Heydər Əliyev
yeni azerbaycan logo

Ana səhifə / Xəbər lenti / Nyu-Yorkda Azərbaycan və Niderland Xarici İşlər nazirlərinin görüşü olub

Nyu-Yorkda Azərbaycan və Niderland Xarici İşlər nazirlərinin görüşü olub

23.09.2019 [20:33]

BMT Baş Assambleyasının 74-cü sessiyası çərçivəsində Azərbaycan Respublikasının Xarici İşlər naziri Elmar Məmmədyarov Niderland Krallığının Xarici İşlər naziri Stef Blok ilə görüşüb.

AZƏRTAC xəbər verir ki, görüşdə iki ölkə arasında ikitərəfli əməkdaşlıq münasibətlərin hazırkı durumu və əlaqələrin inkişaf perspektivləri müzakirə olunub.

Nazirlər regional təhlükəsizlik məsələləri ətrafında fikir mübadiləsi aparıblar. Nazir Elmar Məmmədyarov Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tənzimlənməsi prosesinin hazırkı vəziyyəti ilə bağlı qarşı tərəfə məlumat verib və regional dayanıqlı sülh və təhlükəsizliyin təmin olunması baxımından münaqişənin beynəlxalq hüququn norma və prinsipləri və BMT TŞ-nin məlum qətnamələri əsasında həllinin vacibliyini qeyd edib.

Görüş əsnasında qarşılıqlı maraq doğuran regional və qlobal məsələlər ətrafında müzakirələr aparılıb.

Paylaş:
Baxılıb: 113 dəfə

Xəbər lenti

Hamısına bax

Xəbər lenti

Xəbər lenti

Ədəbiyyat

Analitik

Siyasət

Xəbər lenti

Arxiv
B Be Ça Ç Ca C Ş
1 2
3 4 5 6 7 8 9
10 11 12 13 14 15 16
17 18 19 20 21 22 23
24 25 26 27 28 29 30
31