Ana səhifə »  Qəzetin pdf formatı »  «İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb
A+   Yenilə  A-
«İki sahil» qəzeti Neftçilər Gününə həsr olunmuş xüsusi buraxılış hazırlayıb

Azərbaycanın dövlət müstəqilliyinin möhkəmləndirilməsində, iqtisadi qüdrətinin artmasında, dünya iqtisadi sisteminə inteqrasiyasında və dünya birliyində layiqli yer tutmasında əhəmiyyətli rol oynayan, tarixə “Əsrin müqaviləsi” kimi daxil olan neft sazişinin imzalanmasından 25 il keçir. “İki sahil” qəzetinin Neftçilər Gününə həsr olunmuş 80 səhifəlik Xüsusi buraxılışında Azərbaycan neft-qaz sənayesinin 25 ildə keçdiyi inkişaf yolunun təhlili aparılıb, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurla həyata keçirilməsinə davamlı töhfələr verən SOCAR-ın və onun strukturlarının gördüyü işləri əks etdirən maraqlı yazılar dərc edilib, rəngli şəkillər və yüksək poliqrafik tərtibat xüsusi diqqət çəkir.

Xüsusi buraxılışda yer alan müasir müstəqil Azərbaycan dövlətinin qurucusu, neft strategiyasının müəllifi, ulu öndər Heydər Əliyevin “Əsrin müqaviləsi”” ilə qoyduğumuz təməl XXI əsrdə Azərbaycan xalqının inkişafı, firavan həyatı, müstəqil Azərbaycan dövlətinin suverenliyinin daha da möhkəmləndirilməsi üçün gözəl imkan yaradacaq. İnanıram ki, XXI əsr Azərbaycan dövləti üçün ən xoşbəxt dövr olacaq» fikirləri bu günümüzə olan inama bir daha işıq salır.

Neft strategiyasının uğurla həyata keçirilməsində neftçilərin əməyi dövlətimiz tərəfindən hər zaman yüksək dəyərləndirilib. Məhz ulu öndər Heydər Əliyevin 16 avqust 2001-ci il tarixli Fərmanı ilə Neftçilər Gününün təsis edilməsi, hər il 20 sentyabr ərəfəsində neçə-neçə qabaqcıl neftçinin yüksək dövlət mükafatları ilə təltif edilməsi cəmiyyətimizin avanqard qüvvəsi olan neftçilərin əməyinə verilən qiymətin, onlara göstərilən diqqətin bariz nümunəsidir. Xüsusi buraxılışda dövlətimizin başçısı İlham Əliyevin 19 sentyabr 2019-ci il tarixli «Azərbaycan Respublikasının neft sənayesi işçilərinin təltif edilməsi haqqında», «Azərbaycan Respublikasının neft sənayesi işçilərinə “Əməkdar mühəndis” fəxri adının verilməsi haqqında», «K.M.Kərimova Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdünün verilməsi haqqında” Sərəncamları yer alıb. Eyni zamanda, “Əsrin müqaviləsi”nin uğurları rəqəmlərin dili ilə təqdim edilib. Neft hasilatı 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatıb. “Azəri-Çıraq-Günəşli” yataqlarından 492 milyon tona qədər neft və 161 milyard kubmetrədək qaz hasil edilib. 2050-ci ilədək “Azəri-Çıraq-Günəşli” yataqlarından daha 500 milyon tona qədər neft hasil ediləcək. 2019-cu il sentyabrın 1-dək dünya bazarlarına 554 milyon tona qədər Azərbaycan nefti çıxarılıb ki, bunun da 158 milyon tonu Bakı-Supsa, Bakı-Batumi, Bakı-Novorossiysk kəmərləri və dəmir yolu ilə, 396 milyon tonu isə Bakı-Tbilisi-Ceyhun kəməri ilə nəql edilib.

Xüsusi buraxılışda neft və qaz sənayesinin inkişafında xüsusi xidmətləri olan şəxslərin SOCAR-ın “Fəxri neftçi” döş nişanı ilə təltif edilməsi də öz əksini tapıb.

