Ana səhifə »  Qəzetin pdf formatı »  Vüqar Rəhimzadə: "Əsrin müqaviləsi" Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı
A+   Yenilə  A-
Vüqar Rəhimzadə: "Əsrin müqaviləsi" Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı

Təkcə çoxminli neftçi ailəsinin deyil, bütün Azərbaycan xalqının bayramı olan «Əsrin müqaviləsi»nin imzalanmasından ötən 25 il ölkəmizin neft-qaz sənayesinin tarixində mühüm uğurlarla yadda qalıb. Dəfələrlə qeyd edildiyi kimi, ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının əsas tərkib hissəsi olan «Əsrin müqaviləsi» imzalanmasaydı, bu gün Azərbaycanın hansı iqtisadi çətinliklər içərisində olduğunu təsəvvür etmək çətin deyildi. «Əsrin müqaviləsi» ilk öncə Azərbaycanın dövlət müstəqilliyini möhkəmləndirdi.

Ölkəmizdə yaradılan ictimai-siyasi sabitlik, əlverişli investiya mühiti Azərbaycanı riskli ölkə kimi dəyərləndirib iqtisadiyyatımıza sərmayə yatırmaqda tərəddüd edən dövlətlərin, şirkətlərin narahatlığına son qoydu. Ulu öndər Heydər Əliyevin «açıq qapı» siyasəti, bu siyasətin əsas tərkib hissəsi kimi xarici investorlara ölkə iqtisadiyyatına qoyacaqları sərmayələrin təhlükəsizliyinə təminatın verilməsi Azərbaycanla iqtisadi əlaqələrin qurulmasında maraqlı olan dövlətlərin, şirkətlərin sayının daha da artmasına gətirib çıxardı. «Əsrin müqaviləsi» Azərbaycana yeni dostlar, tərəfdaşlar qazandırdı. Məhz bunun bariz nümunəsidir ki, həmin müqavilənin imzalanmasından sonra bu günə qədər 36 saziş imzalanıb.

Bu fikirləri YAP Siyasi Şurasının üzvü, «İki sahil» qəzetinin baş redaktoru Vüqar Rəhimzadə Trend-ə açıqlamasında «Əsrin müqaviləsi»nin 25 illiyi və Neftçilər Günü münasibətilə keçirilən mərasimdə dövlətimizin başçısı İlham Əliyevin reallıqlara söykənən, bugünümüzün uğurlu inkişafının aydın mənzərəsini yaradan nitqini şərh edərkən bildirib.

V.Rəhimzadə qeyd edib ki, ölkə Prezidenti İlham Əliyev mərasimdə bir daha ümummilli lider Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurları fonunda hədəfləri açıqlayıb və bu əminliyi ifadə edib ki, bundan sonra da neftin satışından əldə ediləcək gəlirlər, ilk növbədə, sosial məsələlərə, infrastruktur layihələrinə, iqtisadiyyatın şaxələndirilməsinə yönəldiləcək ki, Azərbaycanın uzunmüddətli və dayanıqlı inkişafı təmin edilsin.

«Ulu öndər Heydər Əliyev dünya təcrübəsinə əsaslanaraq səylərin birləşdirilməsinə, təcrübə mübadiləsinə əsaslanan «Əsrin müqaviləsi»nin imzalanmasına nail olmaqla, eyni zamanda, xalqımızın uzun illərdən bəri arzusunda olduğu öz təbii sərvətlərinin əsl sahibi olmaq istəyini gerçəkləşdirdi. Dövlətimizin başçısı İlham Əliyevin vurğuladığı kimi, məhz ümummilli lider Heydər Əliyevin cəsarəti, müdrikliyi sayəsində Azərbaycan özünü dünyaya təqdim edə bildi. Tarixdə ilk dəfə xarici şirkətlər Xəzər dənizində neft-qaz yataqlarının işlənilməsində iştirak etməyə başladılar» söyləyən V.Rəhimzadə qeyd edib ki, «Əsrin müqaviləsi» Azərbaycanı dünyaya investisiya üçün əlverişli ölkə kimi təqdim etdi. Həm Azərbaycan, həm də iştirakçı dövlətlər, xarici investorlar milyardlarla dollar gəlir əldə etdilər.

V.Rəhimzadə vurğulayıb ki, bu günümüzün reallıqlarında «Əsrin müqaviləsi»nin faydaları daha aydın görünür: “Neft gəlirlərinin idarə olunmasında şəffaflığın qorunması üçün yaradılan Dövlət Neft Fondunun vəsaitləri hesabına mühüm sosial-iqtisadi layihələr həyata keçirilir. Bu layihələr sırasında «Əsrin müqailvəsi»nin aktuallaşdırdığı kadr hazırlığı məsələsini xüsusi qeyd etməliyik. Dövrün tələblərinə uyğun olaraq təkmilləşmə, yeni texnologiyaların tətbiqi kadr hazırlığını bir tələb kimi ortaya qoydu. Dövlətimizin başçısı İlham Əliyev nitqində bu məsələyə xüsusi diqqət yönəldərək bildirib: «Əsrin kontraktı»nın ölkəmiz üçün, xalqımız üçün çoxşaxəli faydası var. Ancaq onlardan biri də kadr hazırlığıdır. Xatırlayıram, 1994-cü ildə kontraktın üzərində iş aparılarkən xüsusi qeyd edirdik ki, biz istəyirik kontraktda Azərbaycan vətəndaşlarının işə cəlb olunması məsələsi göstərilsin. Biz istəyirdik ki, bu, bir öhdəlik kimi konsorsiumun şirkətləri üzərinə qoyulsun ki, Azərbaycan mütəxəssisləri tədricən bütün əsas vəzifələrdə işləsinlər və belə də oldu. Əlbəttə ki, birinci illərdə xarici mütəxəssislər çoxluq təşkil edirdi. Ancaq xarici şirkətlər və Azərbaycan tərəfindən aparılmış təlim kursları çox güclü kadr potensialı yaratdı. Mənə verilən məlumata görə, bu gün bu təlimlərdən keçmiş mütəxəssislər BP şirkətinin nəinki Azərbaycanda, bir çox ölkələrdə önəmli layihələrində iştirak edirlər, önəmli vəzifələrdə çalışırlar. Bu gün “Azəri-Çıraq-Günəşli” neft yatağının işlənilməsində çalışanların 90 faizdən çoxu Azərbaycan vətəndaşlarıdır, yəni, bunu biz təmin etdik. Bu, çox böyük sərvətdir. Neft, qaz tükənən sərvətlərdir. İntellektual potensial, bilik, savad, səriştə, təcrübə isə dəyişməz sərvətdir".

Baş redaktor əlavə edib ki, məhz bu gün şəxələndirmə siyasətinə üstünlük verilməsi o illərdə qoyulan möhkəm təməlin, bu günümüzə hesablanmış inkişaf strategiyasının nəticəsidir: "Neft siyasətinin məntiqi davamı olaraq qeyri-neft sektorunun inkişafı istiqamətində davamlı addımlar atılır. Bazar iqtisadiyyatının aparıcı qüvvəsi kimi sahibkarlığın inkişafını təmin etmək məqsədilə regionların malik olduğu potensial imkanlardan səmərəli istifadə edilir, ən əsası infrastruktur yenilənir. Bu gün böyük fəxr hissi ilə qeyd edirik ki, paytaxt və bölgələrimiz arasında fərq aradan götürülüb. Azərbaycanın hər bölgəsi, kəndi və qəsəbəsi inkişaf dövrünü yaşayır. Son 16 ilə yaxın dövrün statistikasına diqqət yetirsək görərik ki, ümumi daxili məhsulda özəl bölmənin payı 85 faiz təşkil edir. Ölkə iqtisadiyyatına 250 milyard dollar vəsait qoyulub ki, bunun da böyük qismini xarici investisiyalar təşkil edir. Eyni zamanda, qürurverici haldır ki, bu investisiyalarda daxili investisiyaların da öz payı olmaqla yanaşı, bunlar qeyri-neft sektorunda əldə edilib. Dövlətimizin başçısı İlham Əliyev nitqində bu mühüm məqamı da xüsusi qeyd edib ki, bir çox hallarda neft xoşbəxtlik gətirmir, faciə, qarşıdurma, qeyri-bərabərlik, ədalətsizlik gətirir. Azərbaycanın timsalında neft xeyir gətirib. Çünki neftdən əldə edilmiş gəlirlər ümumi inkişafa sərmayə kimi qoyuldu. İqtisadi tərəqqi sosial məsələlərin həllinə geniş imkanlar açdı".

"Ölkə Prezidenti İlham Əliyevin bu çağırışlarına uyğun olaraq iqtisadi göstəricilər yalnız rəqəmlərdə deyil, insanların gündəlik həyatında öz əksini tapdı" söyləyən V.Rəhimzadə qeyd edib ki, əməkhaqlarının, pensiyaların, müxətlif kateqoriyalardan olan vətəndaşların aylıq maaşlarının mütəmadi olaraq artırılması, həmçinin ölkədə təhsilin inkişafı, kadr hazırlığının yüksək səviyyədə həyata keçirilməsi üçün təqaüd sisteminin təkmilləşdirilməsi, müharibədən əziyyət çəkən insanların müavinətlərinin artırılması və sair biri-birindən əhəmiyyətli addımlar «Əsrin müqaviləsi»nin iqtisadi əhəmiyyətini bir daha açıqlayır.

V.Rəhimzadə «Əsrin müqaviləsi»nin Azərbaycanın beynəlxalq nüfuzunun artmasında rolunu da xüsusi qeyd edib. Vurğulayıb ki, Azərbaycan bir daha etibarlı tərəfdaş kimi mövqeyini möhkəmləndirdi: ”Məhz bunun nəticəsidir ki, 2017-ci ildə daha mühüm sazişə imza atıldı. «Yeni əsrin müqaviləsi»nin imzalanması, 2018-ci ildə Cənub Qaz Dəhlizinin rəsmi açılışı, TANAP-ın istifadəyə verilməsi və sair kimi mühüm hadisələr Azərbaycanın dünyanın enerji siyasətində yeri və roluna aydınlıq gətirir. Dövlətimizin başçısının bildirdiyi kimi, yeni kontraktlar imzalanır, neft-qaz sənayesinə böyük maraq var. Azərbaycan beynəlxalq əməkdaşlıq, enerji sahəsində böyük uğurlar əldə edib”.
Baş redaktor qeyd edib ki, «Əsrin müqaviləsi»nin Azərbaycana qazandırdığı uğurların miqyası düşündüyümüzdən daha böyükdür: “Azərbaycan ulu öndər Heydər Əliyevin müəllifi olduğu neft strategiyasının uğurlarını yaşayır, bu strategiya hələ qarşıdakı onilliklərdə ölkəmizə daha böyük uğurlar gətirəcək. Azərbaycan təşəbbüsləri gerçəkliyə çevirməklə həm iqtisadi imkanlarını genişləndirir, həm də yeni tərəfdaşlar qazanır. Bu gün Azərbaycan xalqının dünyanın 10 xoşbəxt xalqı arasında xüsusi yer tutması təbii ki, böyük uğur olmaqla yanaşı, dövlətimizin həyata keçirdiyi siyasətin mərkəzində vətəndaş amilinin dayanmasına verilən böyük qiymətdir. O xalq xoşbəxtdir ki, onun bu gününü və gələcəyini özündə ehtiva edən siyasət həyata keçirilir. Azərbaycan dövlətinin qurucusu, ulu öndər Heydər Əliyevin iqtisadiyyatın inkişafında neft amilinə önəm verməklə Xəzər dənizini dünyaya açması xalqımızın xoşbəxt gələcəyini düşünməsindən irəli gəlib. Məhz bu uğurlara söykənərək dövlətimizin başçısı İlham Əliyev 2003-cü ildə keçirilən andiçmə mərasimində bildirib ki, Azərbaycanın daha qüdrətli, zəngin dövlətə çevrilməsi üçün Heydər Əliyev siyasəti davam etdirilməlidir”.

V.Rəhimzadə ulu öndər Heydər Əliyevin şah əsəri kimi dəyərləndirilən «Əsrin müqaviləsi»nin ardıcıllarının davamlı olacağını, beynəlxalq maliyyə qurumlarının proqnozlarında da qeyd edildiyi kimi, enerji layihələrindən dövlət büdcəsinə milyardlarla dollar vəsait daxil olması nəticəsində ölkəmizdə yoxsulluq səviyyəsinin tamamilə heçə enəcəyini bildirib. Azərbaycan dövlətinin həyata keçiridyi siyasətin əsasında «güclü dövlət, yüksək rifah» prinsipinin əsas götürülməsini şərtləndirən amillər sırasında neft strategiyasının rolu inkaredilməzdir.

 
  • Oxunub:  1410  |  
  • Tarix:  23-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub

18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb
18 Oktyabr 17:05
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib
18 Oktyabr 17:00
Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
18 Oktyabr 16:51
İlk dəfə Azərbaycanın turizm potensialı Sinqapurda təbliğ edilib
18 Oktyabr 16:50
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
18 Oktyabr 16:47
MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb
18 Oktyabr 16:43
Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
18 Oktyabr 16:40
Naqif Həmzəyev: Ölkədə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb
18 Oktyabr 16:38
Rauf Əliyev: Bu gün müstəqil Azərbaycan dünyada söz sahibi olan dövlətdir
18 Oktyabr 16:33
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib
18 Oktyabr 16:25
İlham Məmmədov: Azərbaycan öz dinamik inkişafını bundan sonra da uğurla davam etdirəcək
18 Oktyabr 16:15
Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu keçirilir
18 Oktyabr 16:11
Doqquz ayda dəmir yolu ilə 2,5 milyon sərnişin daşınıb
18 Oktyabr 16:08
Rabatda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə rəsmi qəbul təşkil edilib
18 Oktyabr 15:36
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib
18 Oktyabr 15:05
Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər
18 Oktyabr 14:57
BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib
18 Oktyabr 14:44
18 oktyabr 1991-ci il - Naxçıvandan başlanan müstəqillik uğrunda siyasi mübarizənin təntənəsi
18 Oktyabr 14:39
“Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dəyirmi masa keçirilib
18 Oktyabr 14:35
XİN: Azərbaycan hər zaman Ukraynanın etibarlı və yaxın dostu olub
18 Oktyabr 14:27
Azərbaycan ilə Namibiya arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike imzalanıb
18 Oktyabr 14:15
Siyavuş Novruzov: Biz müstəqil dövlətimizə xidməti sözdə deyil, əməlimizlə təsdiq edirik
18 Oktyabr 14:11
Fəzail İbrahimli: 18 oktyabr 1991-ci il Azərbaycan tarixində mühüm yer tutur
18 Oktyabr 14:10
YAP İcra Katibliyində 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirilib
18 Oktyabr 13:58
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
18 Oktyabr 13:55
Düşənbədə MDB gömrük orqanlarının əməkdaşlıq məsələləri müzakirə edilib
18 Oktyabr 13:01
“Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib
18 Oktyabr 12:45
1991- ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir
18 Oktyabr 12:41
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir
18 Oktyabr 12:37
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18 Oktyabr 12:15
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18 Oktyabr 12:06
Ukrayna telekanalında Azərbaycanla bağlı geniş veriliş yayımlanıb
18 Oktyabr 11:57
Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 11:55
Azərbaycanda 18,1 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib
18 Oktyabr 11:48
Parlamentlərarası İttifaqın komitə iclasında humanitar fəlakət mövzusunda müzakirələr aparılıb
18 Oktyabr 11:44
Sahibə Qafarova: Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır
18 Oktyabr 11:33
Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar
18 Oktyabr 11:29
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
18 Oktyabr 11:24
“TÜRKSOY-25: şərəfli yolun astanasında” kitabı işıq üzü görüb
18 Oktyabr 11:08
Metrodan istifadə edənlərin sayı artıb
18 Oktyabr 11:01
İsveçrədən geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək
18 Oktyabr 10:58
Türkdilli xalqların teatr ənənələri və onların modifikasiya problemləri müzakirə olunub
18 Oktyabr 10:20
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 10:07
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub
18 Oktyabr 10:06
18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
18 Oktyabr 10:02
Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA