Ana səhifə »  Qəzetin pdf formatı »  Cəmşid Naxçıvanski Muzeyi istifadəyə verilib
A+   Yenilə  A-
Cəmşid Naxçıvanski Muzeyi istifadəyə verilib

Sentyabrın 23-də Naxçıvan şəhərində Cəmşid Naxçıvanski Muzeyi istifadəyə verilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov açılışı bildirən lenti kəsib.

Ali Məclisin Sədri Azərbaycanın görkəmli hərb xadimi, Azərbaycan ilk milli atıcı diviziyasının komandiri olmuş general Cəmşid Naxçıvanskinin adını daşıyan muzeyin yenidənqurmadan sonra istifadəyə verilməsi münasibətilə kollektivi təbrik edib, muzeyin qurulmasında əməyi olanlara təşəkkürünü bildirərək deyib: Xalqımız qəhrəmanlığı və şücaəti ilə seçilən görkəmli sərkərdələri ilə tanınır. Böyük hərb sənətinə malik olan Azərbaycanda bu sənəti inkişaf və davam etdirən Naxçıvanskilər nəslinin nümayəndələri olan generalların mühüm xidmətləri vardır. Onlar şərəfli döyüş yolu keçmiş, gələcək nəsillər üçün nümunəvi vətənpərvərlik irsi qoyub getmişlər. Cəmşid Naxçıvanski də bu nəslin yetirdiyi altı generaldan biri olmuşdur.

Ali Məclisin Sədri deyib: Hər bir vətəndaşda vətənpərvərlik hissinin formalaşdırılması milli mənliyin inkişaf etdirilməsindən başlamalıdır. Özünü ölkəsinin əsl vətəndaşı hesab edən şəxs fəaliyyətini məhz xalqa və Vətənə layiqli xidmət istiqamətində qurmalıdır. Ümummilli lider Heydər Əliyev deyirdi: “Milli mənliyi olan şəxs milli həyatın heç bir hadisəsinə laqeyd qala bilməz. Vətən, torpaq məhəbbəti, millətin və xalqın qayğıları onun şəxsi istək və arzularını üstələyir, onu xalq üçün müəyyən fəaliyyət göstərməyə sövq edir”. Şərəfli döyüş yolu keçmiş general Cəmşid Naxçıvanski Vətən məhəbbətini şəxsi maraqlarından üstün tutan, yüksək ali keyfiyyətlərə malik, zəngin mənəviyyatlı sərkərdə kimi qısa ömrünə keşməkeşli hərb tarixini sığdırmağı bacarmış, sıravi əsgərdən general rütbəsinədək yüksəlmişdir.

Qeyd olunub ki, həyatının məqsədini Vətənə xidmətdə görən Cəmşid Naxçıvanski bir-birinə zidd olan üç quruluşda yaşamasına baxmayaraq, şərəfli zabit adına ləkə gətirməmiş, təmsil etdiyi nəslin və xalqın ləyaqətini qorumuşdur. O, bu yolda bütün çətinliklərə sinə gərmiş, peşəkar sərkərdə bacarığı və sədaqəti göstərmişdir. Azərbaycan Xalq Cümhuriyyətinin müdafiəsində iştirak etməsi, 1920-ci ilin əvvəllərində Dağlıq Qarabağda azərbaycanlı əhaliyə amansız divan tutan erməni quldur dəstələrini komandanlıq etdiyi alay tərəfindən darmadağın edilməsi və qısa müddətdə orada əmin-amanlıq yaratması xalqının müstəqilliyini sevən sərkərdə kimi Cəmşid Naxçıvanskinin şöhrətini daha da artırmışdır. Azərbaycan hərb tarixində Cəmşid Naxçıvanski ilk milli atıcı diviziyasını yaratmış və ona komandanlıq etmişdir.

Ali Məclisin Sədri deyib: Sovet hakimiyyəti illərində Azərbaycan xalqının repressiya qurbanı olmuş görkəmli nümayəndələrindən biri Cəmşid Naxçıvanski əsl bəraətini ümummilli lider Heydər Əliyevin ötən əsrin 70-ci illərində Azərbaycanda həyata keçirdiyi tarixi yaddaşa və milli soykökə qayıdış siyasəti nəticəsində almışdır. Cəmşid Naxçıvanskinin adının və xatirəsinin əbədiləşdirilməsi ilə bağlı 23 iyun 1971-ci il və 8 avqust 1981-ci il tarixlərində imzalanan qərarlar görkəmli sərkərdənin irsinə ulu öndər Heydər Əliyevin böyük ehtiramıdır. Bu tarixi qərarlarla Cəmşid Naxçıvanski adına Respublika Hərbi Təyinatlı Orta İnternat Məktəb, Naxçıvan şəhərində isə Cəmşid Naxçıvanski Muzeyi yaradılmış, bir məktəbə və küçəyə onun adı verilmişdir. 1982-ci ildən fəaliyyətə başlayan Cəmşid Naxçıvanski Muzeyi ötən müddət ərzində böyük sərkərdənin keçdiyi həyat yoluna aid tarixi sənədlərin, eksponatların qorunub saxlanılması, gələcək nəsillərə çatdırılması və təbliğində mühüm rol oynamışdır.

“Bu gün açılışına toplaşdığımız bu tarixi bina 3 əsrin tarixi yaddaşını qorumaqla, xalqın azadlıq və müstəqillik epopeyasına 1918-ci ildən 1920-ci ilədək fəaliyyət göstərmiş Araz-Türk Respublikası hökumətinin fəaliyyətini də yazmışdır. Bu muzeydə Cəmşid Naxçıvanski ilə bərabər xalqımızın 19-cu əsrin sonu və 20-ci əsrin əvvəllərindəki milli azadlıq və istiqlaliyyət uğrundakı mübarizəsində qəhrəmanlıq göstərən tarixi şəxsiyyətlərinin fəaliyyəti də əks olunur”, - deyən Ali Məclisin Sədri bildirib ki, Naxçıvan tarixinin, tanınmış hərb xadimlərinin irsinin qorunub saxlandığı Cəmşid Naxçıvanski Muzeyi xalqın tarixi yaddaş salnaməsi, eyni zamanda vətənpərvərlik təliminin, dövlətçilik ənənələrinin daşıyıcısı olan mədəniyyət mərkəzidir. Bu muzey həm də gələcək nəsillərin tərbiyəsi və vətənpərvərlik ruhunda yetişməsində mühüm əhəmiyyəti ilə seçilir. Buna görə də Cəmşid Naxçıvanski Muzeyi öz fəaliyyətini xalqımız qarşısında mühüm xidmətləri olan tanınmış şəxsiyyətlərin keçdiyi həyat yolu və Araz-Türk Respublikasının timsalında müstəqillik və dövlət quruculuğu tariximizi gənc nəslə təbliğ etməli, onların Vətənə məhəbbət ruhunda tərbiyəsinə öz töhfəsini verməlidir. Xalqımızın şanlı qəhrəmanlıq tarixi, ölkəmizin müstəqilliyi və suverenliyi yolunda misilsiz xidmət göstərən qəhrəmanları həmişə yaşayacaqlar!

Cəmşid Naxçıvanski Muzeyinin direktoru Abasət Nuriyev çıxış edərək deyib ki, muxtar respublikamızda geniş vüsət almış abadlıq-quruculuq işləri mədəniyyət sahəsini də əhatə edib. Qədim diyarımızda tarixi abidələr bərpa edilir, yeni muzeylər yaradılır, muzey fondları zənginləşdirilir. XX əsrin əvvəllərində Araz-Türk Respublikasının Naxçıvan şəhərindəki qərargahı, hazırda hərb tariximizdə xüsusi yeri olan Azərbaycanın görkəmli sərkərdəsi Cəmşid Naxçıvanski Muzeyinin binası XIX əsr tarix-mədəniyyət abidəsidir. Ötən əsrin 70-ci illərində əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulan siyasət - tarixi-mədəni irsimizin qorunması, tarixi şəxsiyyətlərimizin adının əbədiləşdirilməsi, onların cəmiyyətə tanıdılması siyasəti bu gün uğurla davam etdirilir. Cəmşid Naxçıvanski Muzeyi binasının yenidən qurulması da Naxçıvanın tarixinə, mədəniyyətinə, görkəmli tarixi şəxsiyyətlərinə diqqət və qayğının ifadəsidir. Abasət Nuriyev göstərilən diqqətə görə muzeyin kollektivi və naxçıvanskilərin tədqiqatçıları adından Ali Məclisin Sədrinə minnətdarlığını bildirib.

Sonra muzeyə baxış olub. Qeyd olunub ki, muzey 6 ekspozisiya zalı, fond və iş otaqlarından ibarətdir. Hazırda muzeyin fondunda 5400-ə yaxın eksponat vardır. Həmin eksponatlardan 500-ə yaxını ekspozisiya zalında nümayiş etdirilir. Cəmşid Naxçıvanskinin xatirəsinin əbədiləşdirilməsi, onun uşaqlıq və gənclik, həmçinin hərbi təhsil illəri, birinci Dünya müharibəsində iştirakı, Azərbaycan Xalq Cümhuriyyətinin təşkil etdiyi Milli Ordu quruculuğunda, Azərbaycanda Sovet hakimiyyəti qurulandan sonrakı dövrdə və Moskvada Frunze adına Hərbi Akademiyada hərbi-pedaqoji fəaliyyəti, təltifləri və repressiyaya məruz qalması, eləcə də generalın ailəsi və yaxın qohumları ilə bağlı sənədlər, kitablar, fotoşəkillər və digər eksponatlar müxtəlif bölmələrdə mühafizə edilir. Araz-Türk Respublikasının fəaliyyətindən bəhs edən bölmədə isə tədqiqat materialları və tarixi sənədlər nümayiş etdirilir.

Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsi tərəfindən Cəmşid Naxçıvanskinin həyat və fəaliyyətinin, eləcə də Araz-Türk Respublikasının öyrənilməsi və tədqiq olunması, gənclərin, o cümlədən Heydər Əliyev adına Hərbi Liseyin kursantlarının muzeyə ekskursiyalarının təşkili barədə tapşırıqlar verib.

Turizm Departamenti üçün müasir iş şəraiti yaradılıb

Naxçıvan Muxtar Respublikası Turizm Departamenti tarixi binada fəaliyyət göstərəcəkdir. Sentyabrın 23-də bu münasibətlə tədbir keçirilib.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov Turizm Departamenti üçün müasir iş şəraitinin yaradıldığını bildirib, bu münasibətlə kollektivi təbrik edərək deyib: Bu gün muxtar respublikanın turizm potensialının artırılması istiqamətində lazımi işlər görülür. Tarixi abidələrin bərpası və milli dəyərlərimizin qorunub yaşadılması turizmin inkişafına mühüm töhfə verir. Muxtar respublikanın turizm potensialının tanıdılması və təbliği məqsədilə yaradılmış Turizm Departamentinin nəzdində Turizm-İnformasiya Mərkəzi, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi və Milli Dəyərlər Muzeyi fəaliyyət göstərir. Turizm Departamenti və Milli Dəyərlər Muzeyi Naxçıvan şəhərinin qədim tarixi binasında, Turizm-İnformasiya Mərkəzi Zaviyyə-Mədrəsə binasında, “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi isə bərpa olunmuş qədim Buzxanada yerləşir. Bütün bunlar muxtar respublikada turizm potensialının düzgün təbliğinə hesablanıb. Ona görə də yaradılan şəraitdən səmərəli istifadə olunmalı, muxtar respublikaya turist təşviqi daha da artırılmalıdır.

Ali Məclisin Sədri deyib: 2019-cu ilin yanvar-avqust ayları ərzində dünyanın müxtəlif ölkələrindən muxtar respublikaya 250 minə yaxın turist gəlmişdir. Bunun bir hissəsi Turizm-İnformasiya Mərkəzinin apardığı işlər nəticəsində mümkün olmuşdur. Ona görə də muxtar respublikanın turizm potensialı, zəngin tarixi-mədəni irsi, mətbəxi və müasir inkişafı ilə bağlı informasiyalar internet üzərindən daha geniş yayılmalı və təbliğat işləri aparılmalıdır. Binada yaradılan şərait imkan verəcəkdir ki, bu vəzifələr uğurla yerinə yetirilsin. Çünki muxtar respublikaya turistlərin cəlbi digər sahələrin də inkişafına təsir edir. Eyni zamanda muxtar respublika barədə həqiqətlər, tariximiz, mədəniyyətimiz, milli dəyərlərimiz dünya ölkələrinə tanıdılır.

Ali Məclisin Sədri bir daha kollektivi təbrik edib və açılışı bildirən lenti kəsib. Bildirilib ki, binada Turizm Departamenti və “Naxçıvan Mətbəxi” Kulinariya Mərkəzi üçün iş otaqları, eləcə də 50 yerlik iclas zalı yerləşir.

Ali Məclisin Sədri iclas zalında turizm şirkətləri üçün təlim və seminarların, eləcə də ali təhsil müəssisələrinin Turizm və otelçilik ixtisası tələbələrinin iştirakı ilə görüşlərin keçirilməsi, muxtar respublikanın turizm potensialı barədə internet saytlarında və sosial şəbəkələrdə təbliğat işlərinin aparılması barədə tapşırıqlar verib.

Naxçıvan Muxtar Respublikası Turizm Departamentinin direktoru Əkbər Novruzov yaradılan şəraitə görə minnətdarlıq edib.

Həyətdə Möminə xatın və Nuh peyğəmbərin məzarüstü türbələrini, Naxçıvan Muxtar Respublikasının turist marşrutları xəritəsini əks etdirən panolar quraşdırılıb. Turist marşrutları xəritəsində 3 müxtəlif istiqamət üzrə 24 daşınmaz tarix-mədəniyyət abidəsi, 4 su dəyirmanı, 2 müalicə mərkəzi, 2 istirahət mərkəzi, 3 təbiət abidəsi, otel, çimərlik və muzey öz əksini tapıb.

Naxçıvan şəhərində Milli Dəyərlər Muzeyi fəaliyyətə başlayıb

Ümummilli liderimiz Heydər Əliyev deyib: “Biz milli dəyərlərimizi qorumalıyıq, saxlamalıyıq və gənc nəsli əsrlər boyu böyük sınaqdan keçmiş bu dəyərlər ruhunda tərbiyələndirməliyik”.

Ulu Öndərimiz ölkəmizə rəhbərliyi dövründə milli dəyərləri milli dövlət quruculuğunun aparıcı elementinə çevirib. Bu gün müstəqil Azərbaycanda və onun Naxçıvan Muxtar Respublikasında milli dəyərlərimiz qorunub yaşadılır. Sentyabrın 23-də Naxçıvan şəhərində yeni fəaliyyətə başlayan Milli Dəyərlər Muzeyi də bu sahədə görülən işlərin davamıdır.

Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri Vasif Talıbov muzeydə yaradılan şəraitlə maraqlanıb.

Məlumat verilib ki, muzey otaq və 3 ekspozisiya zalından ibarətdir. Hazırda muzeyin fondunda 236 eksponat vardır. Ekspozisiyada Azərbaycan Respublikasının Dövlət bayrağı, gerbi və Dövlət himninin mətni, milli geyimlərimiz və qədim mətbəx əşyalarımız, xalçalar və milli musiqi alətlərimiz nümayiş olunur. Milli sənətkarlıq nümunələrindən ibarət eksponatlar, muxtar respublikanın tarixi, mədəniyyəti, memarlıq abidələri, adət-ənənələri ilə bağlı çap olunmuş kitab və ensiklopediyalar, turizm potensialının təbliğinə dair bukletlər müxtəlif guşələrdə sərgilənir.

Ali Məclisin Sədri Azərbaycan Milli Elmlər Akademiyasının Naxçıvan Bölməsinə və Mədəniyyət Nazirliyinə muzey fondunun zənginləşdirilməsi barədə müvafiq tapşırıqlar verib.

Azərbaycan Milli Elmlər Akademiyası Naxçıvan Bölməsinin sədri, akademik İsmayıl Hacıyev tariximizin, görkəmli şəxsiyyətlərimizin və milli dəyərlərimizin öyrənilməsi sahəsində görülən işlərə görə muxtar respublika ziyalıları adından Ali Məclisin Sədrinə minnətdarlıq edib.

 
  • Oxunub:  1290  |  
  • Tarix:  23-09-2019  |  
  •    Çap et   |  
Get Adobe Flash player
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub

18 Oktyabr 22:17
Avropadakı diaspor təşkilatları Vətənimizə qarşı təxribatçı çağırışlara etiraz edir
18 Oktyabr 22:14
Azərbaycan XİN: Ermənistan danışıqlar prosesinin irəliləməməsinin əsl səbəbləri barədə düşünməlidir
18 Oktyabr 20:56
16 il: yeni mərhələdə yüksəlişin təminatçısı
18 Oktyabr 20:37
Qətərin yeni səfiri etimadnaməsinin surətini Azərbaycanın Xarici İşlər nazirinə təqdim edib
18 Oktyabr 20:30
Müstəqil Azərbaycan Respublikası hər bir soydaşımız üçün əsl qürur mənbəyinə çevrilib
18 Oktyabr 20:24
Energetika naziri və nazir müavinləri İmişli, Ağdam və Beyləqanda vətəndaşlarla görüşüb
18 Oktyabr 20:20
Ramin İsayev: SOCAR AQŞ özünün texniki qabiliyyətini və qiymət modelini ortaya qoyaraq bu rəqabətli tenderi qazanıb
18 Oktyabr 20:17
Çində Hərbçilərin 7-ci Dünya Oyunlarının açılış mərasimi keçirilib
18 Oktyabr 20:14
Qax gəncləri Dövlət Müstəqilliyi Gününü yürüş və fləşmobla qeyd ediblər
18 Oktyabr 20:11
Lənkəranda Dövlət Müstəqilliyi Günü ilə əlaqədar fləşmob keçirilib
18 Oktyabr 20:08
“Qarabağ Azərbaycandır və nida işarəsi” bəyanatı ağdamlı gənclərdə böyük ruh yüksəkliyi yaradıb
18 Oktyabr 20:03
Akademik Akif Əlizadə paleontologiyanın inkişafına verdiyi töhfələrə görə medalla təltif olunub
18 Oktyabr 20:00
Vüqar Rəhimzadə: Təkmil sosial-iqtisadi islahatlar Azərbaycanın davamlı inkişafını təmin edir
18 Oktyabr 19:50
Gənclər və İdman naziri Azad Rəhimov Şirvanda vətəndaşları qəbul edib
18 Oktyabr 19:40
BŞBPİ-nin idarə rəisi: Polis şəhərdə qanunsuz aksiyanın keçirilməsinə imkan verməyəcək
18 Oktyabr 19:33
Heydər Əliyev Fondu ilə UNİSEF arasında Anlaşma Memorandumu imzalanıb
18 Oktyabr 19:26
Rasim Quliyev: "Azərbayan xalqının ən böyük sərvəti onun müstəqilliyidir"
18 Oktyabr 19:23
YAP Qadınlar Şurasının nümayəndələri 18 Oktyabr Dövlət Müstəqilliyi Günü münasibətilə 3 saylı Uşaq Evini ziyarət edib
18 Oktyabr 17:47
YAP Gəncə şəhər təşkilatında ərazi ilk partiya təşkilatlarının sədrləri ilə görüş keçirilib
18 Oktyabr 17:41
Naxçıvan Muxtar Respublikası Ali Məclisində təltiflərin təqdimatı olub
18 Oktyabr 17:37
Yaponiya İmperatorunun taxta çıxma mərasimində Azərbaycanı Milli Məclis Sədrinin rəhbərliyi ilə nümayəndə heyəti təmsil edəcək
18 Oktyabr 17:27
Prezident İlham Əliyev Latviyanın sabiq Prezidenti Raymonds Veyonislə görüşüb
18 Oktyabr 17:25
Azərbaycanın müstəqilliyi uğrunda sağlamlığını itirmiş şəxslərə avtomobillər təqdim olunub
18 Oktyabr 17:23
Nüfuzlu "China Daily" qəzetində Çin-Azərbaycan münasibətlərinə dair məqalə çap olunub
18 Oktyabr 17:20
Şamaxıda "ASAN xidmət" mərkəzinin layihələndirilməsi və tikintisinin başa çatdırılmasına 20 milyon 335 min manatı ayrılıb
18 Oktyabr 17:05
Azərbaycan Respublikasının hüquq-mühafizə orqanlarının gənc əməkdaşlarının birinci Forumu keçirilib
18 Oktyabr 17:00
Məktəblərdə Dövlət Müstəqilliyi Günü qeyd olunub
18 Oktyabr 16:51
İlk dəfə Azərbaycanın turizm potensialı Sinqapurda təbliğ edilib
18 Oktyabr 16:50
Prezident İlham Əliyev Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədrini qəbul edib
18 Oktyabr 16:47
MSK bələdiyyə seçkilərinin dekabrın 23-də keçirilməsini qərara alıb
18 Oktyabr 16:43
Türkiyə XİN rəhbəri Azərbaycanı təbrik etdi
18 Oktyabr 16:40
Naqif Həmzəyev: Ölkədə gənclərdən ibarət peşəkar kadr potensialı formalaşıb
18 Oktyabr 16:38
Rauf Əliyev: Bu gün müstəqil Azərbaycan dünyada söz sahibi olan dövlətdir
18 Oktyabr 16:33
Yeni Azərbaycan Partiyası Pirallahı rayon təşkilatı "Diamed" şpris istehsalı zavodu ilk partiya təşkilatının təsis konfransı keçirilib
18 Oktyabr 16:25
İlham Məmmədov: Azərbaycan öz dinamik inkişafını bundan sonra da uğurla davam etdirəcək
18 Oktyabr 16:15
Azərbaycanda ilk dəfə dünyanın ən böyük hackathonu keçirilir
18 Oktyabr 16:11
Doqquz ayda dəmir yolu ilə 2,5 milyon sərnişin daşınıb
18 Oktyabr 16:08
Rabatda Azərbaycanın Dövlət Müstəqilliyi Günü münasibətilə rəsmi qəbul təşkil edilib
18 Oktyabr 15:36
Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin növbəti iclası keçirilib
18 Oktyabr 15:05
Azərbaycanın dövlət müstəqilliyi: uğurlar və tarixi nailiyyətlər
18 Oktyabr 14:57
BMT İnsan Haqları Şurasına 14 yeni üzv seçilib
18 Oktyabr 14:44
18 oktyabr 1991-ci il - Naxçıvandan başlanan müstəqillik uğrunda siyasi mübarizənin təntənəsi
18 Oktyabr 14:39
“Qarabağ Azərbaycandır və nida işarəsi” mövzusunda dəyirmi masa keçirilib
18 Oktyabr 14:35
XİN: Azərbaycan hər zaman Ukraynanın etibarlı və yaxın dostu olub
18 Oktyabr 14:27
Azərbaycan ilə Namibiya arasında diplomatik münasibətlərin yaradılmasına dair Birgə Kommunike imzalanıb
18 Oktyabr 14:15
Siyavuş Novruzov: Biz müstəqil dövlətimizə xidməti sözdə deyil, əməlimizlə təsdiq edirik
18 Oktyabr 14:11
Fəzail İbrahimli: 18 oktyabr 1991-ci il Azərbaycan tarixində mühüm yer tutur
18 Oktyabr 14:10
YAP İcra Katibliyində 18 Oktyabr Azərbaycan Respublikasının Müstəqillik Gününə həsr olunmuş gənc memarların yaradıcılıq sərgisi keçirilib
18 Oktyabr 13:58
Fəxri ad almış bir qrup mədəniyyət xadiminə orden və medallar təqdim olunub
18 Oktyabr 13:55
Düşənbədə MDB gömrük orqanlarının əməkdaşlıq məsələləri müzakirə edilib
18 Oktyabr 13:01
“Yaşıl dalğa” ekoloji hərəkatının növbəti aksiyası keçirilib
18 Oktyabr 12:45
1991- ci il oktyabrın 18-i müasir Azərbaycan dövlətçiliyi tarixində mühüm səhifələrdən biridir
18 Oktyabr 12:41
Özünüməşğulluq proqramı iştirakçılarının əl işlərindən ibarət sərgi-satış yarmarkası keçirilir
18 Oktyabr 12:37
Yenilənmiş Azərbaycana yeni müxalifət lazımdır: radikal və dağıdıcı müxalifətdən qurtuluşun zamanı yetişib
18 Oktyabr 12:15
“The American Interest” nəşri Azərbaycanda islahatlardan yazıb
18 Oktyabr 12:06
Ukrayna telekanalında Azərbaycanla bağlı geniş veriliş yayımlanıb
18 Oktyabr 11:57
Ağsaqqallar Şurasının sədri Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 11:55
Azərbaycanda 18,1 milyard kilovat/saatdan çox elektrik enerjisi istehsal edilib
18 Oktyabr 11:48
Parlamentlərarası İttifaqın komitə iclasında humanitar fəlakət mövzusunda müzakirələr aparılıb
18 Oktyabr 11:44
Sahibə Qafarova: Bu gün Azərbaycan dünyanın ən islahatçı ölkələri sırasında yer alır
18 Oktyabr 11:33
Tural Gəncəliyev: Minsk Qrupu ermənilərə təsir etməlidir ki, qanunsuz, cinayətkar fəaliyyətlərinə son qoysunlar
18 Oktyabr 11:29
Yeni Azərbaycan Partiyasının Laçın Rayon Təşkilatında “Qarabağ Azərbaycandır və nida işarəsi” adlı tədbir keçirilib
18 Oktyabr 11:24
“TÜRKSOY-25: şərəfli yolun astanasında” kitabı işıq üzü görüb
18 Oktyabr 11:08
Metrodan istifadə edənlərin sayı artıb
18 Oktyabr 11:01
İsveçrədən geniş tərkibli nümayəndə heyəti Azərbaycana gələcək
18 Oktyabr 10:58
Türkdilli xalqların teatr ənənələri və onların modifikasiya problemləri müzakirə olunub
18 Oktyabr 10:20
Birinci vitse-prezident Mehriban Əliyeva Dövlət Müstəqilliyi Günü münasibətilə Azərbaycan xalqını təbrik edib
18 Oktyabr 10:07
Prezident İlham Əliyev: Doqquz ayın sosial-iqtisadi göstəriciləri müsbətdir. İqtisadi artım təmin olunub
18 Oktyabr 10:06
18 Oktyabr Azərbaycanın Dövlət Müstəqilliyi Günüdür
18 Oktyabr 10:02
Muxtar respublikada payızlıq taxıl əkini aparılır

Video

 

Müsahibə

»»»
 

Müəlliflər


»»»
ARXİV
B Be Ça Ç Ca C Ş
1 2 3 4 5
6 7 8 9 10 11 12
13 14 15 16 17 18 19
20 21 22 23 24 25 26
27 28 29 30 31
HAVA HAQQINDA