SOCAR-ın prezidenti, Milli Məclisin deputatı Rövnəq Abdullayevin “Əsrin müqaviləsi-Ulu Öndərimizin şah əsəri, bugünkü və gələcək inkişafımızın təməl daşıdır” sərlövhəli yazısında qeyd olunur ki, “Əsrin müqaviləsi”nin icrası prosesi bizim üçün 25 il ərzində alışdığımız adi həyat tərzi və fəaliyyətimizin obyektiv inikasıdırsa, tarixi baxımından, uzunmüddətli perspektiv və gələcəyə nəzər saldıqda bu hadisə Azərbaycanın inkişaf və yüksəliş yolunda əsas dönüş nöqtəsi olmuşdur. Ötən 25 ildə qazandığımız uğurların bəhrələri xalqımızın gündəlik həyatında, məişətində, maddi rifah halında bariz şəkildə hiss olunur. Görülən titanik işlər öz həcminə və və əhəmiyyətinə görə olduqca möhtəşəm və heyrətamizdir.

Yazıda o da qeyd edilir ki, dövlətimizin başçısı İlham Əliyev “Əsrin müqaviləsi”nin tarixi əhəmiyyətini vurğulayarkən onu “uğurlu inkişafımızın əsas mənbəyi” adlandırır. Son 25 ildə ölkəmizdə neft hasilatı 4 dəfədən çox, qaz hasilatı 5 dəfə artıb.

Məqalədə bildirilir ki, Azərbaycanın qədim və şərəfli tarixə malik neft-qaz sənayesinin layiqli varisi olan SOCAR 25 il əvvəl regiondakı çoxsaylı yerli hasilatçı şirkətlərdən biri idisə, bu gün artıq dünyanın tanınmış enerji şirkətləri sırasında qərarlaşaraq ölkəmizin qlobal brendinə çevrilib. SOCAR və onun müəssisələri hazırda dünyada tətbiq olunan əsas müasir texnoloji nailiyyətlərdən yararlanır. Azərbaycan SOCAR-ın timsalında qardaş Türkiyənin ən böyük xarici investorudur. Bir sözlə, idarəçilik, kadr hazırlığı, avtomatlaşırma və rəqəmsallaşdırma, beynəlxalq maliyyə standartlarına keçid, uçot-nəzarət sisteminin təkmilləşdirilməsi, insan resurslarının inkişafı istiqamətləri üzrə aparılmış islahatlar öz bəhrələrini verir.

Məqalədə bu əminlik ifadə olunur ki, butün bu inkişafın əsasında dayanan “Əsrin müqaviləsi” çıxdığımız yolda bizim etibarlı bələdçimizdir. İllər keçəcək, nəsillər biri-birini əvəz edəcək, lakin “Əsrin müqaviləsi” çərçivəsində qazanılmış nailiyyətlər xalqımızın yaddaşında əbədi yaşayacaq.

SOCAR-ın birinci vitse-prezidenti, akademik Xoşbəxt Yusifzadənin “ Əsrə bərabər 25 il” yazısında müqavilənin imzalanmasına qədər keçilən yoldan, aparılan danışıqlardan, həmçinin “Əsrin müqaviləsi”nin iqtisadi və siyasi əhəmiyyətindən geniş bəhs olunur. Müqavilənin imzalanmasının heç də asan başa gəlmədiyini qeyd edən akademik bildirir ki, ulu öndər Heydər Əliyev 1993-cü ildə xalqın təkidli tələbi ilə hakimiyyətə qayıdışından sonra digər sahələr kimi, neft sənayesinin bərpası və inkişafı ilə də məşğul olmağa başladı. O vaxt «Azəri», «Çıraq», «Günəşli» yataqları ehtiyatlarının mənimsənilməsi üçün iki variantdan birini seçmək lazım idi: ya ölkəmizin maliyyə-iqtisadi vəziyyətinin düzəlməsi üçün 30-40 il gözləmək, ya da xarici neft şirkətlərini dəvət etmək. İkinci seçimə üstünlük verildi.

Yazıda o da vurğulanır ki, danışıqlar 1994-cü ilin martında Bakıda başlandı, sonra Türkiyənin İstanbul şəhərində davam etdirildi: «Danışıqların həlledici mərhələsi Amerikanın Hyuston şəhərində keçirildi. Hyustonda 45 gün ərzində aparılan danışıqlar çox ağır keçdi. O vaxt müstəqillik yoluna təzəcə qədəm qoymuş Azərbaycanda neftçi mütəxəssislərin xarici şirkətlərlə danışıqlarda kifayət qədər təcrübəsi yox idi. Aparılan danışıqların uğurla başa çatmasında o zaman SOCAR-ın Birinci vitse-prezidenti vəzifəsində çalışan cənab İlham Əliyevin xüsusi rolu olub. Moskvada Beynəlxalq Münasibətlər İnstitutunu bitirən cənab İlham Əliyevin ingilis dilini və beynəlxalq hüquq məsələlərini gözəl bilməsi, tərəfdaşlarımızla birbaşa ünsiyyət qurub, mürəkkəb vəziyyətlərdən çıxış yollarını tapmaq və gərginliyi aradan qaldırmaq məharəti Vaşinqtonda səlahiyyətli şəxslərlə görüşlərdə də özünü göstərdi. Nəhayət, tərəflərin birgə işləmək, Xəzərin Azərbaycan sektorundakı zəngin neft və qaz yataqlarından ədalətlə bəhrələnmək istəyi üstün gəldi.”

Yazıda «Əsrin müqaviləsi»nin Azərbaycan üçün iqtisadi və siyasi əhəmiyyəti xüsusi qeyd edilir. Vurğulanır ki, müqavilə bir daha dünyaya nümayiş etdirdi ki, Azərbaycan müstəqil dövlət və etibarlı tərəfdaşdır, burada işləmək və bu ölkəyə sərmayə qoymaq olar. Müqavilənin iqtisadi əhəmiyyəti isə ondan ibarətdir ki, neft hasilatı Azərbaycanın tarixində ən aşağı səviyyədən, 1997-ci ildəki 9 milyon tondan 2010-cu ildə 51 milyon tona çatdı.

Müəllif bu inamı ifadə edir ki, Azərbaycan və onun neft-qaz sənayesi «Əsrin müqaviləsi»nin imzalanmasından ötən 25 ildə uğurlu yol keçib. Bu tərəqqi yolunda hələ çox qələbənin, yeni parlaq nailiyyətlərin şahidi olacağıq.

Xüsusi buraxılışı vərəqlədikcə SOCAR-ın ayrı-ayrı sahələrdə tətbiq etdiyi yeniliklər, təcrübələr, qazandığı uğurlar ətraflı şəkildə ictimaiyyətə çatdırılır. “Xərclərin optimallaşdırılması davam etdirilir”, “SOCAR istiqrazları: Bakı Fond Birjasında ən çox ticarət olunan korporativ maliyyə aləti”, “SOCAR-da əsas səmərəlilik göstəriciləri sisteminin icrasına başlanılıb”, “SAP ERP sisteminin modullarının istehsalatın digər sahələrində tətbiqi”, “Xarici investisiya fəaliyyətinin uğurlu nəticələri”, “SOCAR Polimed” və Karbamid zavodu: qeyri-neft sektoruna mühüm töhfə”, “Azərbaycan nefti və dünya bazarı”, “ “Neft və neft-kimya məhsullarının ixracı: rəqabətədavamlılıq da vacibdir, keyfiyyət də”, “Neft-qaz emalı: keyfiyyətin daha da yaxşılaşdırılması prioritetdir”, “ “Sıxılmış təbii qaz: qənaətli və daha təhlükəsiz mühərrik yanacağı”, “Nəqliyyat sistemi təkmilləşir, hədəflər gerçəkləşir...”, “Avtomatlaşdırılmış idarəetmə sistemi, sürətlənən texnoloji proseslər”, “Neftçilərə qayğı SOCAR-ın sosial layihələrində təsdiqini tapır”, “Neftçilərin sağlamlığının təminatı aktuallığını qoruyur”, “ Abadlıq və yenidənqurma: hər şey insanların rahatlığı üçün”, “İnnovativ texnologiyaların tətbiqi kadr hazırlığını aktuallaşdırır”, “Təhlükəsiz idarəetmənin təminatı prioritetdir”, “Yüksəkixtisaslı mütəxəssis və fəhlə kadrlar hazırlanır, peşəkarlıq səviyyəsi artır”, “SOCAR və İKT: proseslərin genişmiqyaslı rəqəmsallaşması və biri-biri ilə inteqrasiyası davam edir”, “Qazlaşma səviyyəsi 95,8 faizə, abonentlərin sayı 2 milyon 243 minə yüksəlib”, “Mühüm ekoloji layihələr, əldə olunan nəticələr...”, “Atmosferin çirklənməsinin qarşısının alınması prioritetlər sırasında”, “Əsas ekoloji göstərici: “Sıfır tullantı” prinsipi”, “SOCAR və strateji yol xəritələri”, “Yenidənqurma və modernizasiya davam edir”, “Azərikimya”nın yenidənqurulmasına 50-dən çox şirkət cəlb edilib”, “Əsrin müqaviləsi”: neft sənayesinin yeni inkişaf mərhələsi”, “Gələcək tədqiqatlar: yeni yollar, yeni imkanlar”, “”Axtarış-kəşfiyyat işlərində yeni uğurlar”, “Əsrin müqaviləsi”ndən bu günədək addım-addım...”, “Dəniz yataqlarında yeni quyular istismara verilir”, “Qazmada innovativ texnologiyalar və mütərəqqi metodlar”, “Aliyə”: Süni zəkaya əsaslanan təhlillər”, “Qazmada modernləşmə, hasilata təsir edən müsbət amillər...” kimi sərlövhəli məqalələr Neftçilər Günü ilə bağlı son bir ildə görülən işlərin qısa hesabatını və növbəti ilin hədəflərini açıqlayır.

Xüsusi buraxılışın son səhifəsində əksini tapan ümummilli lider Heydər Əliyevin “Azərbaycanın böyük neft və qaz sərvətlərinə malik olması bizim xalqımızın xoşbəxtliyidir və bu gün üçün, xalqımızın yaxşı yaşaması üçün, ölkəmizin inkişaf etməsi üçüın ən əsas amildir” fikri malik olduğumuz təbii resurslardan səmərəli istifadənin ölkəmizə qazandırdığı uğurlara və onların fonunda perspektivlərə bələdçilik edir.

Bu uğurlar fonunda çoxminli neftçi ailəsini bayram münasibətilə təbrik edir, onlara bol-bol uğurlar, Azərbaycanın yeni-yeni hədəflərə doğru irəliləməsində əhəmiyyətli rola malik olan neft strategiyasının uğurlu icrasına töhfələrinin davamlı olmasını arzulayırıq.

 
  • Oxunub:  1620  |  
  • Tarix:  20-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

22 Oktyabr 22:09
Polşada keçirilən rəsm müsabiqəsində Azərbaycan da iştirak edib
22 Oktyabr 21:28
“Rossiya-24” telekanalının reportajında Azərbaycan Prezidentinin tələbə bileti nümayiş olunub
22 Oktyabr 21:23
Xırdalanda gənc alimlərin məktəblərlə əməkdaşlığı müzakirə olunub
22 Oktyabr 21:17
Ankarada fəaliyyət göstərən Heydər Əliyev adına orta məktəbdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
22 Oktyabr 20:49
“İnnovasiya həftəsi” çərçivəsində “İnnovasiya ekosisteminə siyasi baxış” mövzusunda dəyirmi masa keçirilib
22 Oktyabr 20:38
Azərbaycanın tolerantlıq və multikulturalizm təcrübəsinin təbliği məsələləri müzakirə olunub
22 Oktyabr 20:35
İstanbulda “Türk dünyasının görkəmli ictimai-siyasi xadimi – Əhməd bəy Ağaoğlu” elmi konfransına yekun vurulub
22 Oktyabr 20:33
Azərbaycan Bakı-Tbilisi-Qars dəmir yolu ilə sərnişin daşınmasına tam hazırdır
22 Oktyabr 20:22
Prezident İlham Əliyev Şahin Mustafayevi yeni vəzifəyə təyin olunması ilə əlaqədar qəbul edib
22 Oktyabr 17:46
Bahar Muradova: Azərbaycan dövləti hər zaman olduğu kimi bu cür hərəkətlərin qiymətini hüquqi müstəvidə verməklə yanaşı, öz yoluna davam edəcək
22 Oktyabr 17:38
Yaxın Şərqdə geosiyasi dinamikada yeni mərhələ: Türkiyə faktorunun təsiri
22 Oktyabr 17:35
Akademik Gövhər Baxşəliyeva: Biz hamımız vahid komandanın üzvləriyik
22 Oktyabr 17:31
Mədəni İrsin Qorunması, İnkişafı və Bərpası üzrə Dövlət Xidmətinin regional idarələri yaradılacaq
22 Oktyabr 17:30
Ölkə başçısı tarix-mədəniyyət qoruqlarının yaradılması haqqında Sərəncam imzalayıb
22 Oktyabr 17:22
Polis Akademiyasını bitirmiş 45 nəfərin zabit yerlərinə təyin edilmələrinə həsr olunmuş tədbir keçirilib
22 Oktyabr 17:19
Pekində əcnəbi jurnalistlər üçün “Bir kəmər, bir yol” informasiya şəbəkəsi çərçivəsində ikinci tədris proqram-seminarı açılıb
22 Oktyabr 17:13
İkinci “Bakı Elektron Ticarət Forumu” davam edir
22 Oktyabr 17:11
Dövlət Komitəsində vətəndaşların növbəti qəbulu keçirilib
22 Oktyabr 17:08
Bakı Limanı ilə Aktau və Kurik limanları bilet satışlarını vahid onlayn rejim üzərindən aparacaq
22 Oktyabr 17:07
Suraxanı rayonunda Nəsiminin 650 illik yubileyinə həsr olunmuş elmi sessiya keçirilib
22 Oktyabr 17:03
Prezident İlham Əliyev Macarıstanın milli bayramı münasibətilə Prezident Yanoş Aderi təbrik edib
22 Oktyabr 16:58
Ziyafət Əsgərov: Azərbaycan bundan sonra da inkişaf edəcək və dünyanın ən seçilən dövlətlərindən biri olacaq
22 Oktyabr 16:55
Hikmət Babaoğlu: Belə təxribatlar nə qədər cox olacaqsa, Azərbaycan xalqı radikalları bir o qədər də küncə sıxışdıracaq (VİDEO)
22 Oktyabr 16:53
Eldar İbrahimov: Azərbaycan xalqı onları yaxşı tanıyır
22 Oktyabr 16:51
Siyavuş Novruzov: Hər kəs qanunsuz aksiyalar keçirməklə qarşıdurma yaratmaq istəyənlərin hərəkətlərinə münasibət bildirməlidir
22 Oktyabr 16:32
Lənkəranda çoxmənzilli binaların dam örtükləri dəyişdiriləcək
22 Oktyabr 16:04
Azərbaycan Prezidenti rusiyalı həmkarına başsağlığı verib
22 Oktyabr 15:55
Nigar Arpadarai: Formula 1 yarışına dördgünlük biletlər 20 faiz endirimlə təklif edilir
22 Oktyabr 15:53
Soçidə Rusiya və Türkiyə prezidentlərinin görüşü keçirilir
22 Oktyabr 15:38
Gəncə-Qazax iqtisadi rayonundakı sahibkarlara 631 min manat güzəştli kredit verilib
22 Oktyabr 15:21
Yeni Azərbaycan Partiyası Gəncə şəhər təşkilatında “Vikipediya” Metodik Mərkəzi yaradılıb
22 Oktyabr 15:15
Azərbaycanda ilk dəfə “StartupFest 2019” adlı beynəlxalq startap festivalı keçiriləcək
22 Oktyabr 15:08
Prezident İlham Əliyevin müəllifi olduğu yeni islahatlar strategiyası inkişafı sürətləndirməkdədir
22 Oktyabr 14:55
Azərbaycan Teatr Xadimləri İttifaqının XIV konfransı keçirilib
22 Oktyabr 14:43
Sofiyada Cəlil Məmmədquluzadənin həyat və yaradıcılığına həsr olunan dəyirmi masa təşkil olunub
22 Oktyabr 14:15
Siyavuş Novruzov: Heydər Əliyev heç bir təhlükə və təhdidin onu yolundan çəkindirməyəcəyini qayıdışı ilə hər kəsə sübut etdi
22 Oktyabr 14:00
Yaxın günlərdə daha 121 şəhidin 177 vərəsəsinə birdəfəlik ödəmə veriləcək
22 Oktyabr 13:41
Rövzət Qasımov Mərkəzi Seçki Komissiyasına üzv təyin edilib
22 Oktyabr 13:35
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşünə 60-a yaxın ölkənin dövlət və hökumət başçısı qatılacaq
22 Oktyabr 13:33
Azərbaycan ilə Rusiyanın Primorsk diyarı arasında əməkdaşlığın perspektivləri müzakirə olunub
22 Oktyabr 13:29
Monitorinq insidentsiz başa çatıb
22 Oktyabr 13:27
Qoşulmama Hərəkatının XVIII Zirvə Görüşündə 158 ölkə və beynəlxalq təşkilatın nümayəndələrinin iştirakı təsdiqlənib
22 Oktyabr 13:01
Formula 1 Azərbaycan Qran-Prisinə bilet satışına start verilib
22 Oktyabr 12:58
Naxçıvan Dövlət Universitetində “Akademik İsa Həbibbəyli-70” mövzusunda elmi konfrans keçirilib
22 Oktyabr 12:56
Yubiley “BakuBuild 2019” sərgisi açılıb
22 Oktyabr 12:51
Maksim Şevçenko: Aİ Azərbaycandakı aksiyadan narahatlıq ifadə etməkdənsə, İspaniya hökumətinə qarşı bəyanatlar versin
22 Oktyabr 12:48
Bu il TANAP-la 1,8 milyard kubmetrədək təbii qaz nəql olunub
22 Oktyabr 12:42
Brüsseldə Pan Avropa Regional Şurasının İcraiyyə Komitəsinin iclası keçirilib
22 Oktyabr 12:38
Milli Məclisin növbəti plenar iclası keçirilir
22 Oktyabr 12:16
Azərbaycana 10 min tonadək çay idxal edilib
22 Oktyabr 12:13
Oktyabrın 29-da Belarusda Azərbaycan Gəncləri Günlərinə start veriləcək
22 Oktyabr 12:06
Azərbaycanı səsimizlə birinci edək
22 Oktyabr 11:57
Pekində Azərbaycan və Çin Müdafiə nazirlərinin görüşü keçirilib
22 Oktyabr 11:40
Azərbaycanın şimal rayonlarında 12 modul tipli yeni məktəb binası quraşdırılır
22 Oktyabr 11:28
Giorgi Qaxariya: Regionda həyata keçirilən layihələrin çox böyük əhəmiyyəti var
22 Oktyabr 11:05
Beynəlxalq Enerji Agentliyi: "Cənub Qaz Dəhlizi" Avropaya tədarükün təhlükəsizliyinin təmin olunmasında vacib amil olacaq
22 Oktyabr 10:52
UEFA Çempionlar Liqası: bu gün üçüncü tura start verilir
22 Oktyabr 10:51
Təhsil Nazirliyi yanında İctimai Şuranın Əsasnaməsi qəbul edilib
22 Oktyabr 10:48
Mirzəcan Xəlilov: Azərbaycan sosial-iqtisadi sahədə inkişafını uğurla davam etdirir
22 Oktyabr 10:38
Sahibə Qafarova: İmkan vermək olmaz ki, xaricdən tapşırıq alan hansısa qruplar ölkəmizdəki sabitliyə xələl yetirsin
22 Oktyabr 10:34
“Üçüncü Tbilisi İpək Yolu Beynəlxalq Forum”u işə başlayıb
22 Oktyabr 10:21
Bu gün Milli Məclisin növbəti plenar iclası keçiriləcək
22 Oktyabr 10:19
Sevinc Fətəliyeva: Radikal müxalifətin bütün fəaliyyəti xalqın deyil, şəxsi maraqların təminatına, ölkədəki sabitliyin pozulmasına istiqamətlənib
22 Oktyabr 10:17
İradə Hüseynova: Biz Liderimizin ətrafında daha da sıx birləşməli, ziyalı olaraq dövlətimizin başçısına hər zaman dəstək olmalıyıq
22 Oktyabr 10:14
Naqif Həmzəyev: Xalq dağıdıcı müxalifətin pafoslu çağırışlarını rədd edir
22 Oktyabr 09:50
Azərbaycan Prezidenti İlham Əliyev MDBMİ-ni yubiley münasibətilə təbrik edib
22 Oktyabr 09:46
Yaponiya paytaxtında İmperator Naruhitonun taxta çıxması mərasimi keçiriləcək
22 Oktyabr 09:40
Azərbaycan ilə Meksika gömrük məsələlərində qarşılıqlı inzibati yardıma dair saziş imzalayacaq
22 Oktyabr 09:34
YAP Nərimanov rayon təşkilatının Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi üzrə ərazi ilk partiya təşkilatında tədbir keçirilib
22 Oktyabr 09:33
Azərbaycan dünyada 20 ən islahatçı ölkə sırasında yer alır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA