Ana səhifə »  Qəzetin pdf formatı »  Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır
A+   Yenilə  A-
Bakı dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır

“The Economist Intelligence Unit” analitik mərkəzi ilə “The Economist” jurnalının birgə hazırladığı hesabatda Bakı şəhəri “Təhlükəsiz şəhərlər indeksi 2019” (Safe Cities Index) reytinqinə görə dünyanın 60 ən təhlükəsiz şəhəri sırasındadır. Hesabatda Bakı şəhəri 56,4 balla qiymətləndirilərək 49-cu yerdə qərarlaşıb. Reytinqdə göstərilən şəhərlər rəqəmsal təhlükəsizlik, infrastruktur təhlükəsizliyi, səhiyyə və şəxsi təhlükəsizlik olmaqla dörd göstərici üzrə 57 indikatora əsasən dəyərləndirilib. AZƏRTAC bununla bağlı İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) media mütəxəssisi Nərmin Rəhimlinin şərhini təqdim edir.

Dünyada urbanizasiyanın səviyyəsi get-gedə yüksəlməkdədir. Araşdırmalara görə, hazırda 56 faiz təşkil edən urbanizasiyanın 2050-ci ilədək 68 faizə çatacağı gözlənilir. Şəhərləşmənin bu cür sürətli artımı özü ilə birgə iqtisadi və sosial risklər doğurur. Belə artımın qarşısının alınması və statistik göstəricilərin planlaşdırılmış səviyyədə dəyişməsi ölkələrin prioritet məsələlərindəndir. Respublikamızda aparılan islahatlar, müəyyən edilmiş yol xəritələrində də bu proseslərin nəzarət altında saxlanıldığını müşahidə edə bilərik. Azərbaycanda urbanizasiyanın səviyyəsi 53 faiz təşkil edir. Bu ilin yanvarına olan statistik məlumata əsasən, Bakı şəhərinin əhalisinin sayı 2 milyon 277 min nəfər təşkil edir.

BMT-nin hesablamalarına görə, dünyada əhalisi 150 min nəfərdən çox olan 4416 şəhər var. Bunlardan yalnız 60-ı “Təhlükəsiz şəhərlər indeksi 2019”da qiymətləndirilib. Postsovet məkanından yalnız iki şəhər - Bakı və Moskva bu siyahıda qiymətləndirilmək səviyyəsinə yüksəlib. Bu da Bakının bir şəhər kimi dünyanın mühüm siyasi, iqtisadi, mədəni, tarixi və idman mərkəzlərindən biri olduğunu göstərir.

Rəqəmsal təhlükəsizlik

“Təhlükəsiz şəhərlər indeksi 2019” hesabatında rəqəmsal təhlükəsizlik üzrə qiymətləndirmədə Bakı 51,7 balla 46-cı yerdə qərarlaşıb. Son illər Bakıda keçirilən kibertəhlükəsizlik və internetdən təhlükəsiz istifadə təlimləri, Azərbaycanın dünyada ilk dəfə mobil rezidentlik və ikinci dəfə elektron rezidentlik təqdim edən ölkə olması, dövlət-özəl dialoqu platforması olan “Azranking.az” portalının yaradılması, “ASAN İmza” və “Elektron imza” vasitəsilə həyata keçirilən prosedurlar, aparılan islahatlar nəticəsində müxtəlif sahələrdə elektron müraciət sistemlərinin tətbiqi, həmçinin dövlət və özəl sektorun bütün sahələrində texnologiyadan yüksək səviyyədə istifadə Bakının bu meyar üzrə qiymətləndirilməsinin göstəricisidir. Həmçinin Bakı şəhərində internetin əlçatanlığını, uyğun qiymətli və yüksəksürətli olmasını, şəhərin müxtəlif yerlərində pulsuz mövcudluğunu bu göstəricidə qeyd etmək olar.

İnfrastruktur təhlükəsizliyi

Bakı “Təhlükəsiz şəhərlər indeksi 2019” reytinqində infrastruktur təhlükəsizliyi göstəricisi üzrə siyahıda 46,3 balla 54-cü yerdə qərarlaşıb. İqtisadiyyatın inkişafının səmərəliliyi, əhalinin həyat şəraitinin yaxşılaşması birbaşa infrastrukturun inkişaf səviyyəsindən asılıdır. Hazırda Bakıda yol infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı həm beynəlxalq qurumların maliyyə dəstəyi, həm də dövlət büdcəsi hesabına irimiqyaslı layihələr icra olunur. Yol, infrastruktur, elektrik enerjisi ilə təchizat, qazlaşdırma, su və kanalizasiya infrastrukturu layihələri – bütün bunlar Prezident İlham Əliyevin diqqət mərkəzindədir və son illər bu istiqamətdə çox ciddi addımlar atılır. Bakıda beynəlxalq standartlara cavab verən infrastruktur (nəqliyyat, şose yolları, maddi-texniki təchizat, telekommunikasiya, su təchizatı) mövcuddur. Böyük avtomobil yolları, həmçinin küçə və prospektlər, avtomobil magistrallarında körpülər, piyada keçidləri tikilib əhalinin istifadəsinə verilib. Azərbaycanda son 15 ildə 15 min kilometr yol və avtomagistrallar çəkilib. Bu yaxınlarda ölkə başçısının iştirakı ilə Bakıda Mərdəkan-Qala yolunun açılışı olub.

Yeri gəlmişkən, Davos Dünya İqtisadi Forumunun hesablamalarına əsasən, Azərbaycan yollarının keyfiyyətinə görə dünyada 34-cü yerdədir.

Şəhər və şəhərətrafı kəndlərin mövcud yollarının beynəlxalq standartlara cavab verəcək şəkildə əsaslı təmiri, nəqliyyatın sıxlıq təşkil etdiyi yerlərdə alternativ yolların istifadəyə verilməsi, şəhər sakinlərinin güzəştli şərtlərlə sosial yaşayış evləri ilə təmin olunmasının təşkili ölkəmizdə əhalinin yaşayış təhlükəsizliyinə göstərilən diqqətin bariz nümunələrindəndir. “Təhlükəsiz şəhərlər indeksi” reytinqində infrastruktur təhlükəsizliyi üzrə bu meyarlar diqqətə alınıb.

Bundan əlavə, Bakı şəhərində biri daxili, digəri beynəlxalq uçuşlar üçün olan iki böyük terminal mövcuddur. 2011-ci il martın 17-də Prezident İlham Əliyevin iştirakı ilə təməli qoyulan və 2014-cü il aprelin 23-də açılışı baş tutan, möhtəşəmliyi və texnologiya baxımından dünyada seçilən hava limanlarından olan Heydər Əliyev Beynəlxalq Aeroportu hər il milyonlarla turistin Bakıya gəlişini təmin edir, o cümlədən tranzit uçuşları həyata keçirir.

Səhiyyə təhlükəsizliyi

Reytinqdə Bakı şəhəri səhiyyə təhlükəsizliyi üzrə göstəricidə 64 balla qiymətləndirilərək 41-ci yerdə qərarlaşıb. Son illər ölkəmizdə 600-dən çox tibbi müəssisə tikilib və ya əsaslı təmir olunub. Bu müəssisələrin böyük əksəriyyəti, texnika və mütəxəssis təminatı baxımından ən yüksək göstəricilərə malik olanları məhz əhalinin sıxlıq təşkil etdiyi Bakı şəhərində yerləşir.

Prezident İlham Əliyevin şəxsi təşəbbüsü ilə tətbiq olunan və hər il 5 milyondan çox vətəndaşımızın istifadə etdiyi pulsuz müayinə xidmətlərini paytaxtımızın səhiyyə təhlükəsizliyinə dair siyahıda 64 balla qiymətləndirilməsinin səbəblərindən biri kimi qeyd etmək olar.

Azərbaycan Birləşmiş Millətlər Təşkilatının “İnsan inkişafı indeksi” (Human Development Index) reytinqində 189 ölkə arasında 80-ci yerdə qərarlaşıb. Hesabatda Azərbaycanın indeksi 0,757 baldır ki, bu da ölkəmizdə insan kapitalının və sağlamlığının yüksək səviyyəsinin göstəricisidir. BMT-nin “İnsan inkişafı indeksi” əhalinin həyat səviyyəsinin, savadlılıq və uzunömürlülük səviyyəsinin insan potensialını səciyyələndirən əsas göstəriciləri kimi hesablanır.

Bundan əlavə, əhalinin sağlamlığının qorunması məqsədilə tibbi xidmətlərin keyfiyyətinin və səmərəliliyinin artırılması istiqamətində həyata keçirilən böyük layihələrdən biri də Azərbaycan Respublikası Prezidentinin 2016-cı il 24 noyabr tarixli Fərmanına əsasən yaradılan “İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi”dir. 2020-ci ilin yanvarından qüvvəyə minəcək İcbari Tibbi Sığortanın xidmətlər zərfinin baza hissəsi bütün ölkə vətəndaşları üçün Maliyyə Nazirliyi tərəfindən ödəniləcək.

Azərbaycan əhalisinin sağlamlığının daha da yaxşılaşdırılması məqsədilə mütəmadi olaraq yeni layihələr və strategiyalar işlənib hazırlanır. Bakı əhalisinin sağlamlığının statistikasına nəzər salsaq görərik ki, Avropanın əksər şəhərlərində kütləvi yayılan qızılca xəstəliyi şəhərimizdə dəfələrlə az müşahidə olunur. Bu tip yoluxucu xəstəliklərin qarşısının alınması məqsədilə Səhiyyə Nazirliyi tərəfindən uşaqların peyvəndlənməsi istiqamətində işlər gücləndirilib.

Bakıda səhiyyə təhlükəsizliyinin inkişafını sübut edən məqamlardan biri də bu il fevralın 3-də Respublika Müalicəvi Diaqnostika Mərkəzində ağır ürək və ağciyər çatışmazlığı diaqnozu təyin edilmiş xəstəyə süni ürək implantasiyasının uğurla həyata keçirilməsi olub.

Dövlət başçısının səhiyyəyə göstərdiyi diqqət və qayğı ölkə əhalisinin demoqrafik və statistik göstəricilərinin daha da yaxşılaşmasına səbəb olub. Son 10 ildə Bakıda ölüm göstəriciləri azalıb, doğum və bununla bərabər təbii artım göstəricisi isə yüksəlib. Qeyd edək ki, Bakı şəhəri bu göstərici ilə Avropa şəhərləri arasında ön sıralarda gedir.

Reytinqin səhiyyə təhlükəsizliyi bölümündə qeyd olunan digər göstərici də şəhərlərdə havanın keyfiyyətidir. Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühit üzrə Milli Monitorinq Departamentinin mütəxəssisləri tərəfindən Bakı şəhərində keçirilmiş müşahidələrin nəticələri atmosfer havasının ekoloji keyfiyyətində yaxşılaşmaya doğru tendensiyanın olduğunu göstərir.

Həmçinin Bakı şəhərində əhalinin içdiyi suyun “İçməli su” standartına cavab verməsi məqsədilə Mərkəzi Laboratoriya fəaliyyət göstərir ki, bu da ölkəmizdə emal edilən suyun keyfiyyət göstəricilərinin Ümumdünya Səhiyyə Təşkilatı, Avropa İttifaqı standartlarının tələblərinə uyğunlaşmasına şərait yaradır.

Şəxsi təhlükəsizlik

“Təhlükəsiz şəhərlər indeksi 2019” reytinqində Bakı şəxsi təhlükəsizlik indikatoru üzrə 63,7 balla qiymətləndirilərək 49-cu yerdə qərarlaşıb. Paytaxtımızda yerli əhalinin və ölkəyə gələn turistlərin şəxsi təhlükəsizliyi hüquq-mühafizə orqanları tərəfindən yüksək səviyyədə təmin olunur. Daxili İşlər Nazirliyi vətəndaşların odlu silah əldə etməsinə qanunla ciddi nəzarət edir. Bu səbəbdən də Bakıda odlu silahlarla törədilən cinayətlər Avropanın digər şəhərlərindən qat-qat azdır.

Ölkəmizdə gender bərabərliyinin tamamilə təmin olunduğu dövlət müəssisələrində və özəl müəssisələrdə, ölkə idarəetməsində fəaliyyət göstərən qadınların sayının kifayət qədər yüksək olması dünyanın bir çox ölkələrinə nümunə ola biləcək göstəricidir.

Son illər Bakıda keçirilən Avropa Oyunları, İslam Həmrəyliyi Oyunları, Formula 1 yarışları, UEFA Avropa Liqası, Avropa Gənclər Olimpiya Festivalı kimi beynəlxalq əhəmiyyətli idman yarışlarında təhlükəsizlik tam təmin olunub. Paytaxtımızda son illər heç bir terror aktının baş verməməsi, yerli sakinlərin, həmçinin xarici vətəndaşların şəxsi təhlükəsizliyinə mane ola biləcək hər hansı riskin olmaması daxili işlər orqanlarımızın fəaliyyətinin ürəkaçan nəticəsidir.

Bakı ilə yanaşı, reytinqə ilk dəfə olaraq Dubay, Kopenhagen, Laqos şəhərləri də daxil edilib. Reytinqdə birinci yeri Tokio tutub. Daha sonra ardıcıllıqla Sinqapur, Osaka, Amsterdam və Sidney şəhərləri qərarlaşıb.

Beləliklə, Bakı və onun qəsəbələrinin sosial-iqtisadi inkişafına dair qəbul edilmiş dövlət proqramının icrası nəticəsində şəhərimiz ildən-ilə inkişaf edir, əhalinin sosial rifahı yüksəlir, milyonlarla turistin diqqətini cəlb edir, dünyanın ən məşhur nəşrlərində paytaxtımız haqqında məqalələr yazılır. Elə “Təhlükəsiz şəhərlər indeksi 2019” reytinqində Bakının bu il ilk dəfə mövqe tutması da ölkə başçısının həyata keçirdiyi uğurlu iqtisadi-sosial siyasətin nəticəsidir.

 
  • Oxunub:  1980  |  
  • Tarix:  21-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub

18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb
18 Oktyabr 17:05
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib
18 Oktyabr 17:00
Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
18 Oktyabr 16:51
İlk dəfə Azərbaycanın turizm potensialı Sinqapurda təbliğ edilib
18 Oktyabr 16:50
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
18 Oktyabr 16:47
MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb
18 Oktyabr 16:43
Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
18 Oktyabr 16:40
Naqif Həmzəyev: Ölkədə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb
18 Oktyabr 16:38
Rauf Əliyev: Bu gün müstəqil Azərbaycan dünyada söz sahibi olan dövlətdir
18 Oktyabr 16:33
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib
18 Oktyabr 16:25
İlham Məmmədov: Azərbaycan öz dinamik inkişafını bundan sonra da uğurla davam etdirəcək
18 Oktyabr 16:15
Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu keçirilir
18 Oktyabr 16:11
Doqquz ayda dəmir yolu ilə 2,5 milyon sərnişin daşınıb
18 Oktyabr 16:08
Rabatda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə rəsmi qəbul təşkil edilib
18 Oktyabr 15:36
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib
18 Oktyabr 15:05
Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər
18 Oktyabr 14:57
BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib
18 Oktyabr 14:44
18 oktyabr 1991-ci il - Naxçıvandan başlanan müstəqillik uğrunda siyasi mübarizənin təntənəsi
18 Oktyabr 14:39
“Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dəyirmi masa keçirilib
18 Oktyabr 14:35
XİN: Azərbaycan hər zaman Ukraynanın etibarlı və yaxın dostu olub
18 Oktyabr 14:27
Azərbaycan ilə Namibiya arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike imzalanıb
18 Oktyabr 14:15
Siyavuş Novruzov: Biz müstəqil dövlətimizə xidməti sözdə deyil, əməlimizlə təsdiq edirik
18 Oktyabr 14:11
Fəzail İbrahimli: 18 oktyabr 1991-ci il Azərbaycan tarixində mühüm yer tutur
18 Oktyabr 14:10
YAP İcra Katibliyində 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirilib
18 Oktyabr 13:58
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
18 Oktyabr 13:55
Düşənbədə MDB gömrük orqanlarının əməkdaşlıq məsələləri müzakirə edilib
18 Oktyabr 13:01
“Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib
18 Oktyabr 12:45
1991- ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir
18 Oktyabr 12:41
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir
18 Oktyabr 12:37
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18 Oktyabr 12:15
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18 Oktyabr 12:06
Ukrayna telekanalında Azərbaycanla bağlı geniş veriliş yayımlanıb
18 Oktyabr 11:57
Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 11:55
Azərbaycanda 18,1 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib
18 Oktyabr 11:48
Parlamentlərarası İttifaqın komitə iclasında humanitar fəlakət mövzusunda müzakirələr aparılıb
18 Oktyabr 11:44
Sahibə Qafarova: Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır
18 Oktyabr 11:33
Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar
18 Oktyabr 11:29
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
18 Oktyabr 11:24
“TÜRKSOY-25: şərəfli yolun astanasında” kitabı işıq üzü görüb
18 Oktyabr 11:08
Metrodan istifadə edənlərin sayı artıb
18 Oktyabr 11:01
İsveçrədən geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək
18 Oktyabr 10:58
Türkdilli xalqların teatr ənənələri və onların modifikasiya problemləri müzakirə olunub
18 Oktyabr 10:20
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 10:07
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub
18 Oktyabr 10:06
18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
18 Oktyabr 10:02
Muxtar respublikada payızlıq taxıl əkini aparılır
18 Oktyabr 10:00
BSU-da tədbir: 50 il qüdrətli Azərbaycan naminə
18 Oktyabr 09:55
Hikmət Babaoğlu: Ölkəmizdə əldə edilən uğurlar aparılan düzgün siyasətin nəticəsidir

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA
Bakı
gündüz+23 +26
gecə+15 +18