsinə malik olan işğalçı dövlətdə işsizlərin sayı sonrakı dövr ərzində artaraq 2018-ci ildə 17,71% olub. Bu rəqəmlər rəsmi statistikanı əks etdirir, ekspertlər isə qeyd edirlər ki, real işsizlik səviyyəsi daha böyükdür.
2016-cı ildə ölkə parlamentində qeyri-rəsmi işsizlik səviyyəsinin 35 faiz olduğu və 1 milyondan artıq vətəndaşın yoxsulluq səviyyəsindən aşağı şəraitdə yaşadığı bildirilib. İndi vəziyyət daha da ağırdır. Ermənistanda rəsmi statistikaya əsasən, əhalinin 4/1-i yoxsulluq səviyyəsindən aşağı vəziyyətdə yaşamaqdadır. Asiya İnkişaf Bankı isə Ermənistandakı yoxsulluq səviyyəsini Əfqanıstan və dünyanın bir sıra geridə qalmış ölkələri ilə müqayisə edir.
Beynəlxalq Valyuta Fondunun hesablamalarına əsasən, Ermənistanın ümumi dövlət borcunun həcmi daha da artacaq. Ümumi dövlət borcunun artması, Ermənistanın maliyyə resurslarına ehtiyacı olması “Ermənistan 2050 - Strateji inkişaf” sənədinin qeyri-real hesablamalara əsasən tərtib edildiyini göstərir.
Beynəlxalq ictimaiyyətdən maliyyə dəstəyi güdən bir dövlətin 30 ildən sonra məvacibləri 7 dəfədən çox artıracağı ilə bağlı verdiyi vədlər real vəziyyətlə əlaqəsi olmayan hədəflərdir.
Məlum olduğu kimi, Ermənistanı təmin edən ən ciddi mənbə ölkə xaricində yaşayan ermənilərdir. Ən azı ona görə ki, Ermənistandakı acınacaqlı vəziyyət əmək qabiliyyətli əhalinin ölkəni tərk etməsinə gətirib çıxarıb. Buna görə də miqrasiya dalğası gündən-günə genişlənir. Eyni zamanda, ölkə xaricinə miqrasiya edən işçilərin ölkəyə yolladıqları maliyyə vəsaitləri onların ailələrinə yoxsulluq səviyyəsi ilə müəyyən dərəcədə mübarizə aparmağa kömək edir. Dünya Bankının hesabatına əsasən, 2000-2018-ci illər ərzində Ermənistana göndərilən maliyyə vəsaitləri artan xətt üzrə inkişaf edib. Vəsaitin böyük bir hissəsi (təxminən 70%) Rusiyada miqrant olaraq yaşayan ermənilər tərəfindən göndərilir.
Göründüyü kimi, xarici ianələr, diaspor erməniləri və miqrantların ölkəyə köçürdükləri maliyyə vəsaitləri üzərində qurulan primitiv iqtisadi model “Ermənistan 2050 - Strateji inkişaf” sənədində göstərilən hədəflərə çatmaq potensialına malik deyil.
Bu vəziyyət onu göstərir ki, bir-iki ölkəni çıxmaq şərti ilə quru yolu ilə heç bir xarici dövlətlə əlaqəsi olmayan Ermənistanın real iqtisadi nəticələr əldə etməsi yalnız Azərbaycanın işğal olunmuş ərazilərinin azad edilməsindən sonra mümkün ola bilər. Yəni işğaldan əl çəkməyənə qədər Ermənistanın heç bir inkişaf perspektivi yoxdur. Belə ki, Azərbaycanın Ermənistanı beynəlxalq və regional layihələrdən təcridetmə siyasəti əvvəlki rejimlərdə olduğu kimi, Paşinyan hakimiyyətini də ciddi reallıqlar qarşısında qoyur.
Qaşqay ZİYƏDDİNOĞLU

Paylaş:
Baxılıb: 153 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Sosial

Genetik kodumuz...

25 Aprel 11:15

Sosial

Gündəm

Gündəm

Gündəm

Tarixdən bu günə

25 Aprel 10:00

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5 6
7 8 9 10 11 12 13
14 15 16 17 18 19 20
21 22 23 24 25 26 27
28 29 30